Bu gündən Məhərrəm ayı başlayır .....                     Bakı-Tehran münasibətlərində yeni dönəm... .....                     Paşinyandan azərbaycanlı prezidentə .....                     Müharibə rusları yarı böldü: 50 faiz Ukrayna ilə sülh istəyir .....                     "İranda Prezident hər məsələni həll eləmir" .....                     Güney Qafqazda əbədi sülh... .....                     NATO-ya gedən yolda “körpü” .....                     Bakıda polis zabitinə SİLAHLI HÜCUM .....                     "Bunları edən heç jurnalistlər də deyil, adi insanlardır" .....                     Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək .....                     AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır .....                     Deputatlığa namizədliyini irəli sürənlərin .....                     Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək .....                     O icazə versə, deputatlığa namizəd olacam .....                     Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA .....                     Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı .....                     ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb .....                     “Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ .....                     Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? .....                     "Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     Rüfət Hacıyevin məhkəməsi başladı .....                     Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək .....                     Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. .....                     Pezeşkiandan ilk açıqlama .....                     "Bu yol heç bir siyasətçini irəli apara bilməz" .....                     Sabahdan Məhərrəm ayı başlayır .....                     Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü .....                     Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... .....                     Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ .....                     Sülhdən imtina edən Ermənistana “sülh yardımı” .....                     Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... .....                     Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? .....                     Daha bir deputatın mandatı şübhə altında .....                     Oğuzda narkokuryer saxlanılıb .....                     Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı .....                     Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... .....                     Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” .....                     AAYDA-nın “köklü”ləri savaşır... .....                     Paşinyan dəyişiklik yolunda... zorunda... .....                     Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR .....                 

Şəhid ailələrinə yardım etdiyinə görə... GÖMRÜK KOMİTƏSİNDƏN QOVULUB? - BOŞ PAFOS...
Tarix: 4-07-2024, 18:02 | Çap et
Şəhid ailələrinə yardım etdiyinə görə... GÖMRÜK KOMİTƏSİNDƏN QOVULUB?
Dia-az.İnfo "Mənim oğlum qəhrəmandır", "Mənim atam qəhrəmandır" layihəsinin rəhbəri, Prezident təqaüdçüsü Cəlal Qurbanov müsahibəsini təqdim edir...

- "Mənim atam qəhrəmandır" layihəsinin xoş görüntülərinə iyun ayı boyunca sosial şəbəkələrdə geniş yer verildi. Layihələrinizdən danışaq, bu layihələr necə yarandı?

- Vətən Müharibəsi başlayanda Dövlət Gömrük Komitəsində çalışırdım. Minlərlə vətəndaşımız kimi mən də cəbhədə könüllü xidmət üçün müraciət etdim. Lakin mənə bildirildi ki, gömrükçü olduğuma görə yalnız komitənin göndərişi ilə cəbhəyə yollana bilərəm. Amma siravi vətəndaş kimi xidmət etmək üçün təkrar Müdafiə Nazirliyinə müraciət edəndən sonra 45 günlük məzuniyyət müddətimi istifadə edərək, ailəmdən belə xəbərsiz cəbhəyə yollandım. Cəbhənin ən qaynar nöqtələrində Vətən müharibəsinin son gününə qədər fəal iştirak etdim.

Biz Zəfər bayramını könüllülərimizlə, hərbçilərimizlə cəbhə bölgəsində qeyd etdik. 2021-ci ildə müdafiə naziri tərəfindən döyüşlər vaxtı könüllü xidmətimlə bağlı təltif edildim.

Müharibədən sonra Şəhidlər xiyabanına tez-tez gedirdim, orda qəhrəman şəhidlərimizin əmanətləri olan övladları ilə qarşılaşır, onların ağrı yaşadıqlarını görürdüm. Zamanla onlarla tanışlıqlarımız dostluğa çevrildi. Biz təkcə paytaxtda yox, bölgələrdəki şəhid balalarını da axtarıb tapmağa, onlarla dərdləşməyə, dostlaşmağa başladıq. Kiçik könüllü bir komanda ilə bunları edirdik və düşündük ki, bu balalar hamısı bir-birini tanımalıdılar, şəhidlərimizin əmanətləri kimi atalarını ən yaxşı onlar təmsil və təqdim edə bilərlər. Buna görə də "Mənim atam qəhrəmandır" layihəsi yarandı.

Layihənin ilk günündən daima şəhid əmanətlərinin yanında olan, Heydər Əliyev Fondu, şəxsən icraçı direktor Anar Ələkbərova komandamız adından təşəkkürümüzü bildiririk. İlk dəfə 150 dən çox şəhid ailəsinin Şuşaya ikigünlük səfərini Heydər Əliyev Fondunun xüsusi dəstəyi ilə həyata keçirdik. 26 İyun Silahlı Qüvəllər günü, Heydər Əliyev Mərkəzinin qarşısında 400-dən çox şəhid ailəsinin iştirakı ilə "Mənim oğlum qəhrəmandır!” layihəsi çərçivəsində konsert proqramı təşkil edildi.

Bu layihə çərçivəsində biz həm də şəhidlərimizin fədakar anaları ilə tanış olurduq, onlarla dərdləşirdik. Beləliklə, "Mənim oğlum qəhrəmandır" layihəsi yarandı.

Bu layihələr birlik, həmrəylik layihələridir. Bu günə qədər 2700-dən artıq şəhidin əmanətləri bu layihələrdə iştirak edib. Həmişə deyirəm, mən bu layihənin bir könüllüsüyəm və var olduğum qədər də bu layihələrdə fəaliyyətimi davam etdirəcəyəm.

Sizin haqqında bəhs etdiyiniz bu ilin 1 iyunundakı tədbirimiz idi. Çox möhtəşəm oldu, çoxlu sayda məşhur simalar da bizə qoşulmuşdular və o uşaqlar, onların sevinci, atalarının rəsmi olan köynəkləri elə qürurla geyinib gəzmələri möhtəşəm idi. Şəhid əmanətlərimizə xalqımızın sayğısıdır ki, bu layihələrin piarı ilə biz yox, insanlarımız məşğul olur, sizin də qeyd etdiyiniz kimi o görüntülərlə aylarla sosial şəbəkələri bəzəyir. Bu isə məni də, bu işin digər könüllülərini də yalnız motivasiya edir.

- Dövlət Gömrük Komitəsinin əməkdaşı olduğunuzu dediniz...

- Mən hazırda komitədə çalışmıram. Orda belə bir seçim qarşısında qoyuldum. Mənə bildirildi ki, ya şəhid ailələri ilə bağlı könüllülük fəaliyyətimi, ya da Dövlət Gömrük Komitəsindəki işimi seçim. Mən də bu seçim qarşısında könüllü olmağı seçdim, çünki bu layihələri və bu adamları yarı yolda qoya bilməzdim. Ərizəmi yazaraq iş stajımla təqaüdə çıxdım.

- Növbədənkənar parlament seçkiləri başlayıb. Elə ilk günlərdən bəzi saytlarda sizin də millət vəkili olmaq istədiyiniz yazıldı...

- Bu yazılanlar həqiqəti əks etdirmir. Vətənini, dövlətini, şəhidini, şəhidinin əmanətlərini sevmək üçün millət vəkili olmağa ehtiyac yoxdur.

- Yazılanlardan söz düşmüşkən, sizinlə bağlı mediada fasilərlə məlumatlar yayılır. Eyni yazılar bir neçə saytda, sosial şəbəkə səhifələrində yayımlanır. Sonra ara səngiyir, bir müddət sonra yenə nələrsə olur. Niyə belə olur, kimin və ya kimlərin sizlə problemi var?

- Bunu çox doğru müşahidə etmisiniz ki, bu yazılar jurnalist araşdırması, xəbər marağı yox, məhz kampaniyadır. Siz burda yazılanları qeyd edirsiniz, onlar hətta bunun üçün Avropadakı söyüş müxalifəti ilə əlaqəyə keçiblər. Çox təəssüf ki, nəinki məni, hətta mənim yaşlı valideynlərimi, övladımı təhqir edəcək qədər alçalıblar. Bunu etdirənlərin kimliyini hamı bilir. Diqqətli müşahidəçi şəhid ailələri, şəhidlərin əmanətlərinin adı ilə kimin manipulyasiya etdiyini yaxşı görür. Guya müharibədə "topçu" kimi iştirak edənlərin danışdığı nağıllar elə mediada da, sosial şəbəkələrdə də gülüş obyektidir. İndi də öz səviyyələrində olan saytlarda guya mənim şəhid ailələrini "qalxan" kimi istifadə etdiyimi yazırlar.

Bu iyrəncliyə artıq susub keçmək olmur, çünki özlərinin heç bir müqəddəs dəyəri olmayan bu adamlar elə bilirlər ki, hamı belədir. Bütün ömrünü onun-bunun adından "qalxan" kimi istifadə edib, o adların altında başqa hoqqadan çıxanlar elə bilirlər ki, hamı eyni mənəviyyatın daşıyıcısıdır. "Qalxan" onların " ailə üzvüm" deyib, amma həqiqətdə elə " qalxan" kimi istifadə etdikləri yaxınları, əzizləri ola bilər. Şəhid əmanətlərini "qalxan" kimi istifadə eləmək də, onları bu cür adlandırmaq da heç kimin həddinə deyil. Bu adamlarla qanunun və hüququn imkan verdiyi ən sərt dildə danışacağıq.

Yoxsa hərə özünə bir-iki özəl sayt açıb, iki-üç tanışının da saytına yazı ötürüb şəhid ailələrini hədəfə çıxara bilməz. Ali təhsili belə olmayan, Avropada məni, şəhid ailələrini söydürən bu məxluq özünə qurama mükafatlar təqdim etdirir, saytlarında bunları yaydırır.

- Söhbət kimdən və ya kimlərdən gedir?

- Ad çəkməyə ehtiyac yoxdur. Hamı pulla qurama mükafatlar alan, şəhid əmanətləri və məni təhqir etmək üçün söyüş müxalifətini maliyyələşdirənin kim olduğunu yaxşı bilir.

Amma bu mundar, iyrənc əməllərini bitirməlidilər. Cəmiyyət hər kəsin keçmişini də, indiki dövrünü də, yeri gələndə gələcəyini də analiz edə bilir. Hər yerdə yalandan şəhid aillərinə dəstək göstərdiklərini deməsinlər, insanlara yalan danışmasınlar. Şəhid ailələrinə, qazilərə cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondu xüsusi qayğı, diqqət göstərir. Bizlər yalnız könüllü ola bilərik, mənəvi dəstək göstərə bilərik.

Biz Ali Baş Komandanın "Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub” çağırışına qoşulub könüllülük etmiş adamlarıq.

Bu birlik bizə layihələrimizi davam etdirmək üçün xüsusi güc verir, şəhid ailələrininin az da olsa təskinliyi üçün motivasiya olur.

Biz bir-birimizə düşmənçilik etməməliyik, ləkə atmamalıyıq, bu bizə yaraşmır. Mənim hər dəfə onlara baş qoşmağa vaxtım da, həvəsim də olmur. Amma bu dəfə bütün hədləri keçiblər və qanun qarşısında cavab verəcəklər.

Haqqın.az


Dia-az.İnfo-dan: Cəlal Qurbanovun bu müsahibəsini oxuyarkən yalnız bir fikir formalaşır: PAFOS... Diqqət edin... pafosun dozası hətta adamın səmimi fikirlərini belə şübhəyə alır...

"Dövlət Gömrük Komitəsinin əməkdaşı olduğunuzu dediniz..." sualına verilən cavab isə hər şeyi ortaya qoyur... ADAMIN ÖZÜNÜ BELƏ...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gündən Məhərrəm ayı başlayır
Bu gün, 07:07
Bakı-Tehran münasibətlərində yeni dönəm... - Rəisidən sonrakı mərhələ
Bu gün, 06:57
Paşinyandan azərbaycanlı prezidentə XOŞ SÖZLƏR...
Bu gün, 06:55
Müharibə rusları yarı böldü: 50 faiz Ukrayna ilə sülh istəyir - GƏLİŞMƏ
Bu gün, 06:51
"İranda Prezident hər məsələni həll eləmir" - deputat
Bu gün, 06:49
Güney Qafqazda əbədi sülh... ALINACAQMI?
Bu gün, 06:46
NATO-ya gedən yolda “körpü” – 3 strateji hədəf
Bu gün, 06:42
Bakıda polis zabitinə SİLAHLI HÜCUM - TƏFƏRRÜAT
Bu gün, 06:39
"Bunları edən heç jurnalistlər də deyil, adi insanlardır"
Bu gün, 06:35
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək - DİQQƏT
Bu gün, 06:32
AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır
Dünən, 17:09
Deputatlığa namizədliyini irəli sürənlərin SAYI AÇIQLANDI
Dünən, 17:03
Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək - MƏQALƏ
Dünən, 11:42
O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı
Dünən, 11:22
Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA - TƏFƏRRÜAT
Dünən, 11:14
Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı - SƏBƏB
Dünən, 11:11
ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb - FOTO
Dünən, 11:04
“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...
Dünən, 10:54
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? - Agentlik susur
Dünən, 10:49
"Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:45
Rüfət Hacıyevin məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 10:42
Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək
Dünən, 10:40
Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. - VİDEO
Dünən, 10:16
Pezeşkiandan ilk açıqlama - Nə partiyam var idi, nə də…
Dünən, 10:12
"Bu yol heç bir siyasətçini irəli apara bilməz" - REAKSİYA
Dünən, 10:09
Sabahdan Məhərrəm ayı başlayır
Dünən, 10:06
Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü - Görünəni odur ki...
Dünən, 09:46
Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... - ARAŞDIRMA
Dünən, 09:41
Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ - "...cəza ədalətsizdir"
Dünən, 09:38
Sülhdən imtina edən Ermənistana “sülh yardımı” - Aİ-nin növbəti qərəzi
Dünən, 09:16
Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... - NƏ BAŞ VERİR?
Dünən, 09:10
Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? - AKTUAL
Dünən, 09:07
Daha bir deputatın mandatı şübhə altında - İDDİA
Dünən, 09:03
Oğuzda narkokuryer saxlanılıb
Dünən, 09:00
Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı - FOTO
Dünən, 08:57
Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... - AXI NİYƏ?..
Dünən, 08:52
Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” - GEDİŞAT
Dünən, 08:40
AAYDA-nın “köklü”ləri savaşır... - Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
Dünən, 08:37
Paşinyan dəyişiklik yolunda... zorunda... - ƏGƏR...
Dünən, 08:30
Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR - AKTUAL
Dünən, 08:26
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ - “Hər kəs həddini bilsin, yerində otursun...”
Dünən, 08:20
"İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:15
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
Dünən, 08:00
"Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır"
Dünən, 07:22
“Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” - Keyr Starmer seçicilərə söz verdi
Dünən, 07:14
Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir - ÇAĞIRIŞ
Dünən, 00:05
163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB
Dünən, 00:02
Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
5-07-2024, 19:02
Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər - RƏY
5-07-2024, 19:00
Nazirlik bu şirkətlə 3 milyonluq - MÜQAVİLƏ BAĞLADI
5-07-2024, 18:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru