![Viktor Orban Azərbaycana səfər edəcək Viktor Orban Azərbaycana səfər edəcək](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1720100942_0001.jpg)
Macarıstan Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.
APA xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs bildirib.
Onun sözlərinə görə, Baş nazir Viktor Orban 5-6 iyul tarixlərində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında iştirak edəcək.
"Sammitdə əsas diqqət nəqliyyat, əlaqələnmə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək. Üzv dövlətlər, o cümlədən Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Macarıstan (müşahidəçi qismində) bu sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyirlər.
Baş nazir Orban tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq", - o bildirib.