Bu gündən Məhərrəm ayı başlayır .....                     Bakı-Tehran münasibətlərində yeni dönəm... .....                     Paşinyandan azərbaycanlı prezidentə .....                     Müharibə rusları yarı böldü: 50 faiz Ukrayna ilə sülh istəyir .....                     "İranda Prezident hər məsələni həll eləmir" .....                     Güney Qafqazda əbədi sülh... .....                     NATO-ya gedən yolda “körpü” .....                     Bakıda polis zabitinə SİLAHLI HÜCUM .....                     "Bunları edən heç jurnalistlər də deyil, adi insanlardır" .....                     Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək .....                     AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır .....                     Deputatlığa namizədliyini irəli sürənlərin .....                     Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək .....                     O icazə versə, deputatlığa namizəd olacam .....                     Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA .....                     Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı .....                     ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb .....                     “Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ .....                     Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? .....                     "Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     Rüfət Hacıyevin məhkəməsi başladı .....                     Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək .....                     Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. .....                     Pezeşkiandan ilk açıqlama .....                     "Bu yol heç bir siyasətçini irəli apara bilməz" .....                     Sabahdan Məhərrəm ayı başlayır .....                     Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü .....                     Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... .....                     Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ .....                     Sülhdən imtina edən Ermənistana “sülh yardımı” .....                     Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... .....                     Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? .....                     Daha bir deputatın mandatı şübhə altında .....                     Oğuzda narkokuryer saxlanılıb .....                     Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı .....                     Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... .....                     Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” .....                     AAYDA-nın “köklü”ləri savaşır... .....                     Paşinyan dəyişiklik yolunda... zorunda... .....                     Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR .....                 

“Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları - istintaqla müəyyən olunub ki...
Tarix: 4-07-2024, 15:45 | Çap et
“Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları
“Şərur MTK” yaşayış kompleksində baş verən “terror” kimi lift qəzası ilə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Musavat.com-a daxil olan məlumatda bildirilir ki, qarşıdakı həftədə iş üzrə zərərçəkənlər məhkəmə tibb ekspertizasından keçiriləcək, aldıqları xəsarətlərin ağırlıq dərəcəsi müəyyən olunacaq.

Qeyd olunur ki, istintaq ilkin araşdırmalarla qəza baş verən liftin texniki cəhətdən bərbad durumda olmasını üzə çıxarıb. Qəza tormozlanma sisteminin işlək olmadığı, liftin əsas hərəkət hissələrindən olan şkiflərinin, trosların son həddə qədər aşındığı da məlum olub.

Baxış zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Üzə çıxıb ki, "Şərur" MTK kompleksdəki liftlərə xidmət göstərilməsi ilə bağlı qanunları kobud şəkildə pozub. Liftlərin texniki cəhətdən saz saxlanılmasına, təmirinə qanunla Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyindən lisenziya almış təşkilat buraxılmalıdır. İstintaq müəyyən edib ki, "Şərur" MTK rəsmiləri bunun əvəzində fiziki şəxslə müqavilə bağlayıb. Bu kobud qanun pozuntusudur və cinayət məsuliyyəti yaradan hallara yol açan əməl kimi qiymətləndirilir.

Hazırda kompleksdəki bütün liftlərdə təmir işlərinə başlanıb.

Sakinlər bildiriblər ki, kompleksdəki liftlərin texniki durumundan olduqca narahatdırlar. Buna görə də Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlamaqla təcili tədbirlərin görülməsini xahiş edirlər.

Yada salaq ki, iyunun 13-də Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən kompleksdəki binalardan birinin lifti nasazlıq üzündən sürətlə üzü aşağı meyllənib, şaxtanın özülünə çırpılıb, nəticədə bir ailənin 8 üzvü çoxsaylı ağır dərəcəli, açıq, qəlpəli sınıq xəsarətləri alıblar. Yaralılardan 2-si azyaşlı, 3-ü qadın, 2 nəfəri isə kişidir. Dəhşətli qəzadan 1 gün sonra qəza baş verən binadakı liftin qarşısına “4 nəfərdən artıq minmək olmaz” elanı yapışdırılıb.

Kompleksdəki binaları inşa edən “Şərur MTK”nın sahibi, tikinti maqnatı İsfəndiyar Axundov unikal.az-a açıqlama verib. O, dəhşətli qəzada ağır xəsarətlər alan ailəni hədəf götürüb, onları ittiham edib.

İsfəndiyar Axundovun dediklərindən sitat:

“Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”.

Dəhşətli qəzada xəsarət alan ailənin başçısı Nofəl Nağıyev İsfəndiyar Axundovu yalan danışmaqda ittiham edib. Bildirib ki, lift cinayətkarcasına səhlənkarlıq üzündən, zamanında təmir olunmaması səbəbindən 7-ci mərtəbədən sürət yığmaqla şaxtanın özülünə çırpılıb.

Onun Musavat.com-a dediklərindən sitat:

“Yalandan deyir guya biz ailəlikcə 4 nəfərlik liftə 8 nəfər minmişik və qəza da guya bu səbəbdən baş verib. Gözünün içinə qədər yalan danışır. Qəza binadakı liftin kəskin şəkildə nasaz olması səbəbindən baş verib. Biz Şərurlu İsfəndiyarın cinayətə bərabər səhlənkarlığının ailəlikcə qurbanı olmuşuq. İndi də bu cür danışmaqla məsuliyyətdən yayınmağa çalışır. Mən iki vəkil tutmuşam, araşdırmışam ki, lift tam nasaz olub. Bu gün də o binadakı liftlərin texniki durumu olduqca acınacaqlı vəziyyətdədir. Ümumiyyətlə, Şərurlu İsfəndiyarın MTK-sının hər hansı bir lift şirkəti ilə müqaviləsi filanı da yoxdur. Liftlərin yoxlamadan keçməsi haqda hər hansı bir akt da yoxdur. Hər ay həmin binaların sakinlərindən 50-70 min manat pul yığılır, amma liftlərin təmirinə sırf “xalturşik” lift ustaları tapıb cəlb edirlər. Liftləri isə bu şəkildə, cinayətə bərabər səhlənkarcasına istismar ediblər. Cinayətkarcasına səhlənkarlığa görə cavab verməlidirlər. Əgər Şərurlu İsfəndiyarın dediyi kimi olsaydı, biz 4 nəfərlik liftə 8 nəfər minsəydik, bu halda liftin qapıları bağlanmamalı idi. Bunu Şərurlu İsfəndiyar da çox gözəl bilir, amma yalan danışmaqdan da qalmır, düşünür ki, mən ondan əl çəkəcəyəm”.

Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün ailə üzvləri ilə bərabər həmin binadakı qızının evinə qonaq gediblər:

“Axşam 10 radələrində mənzildən çıxıb daha çox sərnişin tutumu olan liftə mindik. Qızımın mənzili 15-ci mərtəbədə yerləşir. Biz liftə 7 nəfər minmişdik. 2 azyaşlı nəvəm, kürəkənim, həyat yoldaşım və digər iki xanım qohum bizimlə idi. Lift 7-ci mərtəbəyə çatanda qəfil sürətlə aşağı meylləndi və yerə çırpıldı. Bir anda lifti toz-duman bürüdü. Hər birimiz olduqca dəhşətli ağrılar içində kömək çağırırdıq. Liftin sürətlə yerə çırpılmasından mənim, kürəkənimin, nəvələrimin, həyat yoldaşımın və digər iki yaxın qohumumun ayaqlarımız sınıb, onurğa və qabırğalarımızda sınıqlar var. Olduqca ağır durumdayıq. Hər birimiz əməliyyat olunmuşuq. Bu günə qədər də bədənimizdə ağrılar var. Bankdan 50 min manat kredit götürüb xəstəxanalarda müalicəmizə xərcləmişik”.

Nofəl Nağıyev bildirib ki, hadisədən sonra onlarla maraqlanan yoxdur:

“Mən baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Xahiş edirəm ki, ailəmizə qarşı lift terroru araşdırılsın və günahkarların cəzaya çatdırılması təmin olunsun”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gündən Məhərrəm ayı başlayır
Bu gün, 07:07
Bakı-Tehran münasibətlərində yeni dönəm... - Rəisidən sonrakı mərhələ
Bu gün, 06:57
Paşinyandan azərbaycanlı prezidentə XOŞ SÖZLƏR...
Bu gün, 06:55
Müharibə rusları yarı böldü: 50 faiz Ukrayna ilə sülh istəyir - GƏLİŞMƏ
Bu gün, 06:51
"İranda Prezident hər məsələni həll eləmir" - deputat
Bu gün, 06:49
Güney Qafqazda əbədi sülh... ALINACAQMI?
Bu gün, 06:46
NATO-ya gedən yolda “körpü” – 3 strateji hədəf
Bu gün, 06:42
Bakıda polis zabitinə SİLAHLI HÜCUM - TƏFƏRRÜAT
Bu gün, 06:39
"Bunları edən heç jurnalistlər də deyil, adi insanlardır"
Bu gün, 06:35
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək - DİQQƏT
Bu gün, 06:32
AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır
Dünən, 17:09
Deputatlığa namizədliyini irəli sürənlərin SAYI AÇIQLANDI
Dünən, 17:03
Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək - MƏQALƏ
Dünən, 11:42
O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı
Dünən, 11:22
Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA - TƏFƏRRÜAT
Dünən, 11:14
Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı - SƏBƏB
Dünən, 11:11
ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb - FOTO
Dünən, 11:04
“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...
Dünən, 10:54
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? - Agentlik susur
Dünən, 10:49
"Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:45
Rüfət Hacıyevin məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 10:42
Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək
Dünən, 10:40
Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. - VİDEO
Dünən, 10:16
Pezeşkiandan ilk açıqlama - Nə partiyam var idi, nə də…
Dünən, 10:12
"Bu yol heç bir siyasətçini irəli apara bilməz" - REAKSİYA
Dünən, 10:09
Sabahdan Məhərrəm ayı başlayır
Dünən, 10:06
Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü - Görünəni odur ki...
Dünən, 09:46
Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... - ARAŞDIRMA
Dünən, 09:41
Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ - "...cəza ədalətsizdir"
Dünən, 09:38
Sülhdən imtina edən Ermənistana “sülh yardımı” - Aİ-nin növbəti qərəzi
Dünən, 09:16
Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... - NƏ BAŞ VERİR?
Dünən, 09:10
Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? - AKTUAL
Dünən, 09:07
Daha bir deputatın mandatı şübhə altında - İDDİA
Dünən, 09:03
Oğuzda narkokuryer saxlanılıb
Dünən, 09:00
Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı - FOTO
Dünən, 08:57
Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... - AXI NİYƏ?..
Dünən, 08:52
Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” - GEDİŞAT
Dünən, 08:40
AAYDA-nın “köklü”ləri savaşır... - Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
Dünən, 08:37
Paşinyan dəyişiklik yolunda... zorunda... - ƏGƏR...
Dünən, 08:30
Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR - AKTUAL
Dünən, 08:26
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ - “Hər kəs həddini bilsin, yerində otursun...”
Dünən, 08:20
"İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:15
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
Dünən, 08:00
"Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır"
Dünən, 07:22
“Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” - Keyr Starmer seçicilərə söz verdi
Dünən, 07:14
Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir - ÇAĞIRIŞ
Dünən, 00:05
163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB
Dünən, 00:02
Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
5-07-2024, 19:02
Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər - RƏY
5-07-2024, 19:00
Nazirlik bu şirkətlə 3 milyonluq - MÜQAVİLƏ BAĞLADI
5-07-2024, 18:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru