![Azərbaycanda iki general ehtiyata buraxılıb Azərbaycanda iki general ehtiyata buraxılıb](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1720093479_0001.jpg)
Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb.
Dia-az.İnfo xəbər verir ki, bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəyi ilə ehtiyata buraxılıblar.