![Ermənistan ehtiyatda olan hərbi qulluqçularla təlimə çağırır Ermənistan ehtiyatda olan hərbi qulluqçularla təlimə çağırır](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1720082712_0001.jpg)
Ermənistan hökuməti hərbi toplantıların keçirilməsi ilə bağlı qərar qəbul edib.
Modern.az-ın məlumatına görə, qərarda deyilir ki, 2024-cü il avqustun 1-dən oktyabrın 25-dək ehtiyatda olan birinci və ikinci dərəcəli hərbi qulluqçuların, gizir və zabitlərin təlim-məşq toplanışı elan edilsin.
Təlimlər ehtiyatda olan hərbi qulluqçuların döyüş qabiliyyətinin yüksəldilməsi, peşə hazırlığı, ali təhsilli gizirlərdən ehtiyatda olan zabitlərin hazırlanması, döyüş növbətçiliyinə cəlb edilməsi məqsədilə keçirləcək...