AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır .....                     Deputatlığa namizədliyini irəli sürənlərin .....                     Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək .....                     O icazə versə, deputatlığa namizəd olacam .....                     Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA .....                     Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı .....                     ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb .....                     “Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ .....                     Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? .....                     "Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     Rüfət Hacıyevin məhkəməsi başladı .....                     Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək .....                     Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. .....                     Pezeşkiandan ilk açıqlama .....                     "Bu yol heç bir siyasətçini irəli apara bilməz" .....                     Sabahdan Məhərrəm ayı başlayır .....                     Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü .....                     Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... .....                     Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ .....                     Sülhdən imtina edən Ermənistana “sülh yardımı” .....                     Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... .....                     Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? .....                     Daha bir deputatın mandatı şübhə altında .....                     Oğuzda narkokuryer saxlanılıb .....                     Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı .....                     Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... .....                     Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” .....                     AAYDA-nın “köklü”ləri savaşır... .....                     Paşinyan dəyişiklik yolunda... zorunda... .....                     Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR .....                     Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ .....                     "İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." .....                     Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib .....                     "Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır" .....                     “Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” .....                     Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir .....                     163 milyon manatlıq dərman tenderlərinin .....                     Milli Məclisin ən yaşlı deputatları .....                     Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər .....                     Nazirlik bu şirkətlə 3 milyonluq .....                 

"Zəif və anlaşılmaz dərslikləri hələ ki dövriyyədən çıxarmaq mümkün deyil" - deputat
Tarix: 4-07-2024, 11:02 | Çap et
"Zəif və anlaşılmaz dərslikləri hələ ki dövriyyədən çıxarmaq mümkün deyil"
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ibtidai sinifdə verilən bir sıra anlayışların başadüşülməz olduğunu deyib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə o, VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı danışarkən onu da əlavə edib ki, nəinki valideynlər heç bəzi müəllimlər üçün də dərsliklərdəki bu anlayışlar başa düşülmür.

O, bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir.

Məleykə Abbaszadə bu kimi uyğunsuzluqların aradan qaldırmasını tövsiyə edir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev vurğulayır ki, dünya pedaqoqlar və təhsil mütəxəssislərinin gəldiyi qənaətə əsasən dünyada ən çətin peşələrdən biri dərslik yazma ustalığıdır: “Dünyaca məşhur riyaziyyatçı Andrey Nikolaevich Kolmogorov 7-ci sinif üçün həndəsə yazmışdı. O, 2-3 ildən sonra bunun çox çətin yazdığını etiraf etmişdir. Sovetlər dövründə Kolmogorovdan üstün riyaziyyatçı olmamışdı. Biz zaman-zaman dərsliklərdəki problemləri qaldırmışıq. Xüsusilə ibtidai təhsil pilləsində olan dərsliklərin təsadüf adamlar tərəfindən yazılmasını dəfələrlə vurğulamışıq. İndiyədək bu istiqamətdə heç bir ölçü götürülmür və dərsliklər yenidən həmən adamlara verilir. Onlar uzun illərdir ki, dərslik yazmaqda davam edir. İbtidai təhsil pilləsində anlayış məsələsində çox ehtiyatlı olmaq lazımdır. Təhsilin iş pilləsi olduğu üçün istər şagirdlər və istərsə də müəllimlər üçün bu həddindən artıq qeyri-müəyyənliklər yarada bilər. İndiki dövrdə ali məktəbi bitirənlərin böyük əksəriyyəti təhsil anlayışlarını bilmir. Çünki onu ali məktəb verə bilmir. Bu, çox ciddi məsələdir. Məlum olur ki, anlayışları proqram və dərslik çərçivəsində müəllim hazırlayan ali məktəblər də verə bilmir”.

Məleykə Abbaszadənin fikirləri ilə razı olan deputat bildirir ki, məzmuna uyğun gəlməyən böyük anlayışlar var.

O, deyir ki, həmin anlayışları əgər müəllim və şagird başa düşmürsə, o zaman fəninin mənimsənilməsi ardıcılığı pozulur: “Şoppenhauer deyir ki, iki cür tərbiyə var. Bir təbii tərbiyə, digəri isə süni tərbiyədir. Əgər anlayışlar əyani təsəvvürlərdən əvvəl gəlirsə, bu, süni tərbiyədir. Əgər əyani təsəvvürlərdən sonra gəlirlərsə, bu isə təbii tərbiyədir. Bu çox maraqlı yanaşmadır. Bunun üçün də uşaqlarda anlayışlardan çox əyani təsəvvürləri inkişaf etdirmək lazımdır.

Çox təəssüflər olsun ki, bugünkü dərsliklər də bunu vermək iqtidarında deyil. Həmin dərsliklər əslində müəllim və uşaq idrakını genişləndirməlidir. Bir çox inkişaf etmiş təhsil sistemləri var. Finlandiya, Yaponiya və s. ölkələrdəki təhsili bura aid etmək olar. Orada əsasən uşaq oyunları hesabına qavrayışı, müşahidəni artırırlar və təsəvvürləri genişləndirirlər. Ancaq bizdə birbaşa anlayışın verilməsi uşaqların həm də fənnə olan marağını azaldır.

Bu vəziyyəti peşəkarların dərslik yazmalarından kənarda qalmaları ilə əlaqələndirən deputat deyir ki, dərsliklərin uzun müzakirələrdən keçmə proseduru yoxdur :“Mütləq halda dərsliklərə rəylər bildirilməli və barəsində geniş müzakirələr aparılmalıdır. Dərsliklər elə yazılır ki, həmin şəxslərin uzun illər bu proseslərdə iştirak etmədiyi həmən məlum olur. Çox vaxt fikir də bildirmirlər. Ona görə də bu zəif və anlaşılmaz dərslikləri hələki dövriyyədən çıxartmaq mümkün deyil”.

Deputa görə, DİM-in qəbul imtahanlarında tez-tez dəyişiklikləri isə insanlar arasında çaşqınlıqlara səbəb olur:

“İstənilən dəyişiklik düşünülmüş rasional xarakter daşımalıdır. Çünki burada insan taleyindən söhbət gedir.

DİM-in əsas götürdüyü paradigma nədir? DİM rəhbəri bütün çıxışlarında və təhlillərində israr edir ki, məktəb proqramından kənarda heç bir test tətbiq edilmir. Yəni bu o deməkdir ki, məsələdən kənara çıxılmır. Problem isə tədrisin keyfiyyətindədir. Ölkədə mənimsəmə göstəricisinin də çox aşağı səviyyədə olduğunun şahidiyik. Pedaqogikada buna funksional savadsızlığın dairəsinin genişlənməsi deyilir. Bunun adı belədir. Necə ola bilər ki dövlətin təhsilə ayırdığı vəsait və valideynin ondan çox övladının təhsilinə ayırdığı bu iki vəsaitin toplanması nəticəsində uşaqlar 29-42% mənimsəyir. Bu həddindən artıq aporiyadır, çıxılmaz bir situasiyadır. Yəni, təkcə bu, məktəbin problemi deyil. Axı repetitorlar da müəyyən biliklər verir. Düzdür onların da müəyyən işlərin həyata keçirilməsində rolu böyükdür. Ancaq bir təhsil mütəxəssisi kimi bu göstəricilər məni çox narahat edir.

Təhsil eksperti, ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə Gununsesi.info-ya açıqlamasında bunları deyib: “ Avropada təhsil sahəsində aparılan tədqiqatlar göstərir ki, yeni nəslin inkişafında ibtidai təhsil əhəmiyyəti rol oynayır. Çox təəssüflər olsun ki, 2022,2023,2024-cü illərdə Elm və Təhsil nazirliyi tərəfindən keçirilən ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanları bizim təhsil verənlərimizdə ciddi problemlərin olduğunu göstərdi. Son illər məktəbəqədər təhsildən başlamış təhsilin bütün pillələrində tədris akademik və test sınaqlara hədəflənib ki, bunun da tez-tez mənfi nəticələri baş verir. Müəllim xüsusi hazırlıq keçmiş və pedoqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır.Yalnız o, pedoqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin, həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllimin uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Müəllim üçün bir sıra sahələr var ki, onları bilməsi vacibdir. Məsələn,müəllim psixologiya sənətini bilməli, pedogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına malik olmalı və s. İbtidai siniflərdə müasir dövrün tələbinə uyğun olaraq tətbiq edilməli olan innovasiya yeniliklərə açıqlığı, sərbəst yanaşmanı, komanda ilə işləməyi, ünsiyyət bacarıqlarını, özünə inamı, tez qərar verməyi və həll yönümlü yanaşmanı dəstəkləyən şagird yetişdirməyi ehtiva edir”.

Expert vurğulayır ki, təəssüf ki, bizdə mövcud vəziyyət ibtidai siniflərdə təhsilverənlərin özlərində bu bacarıqların olmadığını açıq şəkildə göstərdi:“Hər birimiz ibtidai təhsili bünövrə adlandırırıq. Çünki məktəbəqədər təhsildən sonra uşağın daha məsul dövrü, ətraf aləmə, mənəvi dəyərlərə inteqrasiyası, meyil-maraqlarının, dünyagörüşünün formalaşması başlanır, potensial imkanları, psixoloji və xarakter xüsusiyyətləri üzə çıxarılır. Bir sözlə, ibtidai təhsil uşağın dəyərini qiymətləndirən sanki bir məhək daşıdır. Uşağın növbəti səviyyələrdə təhsilinin uğuru birbaşa ona verilən ibtidai təhsilin keyfiyyətindən çox asılıdır. Bir qədər sərt səslənsə də, millətin intellektual genefondunun formalaşmasında ibtidai təhsilin rolunu heç nə ilə əvəz etmək olmaz. Düzdür, bu gün də ölkəmizdə peşəkar, müasir tələblər yönümündə çalışan ibtidai sinif müəllimləri xeyli saydadır. Lakin onu da etiraf etmək lazımdır ki, qarşıya qoyulmuş tələblərlə uzlaşmayan müəllimlər də az deyildir”.

Kamran Həsənonun fikrincə, mövcud vəziyyətə bəzi hallarda yerli təhsil orqanlarının seyrçi mövqedə durması, ötəri münasibət göstərməsi, müsbət mənada fərqlənməyən müəllimlərin fəaliyyətlərini prinsipiallıqla araşdırıb qiymətləndirməməsi, onları yaxşılarla bir sırada tutmaları qətiyyən yolverilməzdir.

Expert deyir ki, mütəmadi olaraq IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri təhlil və müzakirə edilir, mənfi göstəricilər nəzərə çatdırılır: “Digər obyektiv cəhətlər olsa da, zəif, qeyri-məqbul nəticələr, həqiqətən, həmin uşaqların vaxtilə təhsil aldığı ibtidai siniflərdən qaynaqlanır. Şagird normal ibtidai təhsil almayıbsa, hətta yazıb-oxumaqda, hesablamada ciddi çətinlikləri varsa, yuxarı siniflərdə onun keyfiyyətli təhsil almasından danışmaq çətindir.

Elm, təhsil mütəmadi olaraq yenilənir. İxtisası ilə bağlı bütün yeniliklərdən xəbərdar olmalıdır. Əgər müəllim müasir dövrün innovativ yeniliklərindən xəbərdar olamayacaqsa, o şagirdlərinə heçnə verə bilməz.

Çox vaxt məktəb liderləri dixotomiya yaradırlar: ya şagirdlər, ya da müəllimlər inkişaf edə bilərlər, amma hər ikisi deyil. Əksi doğrudur. Tədqiqatlar göstərir ki, təhsilalanları uğura aparan yeganə davamlı yol məktəblərdir, məhz burada müəllimlər və şagirdlər inkişaf edir.

Təlim və tərbiyə prosesində müəllim nüfuzu olmadan keçinmək mümkün deyil. Ancaq bu nüfuz dağıdıcı yox, yaradıcı olmalı, uşaq şəxsiyyətinin bərqərar olmasına, ona potensialını reallaşdırmağa kömək etməlidir. Haqlı nüfuz qazanmış adamın dedikləri daha tez və yaxşı mənimsənilir”.

Kamran Əsədovun sözlərinə görə, mütəmadi olaraq DİM-in qəbul imtahanlarında dəyişiklik etməsi məhz müəllimləri yox, həm də valideyinləri də müasir təhsil çağırışlarından xəbərdar olmamağa məcbur edir: “Bu gün Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur. Nə qədər ki, yaşlı nəsil hələ də məktəblərdə sovet təhsil sistemini tətbiq edirlər, ona kimi bizim gənc kadrlar da müasir ola bilməyəcəklər. Müəllimlərin 70-80% hələ də köhnə kitablardan dərslər verirlər. Bu çox ağır vəziyyətdir. Bütün bu komplekslərdən çıxmaq lazımdır. İstənilən fənn üzrə müasir dərslər keçirilməlidir. Məsələn, müəllimlərimizin bir çoxu hələ də kompyuterdə işləmək bacarığına malik deyil.

Əgər bir müəllim komyuterlə işləməyi bilmirsə, yeni metodikaları tətbiq edə bilmirsə, bu şagirdə nə dərəcə də bilik verə bilər? Bundan başqa indi dünya üzrə yeni metodikaların bəzilər kompyuter vasitəsilə həyata keçirilir. Əgər dünyanın ən keyfiyyətli dərsləri nəzəriyyəyə nisbətən təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir. Müəllim sadəcə və sadəcə nəzəriyyə tədris edir. Təbii ki, bu bütün müəllimlərə əhatə eləmir. Müasir müəllimlərimiz çoxdur. Sevindirici haldır, bəzən yaşlı nəsil elə bir müasir dərs tədris edir ki, insanı valeh edir”.

Expertin sözlərinə görə, savadlı müəllim şagirdə hazır bilikləri verməməli, onun beynində fikrin meydana gəlməsinə, yaranmasına kömək göstərməlidir.

O, vurğulayır ki, yeni nəslin ortaya çıxması ümid verir ki, gələcəkdə müəllimlərimiz müasir səviyyədə dərslər təşkil edəcəklər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır
Dünən, 17:09
Deputatlığa namizədliyini irəli sürənlərin SAYI AÇIQLANDI
Dünən, 17:03
Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək - MƏQALƏ
Dünən, 11:42
O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı
Dünən, 11:22
Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA - TƏFƏRRÜAT
Dünən, 11:14
Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı - SƏBƏB
Dünən, 11:11
ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb - FOTO
Dünən, 11:04
“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...
Dünən, 10:54
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? - Agentlik susur
Dünən, 10:49
"Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:45
Rüfət Hacıyevin məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 10:42
Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək
Dünən, 10:40
Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. - VİDEO
Dünən, 10:16
Pezeşkiandan ilk açıqlama - Nə partiyam var idi, nə də…
Dünən, 10:12
"Bu yol heç bir siyasətçini irəli apara bilməz" - REAKSİYA
Dünən, 10:09
Sabahdan Məhərrəm ayı başlayır
Dünən, 10:06
Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü - Görünəni odur ki...
Dünən, 09:46
Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... - ARAŞDIRMA
Dünən, 09:41
Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ - "...cəza ədalətsizdir"
Dünən, 09:38
Sülhdən imtina edən Ermənistana “sülh yardımı” - Aİ-nin növbəti qərəzi
Dünən, 09:16
Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... - NƏ BAŞ VERİR?
Dünən, 09:10
Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? - AKTUAL
Dünən, 09:07
Daha bir deputatın mandatı şübhə altında - İDDİA
Dünən, 09:03
Oğuzda narkokuryer saxlanılıb
Dünən, 09:00
Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı - FOTO
Dünən, 08:57
Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... - AXI NİYƏ?..
Dünən, 08:52
Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” - GEDİŞAT
Dünən, 08:40
AAYDA-nın “köklü”ləri savaşır... - Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
Dünən, 08:37
Paşinyan dəyişiklik yolunda... zorunda... - ƏGƏR...
Dünən, 08:30
Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR - AKTUAL
Dünən, 08:26
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ - “Hər kəs həddini bilsin, yerində otursun...”
Dünən, 08:20
"İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:15
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
Dünən, 08:00
"Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır"
Dünən, 07:22
“Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” - Keyr Starmer seçicilərə söz verdi
Dünən, 07:14
Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir - ÇAĞIRIŞ
Dünən, 00:05
163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB
Dünən, 00:02
Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
5-07-2024, 19:02
Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər - RƏY
5-07-2024, 19:00
Nazirlik bu şirkətlə 3 milyonluq - MÜQAVİLƏ BAĞLADI
5-07-2024, 18:56
“Bozqurd”, “Səssiz tülkü”, “Karana-mudra” - FOTOFAKT
5-07-2024, 18:09
3 nəfər Almaniyadan Azərbaycana ŞƏFA TAPMAĞA GƏLİB - SİYAHI
5-07-2024, 18:02
“6 dəfə deputat olub, bir dəfə ağzını açıb “A”, “B” deməyib” - İTTİHAM
5-07-2024, 18:00
Məşhur toy qiymətlərini açıqladı
5-07-2024, 17:58
Azərbaycanılılar bu cinayətə görə 3-cüdür: - Özbəklər və taciklər “liderdir”
5-07-2024, 17:57
Kolleclərə yeni direktorlar təyin olunub - ADLAR
5-07-2024, 17:46
Ermənistan Konstitusiyasında cəmiyyəti narahat edən suallara cavab yoxdur - Dilanyan
5-07-2024, 17:38
Naxçıvanda məhkəməni məhkəməyə verdilər
5-07-2024, 17:32
“Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...” - GİLEY
5-07-2024, 17:27
Kərəm Mustafayevlə bağlı daha bir İDDİA - SƏRƏNCAMA GÖTÜRÜLÜB...
5-07-2024, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru