AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır .....                     Deputatlığa namizədliyini irəli sürənlərin .....                     Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək .....                     O icazə versə, deputatlığa namizəd olacam .....                     Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA .....                     Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı .....                     ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb .....                     “Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ .....                     Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? .....                     "Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     Rüfət Hacıyevin məhkəməsi başladı .....                     Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək .....                     Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. .....                     Pezeşkiandan ilk açıqlama .....                     "Bu yol heç bir siyasətçini irəli apara bilməz" .....                     Sabahdan Məhərrəm ayı başlayır .....                     Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü .....                     Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... .....                     Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ .....                     Sülhdən imtina edən Ermənistana “sülh yardımı” .....                     Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... .....                     Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? .....                     Daha bir deputatın mandatı şübhə altında .....                     Oğuzda narkokuryer saxlanılıb .....                     Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı .....                     Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... .....                     Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” .....                     AAYDA-nın “köklü”ləri savaşır... .....                     Paşinyan dəyişiklik yolunda... zorunda... .....                     Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR .....                     Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ .....                     "İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." .....                     Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib .....                     "Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır" .....                     “Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” .....                     Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir .....                     163 milyon manatlıq dərman tenderlərinin .....                     Milli Məclisin ən yaşlı deputatları .....                     Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər .....                     Nazirlik bu şirkətlə 3 milyonluq .....                 

Boz qurd pisdir, ayı, şir, qartal, xoruz yaxşıdır? - HƏQİQƏTƏN DƏ...
Tarix: 4-07-2024, 09:45 | Çap et
Boz qurd pisdir, ayı, şir, qartal, xoruz yaxşıdır?
“Boz qurd” işarəsi Altay türklərinə, göy türklərə məxsusdur və heç də millətçiliyi, irqçiliyi simvolizə etmir.

Bu, türk xalqlarının totemi olan boz qurdun başını əks etdirən işarədir və qorxmazlığı, ram olunmazlığı, intizamı, ailə dəyərlərini, lider və döyüşçülük ruhunu təcəssüm edir.

İbtidaidə belə olub. Sonra bu işarənin altına bir çox ideyalar yığılıb: milliyyətçilik, türkçülük və turançılıq...

İndi Avropa ölkələri də “boz qurd” işarəsinə zorla irqçiliyi yamamağa çalışır. Hiss olunur ki, bu işarənin, eləcə də “boz qurd” hərəkatının kriminallaşdırılması məkrli dairələrin xroniki təbliğatının nəticəsidir.

Bu xətti sovet dönəmində kommunist ideoloqları da götürmüşdülər. Ötən əsrin 70-80-ci illərində Türkiyəni sovetləşdirməyə çalışan, bu dövlətdəki marksist-leninçiləri pul-parayla, ədəbiyyatla, ideoloji materaillarla təmin edən Kremlin niyyətini puç edən məhz türkiyəli “boz qurd”lar olmuşdu.

Ondan sonra Moskva onları qara siyahıya salmış, “irticaçı millətçi hərəkat” kimi qələmə verməyə başlamışdı. O zamanın ülküçülərinin isə əsas məqsədi ölkənin sovetlşdirilməsinin, SSRİ-nin satellitinə çevrilməsinin qarşısını almaq idi.

1980-ci ilin 12 sentyabrında general Kənan Evren məhz “bozqurdlar”la marksist solçular arasında gedən küçə davasını, vətəndaş qarşıdurmasını səbəb göstərərək mülki hakimiyyəti devirmiş, ölkədə hərbi diktatura qurmuş, solçuları da, sağçı milliyyətçiləri də cəzalandırmışdı.

130608991-alpaslan-turkes.jpg (49 KB)

Maraqlıdır ki, 1992-ci ilə qədər Türkiyədə “bozqurdlar” hərəkatı olsa da, “boz qurd” işarəsi olmayıb.

Bunu qədim Altay türklərindən sonra ilk dəfə Azərbaycan türkləri populyarlaşdırıblar. 1992-ci ildə Bakıya gələn MHP başqanı Alparslan Türkeş Azərbaycanın xalq hərəkatının lideri, ikinci prezident Əbülfəz Elçibəyin təşkil etdiyi mitinqdə on minlərlə insanın “boz qurd” salamı ilə qarşılanıb. Türkiyə “bozqurdlar”ının lideri bu işarənin nə demək olduğu ilə maraqlanıb və bunun “boz qurd” simvolu olduğunu bildikdə işarə xoşuna gəlib. O, ölkəsinə qayıtdıqdan sonra başçılıq etdiyi partiyanın üzvlərinə, təəssübkeşlərinə və tərəfdarlarına bu simvolu kütləviləşdirməyi tövsiyə edib.

Belə bir versiya da var ki, Azadlıq meydanındakı mitinqdə çəkilən videokadrlar Türkiyə telekanalları ilə nümayiş etdirildiyi zaman xalq Türkeşlə Elçibəyin əl-ələ tutaraq “boz qurd” işarəsi verdiklərini görüb, ondan sonra bu jest bütün türk dünyasında məşhurlaşmağa başlayıb.
Bu barədə Türkiyə mediasında da uyğun materiallar gedib və getməkdədir. Türkeş həmişə deyirmiş ki, “boz qurd” işarəsi azərbaycanlı qardaşlarımızın hədiyyəsidir.

Hər necə olsa da, bu işarənin 1970-80-ci illərdə Türkiyədə baş verən qanlı olaylara aidiyyatı yoxdur. Yəni türkiyəli “bozqurdlar” solçularla dalaşarkən heç də bunu “boz qurd” işarəsi tutaraq etməyiblər. Bu işarə hansısa ekstremal hadisələrdə təhrikçi simvol kimi istifadə edilməyib.

xorer.JPG (43 KB)

Sadəcə, boz rəngli qurd, canavar türk xalqlarının totemidir. Ona qalsa, hər xalqın öz totemi var: şir İran dövlətinin, ayı və ikibaşlı qartal Rusiyanın, alovlu əjdaha çinlilərin, xoruz fransızların, dəvə ərəblərin, inək indusların totemidir. Fransanın futbol komandasının heyəti indinin özündə də meydançaya xoruz şəkli əks olunmuş köynəklərlə çıxır. (Rusiyadakından fərqli olaraq xoruz Fransada döyüşkənliyi simvolizə edir – indi bu, çoxmu nümunəvi simvoldur?).

Axtarsan, hansısa yırtıcı, döyüşkən heyvanı öz toteminə çevirən. simvollaşdıran xalqların, dövlətlərin sayı-hesabı yoxdur. Bizim də bəxtimizə boz qurd düşüb və o heç də ayıdan, şirdən, qartaldan, xoruzdan qeyrətsiz heyvan deyil.

Ona görə də Avropa ölkələrinin bu işarədə irqçilik, irticaya təşviq elementləri axtarması əbəs işdir. Futbolçunun beş barmağı ilə qurd başını xatırlatması kimlərisə parçalamaq üçün çağırış-filan deyil.

Fəqət, onu da nəzərə almaq lazımdır ki, Avstriyada doğulmuş Adolf Hitlerin bütün dünyanın başına oyun açaraq, 50 milyondan artıq insanın ölümünə, yarım milyard insanın faciəsinə səbəb olmasından sonra Avstriya hər cür millətçilik təzahürünə həssas yanaşır. Bu və digər ölkələrdə “Hitler salamı” vermək və ya “hayl Hitler” şüarı qışqırmaq da yasaqdır.

Avstriya parlamentinin qəbul etdiyi “Simvollar haqqında” qanun layihəsində “boz qurd” işarəsi terrorçu PKK qruplaşmasının rəmzi ilə eyni siyahıya daxil edilib.

4 il öncə “Cümhuriyyət” qəzetində çıxanda məqalədə qeyd olunur ki, İranda dərsliklərə “boz qurd” işarəsini radikal pantürkizm ideologiyasının simvolu kimi göstərən mətn salınıb, orta məktəbdə tədris edilən “İctimai kimlik” kitabında belə bir qeyd var: ““Bozqurd” Türkiyədə aşırı millətçiliyin simvoludur. İslam dünyasında pantürkizm və panərəbizm ideologiyaları, pangermanizm və panislamizmə oxşar ideyalar daşıyır. Bu ideyalar islama uyğun deyil”.

Göründüyü kimi, Şərqdə, Qərbdə, Şimalda, və Cənubda türkçülük ideyasını xor görürlər. Əcəba, nədən? Rəqiblərinin güclü və mütəşəkkil olmasını istəmirlər, ondan.

Xalid KAZIMLI - Musavat.Com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır
Dünən, 17:09
Deputatlığa namizədliyini irəli sürənlərin SAYI AÇIQLANDI
Dünən, 17:03
Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək - MƏQALƏ
Dünən, 11:42
O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı
Dünən, 11:22
Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA - TƏFƏRRÜAT
Dünən, 11:14
Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı - SƏBƏB
Dünən, 11:11
ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb - FOTO
Dünən, 11:04
“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...
Dünən, 10:54
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? - Agentlik susur
Dünən, 10:49
"Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:45
Rüfət Hacıyevin məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 10:42
Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək
Dünən, 10:40
Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. - VİDEO
Dünən, 10:16
Pezeşkiandan ilk açıqlama - Nə partiyam var idi, nə də…
Dünən, 10:12
"Bu yol heç bir siyasətçini irəli apara bilməz" - REAKSİYA
Dünən, 10:09
Sabahdan Məhərrəm ayı başlayır
Dünən, 10:06
Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü - Görünəni odur ki...
Dünən, 09:46
Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... - ARAŞDIRMA
Dünən, 09:41
Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ - "...cəza ədalətsizdir"
Dünən, 09:38
Sülhdən imtina edən Ermənistana “sülh yardımı” - Aİ-nin növbəti qərəzi
Dünən, 09:16
Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... - NƏ BAŞ VERİR?
Dünən, 09:10
Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? - AKTUAL
Dünən, 09:07
Daha bir deputatın mandatı şübhə altında - İDDİA
Dünən, 09:03
Oğuzda narkokuryer saxlanılıb
Dünən, 09:00
Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı - FOTO
Dünən, 08:57
Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... - AXI NİYƏ?..
Dünən, 08:52
Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” - GEDİŞAT
Dünən, 08:40
AAYDA-nın “köklü”ləri savaşır... - Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
Dünən, 08:37
Paşinyan dəyişiklik yolunda... zorunda... - ƏGƏR...
Dünən, 08:30
Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR - AKTUAL
Dünən, 08:26
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ - “Hər kəs həddini bilsin, yerində otursun...”
Dünən, 08:20
"İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:15
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
Dünən, 08:00
"Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır"
Dünən, 07:22
“Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” - Keyr Starmer seçicilərə söz verdi
Dünən, 07:14
Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir - ÇAĞIRIŞ
Dünən, 00:05
163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB
Dünən, 00:02
Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
5-07-2024, 19:02
Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər - RƏY
5-07-2024, 19:00
Nazirlik bu şirkətlə 3 milyonluq - MÜQAVİLƏ BAĞLADI
5-07-2024, 18:56
“Bozqurd”, “Səssiz tülkü”, “Karana-mudra” - FOTOFAKT
5-07-2024, 18:09
3 nəfər Almaniyadan Azərbaycana ŞƏFA TAPMAĞA GƏLİB - SİYAHI
5-07-2024, 18:02
“6 dəfə deputat olub, bir dəfə ağzını açıb “A”, “B” deməyib” - İTTİHAM
5-07-2024, 18:00
Məşhur toy qiymətlərini açıqladı
5-07-2024, 17:58
Azərbaycanılılar bu cinayətə görə 3-cüdür: - Özbəklər və taciklər “liderdir”
5-07-2024, 17:57
Kolleclərə yeni direktorlar təyin olunub - ADLAR
5-07-2024, 17:46
Ermənistan Konstitusiyasında cəmiyyəti narahat edən suallara cavab yoxdur - Dilanyan
5-07-2024, 17:38
Naxçıvanda məhkəməni məhkəməyə verdilər
5-07-2024, 17:32
“Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...” - GİLEY
5-07-2024, 17:27
Kərəm Mustafayevlə bağlı daha bir İDDİA - SƏRƏNCAMA GÖTÜRÜLÜB...
5-07-2024, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru