![Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1720067262_0001.jpg)
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov saxlanılıb.
Bu barədə Dia-az.İnfo-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.