AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır .....                     Deputatlığa namizədliyini irəli sürənlərin .....                     Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək .....                     O icazə versə, deputatlığa namizəd olacam .....                     Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA .....                     Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı .....                     ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb .....                     “Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ .....                     Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? .....                     "Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     Rüfət Hacıyevin məhkəməsi başladı .....                     Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək .....                     Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. .....                     Pezeşkiandan ilk açıqlama .....                     "Bu yol heç bir siyasətçini irəli apara bilməz" .....                     Sabahdan Məhərrəm ayı başlayır .....                     Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü .....                     Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... .....                     Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ .....                     Sülhdən imtina edən Ermənistana “sülh yardımı” .....                     Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... .....                     Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? .....                     Daha bir deputatın mandatı şübhə altında .....                     Oğuzda narkokuryer saxlanılıb .....                     Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı .....                     Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... .....                     Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” .....                     AAYDA-nın “köklü”ləri savaşır... .....                     Paşinyan dəyişiklik yolunda... zorunda... .....                     Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR .....                     Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ .....                     "İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." .....                     Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib .....                     "Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır" .....                     “Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” .....                     Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir .....                     163 milyon manatlıq dərman tenderlərinin .....                     Milli Məclisin ən yaşlı deputatları .....                     Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər .....                     Nazirlik bu şirkətlə 3 milyonluq .....                 

Azərbaycan internetin sürətinə görə niyə geridədir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 3-07-2024, 18:01 | Çap et
Azərbaycan internetin sürətinə görə niyə geridədir?
Müasir dövrümüzün əsas tələblərindən biri də internetdir. Təsadüfi deyil ki, hazırda yaşadığımız dövrə internet əsri də deyilir. Dünyanın bir çox ölkəsində internetin sürəti ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bir müddət əvvəl Yaponiya alimləri kommersiyada mövcud olan optik lifdən istifadə etməklə məlumat ötürmə sürəti üzrə dünya rekordu müəyyənləşdiriblər. Bu isə saniyədə 402 terabit sürət deməkdir. Bildirilir ki, bu sürət bir saniyədə təxminən 12 500 film yükləməyə imkan verir. Bu rekord hazırda dünya ölkələri tərəfindən izlənilir. Təbii ki, Azərbaycanda da internetin sürəti ilə bağlı müəyyən müsbət addımlar atılıb. Amma buna baxmayaraq, internetin sürəti ilə bağlı narazılıqlar hələ də kifayət qədərdir. Hətta bəzi yaşayış məntəqələrində ümumiyyətlə internet əlçatanlığı yox səviyyəsindədir. “Speedtest Global Index”in məlumatına görə, hazırda Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında 39,48 MB/S sürətlə 118-ci yerdə qərarlaşıb. Siyahıda sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (289,98 MB/S), axırıncı yeri isə Kuba (2,69 MB/S) tutub. Azərbaycan mobil internetin sürətinə görə isə 51,18 MB/S sürətlə 147 ölkə arasında 59-cu olub. Siyahıda mobil internetin sürətinə görə birinci yerdə Qətər (329,37 MB/S), sonuncu yerdə isə yenə də Kuba (3,77 MB/S) qərarlaşıb.

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev İqtisadiyyat.az-a açıqlamasında Yaponiya alimlərinin uğurunu yüksək nailiyyət kimi qiymətləndirib.

Onun sözlərinə görə, amma bu yeni kabel növü deyil, sadəcə daha əvvəl istifadə olunmamış dalğa uzunluqlarından istifadə etməklə yüksək sürət əldə edilib: “Nəzərə alsaq ki, dünyadakı data trafikinin 99%-i dənizlər və okeanların dibi ilə aparılan kabellərlə mümkün olur. Peyk rabitəsi stabil internet və əlaqə üçün çox münasib deyil. Peyk rabitəsinin hava və digər şəraitlərə görə təsirlənməsi mümkündür. Okeanı keçən ilk fiber-optik kabel olan TAT-8 14 dekabr 1988-ci ildə xidmətə başlayıb. Britaniya Telekom və Fransa Telekom Şimali Amerika ilə 5846 km dəniz dibi məsafəsini əhatə edən fiberoptik xətti 280 Mbps sürətə sahib idi. O dövrdən sonra dənizaltı fiberoptik kabellərin sürəti və sayı kifayət qədər çoxaldı. Sahibləri Edge Cable Holdings (Facebook), AquaComms, Cable & Wireless Americas Systems (Vodafone), Microsoft və Orange olan Amitié kabeli, Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransanı birləşdirən özəl transatlantik fiberoptik kabelidir. Bu kabel 2020-2023-cü illər arasında həyata keçirilmiş və sürəti 320 Tbit/s-dır. Bu kabelin 16 fiberoptik cütü var və bir kabel 23 Tbit/s sürət qabiliyyətinə malikdir”.

Mütəxəssis bildirib ki, bu sürətlər hazırda dünyanın data alış-veriş ehtiyacını qarşılamaq üçün icad edilən fiberkabel texnologiyalarıdır: “Amma daxili datacenterlərdə isə sürətlər adətən Gbps ilə ölçülür. Məsələn, 400 Gbps sürətə sahib 150 m məsafəyə qədər məlumat ötürə bilən 1000BASE-SR4 standartlı kabeli misal göstərmək olar”.

Bəhruz Əliyev vurğulayıb ki, bu gün Yaponiya alimlərinin laboratoriya şəraitində çatdıqları sürət reallıq ilə eyni olmayacaq: “Praktiki olaraq, müxtəlif təsiredici məqam hər zaman mümkündür. Amma nəzərə alsaq ki, 402 Tbps sürət, 402/8=50.25 TB datanın 1 saniyədə köçməsinə bərabərdir. Bu da 4K-lıq 1 saatı 30GB olan video ilə hesablasaq, 1716.2 saatlıq videodur. Yəni sizin 1 saniyədə endirdiyiniz data film olsaydı, bu filmə 71 gün 4K keyfiyyətində baxa bilərdiniz”.

Dünya ölkələrinin internetə çıxış sürətinin böyük və kiçik olmasının onların qoşulduğu magistral fiberoptik xətlərdən də asılı olduğunu söyləyən mütəxəssis vurğulayıb ki, ona görə də bəzən ölkələr öz sürətini, bant genişliyini artırmaq üçün birlikdə hərəkət edərək fiberoptik kabellər çəkirlər və magistral xətlərə daha yüksək sürətlə qoşulurlar: “Bu da sürətin artmasına gətirib çıxarır. Okeana bitişik dənizlərə və okeana yaxın ölkələrin şansı kontinental yerləşən ölkələrə görə daha yuxarıdır. Açıq dənizə çıxış üstünlüyünün tarixi müharibələrə səbəb olmasının müasir bir səbəbini burada da görə bilərik. Amma nəzərinizə çatdırım ki, dünyada internet sürətinə görə Yaponiya birinci deyil. Ookla şirkəti may ayında Speedtest Qlobal İndeksi tərtib edib. Bu index stabil internet və mobil internet üzrə tərtib olunub. İlk 10 yer aşağıdakı şəkildə göstərilmişdir. Bu index-ə görə Azərbaycan mobil internet üzrə Qafqazda birincidir. Şəkildə ortalama olaraq, ölkələr üzrə sürətlər göstərilmişdir. Bütün sürətli internetə sahib olan ölkələrin birbaşa okeana çıxışının olması bir daha göstərir ki, coğrafi faktor bu məsələdə ciddi əhəmiyyət daşıyır”.

B.Əliyev Azərbaycanda da fiberoptik kabel strukturunun yenilənməsinin davam etdiyini xatırladıb: “Artıq bölgələrdə GPON adlanan fiberoptik texnologiyalardan istifadə edilərək, internet xətləri çəkilir. Köhnəlmiş və telefon əsaslı ADSL xətləri artıq tarixə qovuşur. Bəzi ucqar kəndlərdə GPON texnologiya ilə evlərə fiber internet çəkildiyini müşahidə etmək mümkündür. Təbii ki, əskiklər mövcuddur və ümumi strukturun inkişafına fiber layihələrin həyata keçirilməsinə ehtiyac vardır. İstifadə olunan avadanlıqlar da sürətə uyğun, düzgün təyinatlı və tələb olunan trafikə cavab verə bilməlidir. Qəbul etməliyik ki, fiber kabellərin çəkilişi davamlı gedən prosesdir. Dayanmadan davam etməliyik. Bu məsələdə internet provayderlərin də marağı və kefiyyətli xidmət göstərməsi onun vizyonu və xidmət etikası ilə də bağlıdır. Ümid və arzumuz odur ki, bu sferada olan hər bir kəs əlini daşın altına qoyaraq müasir tələblərə cavab vermək üçün əlindən gələni əsirgəməyəcək. Biz birlikdə hər növ müsbət inkişaf yolunu keçməyə qadir və potensialı olan bir ölkəyik və davamı olaraq inkişaf üçün çalışmalıyıq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır
Dünən, 17:09
Deputatlığa namizədliyini irəli sürənlərin SAYI AÇIQLANDI
Dünən, 17:03
Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək - MƏQALƏ
Dünən, 11:42
O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı
Dünən, 11:22
Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA - TƏFƏRRÜAT
Dünən, 11:14
Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı - SƏBƏB
Dünən, 11:11
ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb - FOTO
Dünən, 11:04
“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...
Dünən, 10:54
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? - Agentlik susur
Dünən, 10:49
"Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:45
Rüfət Hacıyevin məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 10:42
Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək
Dünən, 10:40
Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. - VİDEO
Dünən, 10:16
Pezeşkiandan ilk açıqlama - Nə partiyam var idi, nə də…
Dünən, 10:12
"Bu yol heç bir siyasətçini irəli apara bilməz" - REAKSİYA
Dünən, 10:09
Sabahdan Məhərrəm ayı başlayır
Dünən, 10:06
Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü - Görünəni odur ki...
Dünən, 09:46
Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... - ARAŞDIRMA
Dünən, 09:41
Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ - "...cəza ədalətsizdir"
Dünən, 09:38
Sülhdən imtina edən Ermənistana “sülh yardımı” - Aİ-nin növbəti qərəzi
Dünən, 09:16
Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... - NƏ BAŞ VERİR?
Dünən, 09:10
Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? - AKTUAL
Dünən, 09:07
Daha bir deputatın mandatı şübhə altında - İDDİA
Dünən, 09:03
Oğuzda narkokuryer saxlanılıb
Dünən, 09:00
Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı - FOTO
Dünən, 08:57
Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... - AXI NİYƏ?..
Dünən, 08:52
Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” - GEDİŞAT
Dünən, 08:40
AAYDA-nın “köklü”ləri savaşır... - Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
Dünən, 08:37
Paşinyan dəyişiklik yolunda... zorunda... - ƏGƏR...
Dünən, 08:30
Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR - AKTUAL
Dünən, 08:26
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ - “Hər kəs həddini bilsin, yerində otursun...”
Dünən, 08:20
"İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:15
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
Dünən, 08:00
"Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır"
Dünən, 07:22
“Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” - Keyr Starmer seçicilərə söz verdi
Dünən, 07:14
Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir - ÇAĞIRIŞ
Dünən, 00:05
163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB
Dünən, 00:02
Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
5-07-2024, 19:02
Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər - RƏY
5-07-2024, 19:00
Nazirlik bu şirkətlə 3 milyonluq - MÜQAVİLƏ BAĞLADI
5-07-2024, 18:56
“Bozqurd”, “Səssiz tülkü”, “Karana-mudra” - FOTOFAKT
5-07-2024, 18:09
3 nəfər Almaniyadan Azərbaycana ŞƏFA TAPMAĞA GƏLİB - SİYAHI
5-07-2024, 18:02
“6 dəfə deputat olub, bir dəfə ağzını açıb “A”, “B” deməyib” - İTTİHAM
5-07-2024, 18:00
Məşhur toy qiymətlərini açıqladı
5-07-2024, 17:58
Azərbaycanılılar bu cinayətə görə 3-cüdür: - Özbəklər və taciklər “liderdir”
5-07-2024, 17:57
Kolleclərə yeni direktorlar təyin olunub - ADLAR
5-07-2024, 17:46
Ermənistan Konstitusiyasında cəmiyyəti narahat edən suallara cavab yoxdur - Dilanyan
5-07-2024, 17:38
Naxçıvanda məhkəməni məhkəməyə verdilər
5-07-2024, 17:32
“Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...” - GİLEY
5-07-2024, 17:27
Kərəm Mustafayevlə bağlı daha bir İDDİA - SƏRƏNCAMA GÖTÜRÜLÜB...
5-07-2024, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru