AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır .....                     Deputatlığa namizədliyini irəli sürənlərin .....                     Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək .....                     O icazə versə, deputatlığa namizəd olacam .....                     Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA .....                     Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı .....                     ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb .....                     “Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ .....                     Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? .....                     "Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     Rüfət Hacıyevin məhkəməsi başladı .....                     Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək .....                     Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. .....                     Pezeşkiandan ilk açıqlama .....                     "Bu yol heç bir siyasətçini irəli apara bilməz" .....                     Sabahdan Məhərrəm ayı başlayır .....                     Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü .....                     Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... .....                     Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ .....                     Sülhdən imtina edən Ermənistana “sülh yardımı” .....                     Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... .....                     Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? .....                     Daha bir deputatın mandatı şübhə altında .....                     Oğuzda narkokuryer saxlanılıb .....                     Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı .....                     Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... .....                     Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” .....                     AAYDA-nın “köklü”ləri savaşır... .....                     Paşinyan dəyişiklik yolunda... zorunda... .....                     Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR .....                     Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ .....                     "İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." .....                     Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib .....                     "Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır" .....                     “Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” .....                     Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir .....                     163 milyon manatlıq dərman tenderlərinin .....                     Milli Məclisin ən yaşlı deputatları .....                     Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər .....                     Nazirlik bu şirkətlə 3 milyonluq .....                 

"Pulları sayanda maska taxmırdız, indi maskalanmısız" - Talassemiyalı xəstələrin vəsaitlərini mənimsəyənlərin işi
Tarix: 3-07-2024, 16:47 | Çap et
"Pulları sayanda maska taxmırdız, indi maskalanmısız"
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal"
ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə Solmaz Eyvazova vəsatət göndərib. O bildirib ki, 6 min 500 manat alıb, o həmin pulu qaytarmasımı istəyib.

Hakim tərəflərə çağırış edib: "Biz fevral ayından bu günə kimi cəmi bir təqsirləndirilən şəxs dindirmişik. Belə getsə, bu iş çox uzanacaq. Hərə bir vəsatət yazır. Zərərçəkmiş indi vəsatət yazıb ki, pulunu versinlər".

Hakim Nuridə Seyidovanın tibbi maska taxmasına münasibət bildirib: "Mən videoya da baxıram, pulları sayanda maska taxan olmayıb. Koronavirusun ən qaynar vaxtında maska taxmayıblar. İndi burada maska taxırsız".

Zərərçəkmiş Aysel Abdullayeva məhkəmədə çəkilişin aparılmasını istəyib. O deyib ki, Nuridə Seyidovanın əlaltıları çöldədirlər. Amma hakim qərar qəbul edildiyini, çəkilişin dayandırıldığını bildirib.

Daha sonra Nuridə Seyidova ifadə verib. O bildirib ki, xəstələrin gətirilməsini Aynur Babayeva gətirəcəyi ilə razılaşıblar: "Biz 50-50-yə işləyəcəkdik. Çünki Aynurun əlaqələri geniş idi. Sonra biz ofis tutduq. Biz həmin ofisdə xəstələri qəbul etmişdik. Sonra Aynur dedi ki, bu ofis iş görməyimizə görə yararsız idi. Aynur və Aysel ilə razılaşdıq ki, xəstələrin müalicəsi üçün sponsorlar cəlb edəcəydik. Buna görə də şirkətlərə məktub yazırdıq".

Hakim bildirib ki, bu xəstələrin müalicəsi 160 min avrodur, xəstə deyir ki, 25 min dolları var: "Başa düşmək lazım idi ki, qalan pulu necə əldə edəsiniz. 25 min dollar almısınız, bəs müalicə üçün 135 min dolları haradan əldə edəcəkdir?".

Nuridə Seyidova deyib ki, 135 min dolları internet vasitəsi ilə elan edilib, həmin məbləğ toplanacaqdı.

Təqsirləndirilən şəxs bildirib ki, 20-25 nəfər ziyan çəkib. Bu zaman hakim bildirib ki, rəsmi olaraq müraciət edən 36 nəfərdir: "Amma bizə hər gün zənglər gəlir, ziyan çəkənlərin sayı yüzlərlədir. Çoxu bura gəlmir, kameraya düşməkdən utanırlar".

Daha sonra Nuridə Seyidova ifadəsində zərərçəkmişlərdın pulların alınmasını, kimlərin almasını, nə qədər məbləğdə almasını danışıb.

Növbəti proses iyulun 10-da davam edəcək.

Məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib. Hakim deyib ki, vergi xidmətinə sorğu göndəriləcək. Sorğuya əsasən "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin vergi bəyanəmələri, mədaxil çekləri barədə məhkəməyə məlumat verilməsi tələb olunub.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övladları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır
Dünən, 17:09
Deputatlığa namizədliyini irəli sürənlərin SAYI AÇIQLANDI
Dünən, 17:03
Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək - MƏQALƏ
Dünən, 11:42
O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı
Dünən, 11:22
Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA - TƏFƏRRÜAT
Dünən, 11:14
Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı - SƏBƏB
Dünən, 11:11
ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb - FOTO
Dünən, 11:04
“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...
Dünən, 10:54
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? - Agentlik susur
Dünən, 10:49
"Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:45
Rüfət Hacıyevin məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 10:42
Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək
Dünən, 10:40
Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. - VİDEO
Dünən, 10:16
Pezeşkiandan ilk açıqlama - Nə partiyam var idi, nə də…
Dünən, 10:12
"Bu yol heç bir siyasətçini irəli apara bilməz" - REAKSİYA
Dünən, 10:09
Sabahdan Məhərrəm ayı başlayır
Dünən, 10:06
Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü - Görünəni odur ki...
Dünən, 09:46
Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... - ARAŞDIRMA
Dünən, 09:41
Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ - "...cəza ədalətsizdir"
Dünən, 09:38
Sülhdən imtina edən Ermənistana “sülh yardımı” - Aİ-nin növbəti qərəzi
Dünən, 09:16
Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... - NƏ BAŞ VERİR?
Dünən, 09:10
Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? - AKTUAL
Dünən, 09:07
Daha bir deputatın mandatı şübhə altında - İDDİA
Dünən, 09:03
Oğuzda narkokuryer saxlanılıb
Dünən, 09:00
Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı - FOTO
Dünən, 08:57
Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... - AXI NİYƏ?..
Dünən, 08:52
Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” - GEDİŞAT
Dünən, 08:40
AAYDA-nın “köklü”ləri savaşır... - Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
Dünən, 08:37
Paşinyan dəyişiklik yolunda... zorunda... - ƏGƏR...
Dünən, 08:30
Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR - AKTUAL
Dünən, 08:26
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ - “Hər kəs həddini bilsin, yerində otursun...”
Dünən, 08:20
"İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:15
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
Dünən, 08:00
"Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır"
Dünən, 07:22
“Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” - Keyr Starmer seçicilərə söz verdi
Dünən, 07:14
Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir - ÇAĞIRIŞ
Dünən, 00:05
163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB
Dünən, 00:02
Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
5-07-2024, 19:02
Ermənistanın Rusiyadakı səfirini dəyişməkdə iki məqsədi ola bilər - RƏY
5-07-2024, 19:00
Nazirlik bu şirkətlə 3 milyonluq - MÜQAVİLƏ BAĞLADI
5-07-2024, 18:56
“Bozqurd”, “Səssiz tülkü”, “Karana-mudra” - FOTOFAKT
5-07-2024, 18:09
3 nəfər Almaniyadan Azərbaycana ŞƏFA TAPMAĞA GƏLİB - SİYAHI
5-07-2024, 18:02
“6 dəfə deputat olub, bir dəfə ağzını açıb “A”, “B” deməyib” - İTTİHAM
5-07-2024, 18:00
Məşhur toy qiymətlərini açıqladı
5-07-2024, 17:58
Azərbaycanılılar bu cinayətə görə 3-cüdür: - Özbəklər və taciklər “liderdir”
5-07-2024, 17:57
Kolleclərə yeni direktorlar təyin olunub - ADLAR
5-07-2024, 17:46
Ermənistan Konstitusiyasında cəmiyyəti narahat edən suallara cavab yoxdur - Dilanyan
5-07-2024, 17:38
Naxçıvanda məhkəməni məhkəməyə verdilər
5-07-2024, 17:32
“Bu qurum kasıblara sosial yardım deyil, işgəncə verir...” - GİLEY
5-07-2024, 17:27
Kərəm Mustafayevlə bağlı daha bir İDDİA - SƏRƏNCAMA GÖTÜRÜLÜB...
5-07-2024, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru