"Makron Fransa və Afrikada yaşadığı siyasi "məğlubiyyət"in əvəzini .....                     Çörək 5-10 qəpik ucuzlaşa bilər .....                     Şuşada 3,2 milyon manatlıq tikinti tenderinin qalibi .....                     Bu ölkə Türkiyəyə hücuma hazırlaşır .....                     Hacı Nuran Allahverdi Yolçuyevi ziyarət etdi .....                     Naxçıvanda dövlət qurumu portaldan gizlətdiyi .....                     “Saqqalılar Bakını zəbt edib, üzdəniraqlar ekranları...” .....                     Gecəyarı camaatın evini başına uçuran MTK BARƏDƏ ARAŞDIRMA .....                     Şəhid ailələrinə yardım etdiyinə görə... GÖMRÜK KOMİTƏSİNDƏN QOVULUB? .....                     Viktor Orban Azərbaycana səfər edəcək .....                     Hazırlıqdan çıxan qız sevdiyi oğlanla tutuldu: .....                     "Pərviz Bülbüləni öyrətməyə hazıram" .....                     Aysel Teymurzadənin direktor həyat yoldaşı .....                     Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: .....                     "Məhərrəmlikdə 2 ay boşuq" .....                     Zəngəzur dəhlizinə doğru daha bir addım .....                     Büdcə artımı bütün tələbləri ödəyəcəkmi? .....                     “Halal hotel” digərlərindən nə ilə fərqlənir? .....                     Rəhman Rəhmanov yaşadığı çətinliklərdən danışdı: .....                     Anar Cəbrayıllı yeni vəzifəyə təyinat aldı .....                     “Veysəloğlu Şirkətlər Qrupu”nun 2 direktoru vəzifəsindən gedib .....                     Azərbaycanda “halal hotel”lər yaradılacaq .....                     Şəkidə nə düzən var... NƏ DƏ MİZAN... .....                     İngiltərə şirkəti Azərbaycan bazarını tərk edir .....                     Elşad Miri masonların Bakı toplantısında iştirak edib? .....                     Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq .....                     Arıqlayıb tanınmaz olan müğənniyə .....                     “Plastik əməliyyat günahdır” .....                     “Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları .....                     Azərbaycanda iki general ehtiyata buraxılıb .....                     Qiymət artımı: səbəb və nəticə: “Əhali reallığa alışmalıdır” .....                     "Şlyapa Zahid"lə bağlı Ali Məhkəməyə protest verildi .....                     Filarmoniyada korrupsiya yoxlamaları aparılır .....                     Nazir rəis müavinini və direktoru işdən çıxardı .....                     Ceyhun Musaoğluya vəzifə verildi .....                     “Ermənilər bilsinlər ki, bu, heç vaxt olmayacaq” .....                     İranda ana dilinin tədrisi mümkündür .....                     Manaf Ağayev deputatlığa namizəd olacaq? .....                     Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb .....                     Xanım direktordan yeni təyinat .....                 

Pezeşkian-Cəlili mübarizəsində ikinci tur və ya “ağaları kimi məsləhət bilibsə...” - GƏLİŞMƏ
Tarix: 2-07-2024, 18:04 | Çap et
Pezeşkian-Cəlili mübarizəsində ikinci tur və ya “ağaları kimi məsləhət bilibsə...”
İranda cümə günü – iyunun 28-də keçirilən prezident seçkisində yarışan dörd namizəddən heç biri səslərin 50 faizini toplaya bilmədi və bu səbəbdən seçkilərin ikinci turu keçiriləcək. İlk turun nəticələrinə görə, islahatçı qanadın yeganə namizədi, azərbaycanlı Məsud Pezeşkian 10 milyondan çox səslə irəlidədir. Ölkənin seçkilər üzrə rəsmi qurumunun məlumatında görə, Ali Dini Lider Seyid Əli Xameneinin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili 9 milyondan çox səslə ikinci yerdə qərarlaşıb. Beləliklə, Pezeşkian və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar.

Qeyd edək ki, Pezeşkian İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarına qarşı çıxır və nüvə proqramı ilə bağlı yeni saziş imzalamaqla Qərbin İrana qarşı sanksiyalarına son qoymaq istəyir. Əslən azərbaycanlı olan və açıq sözlü olaraq tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb. İqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkian və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub.

Mühafizəkar qanadın təmsilçisi Səid Cəlili 1965-ci ildə ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində anadan olub, hərbiləşdirilmiş Bəsic qüvvələrinə qoşulub və İran-İraq müharibəsində (1980-88) bir neçə dəfə könüllü kimi xidmət edib. O, döyüşdə yaralanıb və sağ ayağını itirib. Fəlsəfə doktoru olan Səid Cəlili “Qurandakı siyasi fikir” mövzusunda doktorluq dissertasiyasını yazıb. İran xəbər saytları onu islami “ideallara” sadiq və “sadə həyat” sürən bir ziyalı kimi təqdim ediblər.

Bu seçkidə prezidentlik uğrunda mübarizəyə İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş rəhbəri və parlamentin indiki sədri Məhəmməd Bağır Qalibaf, Ali Dini liderin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, Tehran meri Əli Rza Zəkiyani, keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, Şəhid və Veteranlar Fondunun rəhbəri Əmir Hüseyn Qəzizadə-Haşimi və sabiq səhiyyə naziri Məsud Pezeşkian qatılsa da, daha sonra Əli Rza Zəkiyani və Əmir Hüseyn Qəzizadə-Haşimi öz namizədliklərini geri götürüblər.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkisi təyin olunub.

İranda ölkənin birinci şəxsi olmaq uğrunda mübarizə, baş verən proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri, əslən Güney Azərbaycandan olan siyasi fəal Əjdər Tağızadə deyib ki, İranda İslam inqilabçıları hakimiyyətə gəldikdən bu yanadır ki, heç vaxt demokratik seççki keçirilməyib:

- İran adlanan ölkədə seçkilərin sadəcə imitasiyası həyata keçirilir. Düzdür, əvvəl də, şahın dönəmində də seçkilər keçirilməyib. Son 45 ildə isə dövləti idarə edən Ali Dini Lider institutudur ki, bu institut heç zaman demokratik, şəffaf seçki keçirməyib. İran adlanan dövlətdə 13 dəfə prezident seçkiləri keçirilib, hamısı da Ali Dini Lider tərəfindən seçilən şəxslər olub, xalq tərəfindən seçilən şəxs yox. Özlərinin də etiraf etdiyi kimi, baş verənlər seçki deyil, şoudur. Birinci turda İran Prezidentinin kim olmasına özləri qəsdlə aydınlıq gətirmədilər ki, guya seçki mübarizəsi gedir. Dünyaya göstərmək istəyirlər ki, guya İranda gərgin seçki mübarizəsi gedir, namizədlər yarışır. Əslində isə seçki yoxdur, Ali Dini Liderin seçdiyi şəxs Prezident kürsüsündə oturacaq. Yəni Xamnei ağaları kimi məsələhət bilibsə, iyulun 5-də həmin namizəd də “sandıqdan çıxacaq”. Vəssalam, hər şey bu qədər bəsitdir. Kimsə məni inandıra bilməz ki, İran Prezidentini, yaxud da İranda deputatları xalq seçir.

- Sizcə, Xamenei kimi məsləhət bilib – Cəlilini, yoxsa Pezeşkianini?

- Yəqin ki, Cəlilini məsləhət bilib. Ali Dini Lider mühafizəkarların hakimiyyətdə olmasında maraqlıdır. Bundan əvvəlki Prezident, qəzada ölən İbrahim Rəisi də mühafizəkarlar qanadının təmsilçisi idi. Seçki tamaşasında üçüncülük qazanan Qalibaf da seçiciləri Cəliliyə dəstəyə çağırdı. Hansı ki, onun guya 3 milyon dəstəkçisi var. Cəlilinin ilk turda “qazandığı səslərin” üzərinə Qalibafın “qazandığı səsləri” əlavə edib onu yəqin ki, İran Prezidenti təyin edəcəklər.

- Amma Pezeşkian birinci turda qalib oldu. Onun birinciliyi nəzərə alına bilərmi?

- İnanmıram ki, Pezeşkianı ikinci turda qalib etsinlər. İran rejimi azərbaycanlı olduğu üçün onu ortaya atıb. Pezeşkianı o vaxt Təbrizdən millət vəkili etdilər, sonra İran Parlamentinin sədr müavini etdilər. Daha sonra Pezeşkian dəfələrlə nazir olub, həm də bu rejimin vaxtında. Belə bir şəxsə millət inanmaz. Cinayətkar rejim Güney Azərbaycan əhalisinin hüquqlarını pozub, zindanlara salıb, olmazın işgəncələrinə məruz qoyub, təbii sərvətləri talayıb, gölünü qurudub, təbiətini məhv edib. Həmin vaxt Pezeşkian bu rejimin nazirlərindən olub. Millət bilir ki, 45 illik rejimi onun naziri vəzifəsində işləmiş bir adam dəyişə bilməz. Lap Pezeşkianı da İran Prezidenti təyin etsələr, bu rejim dəyişməyəcək. Çünki yenə də deyirəm, İranın ideologiyası eynidir, ona xidmət edənlər də bu ideologiyanın, fars şovinizminin təmsilçisi olacaq. İrandakı bu seçki filminin ssenari müəllifi də, rejissoru da, operatoru da, hətta işıqçısı da, aktyoru da bir nəfərdir – Xamnei. Ona görə də bu seçki şousundan sonra İranda hansısa dəyişikliyin olacağını gözləmək düzgün deyil. Nə vaxt ki, 45 illik İran rejimi tamam dəyişəcək, o zaman İranda seçkiyə ümid edə bilərik.

- Bu seçkilərdən sonra İran Azərbaycanla bağlı siyasətində dəyişiklik edə bilərmi?

- Heç bir dəyişiklik gözlənilmir. İran adlanan dövlətin başında dayanan insanların, ideoloqların Azərbaycana və azərbaycanlılara qarşı siyasəti eynidir. Tehran rejimi müstəqil, suveren Azərbaycanı qəbul edə bilməyiblər, heç vaxt da etməyəcəklər. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə İran rejiminin Azərbaycana qarşı məkrli siyasətinin hamımız şahidiyik. İran Prezidenti kürsüsündə kimin əyləşməsindən asılı olmayaraq bu siyasətin dəyişəcəyi gözlənilmir. İranda yeni Prezidentin dönəmində Güney Azərbaycan türklərinə qarşı da siyasətdə hansısa müsbət dəyişiklik gözlənilmir. Hətta Cəlili İran Prezidenti olduğu təqdirdə, ola bilsin ki, güneyli soydaşlarımıza qarşı qəddarlıqlar bir qədər də artsın. Çünki görünürdə Azərbaycan türkləri Pezeşkianını dəstəkləyiblər. Cəlili bunun qisasını almaq istiqamətində siyasət apara bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Makron Fransa və Afrikada yaşadığı siyasi "məğlubiyyət"in əvəzini Azərbaycandan çıxarmağa çalışır"
Bu gün, 19:02
Çörək 5-10 qəpik ucuzlaşa bilər - AÇIQLAMA
Bu gün, 19:00
Şuşada 3,2 milyon manatlıq tikinti tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 18:56
Bu ölkə Türkiyəyə hücuma hazırlaşır - NATO məlumat yaydı
Bu gün, 18:15
Hacı Nuran Allahverdi Yolçuyevi ziyarət etdi - FOTO
Bu gün, 18:14
Naxçıvanda dövlət qurumu portaldan gizlətdiyi 4 milyonluq tenderinin qalibini AÇIQLADI
Bu gün, 18:11
“Saqqalılar Bakını zəbt edib, üzdəniraqlar ekranları...” - Sərt açıqlama
Bu gün, 18:08
Gecəyarı camaatın evini başına uçuran MTK BARƏDƏ ARAŞDIRMA - TƏFƏRRÜAT
Bu gün, 18:05
Şəhid ailələrinə yardım etdiyinə görə... GÖMRÜK KOMİTƏSİNDƏN QOVULUB? - BOŞ PAFOS...
Bu gün, 18:02
Viktor Orban Azərbaycana səfər edəcək
Bu gün, 17:48
Hazırlıqdan çıxan qız sevdiyi oğlanla tutuldu: - "Şərt qoydu ki, mənimlə də..."
Bu gün, 17:47
"Pərviz Bülbüləni öyrətməyə hazıram" - Muğam ustadından meyxanaçıya dəstək
Bu gün, 17:40
Aysel Teymurzadənin direktor həyat yoldaşı SAXLANILIB?
Bu gün, 17:31
Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: - “Bu axmaq qərarı...”
Bu gün, 17:26
"Məhərrəmlikdə 2 ay boşuq"
Bu gün, 17:21
Zəngəzur dəhlizinə doğru daha bir addım - Yaxın vaxtlarda açıla bilər
Bu gün, 17:19
Büdcə artımı bütün tələbləri ödəyəcəkmi? - AKTUAL
Bu gün, 17:10
“Halal hotel” digərlərindən nə ilə fərqlənir? -Turizm ekspertindən açıqlama
Bu gün, 17:06
Rəhman Rəhmanov yaşadığı çətinliklərdən danışdı: - Övladlarımın vəfat etməsi...
Bu gün, 17:03
Anar Cəbrayıllı yeni vəzifəyə təyinat aldı - AÇIQLAMA
Bu gün, 17:00
“Veysəloğlu Şirkətlər Qrupu”nun 2 direktoru vəzifəsindən gedib - FOTO
Bu gün, 16:58
Azərbaycanda “halal hotel”lər yaradılacaq - ŞƏRTLƏR
Bu gün, 16:55
Şəkidə nə düzən var... NƏ DƏ MİZAN... - NAZİRLİK ARAŞDIRIR...
Bu gün, 16:52
İngiltərə şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 16:47
Elşad Miri masonların Bakı toplantısında iştirak edib? - AÇIQLAMA
Bu gün, 16:43
Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq - TƏFƏRRÜAT
Bu gün, 16:41
Arıqlayıb tanınmaz olan müğənniyə YALANÇI DEDİLƏR
Bu gün, 16:38
“Plastik əməliyyat günahdır”
Bu gün, 16:34
“Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları - istintaqla müəyyən olunub ki...
Bu gün, 15:45
Azərbaycanda iki general ehtiyata buraxılıb - RƏSMİ
Bu gün, 15:44
Qiymət artımı: səbəb və nəticə: “Əhali reallığa alışmalıdır” - NƏ EDƏ BİLƏRİK Kİ?..
Bu gün, 15:41
"Şlyapa Zahid"lə bağlı Ali Məhkəməyə protest verildi - TƏFƏRRÜAT
Bu gün, 15:38
Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alındı
Bu gün, 15:29
Nazir rəis müavinini və direktoru işdən çıxardı - ƏMR
Bu gün, 15:25
Ceyhun Musaoğluya vəzifə verildi - ƏMR
Bu gün, 15:18
“Ermənilər bilsinlər ki, bu, heç vaxt olmayacaq”
Bu gün, 15:15
İranda ana dilinin tədrisi mümkündür - Bədri
Bu gün, 15:12
Manaf Ağayev deputatlığa namizəd olacaq? - Özü açıqladı
Bu gün, 15:10
Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb
Bu gün, 15:06
Xanım direktordan yeni təyinat - ƏMR
Bu gün, 15:04
Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya verib
Bu gün, 14:59
Azərbayanda 150 min dollarlıq şirkət
Bu gün, 14:57
Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək
Bu gün, 14:48
General-leytenant və general-mayor ehtiyata buraxıldı - SƏRƏNCAM
Bu gün, 14:46
Azərbaycana üstünlüklər qazandıran Astana sammiti - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Avropada Ukraynaya ən az dəstək verən ölkə İtaliyadır.
Bu gün, 14:00
"MİDA" bu şirkətlərlə 9 milyonluq müqavilələr bağladı - DETALLAR
Bu gün, 13:56
"Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" - İDMANDA QALMAQAL
Bu gün, 13:09
Siyavuş Novruzov onu “çıxdaş” edənlərə meydan oxudu - ŞOK AÇIQLAMA
Bu gün, 13:06
"Gələcəyimizin sağlam təməlli olması, qız övladlarımızın "erkən" nikahı yox, təhsil alması ilə bağlıdır"
Bu gün, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru