![6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib 6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1719927413_0001.jpg)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib.
Dia-az.İnfo Qaynarinfo -ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Fariz Natiq oğlu Əliyev gətirilib.
Qeyd edək ki, Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.
Xatırladaq ki, 6 saylı cəzaçəkmə müəssisəsinin təqaüdə göndərilən sabiq rəisi Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.