Aysel Teymurzadənin direktor həyat yoldaşı .....                     Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: .....                     "Məhərrəmlikdə 2 ay boşuq" .....                     Zəngəzur dəhlizinə doğru daha bir addım .....                     Büdcə artımı bütün tələbləri ödəyəcəkmi? .....                     “Halal hotel” digərlərindən nə ilə fərqlənir? .....                     Rəhman Rəhmanov yaşadığı çətinliklərdən danışdı: .....                     Anar Cəbrayıllı yeni vəzifəyə təyinat aldı .....                     “Veysəloğlu Şirkətlər Qrupu”nun 2 direktoru vəzifəsindən gedib .....                     Azərbaycanda “halal hotel”lər yaradılacaq .....                     Şəkidə nə düzən var... NƏ DƏ MİZAN... .....                     İngiltərə şirkəti Azərbaycan bazarını tərk edir .....                     Elşad Miri masonların Bakı toplantısında iştirak edib? .....                     Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq .....                     Arıqlayıb tanınmaz olan müğənniyə .....                     “Plastik əməliyyat günahdır” .....                     “Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları .....                     Azərbaycanda iki general ehtiyata buraxılıb .....                     Qiymət artımı: səbəb və nəticə: “Əhali reallığa alışmalıdır” .....                     "Şlyapa Zahid"lə bağlı Ali Məhkəməyə protest verildi .....                     Filarmoniyada korrupsiya yoxlamaları aparılır .....                     Nazir rəis müavinini və direktoru işdən çıxardı .....                     Ceyhun Musaoğluya vəzifə verildi .....                     “Ermənilər bilsinlər ki, bu, heç vaxt olmayacaq” .....                     İranda ana dilinin tədrisi mümkündür .....                     Manaf Ağayev deputatlığa namizəd olacaq? .....                     Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb .....                     Xanım direktordan yeni təyinat .....                     Azərbaycan Mərkəzi Bankı .....                     Azərbayanda 150 min dollarlıq şirkət .....                     Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək .....                     General-leytenant və general-mayor ehtiyata buraxıldı .....                     Azərbaycana üstünlüklər qazandıran Astana sammiti .....                     Avropada Ukraynaya ən az dəstək verən ölkə İtaliyadır. .....                     "MİDA" bu şirkətlərlə 9 milyonluq müqavilələr bağladı .....                     "Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" .....                     Siyavuş Novruzov onu “çıxdaş” edənlərə meydan oxudu .....                     "Gələcəyimizin sağlam təməlli olması, qız övladlarımızın "erkən" nikahı yox, təhsil alması ilə bağlıdır" .....                     Müdafiə Nazirliyinin vəzifəli əməkdaşı haqda ŞOK İDDİALAR .....                     Cənub-şəq küləyi əsəcək .....                 

Qarabağlı ermənilər yenə alət edilir: - bu dəfə fərqli çirkin oyunda
Tarix: 2-07-2024, 14:31 | Çap et
Qarabağlı ermənilər yenə alət edilir:
Elçin Alıoğlu - TREND


Azərbaycana qarşı yeni, çirkin və siyasi məntiqdən, mənəviyyatdan, hüquqdan və əxlaqdan kənar oyun hazırlanır. Bu dəfə rəsmi Bakını yeni ittihamlarla beynəlxalq məhkəmələrə verməyə hazırlaşırlar.

Qarabağ erməniləri arasında keçirilmiş "rəy sorğuları", habelə "faktaraşdırma və monitorinq qruplarının hesabatları" əsasında "beynəlxalq məruzə" adlandırılan sənəd ərsəyə gətirilib. Sənəddə "qarabağlı ermənilərin Azərbaycandan qovulmasının səbəbləri və təfərrüatları"ndan bəhs olunur.

"Dağlıq Qarabağda niyə ermənilər yoxdur?" (Why Are There No Armenians in Nagorno-Karabakh?) adlı məruzəni "Freedom House", "İnsan Hüquqları Uğrunda Beynəlxalq Əməkdaşlıq" (International Partnership for Human Rights), "Demokratiyanın İnkişaf Fondu" (Democracy Development Foundation), "Helsinki Vətəndaş Assambleyası-Vanadzor", "Sərhədsiz Hüquq Müdafiəsi" (Protection of Rights without Borders), "Hüququn İnkişafı və Müdafiəsi Fondu" (Law Development and Protection Foundation) və "Truth Hounds" təşkilatları hazırlayıblar.

"Faktların müəyyənləşdirilməsi missiyası 1949-cu ildə qəbul edilmiş 4 Cenevrə konvensiyasını və əlavə protokolları, "Silahlı münaqişə zamanı mədəni dəyərlərin müdafiəsi haqqında" Haaqa konvensiyasını (1954-cü il) və əlavə protokolları, habelə məlumatların təhlili zaman beynəlxalq humanitar hüquqdan istifadə edib", - məruzənin annotasiyasında vurğulanır.

Hesabat tipli məruzədə 44 günlük İkinci Qarabağ Müharibəsinin "Dağlıq Qarabağ ermənilərin üçün travmatik təcrübə olduğu", onların "gülləbaranlara, bombardmanlara və blokadaya məruz qalmaları" vurğulanır.

Rəsmi Bakı qarabağlı ermənilərin Ermənistandan aldıqları içməli su, elektroenerji, mobil rabitə, təbii qaz və interneti kəsməkdə, onları "bilərəkdən və qəsdli şəkildə ərzaqla, dərman preparatları və gündəlik tələbat malları ilə təminatdan məhrum etməkdə" suçlanıb.

"2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsinqdə 229 qarabağlı erməni, o cümlədən 34 dinc sakin həlak olub. Həlak olanların 5 nəfəri uşaqdır. 244 nəfər, o cümlədən 31 dinc sakin (10-u uşaqlar) yaralanıblar. Daha sonra siə 15 nəfər, o cümlədən 5 mülki şəxs itkimn düşüblər. Qarabağlı ermənilərin tam əksəriyyəti evlərinə qayıda bilmirlər. Onlar hətta şəxsi əşyalarını belə, götürə bilməyiblər. Bütün bunlar onu göstərir ki, Azərbaycan Dağlıq Qarabağın sakinlərini evlərindən didərgin salmaq və ölkədən qovmaq üçün əvvəlcədən planlaşdırılmış aksiyaları həyata keçirib", - hesabatda bildirilir.

Hesabatdakı iddiaların absurdluğu, reallıqla heç bir əlaqəsinin olmaması və s. - bütün bunlar bəllidir. Sənədə fikir vermədən də keçə bilərdik, amma olmaz. Çünki bu sənəd nə qədər absurd və irrasional təsir bağışlasa da, Ermənistanla yanaşı, xarici ölkələrdəki erməni diaspor təşkilatları və Ermənistanın hamiləri tərəfindən Azərbaycana qarşı yeni ittihamlar üçün "əsas" rolunu oynayacaq.

Ermənilərin mənəviyyat, gerçəklik və hüquqdan çox uzaq ittihamları isə Bakı ilə İrəvan arasında aparılan sülh danışıqlarına mənfi təsir göstərə bilər.

Xatırladaq ki, dünən rəsmi Ankara Türkiyə və Ermənistandan olan normallaşma nümayəndələrinin görüşündən imtina edib.

Bu barədə Ermənistan KİV-ləri diplomatik mənbəyə istinadən yazırlar.

Erməni mənbələri iddia edirlər ki, Ankara fikrini dəyişərək Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşdən imtina edib: "Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri göstərilməyib”.

Bir qədər əvvəl yayılmış məlusatlara görə, ABŞ-ın təklifi ilə Ankara ilə İrəvan arasında normallaşma istiqamətində şərtsiz danışıqlar başlasın və iki ölkə arasında sərhədlər tezliklə açılsın. Həm də bunu Azərbaycanla sülh müqaviləsi prosesindən ayıraraq, sırf Ermənistan - Türkiyə müstəvisində həyata keçirsinlər. Artıq Ermənistan rəhbərliyi açıq şəkildə bəyan edirdi ki, Türkiyə ilə münasibətlərin normallaşmasını Azərbaycanla aparılan sülh müqaviləsi prosesindən ayırmaq lazımdır.

ABŞ Cənubi Qafqazdakı proseslərə tam nəzarət mexanizmlərini formalaşdırmaq və onların vasitəsilə bölgədəki proseslərə effektiv təsir etmək üçün indiyədək reallaşdırdığı ssenarilərin gözlənilən nəticə vermədiyini anladığından yeni taktikaya əl atıb. 2009-cu ildəki "Sürix protokolları"nın reinkarnasiyası sayıla biləcək "sərhəd təmasları" Ankara və Bakı arasındakı əlaqələrə rəğmən, Türkiyəni paralel marşruta cəlb etmək məqsədi güdür.

Rəsmi Ankara amerikalıların bu hiyləgər "tövsiyyə"sini qəbul etmədilər.

Türkiyənin mövqeyi dəyişməyib: ilk əvvəl Ermənistan Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyasını və delimitasiyasını başa vurmalı, yekun sülh sazişini imzalamalı, bu proseslər üçün bütün həruri şərtləri yerinə yetirməlidir.

Yalnız bu proseslər baş tutarsa, Türkiyə Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması prosedurlarına başlaya bilər.

ABŞ-ın dövlət katibi Entoni Blinkenin Avrasiya və Avropa məsələləri üzrə köməkçisi Ceyms O-Brayenin bölgəyə səfəri və Bakıda apardığı danışıqlardan dərhal sonra Vaşinqtonun "sərhəd ritorika"sını yenidən gündəmə gətirməsi ilə "qarabağlı ermənilərlə bağlı" hesabatın açıqlanmasını təsadüf saymaq sadəlövhlük olardı.

Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin «Dağlıq Qarabağ» adlandırıldığı, ölkəmizi könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərin az qala soyqırım təhlükəsi ilə üzləşdiklərinin israrla vurğulandığı hesabata gəldikdə isə, onun da hazırlanması və açıqlanması spontan hadisə deyil.

Təbii ki, ermənilər və onların havadarları Ermənistanda etnik təmizləmə siyasətinə, işgənxələrə məruz qalan yüz minlərlə soydaşımızın yurd-yuvalarından zorla qovulmalarını, bu zaman yüzlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyini xatırlamaq istəmirlər.

Xankəndindəki sabiq separatçı rejimi az qala qarabağlı ermənilərin “qanuni idarəetmə strukturu” kimi qələmə verən hesabat müəllifləri separatçı-terrorçu xuntanın onillərlə dinc azərbaycanlıları hədəfə aldığını, qətlə yetirdiyini də yaddan çıxarıblar.

Ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistanınn Azərbaycana qarşı işğalçı müharibə aparması, ərazilərimizin 20 faizinin işğal edilməsi, kənd və şəhərlərimizin viran qoyulması da fakt deyil.

Dağılan məscidlər, ibadət evləri, muzeylər, tarix və mədəniyyət abidələri də ermənilərlə onların hamiləri üçün Azərbaycanın Şərqi Zəngəzurda, 30 il erməni işğalında olmuş ərazilərində mədəni irsinin məhv edilməsi deyilmiş.

Əvəzində erməniləşdirilmiş alban kilsələri, saxta tarixli və uydurma rəvayətli “tarixi abidələr”, işğal illərində inşa edilmiş kilsələr, sən demə, “qarabağlı ermənlərin min illərlə yaşı olan tarixi-mədəni irsi” imiş.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aysel Teymurzadənin direktor həyat yoldaşı SAXLANILIB?
Bu gün, 17:31
Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: - “Bu axmaq qərarı...”
Bu gün, 17:26
"Məhərrəmlikdə 2 ay boşuq"
Bu gün, 17:21
Zəngəzur dəhlizinə doğru daha bir addım - Yaxın vaxtlarda açıla bilər
Bu gün, 17:19
Büdcə artımı bütün tələbləri ödəyəcəkmi? - AKTUAL
Bu gün, 17:10
“Halal hotel” digərlərindən nə ilə fərqlənir? -Turizm ekspertindən açıqlama
Bu gün, 17:06
Rəhman Rəhmanov yaşadığı çətinliklərdən danışdı: - Övladlarımın vəfat etməsi...
Bu gün, 17:03
Anar Cəbrayıllı yeni vəzifəyə təyinat aldı - AÇIQLAMA
Bu gün, 17:00
“Veysəloğlu Şirkətlər Qrupu”nun 2 direktoru vəzifəsindən gedib - FOTO
Bu gün, 16:58
Azərbaycanda “halal hotel”lər yaradılacaq - ŞƏRTLƏR
Bu gün, 16:55
Şəkidə nə düzən var... NƏ DƏ MİZAN... - NAZİRLİK ARAŞDIRIR...
Bu gün, 16:52
İngiltərə şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 16:47
Elşad Miri masonların Bakı toplantısında iştirak edib? - AÇIQLAMA
Bu gün, 16:43
Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq - TƏFƏRRÜAT
Bu gün, 16:41
Arıqlayıb tanınmaz olan müğənniyə YALANÇI DEDİLƏR
Bu gün, 16:38
“Plastik əməliyyat günahdır”
Bu gün, 16:34
“Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları - istintaqla müəyyən olunub ki...
Bu gün, 15:45
Azərbaycanda iki general ehtiyata buraxılıb - RƏSMİ
Bu gün, 15:44
Qiymət artımı: səbəb və nəticə: “Əhali reallığa alışmalıdır” - NƏ EDƏ BİLƏRİK Kİ?..
Bu gün, 15:41
"Şlyapa Zahid"lə bağlı Ali Məhkəməyə protest verildi - TƏFƏRRÜAT
Bu gün, 15:38
Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alındı
Bu gün, 15:29
Nazir rəis müavinini və direktoru işdən çıxardı - ƏMR
Bu gün, 15:25
Ceyhun Musaoğluya vəzifə verildi - ƏMR
Bu gün, 15:18
“Ermənilər bilsinlər ki, bu, heç vaxt olmayacaq”
Bu gün, 15:15
İranda ana dilinin tədrisi mümkündür - Bədri
Bu gün, 15:12
Manaf Ağayev deputatlığa namizəd olacaq? - Özü açıqladı
Bu gün, 15:10
Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb
Bu gün, 15:06
Xanım direktordan yeni təyinat - ƏMR
Bu gün, 15:04
Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya verib
Bu gün, 14:59
Azərbayanda 150 min dollarlıq şirkət
Bu gün, 14:57
Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək
Bu gün, 14:48
General-leytenant və general-mayor ehtiyata buraxıldı - SƏRƏNCAM
Bu gün, 14:46
Azərbaycana üstünlüklər qazandıran Astana sammiti - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Avropada Ukraynaya ən az dəstək verən ölkə İtaliyadır.
Bu gün, 14:00
"MİDA" bu şirkətlərlə 9 milyonluq müqavilələr bağladı - DETALLAR
Bu gün, 13:56
"Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" - İDMANDA QALMAQAL
Bu gün, 13:09
Siyavuş Novruzov onu “çıxdaş” edənlərə meydan oxudu - ŞOK AÇIQLAMA
Bu gün, 13:06
"Gələcəyimizin sağlam təməlli olması, qız övladlarımızın "erkən" nikahı yox, təhsil alması ilə bağlıdır"
Bu gün, 13:05
Müdafiə Nazirliyinin vəzifəli əməkdaşı haqda ŞOK İDDİALAR - İTTİHAM VAR...
Bu gün, 13:03
Cənub-şəq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:57
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: NƏSƏ DƏYİŞİBMİ?..”
Bu gün, 12:55
Qarabağ erməniləri pensiyasız qalıb - KİV
Bu gün, 12:50
Ermənistan ehtiyatda olan hərbi qulluqçularla təlimə çağırır
Bu gün, 12:45
Peşə liseyində BİABIRÇILIQ: Müəllimləri işdən çıxarıb, məsuliyyəti onların üzərinə ATDILAR – Saxta əmr QALMAQALI
Bu gün, 12:41
“Qarabağ qələbəmizi Moskva planlaşdırmışdı” - Haxverdiyandan etiraf
Bu gün, 12:37
Armen Qriqoryan Böyük Britaniyaya səfər edəcək
Bu gün, 12:35
“Küskün seçici”: Məsud və Səid onları seçkiyə gətirə biləcəkmi? -“İRAM Center”
Bu gün, 12:34
Vaşinqtonla Dehli arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Təhsil sahəsində şok rəqəm: "85-90 faizi yarımçıq qalıb..." - BU NƏDİ BELƏ?!
Bu gün, 12:30
"Gəncə Dəmir-Beton" ASC-nin rəhbərliyi dəyişir
Bu gün, 12:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru