Viktor Orban Azərbaycana səfər edəcək .....                     Hazırlıqdan çıxan qız sevdiyi oğlanla tutuldu: .....                     "Pərviz Bülbüləni öyrətməyə hazıram" .....                     Aysel Teymurzadənin direktor həyat yoldaşı .....                     Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: .....                     "Məhərrəmlikdə 2 ay boşuq" .....                     Zəngəzur dəhlizinə doğru daha bir addım .....                     Büdcə artımı bütün tələbləri ödəyəcəkmi? .....                     “Halal hotel” digərlərindən nə ilə fərqlənir? .....                     Rəhman Rəhmanov yaşadığı çətinliklərdən danışdı: .....                     Anar Cəbrayıllı yeni vəzifəyə təyinat aldı .....                     “Veysəloğlu Şirkətlər Qrupu”nun 2 direktoru vəzifəsindən gedib .....                     Azərbaycanda “halal hotel”lər yaradılacaq .....                     Şəkidə nə düzən var... NƏ DƏ MİZAN... .....                     İngiltərə şirkəti Azərbaycan bazarını tərk edir .....                     Elşad Miri masonların Bakı toplantısında iştirak edib? .....                     Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq .....                     Arıqlayıb tanınmaz olan müğənniyə .....                     “Plastik əməliyyat günahdır” .....                     “Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları .....                     Azərbaycanda iki general ehtiyata buraxılıb .....                     Qiymət artımı: səbəb və nəticə: “Əhali reallığa alışmalıdır” .....                     "Şlyapa Zahid"lə bağlı Ali Məhkəməyə protest verildi .....                     Filarmoniyada korrupsiya yoxlamaları aparılır .....                     Nazir rəis müavinini və direktoru işdən çıxardı .....                     Ceyhun Musaoğluya vəzifə verildi .....                     “Ermənilər bilsinlər ki, bu, heç vaxt olmayacaq” .....                     İranda ana dilinin tədrisi mümkündür .....                     Manaf Ağayev deputatlığa namizəd olacaq? .....                     Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb .....                     Xanım direktordan yeni təyinat .....                     Azərbaycan Mərkəzi Bankı .....                     Azərbayanda 150 min dollarlıq şirkət .....                     Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək .....                     General-leytenant və general-mayor ehtiyata buraxıldı .....                     Azərbaycana üstünlüklər qazandıran Astana sammiti .....                     Avropada Ukraynaya ən az dəstək verən ölkə İtaliyadır. .....                     "MİDA" bu şirkətlərlə 9 milyonluq müqavilələr bağladı .....                     "Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" .....                     Siyavuş Novruzov onu “çıxdaş” edənlərə meydan oxudu .....                 

Qan xəstəsi olan uşaqların valideynlərindən alınan 1 milyonu kim “yeyib” - TƏFƏRRÜAT
Tarix: 2-07-2024, 13:15 | Çap et
Qan xəstəsi olan uşaqların valideynlərindən alınan 1 milyonu kim “yeyib”
Sabah, iyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, hakim qarşısına çıxarılan müttəhimlər talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Proses hakim Azad Məcidovun sədrliyi ilə keçirilir.

Ötən prosesdə Aysel Məmmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

A.Məmmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında kəskin ziddiyyətlər olub.

Aysel Məmmədova ilk ifadəsində bildirib ki, zərərçəkmiş Zeynəb Qasımovdan 25 min manatı gözəllik salonunda alıb və "Çinar Plaza"da Nuridə Seyidovaya verib:

"Həmin vaxt Nuridə də pulun üstünə 5 min manat qoyub və 30 min manatı mənə verdi ki, Mərkəzi Klinik Mərkəzə köçürüm. Mən də həmin pulu xəstənin əməliyyat olunması üçün mərkəzə köçürdüm".

Aysel Məmmədovanın sözlərinə görə, zərərçəkmiş Nərgiz Mahmudova ilə Şəbnəm adlı şəxs vasitəsilə tanış olub və Nərgiz Mahmudovadan 9 min manat alaraq Toğrula verib:

"Toğrul da pulu saydı, düz olduğunu dedi. Bundan sonra Nuridə dedi ki, həmin 9 min manatdan 1000 manatı Şəbnəmə verək. Mən də 1000 manatı Şəbnəmə verdim. Qalan pul Nuridənin siyirtməsində qaldı".

Məhkəmədə Aysel Məmmədova bu ifadəsini təsdiqləməyib. Bildirib ki, ona ifadəsini imzalamaq tapşırılıb, o da imzalayıb. Hakim niyə görə ifadəsini imzaladığını soruşub. Aysel Məmmədova deyib ki, ona işdə şahid qismində qalacağına dair söz veriblər, buna görə də belə bir ifadəsinə imza edib.

Daha sonra Aysel Məmmədovanın digər ifadəsi elan edilib. O, həmin ifadəsini də təsdiqləməyib. Hakim Nuridə Seyidovaya sərbəst ifadə verməyi təklif edib. Nuridə Seyidova hazırda səhhəti ilə bağlı ifadə verə bilməyəcəyini deyib. Bildirib ki, özünü yaxşı hiss etmir. O, xəstə olduğunu deyib.

Hakimin təqsirləndirilən şəxsin sərbəst ifadə vermək istəməməsinə münasibəti belə olub:

"Pulları alıb sayanda xəstəliyiniz yadınıza düşmürdü. İndi burada deyirsiz ki, xəstəsiz. Yüz minlərlə pulları camaatdan alanda, sayanda özünüzü xəstə bilmirdiniz. Bəs indi nə oldu?"

Nuridə Seyidova növbəti prosesdə ifadə verəcəyini bildirib. Hakim Nuridə Seyidovanın ifadə verməyəcəyi təqdirdə onun istintaqdakı ifadələrinin məhkəmədə elan olunacağını deyib.

Təqsirləndirilən Aynur Bayramovanın vəkili deyib ki, müdafiə etdiyi şəxsin səhhəti ağırdır:

"Bu işə vicdanla münasibət bildirin. Aynur Bayramova ölümə tərk edilib".

Zərərçəkən Sahid Mövsümov məhkəmənin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxslərin pullarını aldıqları uşaqlardan üçü artıq vəfat edib:

"Talassemiya xəstəsi olan Vilayətin valideynindən 25 min dollar almışdılar. O uşaq da vəfat etdi. Həmin uşağın atası da öldü. İndi bunlar özlərini burada xəstəliyə vurublar. Allaha and olsun bu adamlar məndən pul alanda sap-sağlam idilər. İndi özlərini artistliyə vurublar".

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Pulu alsa da, vədinə əməl etməyib. Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talassemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını "Çinar Plaza"da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatların ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyənin Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda sonuncu ona səbrli olmağı məsləhət görüb.Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 min 400 manat, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 min, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 min 500 manat, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsait alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarının Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.

O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb. Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Viktor Orban Azərbaycana səfər edəcək
Bu gün, 17:48
Hazırlıqdan çıxan qız sevdiyi oğlanla tutuldu: - "Şərt qoydu ki, mənimlə də..."
Bu gün, 17:47
"Pərviz Bülbüləni öyrətməyə hazıram" - Muğam ustadından meyxanaçıya dəstək
Bu gün, 17:40
Aysel Teymurzadənin direktor həyat yoldaşı SAXLANILIB?
Bu gün, 17:31
Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: - “Bu axmaq qərarı...”
Bu gün, 17:26
"Məhərrəmlikdə 2 ay boşuq"
Bu gün, 17:21
Zəngəzur dəhlizinə doğru daha bir addım - Yaxın vaxtlarda açıla bilər
Bu gün, 17:19
Büdcə artımı bütün tələbləri ödəyəcəkmi? - AKTUAL
Bu gün, 17:10
“Halal hotel” digərlərindən nə ilə fərqlənir? -Turizm ekspertindən açıqlama
Bu gün, 17:06
Rəhman Rəhmanov yaşadığı çətinliklərdən danışdı: - Övladlarımın vəfat etməsi...
Bu gün, 17:03
Anar Cəbrayıllı yeni vəzifəyə təyinat aldı - AÇIQLAMA
Bu gün, 17:00
“Veysəloğlu Şirkətlər Qrupu”nun 2 direktoru vəzifəsindən gedib - FOTO
Bu gün, 16:58
Azərbaycanda “halal hotel”lər yaradılacaq - ŞƏRTLƏR
Bu gün, 16:55
Şəkidə nə düzən var... NƏ DƏ MİZAN... - NAZİRLİK ARAŞDIRIR...
Bu gün, 16:52
İngiltərə şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 16:47
Elşad Miri masonların Bakı toplantısında iştirak edib? - AÇIQLAMA
Bu gün, 16:43
Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq - TƏFƏRRÜAT
Bu gün, 16:41
Arıqlayıb tanınmaz olan müğənniyə YALANÇI DEDİLƏR
Bu gün, 16:38
“Plastik əməliyyat günahdır”
Bu gün, 16:34
“Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları - istintaqla müəyyən olunub ki...
Bu gün, 15:45
Azərbaycanda iki general ehtiyata buraxılıb - RƏSMİ
Bu gün, 15:44
Qiymət artımı: səbəb və nəticə: “Əhali reallığa alışmalıdır” - NƏ EDƏ BİLƏRİK Kİ?..
Bu gün, 15:41
"Şlyapa Zahid"lə bağlı Ali Məhkəməyə protest verildi - TƏFƏRRÜAT
Bu gün, 15:38
Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alındı
Bu gün, 15:29
Nazir rəis müavinini və direktoru işdən çıxardı - ƏMR
Bu gün, 15:25
Ceyhun Musaoğluya vəzifə verildi - ƏMR
Bu gün, 15:18
“Ermənilər bilsinlər ki, bu, heç vaxt olmayacaq”
Bu gün, 15:15
İranda ana dilinin tədrisi mümkündür - Bədri
Bu gün, 15:12
Manaf Ağayev deputatlığa namizəd olacaq? - Özü açıqladı
Bu gün, 15:10
Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb
Bu gün, 15:06
Xanım direktordan yeni təyinat - ƏMR
Bu gün, 15:04
Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya verib
Bu gün, 14:59
Azərbayanda 150 min dollarlıq şirkət
Bu gün, 14:57
Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək
Bu gün, 14:48
General-leytenant və general-mayor ehtiyata buraxıldı - SƏRƏNCAM
Bu gün, 14:46
Azərbaycana üstünlüklər qazandıran Astana sammiti - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Avropada Ukraynaya ən az dəstək verən ölkə İtaliyadır.
Bu gün, 14:00
"MİDA" bu şirkətlərlə 9 milyonluq müqavilələr bağladı - DETALLAR
Bu gün, 13:56
"Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" - İDMANDA QALMAQAL
Bu gün, 13:09
Siyavuş Novruzov onu “çıxdaş” edənlərə meydan oxudu - ŞOK AÇIQLAMA
Bu gün, 13:06
"Gələcəyimizin sağlam təməlli olması, qız övladlarımızın "erkən" nikahı yox, təhsil alması ilə bağlıdır"
Bu gün, 13:05
Müdafiə Nazirliyinin vəzifəli əməkdaşı haqda ŞOK İDDİALAR - İTTİHAM VAR...
Bu gün, 13:03
Cənub-şəq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:57
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: NƏSƏ DƏYİŞİBMİ?..”
Bu gün, 12:55
Qarabağ erməniləri pensiyasız qalıb - KİV
Bu gün, 12:50
Ermənistan ehtiyatda olan hərbi qulluqçularla təlimə çağırır
Bu gün, 12:45
Peşə liseyində BİABIRÇILIQ: Müəllimləri işdən çıxarıb, məsuliyyəti onların üzərinə ATDILAR – Saxta əmr QALMAQALI
Bu gün, 12:41
“Qarabağ qələbəmizi Moskva planlaşdırmışdı” - Haxverdiyandan etiraf
Bu gün, 12:37
Armen Qriqoryan Böyük Britaniyaya səfər edəcək
Bu gün, 12:35
“Küskün seçici”: Məsud və Səid onları seçkiyə gətirə biləcəkmi? -“İRAM Center”
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru