Viktor Orban Azərbaycana səfər edəcək .....                     Hazırlıqdan çıxan qız sevdiyi oğlanla tutuldu: .....                     "Pərviz Bülbüləni öyrətməyə hazıram" .....                     Aysel Teymurzadənin direktor həyat yoldaşı .....                     Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: .....                     "Məhərrəmlikdə 2 ay boşuq" .....                     Zəngəzur dəhlizinə doğru daha bir addım .....                     Büdcə artımı bütün tələbləri ödəyəcəkmi? .....                     “Halal hotel” digərlərindən nə ilə fərqlənir? .....                     Rəhman Rəhmanov yaşadığı çətinliklərdən danışdı: .....                     Anar Cəbrayıllı yeni vəzifəyə təyinat aldı .....                     “Veysəloğlu Şirkətlər Qrupu”nun 2 direktoru vəzifəsindən gedib .....                     Azərbaycanda “halal hotel”lər yaradılacaq .....                     Şəkidə nə düzən var... NƏ DƏ MİZAN... .....                     İngiltərə şirkəti Azərbaycan bazarını tərk edir .....                     Elşad Miri masonların Bakı toplantısında iştirak edib? .....                     Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq .....                     Arıqlayıb tanınmaz olan müğənniyə .....                     “Plastik əməliyyat günahdır” .....                     “Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları .....                     Azərbaycanda iki general ehtiyata buraxılıb .....                     Qiymət artımı: səbəb və nəticə: “Əhali reallığa alışmalıdır” .....                     "Şlyapa Zahid"lə bağlı Ali Məhkəməyə protest verildi .....                     Filarmoniyada korrupsiya yoxlamaları aparılır .....                     Nazir rəis müavinini və direktoru işdən çıxardı .....                     Ceyhun Musaoğluya vəzifə verildi .....                     “Ermənilər bilsinlər ki, bu, heç vaxt olmayacaq” .....                     İranda ana dilinin tədrisi mümkündür .....                     Manaf Ağayev deputatlığa namizəd olacaq? .....                     Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb .....                     Xanım direktordan yeni təyinat .....                     Azərbaycan Mərkəzi Bankı .....                     Azərbayanda 150 min dollarlıq şirkət .....                     Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək .....                     General-leytenant və general-mayor ehtiyata buraxıldı .....                     Azərbaycana üstünlüklər qazandıran Astana sammiti .....                     Avropada Ukraynaya ən az dəstək verən ölkə İtaliyadır. .....                     "MİDA" bu şirkətlərlə 9 milyonluq müqavilələr bağladı .....                     "Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" .....                     Siyavuş Novruzov onu “çıxdaş” edənlərə meydan oxudu .....                 

Cəlili, yoxsa Pezeşkian? - “Heç biri!”
Tarix: 2-07-2024, 14:00 | Çap et
Cəlili, yoxsa Pezeşkian?
İrandakı prezident seçkilərində ikinci turun ilk debatından sonra bir daha əmin oldum ki, Məsud Pezeşkian idealist solçu, populist, demaqoq və hətta müəyyən mənada, separatçılığa meyilli adamdır.

Qənaətim çox sərt ola bilər, amma şəxsi rəyimdir.

İslami Şura Məclisində (parlament) çoxillik təcrübəsinə baxmayaraq, o, siyasətçi kimi içdən əsla böyüməyib

Həqiqət budur ki, Məhəmməd Xatəminin "islahat hökuməti"ndə tutduğu nazir vəzifəsi Pezeşkianın yeganə icraçı işi olub və bu məhdud təcrübə illər keçdikcə əriyib; indi prezident kürsüsünə sahib olduğu təqdirdə, Pezeşkiana yenidən təcrübə toplamaq lazım gələcək.

Yəni "sıfır"dan başlamalıdır!

Bəli, Məsud Pezeşkian əlitəmiz, özü və ailəsi görməmiş dəbdəbəsi ilə dilə-ağıza düşməyən nadir siyasətçidir; dediklərində yetərincə həqiqət payı var və bu acı həqiqət o qədər çılpaqdır ki, Pezeşkian kimi bələdçiyə belə ehtiyac duymur!

Amma bu müşkülləri o necə düzəldəcək, İranı necə sahmana salacaq?

Məsud Pezeşkian heç nə demir! Heç nə vəd etmir! Bircə çıxış yolu göstərmir!

Əlbəttə, deyə bilər ki, əsas prezidentin siyasi iradəsidir, onun mövcudluğudur!

Məsud Pezeşkian iqtidara gələcəyi təqdirdə istedadı və bacarığına görə idarəetmədə hər kəsin (hətta qeydinə qaldığı sünni kəsimin, bəzi etnik qrupların) layiqincə təmsil olunacağını söz verə bilər.

Amma qandığım budur ki, onun və arxasında "dağ kimi" dayanmış islahatçı kəsimin real yol xəritəsi yoxdur!

Onun rəqibi isə icraedici vəzifələri ilə öyünəcək şəxs yox, sırf xarici siyasət və təhlükəsizlik mütəxəssisidir.

Səid Cəlilinin prezidentliyi, ümumiyyətlə, beyinlərdə daha çox qadağa və məhdudiyyətlər təcəllisi yaradır. Hətta "Taliban" rejiminə bənzətmələr var (Cəlilinin özü də debatda seçkiyə qatılmayanlar barədə "Taliban"çı kəsim" ifadəsini işlətdi).

Bəli, Səid Cəlilidə iqtisadi inkişaf və sosial vəziyyətin yaxşılaşdırılmasına dair qalın qovluqlar var.

Amma "Əsre İran" nəşri bu prezidentliyə namizədə çox dəqiq səciyyə verib: Səid Cəlili "Belə olmalıdır",- deyir, amma "belə necə olmalıdır"ın cavabını verə bilmir.

Yaxud bu misalı nəzərdən keçirək:

İrana 8 faizlik iqtisadi artım vədi... Qeyri-real və əsla inandırıcı deyil; buna bişmiş toyuğun belə gülməli gəlir!

Ümumən dərd təkcə onda deyil ki, İranın dövlət büdcəsi neft satışı və neft qiymətlərindən asılıdır; ABŞ və Avropa İttifaqının sanksiyaları maliyyə sistemini iflic edib; ticarət dövriyyəsi konkret çevrə ilə əhatələnib və s.

Dərd ondadır ki, İran konstitusiyası solçu müddəalarını qoruyur, mühafizəkar cinahda "İslam iqtisadiyyatı" adlı qondarma nəzəriyyə var, İslam Respublikası kapitalizmlə ayaqlaşa bilmir...

Uzun sözün qısası, mən İranda olsam, səsverməyə getmərəm!

Əziz RZAZADƏ - Reyting.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Viktor Orban Azərbaycana səfər edəcək
Bu gün, 17:48
Hazırlıqdan çıxan qız sevdiyi oğlanla tutuldu: - "Şərt qoydu ki, mənimlə də..."
Bu gün, 17:47
"Pərviz Bülbüləni öyrətməyə hazıram" - Muğam ustadından meyxanaçıya dəstək
Bu gün, 17:40
Aysel Teymurzadənin direktor həyat yoldaşı SAXLANILIB?
Bu gün, 17:31
Fazil Mustafadan UEFA-nın bozqurd araşdırmasına reaksiya: - “Bu axmaq qərarı...”
Bu gün, 17:26
"Məhərrəmlikdə 2 ay boşuq"
Bu gün, 17:21
Zəngəzur dəhlizinə doğru daha bir addım - Yaxın vaxtlarda açıla bilər
Bu gün, 17:19
Büdcə artımı bütün tələbləri ödəyəcəkmi? - AKTUAL
Bu gün, 17:10
“Halal hotel” digərlərindən nə ilə fərqlənir? -Turizm ekspertindən açıqlama
Bu gün, 17:06
Rəhman Rəhmanov yaşadığı çətinliklərdən danışdı: - Övladlarımın vəfat etməsi...
Bu gün, 17:03
Anar Cəbrayıllı yeni vəzifəyə təyinat aldı - AÇIQLAMA
Bu gün, 17:00
“Veysəloğlu Şirkətlər Qrupu”nun 2 direktoru vəzifəsindən gedib - FOTO
Bu gün, 16:58
Azərbaycanda “halal hotel”lər yaradılacaq - ŞƏRTLƏR
Bu gün, 16:55
Şəkidə nə düzən var... NƏ DƏ MİZAN... - NAZİRLİK ARAŞDIRIR...
Bu gün, 16:52
İngiltərə şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 16:47
Elşad Miri masonların Bakı toplantısında iştirak edib? - AÇIQLAMA
Bu gün, 16:43
Nazir müavinin oğlu bu quruma 10 ton adblue satacaq - TƏFƏRRÜAT
Bu gün, 16:41
Arıqlayıb tanınmaz olan müğənniyə YALANÇI DEDİLƏR
Bu gün, 16:38
“Plastik əməliyyat günahdır”
Bu gün, 16:34
“Şərur" MTK-dakı lift "terroru"nun sensasion təfərrüatları - istintaqla müəyyən olunub ki...
Bu gün, 15:45
Azərbaycanda iki general ehtiyata buraxılıb - RƏSMİ
Bu gün, 15:44
Qiymət artımı: səbəb və nəticə: “Əhali reallığa alışmalıdır” - NƏ EDƏ BİLƏRİK Kİ?..
Bu gün, 15:41
"Şlyapa Zahid"lə bağlı Ali Məhkəməyə protest verildi - TƏFƏRRÜAT
Bu gün, 15:38
Filarmoniyada korrupsiya yoxlamaları aparılır — Vəzifəli şəxslərin izahatı alındı
Bu gün, 15:29
Nazir rəis müavinini və direktoru işdən çıxardı - ƏMR
Bu gün, 15:25
Ceyhun Musaoğluya vəzifə verildi - ƏMR
Bu gün, 15:18
“Ermənilər bilsinlər ki, bu, heç vaxt olmayacaq”
Bu gün, 15:15
İranda ana dilinin tədrisi mümkündür - Bədri
Bu gün, 15:12
Manaf Ağayev deputatlığa namizəd olacaq? - Özü açıqladı
Bu gün, 15:10
Azərbaycanda dini icmanın mühüm sənədləri yoxa çıxıb
Bu gün, 15:06
Xanım direktordan yeni təyinat - ƏMR
Bu gün, 15:04
Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya verib
Bu gün, 14:59
Azərbayanda 150 min dollarlıq şirkət
Bu gün, 14:57
Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək
Bu gün, 14:48
General-leytenant və general-mayor ehtiyata buraxıldı - SƏRƏNCAM
Bu gün, 14:46
Azərbaycana üstünlüklər qazandıran Astana sammiti - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Avropada Ukraynaya ən az dəstək verən ölkə İtaliyadır.
Bu gün, 14:00
"MİDA" bu şirkətlərlə 9 milyonluq müqavilələr bağladı - DETALLAR
Bu gün, 13:56
"Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" - İDMANDA QALMAQAL
Bu gün, 13:09
Siyavuş Novruzov onu “çıxdaş” edənlərə meydan oxudu - ŞOK AÇIQLAMA
Bu gün, 13:06
"Gələcəyimizin sağlam təməlli olması, qız övladlarımızın "erkən" nikahı yox, təhsil alması ilə bağlıdır"
Bu gün, 13:05
Müdafiə Nazirliyinin vəzifəli əməkdaşı haqda ŞOK İDDİALAR - İTTİHAM VAR...
Bu gün, 13:03
Cənub-şəq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:57
“İranda ən böyük səlahiyyət sahibi Əli Xameneinin də Azərbaycan türkü olduğu deyilir: NƏSƏ DƏYİŞİBMİ?..”
Bu gün, 12:55
Qarabağ erməniləri pensiyasız qalıb - KİV
Bu gün, 12:50
Ermənistan ehtiyatda olan hərbi qulluqçularla təlimə çağırır
Bu gün, 12:45
Peşə liseyində BİABIRÇILIQ: Müəllimləri işdən çıxarıb, məsuliyyəti onların üzərinə ATDILAR – Saxta əmr QALMAQALI
Bu gün, 12:41
“Qarabağ qələbəmizi Moskva planlaşdırmışdı” - Haxverdiyandan etiraf
Bu gün, 12:37
Armen Qriqoryan Böyük Britaniyaya səfər edəcək
Bu gün, 12:35
“Küskün seçici”: Məsud və Səid onları seçkiyə gətirə biləcəkmi? -“İRAM Center”
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru