Daha iki deputatın mandatı ŞÜBHƏ ALTINDA... .....                     "Zəif və anlaşılmaz dərslikləri hələ ki dövriyyədən çıxarmaq mümkün deyil" .....                     Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı statusu bəyənən şəxs həbs edilib .....                     Ərdoğan Azərbaycana gəlir .....                     “Hər yoldan ötən özünü rejissor sayır” .....                     “m10”un reklamı başına bəla oldu: əlavə xərcə düşəcək .....                     Azərbaycanda 10 min manat sərmayə ilə məsləhət şirkəti yaradılıb .....                     "40 il səhnəydəyəm, hər il bir qadın obrazını yaratmışam" .....                     Əvvəl “Dəmir yumruq”, sonra Dəmirəl… .....                     Bakı həbsxanasında .....                     Sifarişi təzə avtomobil qəbul edir, xidmətə köhnə "prius"lar gəlir .....                     Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb .....                     Oliqarx-başçı ilə bağlı qərar verilir... .....                     Yeni büdcə nə vəd edir: pensiyalar, sosial xidmətlər və... .....                     Rusların silah anbarı BOŞALIB... .....                     Qəssab direktorun qardaşını faizə verdiyi borc pula görə bıçaqlayıb .....                     BANM-də “Açıq qapı” günü .....                     "Müxalifət seçkilərdə iştirak edəcək" .....                     İərvandakı səfirlər qiyamçı keşişin istəyini RƏDD ETDİLƏR .....                     Sülhlə bağlı əsas əngəllər: Dəhlizdən əlavə bu şərt masaya qoyuldu ... .....                     “Zəyəm Texnologiyalar Parkı” özünə gələ bilmir... .....                     Boz qurd pisdir, ayı, şir, qartal, xoruz yaxşıdır? .....                     İrəvanda polis Azərbaycana qarşı döyüşmüş generalın oğlunu saxlayıb .....                     ABŞ-Rusiya gərginliyində İrəvan faktoru... .....                     Mərkəzi Bankda YENİ TƏYİNAT .....                     "Azərbaycan bayrağı addım-addım irəliləyir..." .....                     Kafedə tanışının başına bakalla vuran şəxsə bəraət verildi .....                     `Araz Baba` `nəvələri`nə ucuz çörək yedirtməz... .....                     İşçi ixtisarları: BELƏ HARA GEDİRİK... .....                     İşğalda olan 4 kəndimizin qaytarılması… .....                     Bahalaşmadan sonra `bilet maxinasiyası`... .....                     Ucarda qanunlar AYAQ ALTINDA... .....                     Ramin Abdullayev dedi... QURTARDI! .....                     Gedək, səni toyuq kababına qonaq edim! .....                     Dəniz nəqliyatında ezamiyyə xərcləri necə ödənilir? .....                     Esklavların qaytarılması mütləqdir .....                     Bağlanacağı deyilən bankdan sürpriz qərar .....                     Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb .....                     Azərbaycan bölgədə açar rolunu oynayır .....                     Pezeşkian öndədir, amma... .....                 

Qarışıq döyüş ustalarının qarmaqarışıq işi - Anastasiya nifaqının sonu
Tarix: 2-07-2024, 09:53 | Çap et
Qarışıq döyüş ustalarının qarmaqarışıq işi
Dünən məhkəmə qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevə, onun tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov və Tofiq Musayevə hökm oxuyub.

Onlar başqa bir məşqçini, Həsən Əzizov adlı şəxsi döyməkdə ittiham olunublar və yüngülvari cəza alıblar – 1 il. Biri də 1500 manat məbləğində cərimə olunub. Vəssalam. Yarısı tamam olan il başa çatmamış hamısı azadlığa çıxacaq.

Bu hadisə barədə yayılan xəbərdə belə bir cümlə vardı: “Müttəhimlər ittiham üzrə özlərini təqsirli bilmirlər”.

Bax, ən pisi budur. İttiham tərəfi tam sübuta yetirib ki, 5 idmançı köməkləşərək bir nəfəri amansızcasına döyüblər, amma onlar özlərini təqsirli saymırlar, hesab edirlər ki, düz ediblər.
Sanki özləri də, döydükləri şəxs də idmançı olduqları üçün bu hərəkətə görə heç bir məsuliyyət daşımamalıdırlar.

Məhəllə-tin leksikonunda bu durumu izah edən və zorakılıq aktına bəraət qazandıran ifadələr var: “Kişinin başına iş gələr”; “Adam döyər də, döyülər də”; “Əsl idmançı polisə şikayət etməz, iş verməz” və s.

Bəs əsl idmançı başqaları ilə köməkləşərək bir nəfəri təkləyib döyərmi? Bu sualın cavabı yoxdur.
Müvafiq məhkəmə reportajında hadisənin mənzərəsi retuşlanmış, böyrü-başı yonulmuş şəkildəydi, ona görə də adama elə gəlir ki, idmançılara ağır cəza verilib.

Amma baş vermiş hadisənin təfərrüatlarını xatırlayanda, görürsən ki, idmançılar hələ yaxşı qurtarıblar.
Bu qalmaqallı dava-dalaş yeni baş verəndə zərərçəkən Həsən Əzizov mətbuata açıqlama vermişdi. Onun dedikləri adamda hiddət doğururdu. O ifadə belə idi: “Mənə ilk zərbəni Tofiq Musayev endirdi. Altı-yeddi nəfər idilər. Tofiq məni vurandan sonra üstümə tökülüşdülər. Mən zərbələrdən qorunmaq üçün üzümü tutdum. Dedim, səhv edirsiniz, bu, kişi hərəkəti deyil. Ancaq məhəl qoymadılar. Bütün göstərişləri Ruslan verirdi. “Uzadın, qaldırın, vurun” deyirdi. Gah da onlar tuturdular, Ruslan vururdu. Pulqabımı, telefonumu aldılar, kəmərimi açdılar. Məni yerə yıxıb sürüdülər”.

Təsəvvür edin, ən azı 5 nəfər özlərini cəzasızlıq mühitində hiss edərək bir adamı bu günə qoyub. Hələ o “kəmərimi açdılar” ifadəsini bir az açsaq, aydın olar ki, 44 yaşlı adamın şalvarını əyinində çıxarmaq, onu hansısa zala, dəhlizə şalvarsız buraxaraq rüsvay etmək istəyiblər.

Məhkəmə bu kimi “xırda” detallara baxmayıb. Amma burada insan ləyaqətinin alçaldılması məsələsi də var. Sanki ortada namus söhbəti varmış.

Əslində isə Həsən Əzizovun ilkin ifadəsində qovğanın sırf intim məsələ üzündən törədildiyinə dair qeydlər vardı. Əzizov bildirirdi ki, özüylə Ukraynadan yarışmaya Anastasiya adlı qız gətiribmiş və Ruslan onun nömrəsini istəyib, ala bilmədiyi üçün aralarında mübahisə yaranıb. Axırı da belə qurtarıb.
Məhkəmədə isə ümumi şəkildə qeyd olunur ki, mübahisəyə səbəb Həsən Əzizovun keçmiş zamanlarda məşqçisi olmuş Ruslan Əfəndiyevə kobud cavab verməsi olub.

Burada Əzizovu günahkar çıxarmaq cəhdi də var. Görürsənmi, adam ustadının üzünə ağ olub, nankorluq edib, ona görə də cəzasını alıb. Halbuki H.Əzizov özü ilə gətirdiyi “əmanət”i Bakıda ona-buna “peşkəş” etsəydi, özü nə olardı, o idmançı Nastya necə adlanardı?

Daha bir qəribə məsələ ilk zərbəni endirən və bununla da “vurun məlunu” situasiyası yaradan Tofiq Musayevin başqalarından daha az cəza alması, cərimə ilə canını qurtarmasıdır.

Onu da xatırlayaq ki, bu hadisə ictimailəşəndən və xuliqanlıq edənlər həbs olunandan sonra belə bir ictimai qənaət vardı ki, onları bir-iki aydan sonra səssiz-səmirsiz buraxacaqlar.

Amma elə olmadı. Hətta zərərçəkən H.Əzizov aldığı zərbələrin fiziki və psixoloji travması keçəndən sonra onlardan şikayətçi olmadığı barədə açıqlama vermiş, onları bağışladığını demiş, barışdığını əks etdirən şəkillər də çəkdirib yaymışdı. Göründüyü kimi, sonradan atılan daş topuğa dəyib, barışıq bir işə yaramayıb.

İndi daha pis olacaq. Həbsdən azad olunan idmançılar yenidən öz sevimli işlərinə davam edə, karyeralarını bərpa edə biləcəklərmi? Yoxsa yüzlərlə sələfləri kimi artıq bələd olduqları kriminal aləmə yuvarlanacaqlar?

Bu, çoxdan bəlli bir faktdır ki, titullu idmançıların bir xeyli hissəsi karyeralarını başa vurandan sonra “məsələ həll etmək”, “münasibətlərə aydınlıq gətirmək”, “münaqişə çözmək” və sair adlanan qara işlərə girişirlər. Bəziləri isə dini sektalara qoşulurlar.

Tərs kimi, ölkənin idman döyüşləri üzrə ixtisaslaşan federasiyalarında birləşən idmançıların çoxu dini sektalara yaxındırlar və bu, onların xarici görünüşündə də əks olunur.

Maraqlıdır ki, başqa vaxt daima “halal-haram” söhbətləri edən, başqasının haqqına girməyi məqbul saymayan şəxslər birdən-birə belə hərəkət edib, ölkənin bir qonağına əl qaldırıb, digərinin namusuna göz dikiblər. Bu, nə dindarlığa, nə də idmançılığa sığan işdir.

Görünür, onları məhz bu detallara görə bağışlamadılar – döyülən şəxsdən fərqli olaraq.

Xalid KAZIMLI - Musavat.Com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha iki deputatın mandatı ŞÜBHƏ ALTINDA... - İLGİNC İDDİA
Bu gün, 11:06
"Zəif və anlaşılmaz dərslikləri hələ ki dövriyyədən çıxarmaq mümkün deyil" - deputat
Bu gün, 11:02
Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı statusu bəyənən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:59
Ərdoğan Azərbaycana gəlir - Sülh planı masada olacaq
Bu gün, 10:56
“Hər yoldan ötən özünü rejissor sayır” - ETİRAZ
Bu gün, 10:54
“m10”un reklamı başına bəla oldu: əlavə xərcə düşəcək - YOXSA...
Bu gün, 10:51
Azərbaycanda 10 min manat sərmayə ilə məsləhət şirkəti yaradılıb
Bu gün, 10:46
"40 il səhnəydəyəm, hər il bir qadın obrazını yaratmışam"
Bu gün, 10:43
Əvvəl “Dəmir yumruq”, sonra Dəmirəl… - replika
Bu gün, 10:41
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Bu gün, 10:39
Sifarişi təzə avtomobil qəbul edir, xidmətə köhnə "prius"lar gəlir - Taksidə yeni kələk...
Bu gün, 10:38
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bu gün, 10:36
Oliqarx-başçı ilə bağlı qərar verilir... - Ramiz Mehdiyevin yadigarıdır...
Bu gün, 10:26
Yeni büdcə nə vəd edir: pensiyalar, sosial xidmətlər və... - ARAŞDIRMA
Bu gün, 10:19
Rusların silah anbarı BOŞALIB... - səngərdə ƏLİYALIN qala bilərlər...
Bu gün, 10:16
Qəssab direktorun qardaşını faizə verdiyi borc pula görə bıçaqlayıb – İTTİHAM AKTI
Bu gün, 10:14
BANM-də “Açıq qapı” günü - FOTO
Bu gün, 10:12
"Müxalifət seçkilərdə iştirak edəcək" - deputat
Bu gün, 10:07
İərvandakı səfirlər qiyamçı keşişin istəyini RƏDD ETDİLƏR - “Hraparak”
Bu gün, 10:05
Sülhlə bağlı əsas əngəllər: Dəhlizdən əlavə bu şərt masaya qoyuldu ... - NƏ BAŞ VERİR?
Bu gün, 10:02
“Zəyəm Texnologiyalar Parkı” özünə gələ bilmir... - 1,7 milyonluq xalis zərər
Bu gün, 09:54
Boz qurd pisdir, ayı, şir, qartal, xoruz yaxşıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:45
İrəvanda polis Azərbaycana qarşı döyüşmüş generalın oğlunu saxlayıb maşınını əlindən aldı...
Bu gün, 09:42
ABŞ-Rusiya gərginliyində İrəvan faktoru... - İNCƏLƏMƏ
Bu gün, 09:41
Mərkəzi Bankda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:38
"Azərbaycan bayrağı addım-addım irəliləyir..." - Vardanyan
Bu gün, 09:34
Kafedə tanışının başına bakalla vuran şəxsə bəraət verildi - QƏRAR
Bu gün, 09:32
`Araz Baba` `nəvələri`nə ucuz çörək yedirtməz... - "Buna da şükür edək..."
Bu gün, 09:28
İşçi ixtisarları: BELƏ HARA GEDİRİK... - "Bax, bu olar əsl qənaət..."
Bu gün, 09:17
İşğalda olan 4 kəndimizin qaytarılması… - AKTUAL
Bu gün, 09:09
Bahalaşmadan sonra `bilet maxinasiyası`... - BU NƏDİ BELƏ?!
Bu gün, 09:03
Ucarda qanunlar AYAQ ALTINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:00
Ramin Abdullayev dedi... QURTARDI! - Şəhid ailəsi bunların UMRUNDA DA DEYİL...
Bu gün, 08:55
Gedək, səni toyuq kababına qonaq edim! - replika
Bu gün, 08:49
Dəniz nəqliyatında ezamiyyə xərcləri necə ödənilir? - Ekspert danışır...
Bu gün, 08:43
Esklavların qaytarılması mütləqdir - GƏLİŞMƏ
Bu gün, 08:33
Bağlanacağı deyilən bankdan sürpriz qərar - İLGİNC
Bu gün, 08:32
Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb
Bu gün, 08:26
Azərbaycan bölgədə açar rolunu oynayır - FAKT BUDUR!
Bu gün, 07:31
Pezeşkian öndədir, amma... - Qalibafın səsləri Cəlilinin şansını artırır
Bu gün, 07:27
İrəvanın təhlükəli sülh oyunu - GEDİŞAT
Bu gün, 07:25
"Mən ərki 30 illik rəfiqəmə, anama, bacıma edirəm"
Bu gün, 07:20
Ekoloji həyəcan siqnalı: Azərbaycanda vəziyyət daha həssasdır - NƏ ETMƏLİ?
Bu gün, 07:17
Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür - DYP-dən xəbərdarlıq
Bu gün, 07:14
Dövlət qurumu 2,7 milyonluq tibbi sərfiyyat malları alır
Bu gün, 00:05
Bakıda 94 min manat sərmayəsi olan şirkət - YARADILIB
Bu gün, 00:02
Ermənistan “rus dabanı yalamağa” başladı – “Hraparak”
Dünən, 23:55
Goranboy DYP-yə yeni rəis təyin olunub - ƏMR
Dünən, 23:49
“Azərbaycanla sərhəddəki hadisələrin Ayla əlaqəsi var” – Astroloqdan ŞOK AÇIQLAMA
Dünən, 19:02
Bakının tələbi yerinə yetirilməlidir - GƏLİŞMƏ
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru