![BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1719898760_0001.jpg)
Bakı Dövlət Universiteti (BDU) Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin (Network of Universities from the Capitals of Europe - UNICA) tamhüquqlu üzvü seçilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, UNICA-nın İsveçin paytaxtı Stokholmda keçirilən Baş Assambleyasında quruma daxil olan üzvlərin səsverməsi ilə BDU quruma tamhüquqlu üzv qəbul edilib. BDU UNICA-da Azərbaycanı təmsil edən yeganə ali təhsil müəssisəsidir.
1990-cı ildə yaradılmış UNICA Avropa paytaxtlarında yerləşən universitetlərin institusional şəbəkəsidir və 40 paytaxtdan nüfuzlu qlobal reytinqlərdə top-1000-də təmsil olunan 53 universitetdən ibarətdir. UNICA üzvləri arasında ali təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığı genişləndirməyi və gücləndirməyi, akademik nüfuzu yüksəltməyi və akademik icmalar arasında şəbəkələşməni artırmağı hədəfləyir.