“Cənubtikintiservis”in səhmdarlarının təkrar yığıncağı keçiriləcək
Tarix: 3-07-2024, 00:02 |
Çap et
"Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının təkrar ümumi yığıncağı keçiriləcək.
Dia-az.İnfo xəbər verir ki, yığıncağın avqustun 9-da keçirilməsi nəzərdə tutulub.
Yığıncağın gündəliyində olan məsələlər:
1. "Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə hesabatı.
2. "Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin və Maliyyə-təftiş komissiyasının formalaşdırılması.