“Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib .....                     Daha iki deputatın mandatı ŞÜBHƏ ALTINDA... .....                     "Zəif və anlaşılmaz dərslikləri hələ ki dövriyyədən çıxarmaq mümkün deyil" .....                     Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı statusu bəyənən şəxs həbs edilib .....                     Ərdoğan Azərbaycana gəlir .....                     “Hər yoldan ötən özünü rejissor sayır” .....                     “m10”un reklamı başına bəla oldu: əlavə xərcə düşəcək .....                     Azərbaycanda 10 min manat sərmayə ilə məsləhət şirkəti yaradılıb .....                     "40 il səhnəydəyəm, hər il bir qadın obrazını yaratmışam" .....                     Əvvəl “Dəmir yumruq”, sonra Dəmirəl… .....                     Bakı həbsxanasında .....                     Sifarişi təzə avtomobil qəbul edir, xidmətə köhnə "prius"lar gəlir .....                     Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb .....                     Oliqarx-başçı ilə bağlı qərar verilir... .....                     Yeni büdcə nə vəd edir: pensiyalar, sosial xidmətlər və... .....                     Rusların silah anbarı BOŞALIB... .....                     Qəssab direktorun qardaşını faizə verdiyi borc pula görə bıçaqlayıb .....                     BANM-də “Açıq qapı” günü .....                     "Müxalifət seçkilərdə iştirak edəcək" .....                     İərvandakı səfirlər qiyamçı keşişin istəyini RƏDD ETDİLƏR .....                     Sülhlə bağlı əsas əngəllər: Dəhlizdən əlavə bu şərt masaya qoyuldu ... .....                     “Zəyəm Texnologiyalar Parkı” özünə gələ bilmir... .....                     Boz qurd pisdir, ayı, şir, qartal, xoruz yaxşıdır? .....                     İrəvanda polis Azərbaycana qarşı döyüşmüş generalın oğlunu saxlayıb .....                     ABŞ-Rusiya gərginliyində İrəvan faktoru... .....                     Mərkəzi Bankda YENİ TƏYİNAT .....                     "Azərbaycan bayrağı addım-addım irəliləyir..." .....                     Kafedə tanışının başına bakalla vuran şəxsə bəraət verildi .....                     `Araz Baba` `nəvələri`nə ucuz çörək yedirtməz... .....                     İşçi ixtisarları: BELƏ HARA GEDİRİK... .....                     İşğalda olan 4 kəndimizin qaytarılması… .....                     Bahalaşmadan sonra `bilet maxinasiyası`... .....                     Ucarda qanunlar AYAQ ALTINDA... .....                     Ramin Abdullayev dedi... QURTARDI! .....                     Gedək, səni toyuq kababına qonaq edim! .....                     Dəniz nəqliyatında ezamiyyə xərcləri necə ödənilir? .....                     Esklavların qaytarılması mütləqdir .....                     Bağlanacağı deyilən bankdan sürpriz qərar .....                     Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb .....                     Azərbaycan bölgədə açar rolunu oynayır .....                 

İrəvan məhkəmə iddialarından imtina etməli olacaq - NƏ BAŞ VERİR?
Tarix: 1-07-2024, 17:52 | Çap et
İrəvan məhkəmə iddialarından imtina etməli olacaq
Ermənistanın Azərbaycandan aldığı sülh sazişinin 10-cu paketində rəsmi Bakı İrəvandan müxtəlif beynəlxalq məhkəmələrdə bu ölkəyə qarşı bütün iddialarından əl çəkməsini tələb edir.

“Hraparak” qəzeti “Müqəddəs mübarizə” “Telegram” kanalına istinadən yazıb. Mənbə qeyd edir ki, Nikol Paşinyan hökuməti bu tələblərini yerinə yetirməyə hazırdır:

“Bu da Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyanı qəzəbləndirib. O israr edir ki, hazırladığı iddialardan əl çəkməyəcək və məzuniyyətdən qayıtmadan istefaya gedəcək. Kirakosyanın ofisi, əlbəttə ki, bu məlumatı təkzib edib, bildirib ki, belə bir şey yoxdur, amma Krikosyan məzuniyyətdədir”.

Kanalın əldə etdiyi məlumata görə, Azərbaycan bu tələbləri ötən ilin sonunda təqdim edib. Hətta orada sülh sazişinin hazırlanmasında iştirak edən rəsmilərin, o cümlədən o vaxt xüsusi tapşırıqlar üzrə səfir olmuş Yeqişe Kirakosyan, Edmon Marukyanın iştirak etdiyi dar müzakirə də aparılıb:

“Daha sonra Paşinyan qısaca deyib ki, tələb hələ rəsmi şəkildə təqdim olunmayıb, lakin bunun olması istisna deyil. Məhz o zaman Kirakosyan qəzəblənib və istefa verəcəyini bəyan edib. Onlar onu əmin ediblər ki, Azərbaycan bu tələbindən imtina edə bilər. Halbuki bir neçə gün əvvəl göndərilən 10-cu paketdə tələb artıq yazılı şəkildə qoyulub”. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı bir neçə dəfə iddia qaldırıb. Bunlar əsasən, milli və irqi ayrıseçkiliyə son qoyulması və hərbi “cinayət”lərin araşdırılması ilə bağlıdır.

2021-ci il dekabr 7-də BMT-nin ali məhkəmə orqanı Ermənistanın Azərbaycan əleyhinə müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını təmin etməyib.

Həmin proses çərçivəsində Ermənistan Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair müraciətinə də baxılıb. Lakin sözügedən iddia da təmin olunmayıb. Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da əsassız hesab edilib. Bu üç məsələ üzrə Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsi Ermənistana imtina qərarının verilməsinə səbəb olub.

Üstəlik, Azərbaycan tərəfi müharibə məhbuslarının hamısını Ermənistana qaytarıb.

Hazırda Azərbaycanda hər hansı əsir və müharibə məhbusu yoxdur. 2023-cü il sentyabrın 28-də Ermənistan Qarabağın erməni əhalisinə qarşı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın müddəalarının pozulması iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə sorğu təqdim edib. Rəsmi İrəvan BMT məhkəməsini Azərbaycanı birbaşa və ya dolayısı ilə həmin vaxt Qarabağda yaşayan etnik ermənilərin köçürülməsinə yönəlmiş hər hansı hərəkətdən çəkindirmək öhdəliyini təsdiq etməyə çağırıb. Söhbət hər kəsin Qarabağı sərbəst tərk etmək imkanından, BMT-nin və Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının regionun erməni əhalisinə çıxışının təmin edilməsindən, kommunal sistemin bərpasından və ləğv edilmiş “Dağlıq Qarabağ Respublikası”nın vətəndaş vəziyyəti aktlarının tanınmasından gedirdi. 2023-cü il noyabrın 28-də məhkəmə Azərbaycanı sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və geri qayıtmaq istəyən ermənilərin təhlükəsiz, maneəsiz və sürətlə geri qayıtmasını təmin etməyə çağıran qərar qəbul edib.

Qərarda həmçinin, qeyd edilir ki, Azərbaycan 2023-cü il sentyabrın 19-dan sonra hələ də Qarabağda olan və getmək istəyən şəxslərin təhlükəsiz, maneəsiz və tez bir zamanda ərazini tərk etməsini təmin etməlidir. Lakin Ermənistanın bu iddialarının hüquqi əsası olmadığından, qərarlar daha çox siyasi ittiham xarakteri daşıyıb. Ona görə də Ermənistanın məhkəməyə müraciəti başqa dövlətin daxili işlərinə müdaxilə xarakteri daşıyıb.

2024-cü ilin aprel ayında rəsmi Bakı bəyan edib ki, Azərbaycanın ermənilərə qarşı cinayətlərdə ittiham edilməsi BMT məhkəməsinin yurisdiksiyasına aid deyil və İrəvanın iddiasının əsaslandığı ayrı-seçkiliyə qarşı konvensiya ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi Elnur Məmmədov qeyd edib ki, Ermənistanın irəli sürdüyü ittihamlar İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanın əhatə dairəsinə daxil olmadığı üçün məhkəmənin işə baxmaq səlahiyyəti yoxdur.

Onun fikrincə, iddia baxılmaq üçün qəbul edilə bilməz. Çünki İrəvan mübahisənin ikitərəfli qaydada həlli üçün Bakı ilə danışıqların lazımi qaydada aparılmasının məcburi şərtini yerinə yetirməyib. Digər tərəfdən, Qarabağ İqtisadi Rayonunda yaşayan erməni sakinlər hər hansı ayrıseçkilik zəminində deyil, könüllü şəkildə bölgəni tərk edərək Ermənistana köçüblər. Bunu erməni əhalisi ilə aparılan sorğular da təsdiq edir. Ermənilər azərbaycanlılarla birgəyaşayışdan imtina edərək, Ermənistanda qalmağa və üçüncü ölkələrə köçməyə üstünlük veriblər. Eyni zamanda, beynəlxalq hüququn “Dağlıq Qarabağ Respublikası” adlı subyekti olmadığına görə Ermənistanın məhkəmə iddialarının təmin edilməsi mümkün deyil.

Ancaq Ermənistanın beynəlxalq məhkəmə instansiyalarına etdiyi şikayətlər Azərbaycana qarşı ərazi iddialarının davam etməsi kimi qiymətləndirilə bilər.

Çünki Azərbaycan ərazisində sorğuda göstərildiyi kimi, “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi, nə də “Dağlıq Qarabağ Respublikası” adlı qurum mövcuddur.

2023-cü ilin sentyabr ayından sonra könüllü şəkildə Ermənistana köçmüş erməni əsilli əhali isə yalnız Azərbaycan vətəndaşlarıdır. Onları hansısa separatçı rejimin vətəndaşı kimi təqdim etmək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ziddir. Bu isə sülh prosesinin pozulması deməkdir.

Görünür, Azərbaycan tərəfi sülh müqaviləsinin mətninin razılaşdırılması çərçivəsində Ermənistan tərəfinə məhkəmə iddialarından imtina təklif edib.

Ermənistan Qarabağa və digər ərazilərə iddialarından əl çəkməyənə qədər sülh sazişinin imzalanmasına hüquqi maneələr qalmaqda davam edəcək. Azərbaycan isə sülh prosesinin hüquqi müstəvidə razılaşdırılmasına üstünlük verir. Ona görə də Ermənistan sülhə nail olmaq üçün beynəlxalq məhkəmə iddialarından imtina etməlidir.

Müşfiq Abdulla
"Cebhe.info”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib - Diqqət
Bu gün, 11:15
Daha iki deputatın mandatı ŞÜBHƏ ALTINDA... - İLGİNC İDDİA
Bu gün, 11:06
"Zəif və anlaşılmaz dərslikləri hələ ki dövriyyədən çıxarmaq mümkün deyil" - deputat
Bu gün, 11:02
Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı statusu bəyənən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:59
Ərdoğan Azərbaycana gəlir - Sülh planı masada olacaq
Bu gün, 10:56
“Hər yoldan ötən özünü rejissor sayır” - ETİRAZ
Bu gün, 10:54
“m10”un reklamı başına bəla oldu: əlavə xərcə düşəcək - YOXSA...
Bu gün, 10:51
Azərbaycanda 10 min manat sərmayə ilə məsləhət şirkəti yaradılıb
Bu gün, 10:46
"40 il səhnəydəyəm, hər il bir qadın obrazını yaratmışam"
Bu gün, 10:43
Əvvəl “Dəmir yumruq”, sonra Dəmirəl… - replika
Bu gün, 10:41
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Bu gün, 10:39
Sifarişi təzə avtomobil qəbul edir, xidmətə köhnə "prius"lar gəlir - Taksidə yeni kələk...
Bu gün, 10:38
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Bu gün, 10:36
Oliqarx-başçı ilə bağlı qərar verilir... - Ramiz Mehdiyevin yadigarıdır...
Bu gün, 10:26
Yeni büdcə nə vəd edir: pensiyalar, sosial xidmətlər və... - ARAŞDIRMA
Bu gün, 10:19
Rusların silah anbarı BOŞALIB... - səngərdə ƏLİYALIN qala bilərlər...
Bu gün, 10:16
Qəssab direktorun qardaşını faizə verdiyi borc pula görə bıçaqlayıb – İTTİHAM AKTI
Bu gün, 10:14
BANM-də “Açıq qapı” günü - FOTO
Bu gün, 10:12
"Müxalifət seçkilərdə iştirak edəcək" - deputat
Bu gün, 10:07
İərvandakı səfirlər qiyamçı keşişin istəyini RƏDD ETDİLƏR - “Hraparak”
Bu gün, 10:05
Sülhlə bağlı əsas əngəllər: Dəhlizdən əlavə bu şərt masaya qoyuldu ... - NƏ BAŞ VERİR?
Bu gün, 10:02
“Zəyəm Texnologiyalar Parkı” özünə gələ bilmir... - 1,7 milyonluq xalis zərər
Bu gün, 09:54
Boz qurd pisdir, ayı, şir, qartal, xoruz yaxşıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:45
İrəvanda polis Azərbaycana qarşı döyüşmüş generalın oğlunu saxlayıb maşınını əlindən aldı...
Bu gün, 09:42
ABŞ-Rusiya gərginliyində İrəvan faktoru... - İNCƏLƏMƏ
Bu gün, 09:41
Mərkəzi Bankda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:38
"Azərbaycan bayrağı addım-addım irəliləyir..." - Vardanyan
Bu gün, 09:34
Kafedə tanışının başına bakalla vuran şəxsə bəraət verildi - QƏRAR
Bu gün, 09:32
`Araz Baba` `nəvələri`nə ucuz çörək yedirtməz... - "Buna da şükür edək..."
Bu gün, 09:28
İşçi ixtisarları: BELƏ HARA GEDİRİK... - "Bax, bu olar əsl qənaət..."
Bu gün, 09:17
İşğalda olan 4 kəndimizin qaytarılması… - AKTUAL
Bu gün, 09:09
Bahalaşmadan sonra `bilet maxinasiyası`... - BU NƏDİ BELƏ?!
Bu gün, 09:03
Ucarda qanunlar AYAQ ALTINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:00
Ramin Abdullayev dedi... QURTARDI! - Şəhid ailəsi bunların UMRUNDA DA DEYİL...
Bu gün, 08:55
Gedək, səni toyuq kababına qonaq edim! - replika
Bu gün, 08:49
Dəniz nəqliyatında ezamiyyə xərcləri necə ödənilir? - Ekspert danışır...
Bu gün, 08:43
Esklavların qaytarılması mütləqdir - GƏLİŞMƏ
Bu gün, 08:33
Bağlanacağı deyilən bankdan sürpriz qərar - İLGİNC
Bu gün, 08:32
Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb
Bu gün, 08:26
Azərbaycan bölgədə açar rolunu oynayır - FAKT BUDUR!
Bu gün, 07:31
Pezeşkian öndədir, amma... - Qalibafın səsləri Cəlilinin şansını artırır
Bu gün, 07:27
İrəvanın təhlükəli sülh oyunu - GEDİŞAT
Bu gün, 07:25
"Mən ərki 30 illik rəfiqəmə, anama, bacıma edirəm"
Bu gün, 07:20
Ekoloji həyəcan siqnalı: Azərbaycanda vəziyyət daha həssasdır - NƏ ETMƏLİ?
Bu gün, 07:17
Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür - DYP-dən xəbərdarlıq
Bu gün, 07:14
Dövlət qurumu 2,7 milyonluq tibbi sərfiyyat malları alır
Bu gün, 00:05
Bakıda 94 min manat sərmayəsi olan şirkət - YARADILIB
Bu gün, 00:02
Ermənistan “rus dabanı yalamağa” başladı – “Hraparak”
Dünən, 23:55
Goranboy DYP-yə yeni rəis təyin olunub - ƏMR
Dünən, 23:49
“Azərbaycanla sərhəddəki hadisələrin Ayla əlaqəsi var” – Astroloqdan ŞOK AÇIQLAMA
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru