!["Nar" şirkətinə yeni departament direktoru təyin edilib "Nar" şirkətinə yeni departament direktoru təyin edilib](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1719840278_0001.jpg)
Azərbaycanın mobil rabitə operatoru olan "Nar" şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru vəzifəsinə yeni təyinat olub.
"APA-Economics" xəbər verir ki, bu vəzifə Hökümə Kərimovaya həvalə edilib.
Qeyd edək ki, daha öncə bu vəzifəni Əziz Axundov icra edib. O, cari ilin may ayından şirkətdən ayrılıb.