![Müsavat seçkilərə bu şəxslərlə qatılacaq Müsavat seçkilərə bu şəxslərlə qatılacaq](https://dia-az.info/uploads/posts/2024-07/thumbs/1719839136_0001.jpg)
Artıq növbədənkənar parlament seçkilərinə start verilib. Bir çox siyasi partiyalar seçki hazırlıqlarına başlayıb. Növbədənkənar parlament seçkilərində bu dəfə hansı siyasi partiyaların iştirakı diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan Müsavat başqanının müavini Gülağa Aslanlı seçkilərə qatılıb-qatılmaqla bağlı hələlik yekun qərarın olmadığını söyləyib.
O hazırda Müsavat partiyasının növbədənkənar parlament seçkilərində iştirak edib-etməməsi ilə bağlı müzakirələr getdiyini bildirib: “Bu gün Müsavat partiyasının divan toplantısında da bu məsələ müzakirə edildi. İyulun 4-də Müsavat partiyası Məclisinin çağırılması haqqında qərar verilib. Həmin tarixdə keçiriləcək Məclis yığıncağında Müsavat partiyasının seçkilərdə iştirak edib-etməməsi haqda yekun qərar veriləcək”.
Gülağa Aslanlı həmçinin partiyanın sonrakı addımlarının da iyulun 4-də veriləcək qərara uyğun olaraq həyata keçiriləcəyini açıqlayıb: “Partiya funksioneri kimi Müsavat partiyası hansı qərarı verəcəksə, hamımız da ona tabe olacağıq. Burada mənim istəyim ancaq şəxsi ola bilər. Partiya funksionerləri ümumi qərarlara uyğun hərəkət edəcək”.