BANM-də “Açıq qapı” günü .....                     "Müxalifət seçkilərdə iştirak edəcək" .....                     İərvandakı səfirlər qiyamçı keşişin istəyini RƏDD ETDİLƏR .....                     Sülhlə bağlı əsas əngəllər: Dəhlizdən əlavə bu şərt masaya qoyuldu ... .....                     “Zəyəm Texnologiyalar Parkı” özünə gələ bilmir... .....                     Boz qurd pisdir, ayı, şir, qartal, xoruz yaxşıdır? .....                     İrəvanda polis Azərbaycana qarşı döyüşmüş generalın oğlunu saxlayıb .....                     ABŞ-Rusiya gərginliyində İrəvan faktoru... .....                     Mərkəzi Bankda YENİ TƏYİNAT .....                     "Azərbaycan bayrağı addım-addım irəliləyir..." .....                     Kafedə tanışının başına bakalla vuran şəxsə bəraət verildi .....                     `Araz Baba` `nəvələri`nə ucuz çörək yedirtməz... .....                     İşçi ixtisarları: BELƏ HARA GEDİRİK... .....                     İşğalda olan 4 kəndimizin qaytarılması… .....                     Bahalaşmadan sonra `bilet maxinasiyası`... .....                     Ucarda qanunlar AYAQ ALTINDA... .....                     Ramin Abdullayev dedi... QURTARDI! .....                     Gedək, səni toyuq kababına qonaq edim! .....                     Dəniz nəqliyatında ezamiyyə xərcləri necə ödənilir? .....                     Esklavların qaytarılması mütləqdir .....                     Bağlanacağı deyilən bankdan sürpriz qərar .....                     Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb .....                     Azərbaycan bölgədə açar rolunu oynayır .....                     Pezeşkian öndədir, amma... .....                     İrəvanın təhlükəli sülh oyunu .....                     "Mən ərki 30 illik rəfiqəmə, anama, bacıma edirəm" .....                     Ekoloji həyəcan siqnalı: Azərbaycanda vəziyyət daha həssasdır .....                     Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür .....                     Dövlət qurumu 2,7 milyonluq tibbi sərfiyyat malları alır .....                     Bakıda 94 min manat sərmayəsi olan şirkət .....                     Ermənistan “rus dabanı yalamağa” başladı .....                     Goranboy DYP-yə yeni rəis təyin olunub .....                     “Azərbaycanla sərhəddəki hadisələrin Ayla əlaqəsi var” .....                     Bakının tələbi yerinə yetirilməlidir .....                     "Rusiya süni şəkildə yaratdığı Ermənistanı bu satqınçılığına görə bağışlamaq istəmir" .....                     Ermənistan Belarusun təklifini rədd etdi .....                     Merihin Bozqurd işarəsi erməniləri təşvişə saldı .....                     Azərbaycan internetin sürətinə görə niyə geridədir? .....                     Dövlət Agentliyi tibb şirkətindən rəhbəri və müavinləri üçün mebel alır .....                     Zelenskidən Trampa çağırış: .....                 

Yüksək maaş dərsi məktəbə qaytaracaq? - “...bütün nəticələr sıfır olacaq”
Tarix: 1-07-2024, 19:02 | Çap et
Yüksək maaş dərsi məktəbə qaytaracaq?
“Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir deyib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır:

“Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir”.

E. Əmrullayev bildirib ki, sentyabr ayından etibarən sertifikatlaşdırmada yüksək nəticə göstərən (35% əlavə alanlar) müəllimlərin orta aylıq əməkhaqqı təxminən 1295 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) isə 980 manat olacaq:

“Sertifikatlaşdırmada iştirak etməyən müəllimlərin əməkhaqqı isə təxminən 750 manat olacaq, amma növbəti illərdə bu da artacaq. Təxminən 30 min müəllim nisbətən az maaş alır, bu isə dərs saatı ilə əlaqədardır”.

Qeyd edək ki, son illər sertifikasiyada toplanan bala uyğun olaraq müəllimlərin əməkhaqqına əlavələr olunur. Bununla yanaşı, bir çox müəllimlər məktəbdə tədrisdən daha çox repetitorluq fəaliyyətinə üstünlük verirlər. Növbəti tədris ilində müəllimlərin bir qisminin daha yüksək əməkhaqqı ilə təmin olunması onları repetitorluqdan uzaqlaşdırıb məktəbə geri döndərəcəkmi? Yəni tədris evlərdə, kurslarda deyil, sinif otaqlarında dərs zamanı aparılacaqmı?

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu “Cebhe.info”-ya bildirib ki, müəllimlərin əməkhaqqının onların əməyinə ekvivalent olmasını bilmək üçün Azərbaycanın ümumi daxili məhsuluna baxmaq lazımdır:

“Eyni zamanda, müqayisə etmək lazımdır ki, həmin ÜDM-dən müəllimə nə qədər pay düşür. Elə bir pay düşmür. Yəni Azərbaycan müəlimi məktəbdə çalışdığı əməyin ekvivalentini ala bilmir. Nə qədər onların əməyi ilə onlara verilən əməkhaqqı arasında disproporsiya mövcuddursa, repetitorluqla məşğul olacaqlar. Mən ümumiyyətlə, repetitorluğu günah saymıram.

Dünyanın beyin mərkəzi olan Yaponiyada da repetitorluq var. Valideyn məktəbdən sonra uşağı repetitor yanına göndərir. Biz yaponlardan daha çox bilirik ki, repetitorluqdan imtina edək? Əgər bu gün repetitorluq fəaliyyəti dayansa, mən əminəm ki, qəbul imtahanında bütün nəticələr sıfır olacaq. Məhz repetitorların sayəsində şagirdlər az-çox öyrənirlər.

Ümumiyyətlə, əgər dövlət sektorunun günahı varsa, bunu repetitorun üzərinə qoymaq lazım deyil. Repetitorluqla məşğul olan, savadlı, özünə güvənən müəllimdir.

Doğrudur, nadir hallarda savadsız müəllimlər də repetitorluqla məşğul olur. Ancaq artıq o “bazar” getdi. Müqayisə üçün qeyd edim ki, bir vaxtlar, sovet rejimi dağılandan sonra hansı evə gedirdinsə, bir mağaza açmışdı. O mağazalar hamısı sıradan çıxdı. Hansı mağaza rəqabətə dözdüsə, o qaldı. Rəqabətə davam gətirən repetitorların sayı da kifayət qədərdir”.

Sertifikasiya imtahanına gəldikdə isə ekspert deyir ki, elm və təhsil nazirinin müəllimin aldğı əməkhaqqını təkrar vurğulaması doğru deyil:

“Nazir müqayisə etsin, görsün ki, nə dərəcədə uyğundur. Bu əməkhaqqı müəllimə kifayət edirmi? Əslində nazir təhsili bilən adamdır. Bəzən belə fikirlər səslənir ki, təhsili bilmir, mən o fikirlə razı deyiləm. Sanki bəzi adamlardan çəkinir. Bir doğru bəyanat verir, sabah onu dəyişdirir.

Ancaq müəllim nə qədər ki, ona sərf edən əməkhaqqını almayacaq, repetitorluqla məşğul olacaq. Hətta sərf edən əməkhaqqını versələr də, müəllim repetitorluqla məşğul olsa, onun heç kimə ziyanı yoxdur. Repetitorları qovmaq lazım deyil. Bilmirəm, nə etmək istəyirlər, bəlkə də hər repetitorun evinin yanına nəzarət edən şəxs qoymaq istəyirlər. Mən “Təhsilin İnkişafı Konsepsiyası”nı işləyib təqdim etmişəm.

Bacarıqlı müəllimlərin əksəriyyəti repetitorlardır. Dövlət onları bina ilə təmin etməli, ucuz kredit formasında maliyyə yardımı verməlidir. Onlar pedaqoji kollektiv formalaşdırıb təhsili inkişaf etdirməlidir. Nə qədər dövlət sektoru mövcuddursa, təhsildə inkişaf yoxdur. Sovet dövründə nə qədər kolxoz var idisə, kənd təsərrüfatında inkişaf yox idi.

Kapitalist ölkələrində bir vətəndaş 20 min, digəri 20 milyon qazanır. Ona demirlər ki, niyə çox qazanırsan? Çox qazananda, işçi qüvvəsi var, xərcləməsi var, xərc, rüsum da dövlətə gedir. Ona görə də bundan qorxmaq lazım deyil. Bu gün kim gedib məktəbdə təhsl alır? Mənim nəvələrimlə bağlı eyni proses yaşanır. Çünki orada təhsil vermirlər, uşağın vaxtını alırlar. Repetitor yanına göndərirəm, ödəniş edirəm ki, qoy öyrənsinlər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BANM-də “Açıq qapı” günü - FOTO
Bu gün, 10:12
"Müxalifət seçkilərdə iştirak edəcək" - deputat
Bu gün, 10:07
İərvandakı səfirlər qiyamçı keşişin istəyini RƏDD ETDİLƏR - “Hraparak”
Bu gün, 10:05
Sülhlə bağlı əsas əngəllər: Dəhlizdən əlavə bu şərt masaya qoyuldu ... - NƏ BAŞ VERİR?
Bu gün, 10:02
“Zəyəm Texnologiyalar Parkı” özünə gələ bilmir... - 1,7 milyonluq xalis zərər
Bu gün, 09:54
Boz qurd pisdir, ayı, şir, qartal, xoruz yaxşıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:45
İrəvanda polis Azərbaycana qarşı döyüşmüş generalın oğlunu saxlayıb maşınını əlindən aldı...
Bu gün, 09:42
ABŞ-Rusiya gərginliyində İrəvan faktoru... - İNCƏLƏMƏ
Bu gün, 09:41
Mərkəzi Bankda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:38
"Azərbaycan bayrağı addım-addım irəliləyir..." - Vardanyan
Bu gün, 09:34
Kafedə tanışının başına bakalla vuran şəxsə bəraət verildi - QƏRAR
Bu gün, 09:32
`Araz Baba` `nəvələri`nə ucuz çörək yedirtməz... - "Buna da şükür edək..."
Bu gün, 09:28
İşçi ixtisarları: BELƏ HARA GEDİRİK... - "Bax, bu olar əsl qənaət..."
Bu gün, 09:17
İşğalda olan 4 kəndimizin qaytarılması… - AKTUAL
Bu gün, 09:09
Bahalaşmadan sonra `bilet maxinasiyası`... - BU NƏDİ BELƏ?!
Bu gün, 09:03
Ucarda qanunlar AYAQ ALTINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:00
Ramin Abdullayev dedi... QURTARDI! - Şəhid ailəsi bunların UMRUNDA DA DEYİL...
Bu gün, 08:55
Gedək, səni toyuq kababına qonaq edim! - replika
Bu gün, 08:49
Dəniz nəqliyatında ezamiyyə xərcləri necə ödənilir? - Ekspert danışır...
Bu gün, 08:43
Esklavların qaytarılması mütləqdir - GƏLİŞMƏ
Bu gün, 08:33
Bağlanacağı deyilən bankdan sürpriz qərar - İLGİNC
Bu gün, 08:32
Saatlı sakinindən “Makarov” markalı tapança götürülüb
Bu gün, 08:26
Azərbaycan bölgədə açar rolunu oynayır - FAKT BUDUR!
Bu gün, 07:31
Pezeşkian öndədir, amma... - Qalibafın səsləri Cəlilinin şansını artırır
Bu gün, 07:27
İrəvanın təhlükəli sülh oyunu - GEDİŞAT
Bu gün, 07:25
"Mən ərki 30 illik rəfiqəmə, anama, bacıma edirəm"
Bu gün, 07:20
Ekoloji həyəcan siqnalı: Azərbaycanda vəziyyət daha həssasdır - NƏ ETMƏLİ?
Bu gün, 07:17
Kimlərəsə arxayın olanlar bilsinlər ki, qanun hamı üçündür - DYP-dən xəbərdarlıq
Bu gün, 07:14
Dövlət qurumu 2,7 milyonluq tibbi sərfiyyat malları alır
Bu gün, 00:05
Bakıda 94 min manat sərmayəsi olan şirkət - YARADILIB
Bu gün, 00:02
Ermənistan “rus dabanı yalamağa” başladı – “Hraparak”
Dünən, 23:55
Goranboy DYP-yə yeni rəis təyin olunub - ƏMR
Dünən, 23:49
“Azərbaycanla sərhəddəki hadisələrin Ayla əlaqəsi var” – Astroloqdan ŞOK AÇIQLAMA
Dünən, 19:02
Bakının tələbi yerinə yetirilməlidir - GƏLİŞMƏ
Dünən, 19:00
"Rusiya süni şəkildə yaratdığı Ermənistanı bu satqınçılığına görə bağışlamaq istəmir"
Dünən, 18:56
Ermənistan Belarusun təklifini rədd etdi
Dünən, 18:12
Merihin Bozqurd işarəsi erməniləri təşvişə saldı
Dünən, 18:07
Azərbaycan internetin sürətinə görə niyə geridədir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:01
Dövlət Agentliyi tibb şirkətindən rəhbəri və müavinləri üçün mebel alır - SİYAHI
Dünən, 17:55
Zelenskidən Trampa çağırış: - "Sülh planını açıqla!"
Dünən, 17:53
Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanıb - TƏFƏRRÜAT
Dünən, 17:50
“Sərkisyanın imzaladığı sazişi çıxarıb bəyan etməliyik ki...” - Yeqoyan
Dünən, 17:42
Cəlili Pezeşkianın “silahı”nı almağa çalışdı: - "Mən də türkəm..."
Dünən, 17:41
“Bazarstore”un sabiq rəhbərinə YENİ VƏZİFƏ - “OMİD”ə təyinat aldı
Dünən, 17:38
Məhkəmə "Toplum TV" işi üzrə saxlanılan şəxslər barəsində QƏRAR VERDİ
Dünən, 17:31
Azərbaycanda 400 min avroluq şirkət - LƏĞV OLUNUR
Dünən, 17:26
“Deputat olmaq istəyən vicdanlı jurnalistlərin bir blokda birləşməsi maraqlı olardı” - ÇAĞIRIŞ
Dünən, 17:21
“Ferma yumurtası” ilə “kənd yumurtası”nın maya dəyərində 1 qəpik fərq var
Dünən, 17:09
Rusdilli dövlət bankımız Xankəndini Stepanakerd kimi də tanıyır - BU NƏDİ BELƏ?!
Dünən, 17:05
Hindistandakı düyü ixracı ilə bağlı böhran Azərbaycana təsir edə bilərmi? - ARAŞDIRMA
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru