Taksilər azalıb, qiymət qalxıb, sərnişinlər isə... .....                     Agentlik avtobuslar üçün texniki xidmətlərə 3 milyon .....                     Pezeşkian-Cəlili mübarizəsində ikinci tur və ya “ağaları kimi məsləhət bilibsə...” .....                     Bakıda budanma adı ilə ağacları doğrayıblar .....                     "Lalə Şövkət Bakıdadır, bağındadır, amma mümkün deyil..." .....                     “Beş Su-27 qırıcısının itkisi Ukrayna üçün bu günə qədər ən bahalı itkidir” .....                     "Dələduzlarla vuruşmaq fikrim yoxdur" .....                     Tərtərdə polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib .....                     “Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı .....                     Taksi fəaliyyətində "yeni" dövr: .....                     "Harada mənasız tədbir, reket üsulları ilə mükafatlandırma mərasimləri varsa, orada başda otururlar" .....                     Nazirlik Elvira Rafiqqızına cərimə yazdı .....                     6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib .....                     "Mən yük gətirməmişəm, ailəmlə qaçqın kimi məcburi gəlmişik" .....                     “İndiki verilişlərə valideyn uşağın yanında, uşaq da valideynin yanında baxmağa utanır” .....                     “Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri... .....                     "Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam" .....                     Azərbaycanda 2,3 milyon manatlıq şirkət .....                     Demirören Azərbaycanda daha bir şirkət açdı .....                     Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub .....                     Türkiyə vətəndaşı Azərbaycanda 100 min avroluq şirkət yaratdı .....                     MİT PKK/KCK-nin İsveç təşkilatlanmasının rəhbərini saxlayaraq ölkədən deportasiya edib .....                     "Moon Kids" Uşaq Bağçasının direktoru saxlanılıb .....                     YAP İdarə Heyətinin toplantısını çağırdı .....                     Qaradağda 2 iyul - Azərbaycan Polisi günü qeyd edildi .....                     Xətaidə də Polis Günü qeyd olundu .....                     “Ceyrançöl”də öldürülən çobanın atası cinayətin TƏFƏRRÜATINI açıqladı .....                     Səbaildə 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib .....                     Abşeron rayonunda “2 iyul – Azərbaycan Polisi Günü” qeyd edilib .....                     Zavod direktorundan Ali Attestasiya Komissiyasına qarşı .....                     "Pulsuz da versələr... “Kristal Abşeron”un binalarından ev almayın..." .....                     Əvəz Temirxan seçkiyə qatılır: .....                     24 seçki dairəsində 50-yə yaxın məntəqənin hüdudları dəyişəcək .....                     Əvəz Qocayevlə sədr niyə küsüb?... .....                     “COP29-a kimi Zəngəzur dəhlizi açılacaq” .....                     Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərindən biri “AzerGold”a verilib .....                     Azərbaycanın müdafiə naziri Belarusa səfər edib .....                     Qiymət dəyişikliyi hansı məhsulların bahalaşmasına SƏBƏB OLACAQ? .....                     "Atlant" İstirahət Mərkəzində natəmizlik... .....                 

Yeni qiymətlər... Yeni tariflər... - NƏ NEÇƏYƏ OLDU?
Tarix: 30-06-2024, 20:34 | Çap et
Yeni qiymətlər... Yeni tariflər...
Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.

“Report” xəbər verir ki, aidiyyəti beynəlxalq qurumlar və ictimaiyyət tərəfindən ekoloji mühitin qorunması, nəqliyyat emissiyalarının azaldılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar artır. Azərbaycanda yanacağın keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir, bu sahəyə investisiya xərcləri artır. Ölkəmizdə AVRO-5 standartına tam uyğun olaraq istehsal olunan dizel yanacağının və Aİ-92 benzininin maya dəyərinin yüksəlməsi bu məhsulların satış qiymətlərinin artırılmasını zəruri edir.

Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Bu barədə “Report”a Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.

Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlılığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Statistikaya əsasən, son illərdə Azərbaycana avtomobil idxalında elektrik mühərrikli avtomobillərin sayı artır. Yanacağın keyfiyyətinin yüksəldilməsi öz növbəsində nəqliyyat vasitələrinin təmirinə çəkilən xərclərin azaldaraq istismar müddətini uzadacaq.

Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.

Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır.

İclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb.

Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sektorun marağını azaldır.

Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağdakı kimi təsdiq edilib.

Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə:

Bakı şəhəri üzrə:

- Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).

- Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).

- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.

Digər regionlar üzrə:

- Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).

- Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).

- Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.

Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat təşkil edir. İndiyədək son tarif tənzimlənməsindən ötən 13 il ərzində tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənmiş, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi məqsədilə konteynerlər yerləşdirilib.

Qeyd edək ki, əhali istehlakçı qrupu tarifləri Rusiyada 9 manat/kub metr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr təşkil edir. Qeyri-əhali istehlakçı qrupu tarifləri isə Rusiyada 16-20 manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr, Belarusda 8,4-16,6 manat/kub metr arasında dəyişir.

Yeni tarif tənzimləməsi dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, dövlət büdcəsindən asılılığı azaldacaq, abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkilini stimullaşdıracaq və özəl sektorun bu sahəyə marağını təşviq edəcək.

İclasda idxaldan asılılığın aradan qaldırılması, rəqabət qabiliyyətli məhsulların ixracının stimullaşdırılması üzrə dövlətin iqtisadi siyasəti nəzərə alınaraq, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisinin tarifi tənzimlənib. Alüminium sənayesində olduğu kimi bu sahəyə də gecə və gündüz tarifi tətbiq ediləcək.

Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılmışdır. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Taksilər azalıb, qiymət qalxıb, sərnişinlər isə... - “35 dərəcə istidə kondisionersiz getmişik”
Bu gün, 19:00
Agentlik avtobuslar üçün texniki xidmətlərə 3 milyon - XƏRCLƏYƏCƏK
Bu gün, 18:56
Pezeşkian-Cəlili mübarizəsində ikinci tur və ya “ağaları kimi məsləhət bilibsə...” - GƏLİŞMƏ
Bu gün, 18:04
Bakıda budanma adı ilə ağacları doğrayıblar - AXI NİYƏ?
Bu gün, 18:02
"Lalə Şövkət Bakıdadır, bağındadır, amma mümkün deyil..." - Oğlu açıqladı
Bu gün, 18:00
“Beş Su-27 qırıcısının itkisi Ukrayna üçün bu günə qədər ən bahalı itkidir” – Forbes
Bu gün, 17:58
"Dələduzlarla vuruşmaq fikrim yoxdur" - Sərdar Cəlaloğlu seçkidən danışdı
Bu gün, 17:55
Tərtərdə polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib - FOTO
Bu gün, 17:50
“Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı – Şərurlu İsfəndiyara ŞOK ittihamlar
Bu gün, 17:46
Taksi fəaliyyətində "yeni" dövr: - verilən sifarişə "köhnə" maşınlar gəlir
Bu gün, 17:43
"Harada mənasız tədbir, reket üsulları ilə mükafatlandırma mərasimləri varsa, orada başda otururlar" - İki deputata BİR ŞİLLƏ...
Bu gün, 17:41
Nazirlik Elvira Rafiqqızına cərimə yazdı - Hansı qaydanı pozub?
Bu gün, 17:38
6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib - ƏMR
Bu gün, 17:36
"Mən yük gətirməmişəm, ailəmlə qaçqın kimi məcburi gəlmişik" - GİLEY
Bu gün, 17:34
“İndiki verilişlərə valideyn uşağın yanında, uşaq da valideynin yanında baxmağa utanır”
Bu gün, 17:22
“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri... - BU NƏDİ BELƏ?!
Bu gün, 17:10
"Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam"
Bu gün, 17:02
Azərbaycanda 2,3 milyon manatlıq şirkət - TƏSİS EDİLİB
Bu gün, 16:59
Demirören Azərbaycanda daha bir şirkət açdı – Şirkət nə iş görəcək?
Bu gün, 16:58
Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Bu gün, 16:57
Türkiyə vətəndaşı Azərbaycanda 100 min avroluq şirkət yaratdı
Bu gün, 16:56
MİT PKK/KCK-nin İsveç təşkilatlanmasının rəhbərini saxlayaraq ölkədən deportasiya edib
Bu gün, 16:54
"Moon Kids" Uşaq Bağçasının direktoru saxlanılıb - "İlin iş xanımı" seçilmişdi
Bu gün, 16:51
YAP İdarə Heyətinin toplantısını çağırdı - QƏRAR VERİLƏCƏK
Bu gün, 16:49
Qaradağda 2 iyul - Azərbaycan Polisi günü qeyd edildi
Bu gün, 16:41
Xətaidə də Polis Günü qeyd olundu - FOTO
Bu gün, 16:31
“Ceyrançöl”də öldürülən çobanın atası cinayətin TƏFƏRRÜATINI açıqladı - İLGİNC İDDİALAR...
Bu gün, 16:28
Səbaildə 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 16:25
Abşeron rayonunda “2 iyul – Azərbaycan Polisi Günü” qeyd edilib - FOTO
Bu gün, 16:23
Zavod direktorundan Ali Attestasiya Komissiyasına qarşı İDDİA
Bu gün, 16:19
"Pulsuz da versələr... “Kristal Abşeron”un binalarından ev almayın..." - ÇAĞIRIŞ
Bu gün, 16:16
Əvəz Temirxan seçkiyə qatılır: - Hansı dairədən namizəd olacaq?
Bu gün, 16:14
24 seçki dairəsində 50-yə yaxın məntəqənin hüdudları dəyişəcək - AÇIQLAMA
Bu gün, 16:11
Əvəz Qocayevlə sədr niyə küsüb?... - İTTİHAM VAR...
Bu gün, 16:07
“COP29-a kimi Zəngəzur dəhlizi açılacaq” – Ermənistan bu öhdəliyi götürə bilər
Bu gün, 15:53
Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi - FOTO
Bu gün, 15:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərindən biri “AzerGold”a verilib
Bu gün, 15:49
Azərbaycanın müdafiə naziri Belarusa səfər edib
Bu gün, 15:19
Qiymət dəyişikliyi hansı məhsulların bahalaşmasına SƏBƏB OLACAQ? - AKTUAL
Bu gün, 15:15
"Atlant" İstirahət Mərkəzində natəmizlik... - AXI NİYƏ?
Bu gün, 15:14
Belarusu müharibəyə cəlb etmək istəyirlər - “RİA Novosti”
Bu gün, 15:10
Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı: - "Digər iddialarımız da var..."
Bu gün, 15:09
BANM tələbələri DAAD təqaüdlərini qazanıb
Bu gün, 15:03
Damlaya görə bu şadlıq sarayı bağlandı - GERİ ZƏKALI FARS...
Bu gün, 15:01
Laçında layihələndirilmə işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 14:57
Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb, pilot həlak olub
Bu gün, 14:51
Şıx ərazisində əhali çirkabın içində üzür - NƏ VAXTA QƏDƏR?
Bu gün, 14:48
Xalq artistindən maraqlı PAYLAŞIM – “Evin kişisi yoxdursa...”
Bu gün, 14:38
Qarabağlı ermənilər yenə alət edilir: - bu dəfə fərqli çirkin oyunda
Bu gün, 14:31
Cəlili, yoxsa Pezeşkian? - “Heç biri!”
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru