![İmişlidə müxtəlif növ silah-sursat tapılıb İmişlidə müxtəlif növ silah-sursat tapılıb](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1719722385_91cf36ad-0755-3cb8-be47-f41cbe56450f_850.jfif.jpg)
İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Dia-az.İnfo-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd "AK-74" markalı avtomat, "Karabin", "F-1" əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllü polisə təhvil verib.