![Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1719722330_d2fcce21-a8a0-3a7a-aa1a-f4ad2cf907d3_850.jfif.jpg)
Bərdədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Dia-az.İnfo-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmiş Ramin Cəfərov saxlanılıb.
Ona məxsus çantaya baxış zamanı 4 kiloqram 430 qram tiryək aşkar edilərək götürülüb.
O, narkotiki sosial şəbəkədən tanış olduğu İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.