İcra başçısı onu vəzifəyə təyin etdi .....                     28 yaşlı qadın CANINA QIYDI .....                     Qarışıq döyüş ustalarının qarmaqarışıq işi .....                     AzTV-nin aparıcısı meyxanaçı ilə evləndi .....                     BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib .....                     "Qiymətlərdə böyük ölçüdə nəsə dəyişməyib, ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz" .....                     Daha bir qalmaqallı fiqur mandata İDDİALIDIR... .....                     Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? .....                     Anna Nikolun yaralarına BELƏ MƏLHƏM OLUR... .....                     İlkin sülh sənədi belə olacaq: Əsas məsələ bu cür qeyd edilir .....                     Burada gözdən əlilə rəsmən ZÜLM EDİRLƏR... .....                     Mühüm posta YENİ TƏYİNAT .....                     Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... .....                     Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI... .....                     “Avtomotoservis”in maliyyə durumu müzakirə ediləcək .....                     Hamı YAP-ın siyahısını GÖZLƏYİR... .....                     “Azercell” bu tarifin də xidmət haqqını artırdı .....                     Rusiyaya qarşı “Krım işi”ndə qələbə: AİHM-in qərarı nə vaxt icra olunacaq? .....                     İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? .....                     Paşinyanın açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir .....                     “Bank of Baku” hər addımda problemə çevrilir... .....                     Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? .....                     Paşinyan anladı ki, Ermənistan hələ hazır deyil .....                     Müqəddəs bayrağımızı UCUZ TUTAN KİMDİR? .....                     "Qanun qəbul edəndə icra mexanizmini nəzərə almalıdırlar ki, .....                     “Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! .....                     DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ... .....                     Bakcell Şuşada yeni mağazasını təqdim etdi! .....                     Diplomlu işsizlər və statistik iş yerləri .....                     "Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır" .....                     “Naxçıvan Tikinti Materialları”na yeni üzvlər seçiləcək .....                     Yüksək maaş dərsi məktəbə qaytaracaq? .....                     Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi .....                     Rusiya məhkəməsi Dmitri Qordona hökm oxudu .....                     Partiya sədrindən SƏRT SÖZLƏR: .....                     AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı .....                     Azərbaycanda .....                     Ekspert gediş haqqının bahalaşmasını .....                     Məşhur dondurma istehsalçısının vergi borcu var .....                     İrəvan məhkəmə iddialarından imtina etməli olacaq .....                 

İrəvanla sülhə əsas əngəlin aşılacağı gün - Bakının səbri bitir...
Tarix: 29-06-2024, 11:44 | Çap et
İrəvanla sülhə əsas əngəlin aşılacağı gün
“Oğru elə bağırdı ...” Son vaxtlar Ermənistan rəsmilərinin sülh sənədi ilə bağlı Azərbaycanı tez-tez ittiham etməsi bu məşhur deyimi xatırladır. Belə görünür ki, kapitulyant ölkə 44 günlük müharibədəki acınacaqlı məğlubiyyət və fiaskodan hələ də lazımınca dərs götürməyib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son cəfəng açıqlamaları bu iddiaları bir daha təsdiqlədi. Tarixdən dərs almayanlar isə onu təkrar yaşamalı olurlar. Hər halda qonşularla sülh içində yaşamaq istəyən ölkənin ritorikası, xarici siyasəti belə olmur. Ya beynəlxalq hüquqa hörmət edirsən, ya da etmirsən. İlk növbədə Ermənistan konstitusiyasını nəzərdə tuturuq. Az öncə xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiyanın xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbulu zamanı deyib ki, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialar proses çərçivəsində əsas maneədir.

Bayramov eyni fikri iyunun 27-də Tiflis səfəri çərçivəsində gürcü həmkarı İliya Darçiaşvili ilə birgə keçirdiyi mətbuat konfransında da səsləndirib: “Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli inkişaf var. Açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Lakin Ermənistanın əsas qanununda - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu, bizim tərəfimizdən prosesin başa çatdırılmasında ən ciddi əngəl kimi görünür. Bu, Ermənistanın özü üçün də çox xoşagəlməz hal kimi qəbul edilməlidir. Bu istiqamətdə müvafiq addımların atılmasını gözləyirik”.

İyunun 27-də isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenə bildirib ki, İrəvan Bakı ilə bir ay ərzində sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazırdır. O, Türkiyə ilə sərhədlərin açılmasına da hazır olduqlarını vurğulayıb. İrəvan kimi aldadır? Qeyd edək ki, bu, artıq Bakının sülhlə bağlı ən yüksək - Prezident səviyyəsində qətiləşmiş və prinsipial mövqeyidir. İrəvan isə bu haqlı irad və tələbi abırsızcasına hələ də “öz daxili işlərinə qarışmaq” kimi qiymətləndirir. Halbuki heç bir “daxili məsələ”dən söhbət gedə bilməz. Çünki Ermənistan həmin konstitusiya əsasında qonşu Azərbaycanın bir hissəsi özünə “birləşdirib”. Bu necə onun daxili məsələsi ola bilər? Üstəgəl, eyni səbəbdən Ermənistan konstitusiyası bölgədə potensial müharibə mənbəyi olaraq qalır. Bakı bundan narahat olmalı deyil ki? Deməli, onun tezliklə dəyişdirilib beynəlxalq hüquqa uyğunlaşdırılması ən əvvəl elə qonşularla sülh istədiyini iddia edən erməni xalqının marağında olmalıdır.

Təəssüf ki, bu xüsusda İrəvanı daha destruktiv mövqeyə kökləyən xarici elementlər də az deyil. Məsələn, de-fakto mövcud olmayan ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, Ermənistan konstitusiyasına düzəlişlər Bakı və İrəvan arasında çərçivə sülh sazişinin imzalanması üçün ilkin şərt olmamalıdır. “Gələcəkdə nə vaxtsa, bəli, konstitusiya dəyişdirilməli olacaq. Amma məncə, hamı bilir ki, Ermənistanda bunu etmək asan deyil. Belə bir şərt müqavilənin bağlanmasına mane olacaq”, - deyə o qeyd edib.

Sual yaranır: konstitusiyaya müvafiq dəyişiklik edilmədən sülh sənədinin hansı qüvvəsi, dəyəri olacaq, əgər onu Ermənistanın Konstitusiya Məhkəməsi qanunsuz elan edəcəksə? Ermənistanın sülhə əsas əngəli nə vaxt, necə aradan qaldırılacaq? Axı Bakının səbri sonsuz deyil. Bu arada Azərbaycan sülh sənədi variantını 10-cu redaktədə Ermənistana göndərib. Bəs diplomatik məktublaşma nə zaman bitəcək? 10-cu məktub sonuncu ola bilərmi?

Analitik Elxan Şahinoğluya görə, Ceyms Obraynın Bakıya səfəri ərəfəsində Azərbaycan Xarici İşlər Nazirliyi sülh sazişi ilə bağlı növbəti təkliflərini İrəvana göndərib, əgər İrəvan Bakının təkliflərini qəbul edərsə, məsələnin qısa müddətdə həlli mümkündür. Onun fikrincə, ancaq İrəvan Bakının “Konstitusiyanızda Azərbaycana ərazi iddialarını ehtiva edən bəndləri çıxarın” tələbinin yerinə yetirilməsini sonrakı illərə saxlamaq istəyir. Politoloq hesab edir ki, Vaşinqton rəsmi Bakının tələbindən xəbərdardır, buna baxmayaraq, ABŞ Dövlət Departamenti Ermənistan Konstitusiyası ilə bağlı bugünə qədər mövqe bildirməyib: “Vaşinqtonun çox çalışdığı sülh sazişinə əsas əngəl budur. Amerikalı diplomatlar Azərbaycanla Ermənistan arasında qısa müddətdə sülh sazişininin imzalanmasını və Ceyms Obraynın Konqresdə söylədiyi kimi, Ermənistanın Azərbaycandan keçən Orta Dəhliz layihəsinə qoşulmasını istəyirlərsə, əsas izahat işini İrəvanda aparmalıdırlar”.

Siyasi icmalçı Asif Nərimanlının qənaətinə əsasən, Bakı-İrəvan sülh danışıqlarında Vaşinqtonun “tələskənliyə” bənzər aktivliyi müşahidə edilir: “Bu kontekstdə son iki həftədə baş verən hadisələrin xronologiyası xüsusilə əhəmiyyətlidir: Vaşinqton Ankara ilə danışıqların gündəliyinə Bakı və İrəvanın sülh sazişini də daxil edib, Blinken NATO toplantısında Fidanla Qəzzada baş verənlərlə yanaşı, Cənubi Qafqazda ”sülhün və rifahın dəstəklənməsini" də müzakirə edib, ardınca Baydenin müşaviri Ceyk Sallivanla Ərdoğanın müşaviri Akif Cağatay telefon söhbətində Qəzzadan, Ukraynadan və Azərbaycan-Ermənisan sülh sazişindən danışıblar; ABŞ-ın tələsməsi Orta dəhliz üzərindəki planının Cənubi Qafqaz mərhələsini tamamlamaq istəyindən irəli gəlir. Daha əvvəl də yazmışdıq: Vaşinqton Mərkəzi Asiyadan Avropaya uzanan coğrafiyada Çinin və Rusiyanın iştirakı olmadan dəhliz yaratmaq və nəzarət etmək istəyir". Təhlilçinin fikrincə, Vaşinqton Bakını razı salaraq, sülh sazişi ilə bağlı tezliklə - ilkin sənədin imzalanacağı gözləntisinin olduğu COP29 tədbirindən öncə irəliləyiş əldə etməyə, yaxud noyabrda gözlənilən sənədin mətnini indidən öz planına uyğun razılaşdırmağa çalışır: “Çünki noyabrda ABŞ-da prezident seçkiləridir, sənədin imzalanması həmin vaxta qədər uzanarsa, yaxud amerikalıların istədiyi mətn hazır olmasa, Vaşinqton prosesdən kənarda qala biləcəyindən narahatdır”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı onu vəzifəyə təyin etdi - FOTO
Bu gün, 10:02
28 yaşlı qadın CANINA QIYDI
Bu gün, 09:56
Qarışıq döyüş ustalarının qarmaqarışıq işi - Anastasiya nifaqının sonu
Bu gün, 09:53
AzTV-nin aparıcısı meyxanaçı ilə evləndi
Bu gün, 09:50
BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib
Bu gün, 09:39
"Qiymətlərdə böyük ölçüdə nəsə dəyişməyib, ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz" - Siyavuş Novruzov
Bu gün, 09:37
Daha bir qalmaqallı fiqur mandata İDDİALIDIR... - Həm də Ağamalının dairəsindən...
Bu gün, 09:34
Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? - ARAŞDIRMA
Bu gün, 09:30
Anna Nikolun yaralarına BELƏ MƏLHƏM OLUR... - “İravunk”
Bu gün, 09:28
İlkin sülh sənədi belə olacaq: Əsas məsələ bu cür qeyd edilir – Detallar açıqlandı
Bu gün, 09:23
Burada gözdən əlilə rəsmən ZÜLM EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Mühüm posta YENİ TƏYİNAT - FOTO
Bu gün, 09:14
Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... - BU DA FAKT!!!
Bu gün, 09:09
Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI... - Malik Həsənov hansı üzlə seçici ayağına gedəcək ki?..
Bu gün, 09:07
“Avtomotoservis”in maliyyə durumu müzakirə ediləcək
Bu gün, 09:04
Hamı YAP-ın siyahısını GÖZLƏYİR... - YAP İSƏ...
Bu gün, 08:56
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
Bu gün, 08:51
Rusiyaya qarşı “Krım işi”ndə qələbə: AİHM-in qərarı nə vaxt icra olunacaq? - Görünəni odur ki...
Bu gün, 08:50
İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? - PROBLEM...
Bu gün, 08:47
Paşinyanın açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“Bank of Baku” hər addımda problemə çevrilir... - GİLEY
Bu gün, 08:41
Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? - Parsyan
Bu gün, 08:33
Paşinyan anladı ki, Ermənistan hələ hazır deyil - GƏLİŞMƏ
Bu gün, 08:31
Müqəddəs bayrağımızı UCUZ TUTAN KİMDİR? - BELƏ OLMAZ AXI...
Bu gün, 08:29
"Qanun qəbul edəndə icra mexanizmini nəzərə almalıdırlar ki, sonra qanunda "boşluq"lar olmasın"
Bu gün, 08:27
“Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! - Şirkətin umrunda da deyil...
Bu gün, 08:25
DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ... - GÜNÜNÜZ MÜBARƏK!
Bu gün, 08:22
Bakcell Şuşada yeni mağazasını təqdim etdi!
Bu gün, 07:09
Diplomlu işsizlər və statistik iş yerləri - AKTUAL
Bu gün, 07:06
"Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır"
Bu gün, 00:05
“Naxçıvan Tikinti Materialları”na yeni üzvlər seçiləcək
Bu gün, 00:02
Yüksək maaş dərsi məktəbə qaytaracaq? - “...bütün nəticələr sıfır olacaq”
Dünən, 19:02
Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Rusiya məhkəməsi Dmitri Qordona hökm oxudu
Dünən, 18:14
Partiya sədrindən SƏRT SÖZLƏR: - “Onları heç seçildiyi dairəsində tanıyan yoxdur”
Dünən, 18:11
AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı - Diqqət!
Dünən, 18:06
Azərbaycanda HOTELDƏ ÖLÜM
Dünən, 18:02
Ekspert gediş haqqının bahalaşmasını belə ŞƏRH ETDİ
Dünən, 17:58
Məşhur dondurma istehsalçısının vergi borcu var - FOTO
Dünən, 17:56
İrəvan məhkəmə iddialarından imtina etməli olacaq - NƏ BAŞ VERİR?
Dünən, 17:52
AĞ Partiya MSK-ya ilkin sənədləri təqdim etdi - AÇIQLANDI
Dünən, 17:49
"Competo MMC"yə yeni baş icraçı direktor təyin olunub - FOTO
Dünən, 17:37
Avropa standartlarına keçid: - Keyfiyyətin dəyişməsi qiymətə də təsir edir
Dünən, 17:35
"Beş qəpik də böyük puldur" - Avtobus və metrolarda qiymətlər niyə qalxdı?
Dünən, 17:30
Zakir Sultanov azadlığa BURAXILDI
Dünən, 17:28
"Nar" şirkətinə yeni departament direktoru təyin edilib - FOTO
Dünən, 17:23
Əskipara yaxınlığındakı yeni mövqeyimiz - VİDEO
Dünən, 17:22
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən çıxarılıb - ƏMR
Dünən, 17:17
Pezeşkianı təbliğ edən kanal bağlandı
Dünən, 17:16
KXCP sədri seçkiyə haradan qatılacaq? - AÇIQLAMA
Dünən, 17:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru