İlyas İsmayılovdan seçki qərarı: .....                     4 qadına məxsus lizinq şirkətinə maya qoyulur .....                     İcra başçısı onu vəzifəyə təyin etdi .....                     28 yaşlı qadın CANINA QIYDI .....                     Qarışıq döyüş ustalarının qarmaqarışıq işi .....                     AzTV-nin aparıcısı meyxanaçı ilə evləndi .....                     BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib .....                     "Qiymətlərdə böyük ölçüdə nəsə dəyişməyib, ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz" .....                     Daha bir qalmaqallı fiqur mandata İDDİALIDIR... .....                     Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? .....                     Anna Nikolun yaralarına BELƏ MƏLHƏM OLUR... .....                     İlkin sülh sənədi belə olacaq: Əsas məsələ bu cür qeyd edilir .....                     Burada gözdən əlilə rəsmən ZÜLM EDİRLƏR... .....                     Mühüm posta YENİ TƏYİNAT .....                     Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... .....                     Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI... .....                     “Avtomotoservis”in maliyyə durumu müzakirə ediləcək .....                     Hamı YAP-ın siyahısını GÖZLƏYİR... .....                     “Azercell” bu tarifin də xidmət haqqını artırdı .....                     Rusiyaya qarşı “Krım işi”ndə qələbə: AİHM-in qərarı nə vaxt icra olunacaq? .....                     İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? .....                     Paşinyanın açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir .....                     “Bank of Baku” hər addımda problemə çevrilir... .....                     Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? .....                     Paşinyan anladı ki, Ermənistan hələ hazır deyil .....                     Müqəddəs bayrağımızı UCUZ TUTAN KİMDİR? .....                     "Qanun qəbul edəndə icra mexanizmini nəzərə almalıdırlar ki, .....                     “Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! .....                     DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ... .....                     Bakcell Şuşada yeni mağazasını təqdim etdi! .....                     Diplomlu işsizlər və statistik iş yerləri .....                     "Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır" .....                     “Naxçıvan Tikinti Materialları”na yeni üzvlər seçiləcək .....                     Yüksək maaş dərsi məktəbə qaytaracaq? .....                     Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi .....                     Rusiya məhkəməsi Dmitri Qordona hökm oxudu .....                     Partiya sədrindən SƏRT SÖZLƏR: .....                     AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı .....                     Azərbaycanda .....                     Ekspert gediş haqqının bahalaşmasını .....                 

Vaşinqtonun səhvləri: Bakının şərtləri çox sadədir - Elçin Alıoğlu yazır...
Tarix: 29-06-2024, 11:20 | Çap et
Vaşinqtonun səhvləri: Bakının şərtləri çox sadədir
Elçin Alıoğlu - TREND


ABŞ Azərbaycanla normal əlaqələr qurmaq və Cənubi Qafqazdakı proseslərə real təsir imkanlarına yiyələnmək istəyirsə, öz maraqlarından çıxış etməli, məhz öz mənafeyini güdməlidir. İlk baxışdan paradoksal görünsə də, belədir.

ABŞ-nin dövlət katibi Entoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Ceyms O-Brayen dünən Bakıya rəsmi səfərə gəldi. Yüksəkçinli amerikalı diplomatın Azərbaycana səfərinin səbəbləri və məqsədləri çox olsa da, onların arasında ikisi xüsusi yer tutur:

1. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi,

2. "Zəngəzur dəhlizi" layihəsi.

Bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilmiş dinləmələr zamanı C.O-Brayen bəyan edib: "Birləşmiş Ştatlar bir daha bəyan edir ki, Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olmasında, habelə "Zəngəzur dəhlizi" adlandırılan ticari-loqistika marşrutunun açılmasında maraqlıdır. Bakıya səfərimə gəldikdə, sülh məsələsi indi sadəcə Azərbaycan üçün yox, bütün region və Mərkəzi Asiya üçün aktualdır".

O daha sonra bildirib: "Hazırda bir yol Gürcüstan ərazisindən Qara dənizə gedir. Digər daha geniş marşrut Azərbaycan, Ermənistan və Türkiyə ərazisindən keçə bilər. Bu səbəbdən bizə 1990-cı illərdən bəri davam edən ağır münaqişəyə son qoyacaq Azərbaycanla Ermənistan arasında sülh sazişi gərəkdir. Sülh sazişini imzalamağın və savaşın nəticələrini aradan qaldırmağın vaxtı çatıb".

Göründüyü kimi, ABŞ Zəngəzur dəhlizi layihəsinin mümkün qədər tez gerçəkləşməsini istəyir. Amma bir şərtlə: dəhlizin təhlükəsizliyi heç bir halda Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən təmin olunmamalıdır.

C.O-Brayen dinləmələrdə "nədənsə" etiraf etməyib ki, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına indiyədək ən inadlı şəkildə mane olan tərəflərdən biri də məhz Vaşinqton idi.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 20-də Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata görə, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında azad hərəkəti təmin edəcək Zəngəzur dəhlizi marşrutunda sərhəd və gömrük nəzarətini Rusiya FTX təmin etməlidir.

Bu şərtə hazırda Ermənistanla yanaşı, İran da qətiyyətlə etiraz edir.

İran hesab edir ki, Zəngəzur dəhlizi layihəsi onun bölgədəki maraqlarına ciddi zərbə vura bilər.

Ermənistanın və İranın tutduqları mövqe nəticəsində rəsmi Bakı gözləmə mövqeyi tutmadı, bu layihəyə alternativ olaraq İran ərazisindən keçəcək nəqliyyat kommunikasiyası marşrutu ilə bağlı işlərə başladı. Həmin layihəyə əsasən, gələcəkdə İranın dəmiryol və avtomobil yollarının da qoşulacağı bu marşurt beynəlxalq "Şimal-Cənub" marşrutunun bir hissəsinə çevrilə bilər.

Birləşmiş Ştatlar, təbii ki, Azərbaycanla İranı birləşdirəcək yeni nəqliyyat kommunikasiyalarına qarşı çıxır.

Vaşinqtonun fikrincə, Zəngəzur dəhlizində Rusiya FTX-nin nəzarət funksiyalarına yiyələnməsi Moskvanın Ermənistandakı hərbi kontingentinin sayını artırmaqla yanaşı, Gümrüdəki 102-ci hərbi bazanı da nəzərə alsaq, yeni layihəni Rusiyanın Ermənistanda ikinci "hərbi baza" yaratmaq cəhdlərinə şərait yaradacaq.

Birləşmiş Ştatlar Zəngəzur layihəsini işə salmaqla yanaşı, Azərbaycanla Ermənistan və Ermənistanla Türkiyə arasında nəqliyyat kommunikasiyalarının bərpasında maraqlıdır.

Vaşinqton üçün bu məqam Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi təsir imkanlarının azaldılması baxımından çox böyük önəm kəsb edir.

Son müsahibələrindən birində isə Ceyms O-Brayen ABŞ-nin regional siyasətinin bir sıra məqamlarını aydınladan etiraflar edib:

"Mərkəzi Asiyadan Aralıq dənizinədək ticari marşrutu gerçəkləşdirmək üçün nəsildə bir dəfə ələ düşən imkan var. Bu isə yalnız Azərbaycanla Ermənistan arasınla sülh əldə ediləndən sonra mümkündür. Sülh əsas ticari yollarla yanaşı, həmin yollarda yeni istehsalatlar yaratmağa da imkan verəcək. Mümkündür ki, bir neçə il sonra bu, o qədər də mühüm olmasın. Bir neçə il əvvəl mümkün deyildi. Mən də düşünürəm ki, yaxşı zamandır, çünki bu yol üzərində olan ölkələr Rusiyadan asılılıqlarını azaltmaq istəyirlər. Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək marşrut Cənubi Qafqazla yanaşı, Orta Asiya ölkələrinə Rusiyadan yan keçmək şərtilə Avropa bazarlarına çıxış imkanları yaradacaq. Biz bu imkanı qətiyyətlə dəstəkləyirik. Görəcəksiniz, həmin imkan sayəsində region ölkələrinin iqtisadiyyatı çiçəklənəcək, insanların azad hərəkət və yaşam yeri seçimi imkanları artacaq".

Birləşmiş Ştatlar aydın, konkret şəkildə məqsədlərini açıqladı.

Bütün bu bəyanatlar, açıqlamalar və məram təzahürləri indi yox, ən azı üç il əvvəl, 2021-ci ildə olmalı idi.

Fransa və Avropa İttifaqı ilə birlikdə, ABŞ da, əfsuslar olsun ki, son üç ildə Cənubi Qafqazdakı proseslərlə bağlı danışıqlarda, müzakirələrdə və görüşlərdə faktiki olaraq Ermənistanın mövqelərini dəstəkləyib, az qalıb rəsmi İrəvanın narrativlərini təkrarlasın.

Zəngəzur dəhlizi layihəsinin həddən ziyadə önəmli olduğunu rəsmi Bakı 2020-ci ildən deyir - Vaşinqton deyilənləri eşitsə də, indifferent davranırdı. Halbuki sözügedən layihə bilavasitə Birləşmiş Ştatların subregional geosiyasi maraqlarının təminatıdır və Vaşinqtonun bölgədə mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Di gəl, İrəvana tam dəstək siyasəti yürüdən Qərb, xüsusilə də Vaşinqton öz maraqlarını təmin etmək əvəzinə, Ermənistanın mənafelərindən bəhs edirdi.

İndi çox gec olsa da, Birləşmiş Ştatlar bölgəmizdəki yanlış siyasətində düzəlişlər etmək imkanına malikdir. Bunun üçün Vaşinqton rasional, praqmat və Cənubi Qafqazdakı geosiyasi reallıqlara əsaslanan siyasət yürütməlidir.

Orta Asiyadan Aralıq dənizinədək yeni, strateji və qlobal marşrutun işə düşməsini istəyən Vaşinqton bunun üçün nə etməli olduğunu bilir.

ABŞ ifrat dərəcədə geciksə də, anlamalıdır: Vaşinqtonun Cənubi Qafqazda uğuru onun Bakı və Tbilisi ilə münasibətlərindən asılıdır. Regional kommunikasiyalardan kənarda qalan, geosiyasi perspektivləri mücərrəd, daim kənardan idarə olunan və uzaq güclərdən asılı qalmağa adət edən Ermənistan amerikalılara gələcəkdə uğur qazandıra bilməz.

Orta Asiyanı Aralıq dənizi sahilləri ilə birləşdirən kommuniksiyalara gəldikdə isə, Xəzər və Qara dənizlər arasında yeganə dəmiryol kommunikasiya marşrutu olan Bakı-Tbilisi-Qars dəmiryol marşrutunun inşası layihəsi gündəmə gələndə məhz ABŞ Konqresinin ölkənin banklarına, şirkətlərinə və maliyyə strukturlarına sözügedən layihəyə investisiya yatırmağı yasaqladığını da unutmamışıq.

Əgər Orta Asiya-Aralıq dənizi vektoru üzrə daşımalar ABŞ üçün bu qədər önəmlidirsə, nə üçün Bakının təşəbbüsü olan layihəyə qarşı sanksiyalar tətbiq olunmuşdu?

Vaşinqtonun Bakı ilə münasibətlərində belə absurdlar, paradoksal, qərəzli yanaşma və subyektivizmlə bağlı xeyli misallar çəkə bilərik, amma zərurət yoxdur: hər şey onsuz da bəllidir.

Azərbaycan bölgə ilə bağlı yürütdüyü siyasətdə ABŞ-dən sadəcə məntiq, rasionalizm, praqmatizm və konstruktivlik gözləyir.

Məsələn, Birləşmiş Ştatlar bəyan edir ki, Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək avtomobil və dəmiryol marşrutlarının İrandan keçməsini “məqsədəuyğun” saymır.

Bəs yaxşı, Ermənistanın İranla çox sıx və şaxələnmiş kommunikasiyaları necə, amerikaları narahat etmir?

Ermənistanın hazırda N.Paşinyanın və komandasının bütün bəyanatlarına rəğmən, MDB ölkələrinin Avrasiya İqtisadi Birliyində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, Avrasiya Gömrük İttifaqında yer alması, nominal və de-yure olaraq Rusiyanın hərbi-siyasi müttəfiqi olması Vaşinqtonu qayğılandırmır?

Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Rusiyanın tranzit dövlət kimi istifadə etdiyi ölkələr arasında Ermənistanın olması, Gümrüdəki 102-ci hərbi bazanın mövcudluğu, Ermənistandakı dəmiryol və qazpaylama şəbəkələrinə bütünlüklə (!) Rusiyanın nəzarət etməsi ABŞ-ni əndişələndirmir?

Görürük ki, yox. Tam əksinə, Azərbaycan üçün qapanan imkanlar və resurslar Ermənistan üçün açıqdır.

Nikol Paşinyanı və Ermənistanı total dəstəkləyən amerikalı siyasətçilərlə diplomatlar Azərbaycana gəldikdə sərt ritorikaya əl atırlar.

Halbuki Azərbaycan bölgədə sülhə və stabilliyə can atır, ötən ilin sentyabrından bəri Ermənistan üçün təhdid sayıla biləcək heç bir addım atmayıb.

ABŞ dərk etməlidir ki, Cənubi Qafqazda Ermənistandan alət kimi istifadə edərək, İrəvanı tam dəstəkləmək strategiyası Vaşinqtonun maraqlarına xidmət etmir - maraqlarına qarşıdır.

Bir zamanlar Rusiya da Ermənistanı tam dəstəkləyir, bölgədə Ermənistanın maraqlarından çıxış edən siyasət yürüdürdü.

Amma məhz Ermənistan Rusiyaya arxa çevirdi və Rusiya bölgədəki mövqelərinin zəifləməsi ilə qarşılaşdı.

ABŞ indi Rusiyanın səhvlərini təkrarlayır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlyas İsmayılovdan seçki qərarı: - Qatılacağıq, amma...
Bu gün, 10:08
4 qadına məxsus lizinq şirkətinə maya qoyulur
Bu gün, 10:04
İcra başçısı onu vəzifəyə təyin etdi - FOTO
Bu gün, 10:02
28 yaşlı qadın CANINA QIYDI
Bu gün, 09:56
Qarışıq döyüş ustalarının qarmaqarışıq işi - Anastasiya nifaqının sonu
Bu gün, 09:53
AzTV-nin aparıcısı meyxanaçı ilə evləndi
Bu gün, 09:50
BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib
Bu gün, 09:39
"Qiymətlərdə böyük ölçüdə nəsə dəyişməyib, ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz" - Siyavuş Novruzov
Bu gün, 09:37
Daha bir qalmaqallı fiqur mandata İDDİALIDIR... - Həm də Ağamalının dairəsindən...
Bu gün, 09:34
Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? - ARAŞDIRMA
Bu gün, 09:30
Anna Nikolun yaralarına BELƏ MƏLHƏM OLUR... - “İravunk”
Bu gün, 09:28
İlkin sülh sənədi belə olacaq: Əsas məsələ bu cür qeyd edilir – Detallar açıqlandı
Bu gün, 09:23
Burada gözdən əlilə rəsmən ZÜLM EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Mühüm posta YENİ TƏYİNAT - FOTO
Bu gün, 09:14
Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... - BU DA FAKT!!!
Bu gün, 09:09
Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI... - Malik Həsənov hansı üzlə seçici ayağına gedəcək ki?..
Bu gün, 09:07
“Avtomotoservis”in maliyyə durumu müzakirə ediləcək
Bu gün, 09:04
Hamı YAP-ın siyahısını GÖZLƏYİR... - YAP İSƏ...
Bu gün, 08:56
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
Bu gün, 08:51
Rusiyaya qarşı “Krım işi”ndə qələbə: AİHM-in qərarı nə vaxt icra olunacaq? - Görünəni odur ki...
Bu gün, 08:50
İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? - PROBLEM...
Bu gün, 08:47
Paşinyanın açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“Bank of Baku” hər addımda problemə çevrilir... - GİLEY
Bu gün, 08:41
Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? - Parsyan
Bu gün, 08:33
Paşinyan anladı ki, Ermənistan hələ hazır deyil - GƏLİŞMƏ
Bu gün, 08:31
Müqəddəs bayrağımızı UCUZ TUTAN KİMDİR? - BELƏ OLMAZ AXI...
Bu gün, 08:29
"Qanun qəbul edəndə icra mexanizmini nəzərə almalıdırlar ki, sonra qanunda "boşluq"lar olmasın"
Bu gün, 08:27
“Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! - Şirkətin umrunda da deyil...
Bu gün, 08:25
DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ... - GÜNÜNÜZ MÜBARƏK!
Bu gün, 08:22
Bakcell Şuşada yeni mağazasını təqdim etdi!
Bu gün, 07:09
Diplomlu işsizlər və statistik iş yerləri - AKTUAL
Bu gün, 07:06
"Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır"
Bu gün, 00:05
“Naxçıvan Tikinti Materialları”na yeni üzvlər seçiləcək
Bu gün, 00:02
Yüksək maaş dərsi məktəbə qaytaracaq? - “...bütün nəticələr sıfır olacaq”
Dünən, 19:02
Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Rusiya məhkəməsi Dmitri Qordona hökm oxudu
Dünən, 18:14
Partiya sədrindən SƏRT SÖZLƏR: - “Onları heç seçildiyi dairəsində tanıyan yoxdur”
Dünən, 18:11
AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı - Diqqət!
Dünən, 18:06
Azərbaycanda HOTELDƏ ÖLÜM
Dünən, 18:02
Ekspert gediş haqqının bahalaşmasını belə ŞƏRH ETDİ
Dünən, 17:58
Məşhur dondurma istehsalçısının vergi borcu var - FOTO
Dünən, 17:56
İrəvan məhkəmə iddialarından imtina etməli olacaq - NƏ BAŞ VERİR?
Dünən, 17:52
AĞ Partiya MSK-ya ilkin sənədləri təqdim etdi - AÇIQLANDI
Dünən, 17:49
"Competo MMC"yə yeni baş icraçı direktor təyin olunub - FOTO
Dünən, 17:37
Avropa standartlarına keçid: - Keyfiyyətin dəyişməsi qiymətə də təsir edir
Dünən, 17:35
"Beş qəpik də böyük puldur" - Avtobus və metrolarda qiymətlər niyə qalxdı?
Dünən, 17:30
Zakir Sultanov azadlığa BURAXILDI
Dünən, 17:28
"Nar" şirkətinə yeni departament direktoru təyin edilib - FOTO
Dünən, 17:23
Əskipara yaxınlığındakı yeni mövqeyimiz - VİDEO
Dünən, 17:22
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən çıxarılıb - ƏMR
Dünən, 17:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru