![Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1719644365_0001.jpg)
İyunun 28-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 25 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Dia-az.İnfo-nun xəbərinə görə, bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 177, o cümlədən, borclu şəxs qismində axtarışda olan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.