Məhkəmə həbsdə olan Mehriban Rüstəmova ilə bağlı .....                     Hansı bitərəf deputatlar yenidən seçilmək istəyir? .....                     "Keşiş növbəti dəfə İrəvana qayıdanda Nikol gedəcək” .....                     Bakıda tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi .....                     İlyas İsmayılovdan seçki qərarı: .....                     4 qadına məxsus lizinq şirkətinə maya qoyulur .....                     İcra başçısı onu vəzifəyə təyin etdi .....                     28 yaşlı qadın CANINA QIYDI .....                     Qarışıq döyüş ustalarının qarmaqarışıq işi .....                     AzTV-nin aparıcısı meyxanaçı ilə evləndi .....                     BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib .....                     "Qiymətlərdə böyük ölçüdə nəsə dəyişməyib, ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz" .....                     Daha bir qalmaqallı fiqur mandata İDDİALIDIR... .....                     Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? .....                     Anna Nikolun yaralarına BELƏ MƏLHƏM OLUR... .....                     İlkin sülh sənədi belə olacaq: Əsas məsələ bu cür qeyd edilir .....                     Burada gözdən əlilə rəsmən ZÜLM EDİRLƏR... .....                     Mühüm posta YENİ TƏYİNAT .....                     Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... .....                     Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI... .....                     “Avtomotoservis”in maliyyə durumu müzakirə ediləcək .....                     Hamı YAP-ın siyahısını GÖZLƏYİR... .....                     “Azercell” bu tarifin də xidmət haqqını artırdı .....                     Rusiyaya qarşı “Krım işi”ndə qələbə: AİHM-in qərarı nə vaxt icra olunacaq? .....                     İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? .....                     Paşinyanın açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir .....                     “Bank of Baku” hər addımda problemə çevrilir... .....                     Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? .....                     Paşinyan anladı ki, Ermənistan hələ hazır deyil .....                     Müqəddəs bayrağımızı UCUZ TUTAN KİMDİR? .....                     "Qanun qəbul edəndə icra mexanizmini nəzərə almalıdırlar ki, .....                     “Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! .....                     DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ... .....                     Bakcell Şuşada yeni mağazasını təqdim etdi! .....                     Diplomlu işsizlər və statistik iş yerləri .....                     "Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır" .....                     “Naxçıvan Tikinti Materialları”na yeni üzvlər seçiləcək .....                     Yüksək maaş dərsi məktəbə qaytaracaq? .....                     Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi .....                     Rusiya məhkəməsi Dmitri Qordona hökm oxudu .....                 

Assambleya separatizmi və terrorçuluğu müdafiə edir - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 29-06-2024, 10:44 | Çap et
 Assambleya separatizmi və terrorçuluğu müdafiə edir
Bu ilin yanvarında Azərbaycanın səs hüququnu əsassız yerə donduran Avropa Şurası Parlament Assambleyası (AŞ PA) yenə Azərbaycanın “bostanına” daş atıb. Bu barədə qurumun iyunun 26-da Ermənistanla bağlı qəbul elədiyi qətnamədən məlum olur.

Orada deyilir: “AŞ PA Qarabağın erməni əhalisinin (100 min nəfərdən çox) öz ata-baba yurdunu tərk etməyə məcbur olmasından dərin təəssüf hissi keçirir və Azərbaycanı Dağlıq Qarabağın (? - red.) həbs edilmiş bütün nümayəndələrini, eləcə də bütün erməni hərbi əsirləri azad etməyə çağırır. Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarla əlaqədar olaraq, AŞ PA ərazi bütövlüyünün qarşılıqlı tanınması, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərini tam dəstəklədiyini bildirir. Bu baxımdan AŞPA Ermənistanın regionda sabitliyin bərqərar olmasına kömək edə biləcək ”Sülh yollarının kəsişməsi" təşəbbüsünü alqışlayır".

Yada salaq ki, Azərbaycanın ötən ilin sentyabrında Qarabağda keçirdiyi 1 günlük antiterror tədbirləri çərçivəsində apardığı həbslərlə bağlı Avropa Parlamenti də analoji destruktiv mövqe sərgiləyir. Hətta qəbul etdiyi qətnamələrdə saxlanılanları “siyasi məhbus” kimi qələmə verməyə çalışır. Eləcə də həbs cəzaları almış erməni diversantları.

Halbuki söhbət sırf müharibə cinayətləri və hərbi canilərdən, dövlətimizə və xalqımıza meydan oxumuş terrorçu-quldurlardan gedir. Məgər Qərbin özü 2-ci Dünya müharibəsinin sonunda ələ keçmiş alman faşistlərinin hansısa birinə rəhm edib?

Bəs AŞ PA, Avropa Parlamenti, ümumilikdə Qərb Azərbaycana münasibətdə “ikili standart” siyasətinə nə vaxt son qoyacaq? Qoyacaqmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, AŞPA-nın 26 iyunda Ermənistanla bağlı qəbul etdiyi qətnamə Azərbaycana münasibətdə qərəzlidir və yenə də ikili standartların tərkib hissəsidir. AŞPA-nın Qarabağın erməni əhalisinin “öz ata-baba yurdlarını tərk etməsindən təəssüf hissi keçirməsi” ifadəsinin özü yanlışdır və qərəzlidir. Çünki Azərbaycan dövləti Azərbaycan vətəndaşlığını qəbul edən mülki ermənilərin qalıb yaşaması üçün dəfələrlə çağırışlar etdi, müvafiq addımlar atdı, bir dənə də olsun mülki obyektə zərbə endirilmədi, bir nəfər də olsun mülki insan həlak olmadı. Bütün bunlara baxmayaraq erməni əhali özləri könüllü şəkildə Azərbaycan ərazilərini tərk edib getdilər. Azərbaycan onlara getməmək üçün çağırışlar etdi, lakin onlar bu çağırışları qəbul etmədilər və getdilər. Bu, ermənilərin seçimi idi və Azərbaycanın onların qarşısını güc yolu ilə alması onların hüquqlarının pozulması olardı: “Azərbaycan bütün addımlarında həm öz qanunlarını, həm də beynəlxalq hüququ əsas götürüb.

AŞPA-nın 26 iyun qətnaməsində “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi də qərəzlidir və hüquqa ziddir. Avropa Şurası belə bir terminin mövcud olmadığını birdəfəlik bilməlidir. Dağlıq Qarabağ adlı anlayış yoxdur. AŞPA Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdır.

AŞPA-nın separatçı terrorçuların, Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş, Azərbaycana qarşı cinayətlər həyata keçirmiş “hərbi əsir” adlanan quldurların azad edilməsini istəməsi isə bu qurumun beynəlxalq hüquqa hörmətsiz yanaşmasının, faktiki olaraq cinayətkarları müdafiə etməsinin sübutudur. Bu davranış AŞPA-ya dünyada hörmət gətirə bilməz, əksinə ona hardasa cüzi də olsa etimad qalıbsa onu da sıfıra endirəcək. AŞPA bu hərəkəti ilə separatizmə dəstək verdiyini bir daha nümayiş etdirir. AŞPA-da təmsil olunan deputatlar düşünməliydilər ki, onların öz ölkəsində silahlı separatizmə, dövlətə meydan oxuyan silahlı dəstələrin fəaliyyətinə imkan verilərdimi? O sənədə səs vermiş deputatların təmsil olunduqları dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Azərbaycan da öz ərazi bütövlüyünü bərpa edib. İndi həmin dövlətlərin deputatlarının Fransa və Ermənistanın maraqlarına xidmət edən qətnaməyə səs vermələri öz dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə mövqeyinə qarşı çıxmaqdır".

Ekspertin sözlərinə görə, bu, bir daha sübut edir ki, Avropa Şurası və Avropa Parlamenti korrupsiyalaşmış təsisatlara çevriliblər. Onlar beynəlxalq hüququn yox, onlara sifariş verənlərin müdafiəsi ilə məşğuldurlar və korrupsiyaya qurşanıblar: “Bu təşkilatlar artıq siyasi tapşırıqlar yerinə yetirirlər. Ona görə də Azərbaycan onların hər hansı bir sərsəm qərəzli bəyanatını və qətnaməsini kağız parçasından başqa heç nə hesab etmir. Azərbaycan gücləndikcə, öz haqq yolundan geri addım atmadıqca korrupsiyalaşmış həmin beynəlxalq təşkilatlar və oradakı deputatlar daha da qıcıqlanırlar. Buna görə də onların bundan sonra da necə davranacağı bəllidir. Ancaq Azərbaycan öz düzgün yolundan bu korrupsionerlərə görə geri çəkilən deyil”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov da bildirdi ki, AŞPA Azərbaycana qarşı qərəzli mövqeyini yenə davam etdirir və həqiqətlərin təhrif olunması prosesi genişlənir. Çünki ötən ilin sentyabrında Azərbaycan lokal xarakterli anti-terror tədbirlərini həyata keçirdikdən sonra baş verən proseslərə AŞPA öz prizmasından və Ermənistanın maraqları əsasında yanaşır. Bu da tamamilə qəbul olunmazdır. Çünki Qarabağda olan ermənilərə reinteqrasiya təklif olunmuşdu, Azərbaycan vətəndaşlığını qəbul etmək təklifi irəli sürülmüşdü. Ancaq ermənilər pasportunu daşıdığı ölkəyə-Ermənistana üz tutdular. Azərbaycan Qarabağda yaşayan mülki erməniləri köçürməyib. Ermənilər özləri könüllü köçüblər və bunu köçən zaman özlərini verdiyi açıqlamalar da təsdiq edir.

Həbs olunan separatçılar və silahlı terrorçular isə qətiyyən siyasi məhbus hesab oluna bilməzlər: “AŞPA separatçıları və terrorçuları azad etmək çağırışı edirsə, bu birmənalı şəkildə AŞPA-nın separatizmi və terroru dəstəkləməsi deməkdir. Separatizmi və terrorizmi müdafiə edən beynəlxalq təşkilat dünyaya yaxşı nə isə verə bilməz və bu cür təşkilatın hər hansı çağırışı, qətnaməsi qəbul edilə bilməz.

İkinci Dünya müharibəsindən sonra faşistlərə qarşı Nürnberq məhkəməsi prosesi təşkil olunmuşdu. Azərbaycan da beynəlxalq praktikadan çıxış edərək öz qanuni addımlarını atır.

AŞPA ikili standartlar siyasətinə son qoymalıdır. Belə görünür ki, onların bu yanlış siyasətə son qoymaq niyyətləri yoxdur. AŞPA-nın bu siyasəti həm də Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaq xarakteri daşıyır, erməniləri revanşizmə həvəsləndirir. AŞPA faktiki olaraq sülh yolunu kəsir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə həbsdə olan Mehriban Rüstəmova ilə bağlı qərarı ELAN ETDİ
Bu gün, 10:30
Hansı bitərəf deputatlar yenidən seçilmək istəyir? - SORĞU
Bu gün, 10:28
"Keşiş növbəti dəfə İrəvana qayıdanda Nikol gedəcək” - Gevorqyan
Bu gün, 10:22
Bakıda tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bu gün, 10:20
İlyas İsmayılovdan seçki qərarı: - Qatılacağıq, amma...
Bu gün, 10:08
4 qadına məxsus lizinq şirkətinə maya qoyulur
Bu gün, 10:04
İcra başçısı onu vəzifəyə təyin etdi - FOTO
Bu gün, 10:02
28 yaşlı qadın CANINA QIYDI
Bu gün, 09:56
Qarışıq döyüş ustalarının qarmaqarışıq işi - Anastasiya nifaqının sonu
Bu gün, 09:53
AzTV-nin aparıcısı meyxanaçı ilə evləndi
Bu gün, 09:50
BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib
Bu gün, 09:39
"Qiymətlərdə böyük ölçüdə nəsə dəyişməyib, ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz" - Siyavuş Novruzov
Bu gün, 09:37
Daha bir qalmaqallı fiqur mandata İDDİALIDIR... - Həm də Ağamalının dairəsindən...
Bu gün, 09:34
Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? - ARAŞDIRMA
Bu gün, 09:30
Anna Nikolun yaralarına BELƏ MƏLHƏM OLUR... - “İravunk”
Bu gün, 09:28
İlkin sülh sənədi belə olacaq: Əsas məsələ bu cür qeyd edilir – Detallar açıqlandı
Bu gün, 09:23
Burada gözdən əlilə rəsmən ZÜLM EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Mühüm posta YENİ TƏYİNAT - FOTO
Bu gün, 09:14
Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... - BU DA FAKT!!!
Bu gün, 09:09
Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI... - Malik Həsənov hansı üzlə seçici ayağına gedəcək ki?..
Bu gün, 09:07
“Avtomotoservis”in maliyyə durumu müzakirə ediləcək
Bu gün, 09:04
Hamı YAP-ın siyahısını GÖZLƏYİR... - YAP İSƏ...
Bu gün, 08:56
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
Bu gün, 08:51
Rusiyaya qarşı “Krım işi”ndə qələbə: AİHM-in qərarı nə vaxt icra olunacaq? - Görünəni odur ki...
Bu gün, 08:50
İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? - PROBLEM...
Bu gün, 08:47
Paşinyanın açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“Bank of Baku” hər addımda problemə çevrilir... - GİLEY
Bu gün, 08:41
Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? - Parsyan
Bu gün, 08:33
Paşinyan anladı ki, Ermənistan hələ hazır deyil - GƏLİŞMƏ
Bu gün, 08:31
Müqəddəs bayrağımızı UCUZ TUTAN KİMDİR? - BELƏ OLMAZ AXI...
Bu gün, 08:29
"Qanun qəbul edəndə icra mexanizmini nəzərə almalıdırlar ki, sonra qanunda "boşluq"lar olmasın"
Bu gün, 08:27
“Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! - Şirkətin umrunda da deyil...
Bu gün, 08:25
DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ... - GÜNÜNÜZ MÜBARƏK!
Bu gün, 08:22
Bakcell Şuşada yeni mağazasını təqdim etdi!
Bu gün, 07:09
Diplomlu işsizlər və statistik iş yerləri - AKTUAL
Bu gün, 07:06
"Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır"
Bu gün, 00:05
“Naxçıvan Tikinti Materialları”na yeni üzvlər seçiləcək
Bu gün, 00:02
Yüksək maaş dərsi məktəbə qaytaracaq? - “...bütün nəticələr sıfır olacaq”
Dünən, 19:02
Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Rusiya məhkəməsi Dmitri Qordona hökm oxudu
Dünən, 18:14
Partiya sədrindən SƏRT SÖZLƏR: - “Onları heç seçildiyi dairəsində tanıyan yoxdur”
Dünən, 18:11
AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı - Diqqət!
Dünən, 18:06
Azərbaycanda HOTELDƏ ÖLÜM
Dünən, 18:02
Ekspert gediş haqqının bahalaşmasını belə ŞƏRH ETDİ
Dünən, 17:58
Məşhur dondurma istehsalçısının vergi borcu var - FOTO
Dünən, 17:56
İrəvan məhkəmə iddialarından imtina etməli olacaq - NƏ BAŞ VERİR?
Dünən, 17:52
AĞ Partiya MSK-ya ilkin sənədləri təqdim etdi - AÇIQLANDI
Dünən, 17:49
"Competo MMC"yə yeni baş icraçı direktor təyin olunub - FOTO
Dünən, 17:37
Avropa standartlarına keçid: - Keyfiyyətin dəyişməsi qiymətə də təsir edir
Dünən, 17:35
"Beş qəpik də böyük puldur" - Avtobus və metrolarda qiymətlər niyə qalxdı?
Dünən, 17:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru