4 qadına məxsus lizinq şirkətinə maya qoyulur .....                     İcra başçısı onu vəzifəyə təyin etdi .....                     28 yaşlı qadın CANINA QIYDI .....                     Qarışıq döyüş ustalarının qarmaqarışıq işi .....                     AzTV-nin aparıcısı meyxanaçı ilə evləndi .....                     BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib .....                     "Qiymətlərdə böyük ölçüdə nəsə dəyişməyib, ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz" .....                     Daha bir qalmaqallı fiqur mandata İDDİALIDIR... .....                     Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? .....                     Anna Nikolun yaralarına BELƏ MƏLHƏM OLUR... .....                     İlkin sülh sənədi belə olacaq: Əsas məsələ bu cür qeyd edilir .....                     Burada gözdən əlilə rəsmən ZÜLM EDİRLƏR... .....                     Mühüm posta YENİ TƏYİNAT .....                     Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... .....                     Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI... .....                     “Avtomotoservis”in maliyyə durumu müzakirə ediləcək .....                     Hamı YAP-ın siyahısını GÖZLƏYİR... .....                     “Azercell” bu tarifin də xidmət haqqını artırdı .....                     Rusiyaya qarşı “Krım işi”ndə qələbə: AİHM-in qərarı nə vaxt icra olunacaq? .....                     İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? .....                     Paşinyanın açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir .....                     “Bank of Baku” hər addımda problemə çevrilir... .....                     Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? .....                     Paşinyan anladı ki, Ermənistan hələ hazır deyil .....                     Müqəddəs bayrağımızı UCUZ TUTAN KİMDİR? .....                     "Qanun qəbul edəndə icra mexanizmini nəzərə almalıdırlar ki, .....                     “Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! .....                     DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ... .....                     Bakcell Şuşada yeni mağazasını təqdim etdi! .....                     Diplomlu işsizlər və statistik iş yerləri .....                     "Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır" .....                     “Naxçıvan Tikinti Materialları”na yeni üzvlər seçiləcək .....                     Yüksək maaş dərsi məktəbə qaytaracaq? .....                     Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi .....                     Rusiya məhkəməsi Dmitri Qordona hökm oxudu .....                     Partiya sədrindən SƏRT SÖZLƏR: .....                     AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı .....                     Azərbaycanda .....                     Ekspert gediş haqqının bahalaşmasını .....                     Məşhur dondurma istehsalçısının vergi borcu var .....                 

Dövlət Su Ehtiyatları Agentliyinin `EHTİYATSIZLIĞI`... - Bura dövlət qurumudur... kiminsə dədə mülkü deyil...
Tarix: 29-06-2024, 08:38 | Çap et
Dövlət Su Ehtiyatları Agentliyinin `EHTİYATSIZLIĞI`...
Dövlət Su Ehtiyatları Agentliyi !
Bu rəsmi dövlət qurumu olsa da rəhbəri Zaur Mikayılov buranı şəxsi holdingi kimi idarə edir. Hətta, öz yaxınlarını, qohumlarını və tanışlarını ətrafına toplayan Mikayılov onlara, "istədiyiniz kimi kollektivi qurun, idarə edin" deyə tapşırıq - daha doğrusu ixtiyar da verib.

"DogruXeber.az" xatırladır ki, bir neçə gün əvvəl "Zaur Mikayılov qudasını özünə müşavir təyin etdi" başlığı ilə yerli mediada yayımlanan məlumatlar böyük rezonans doğurdu.

Qeyd edək ki, Əsəd Şirinov Zaur Mikayılovun vəzifəyə təyin etdiyi ikinci qudası idi. Bundan az əvvəl də digər qudası Fuad Quliyevi özünə müşavir təyin etmişdi. Lakin, sonradan Fuad Quliyevi aparat rəhbəri təyin edən Mikayılov beləcə Qazaxıstanda "Coca-Cola" şirkətinə rəhbərlik edən qudası Əsəd Şirinov üçün vakansiya yeri hazırlamış oldu.

Yerli medianın gündəminə ard-arda bomba kimi düşən bu xəbərlərin yaratdığı səs-küydən deyəsən biraz narahat olan Zaur Mikayılov media gündəminə bir şayiə ötürdü ki, güya qudası istefa verib. Lakin, məlumatı dəqiqləşdirmək üçün əlaqə yaratmağa çalışan mətbuat nümayəndələrinin heç biri ilə qurum tərəfindən iltifata keçilmədi. Bu isə o, deməkdir ki, "qohumcanlı" Mikayılovun "iz itirmək planı" istədiyi nəticəni vermədi.

Yeri gəlmişkən, onu da vurğulayaq ki, bizim Zaur Mikayılov təkcə qohumcanlı deyil, eyni zamanda keçmişini unutmayan, "dostcanlı" mehriban insandır. Onun bu keyfiyyətlərinin bariz nümunəsi elə əvvəllər özünün işlədiyi "Bravo" marketlər şəbəkəsinin bir neçə çalışanlarını savad səviyyəsinin azlığına, çoxluğuna baxmadan əvvəl "Melorasiya və Su Təsərrüfatı" ASC -nə, indi də Dövlət Su Ehtiyatları Agentliyinə daşımasıdır. Özü də qurumun içindən redaksiyamıza verilən məlumata görə marketdən gələnlərin hamısına mühüm vəzifələr həvalə olunub.

Yuxarıda da qeyd etdiyimiz kimi Zaur Mikayılov əvvəl "Melorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vəzifəsində çalışırdı.

Ölkə başçısının 30 mart 2023-cü il tarixli fərmanına əsasən Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı və rəhbəri də Zaur Mikayılov oldu. Fəaliyyətinə və strukturuna nəzər salanda, sadəcə qurumun adı dəyişdirildiyini görmək olar. Amma, ağrıdıcı məqamlardan biri də budur ki, onsuzda Melorasiya və Su Təsərrüfatı ASC olaraq özünü doğrultmayan bu qurumun səlahiyyətləri daha da artırıldı və keçmiş "Azərsu" ASC də "İri Şəhərlarin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi adı ilə Zaur Mikayılovun "caynağına" verildi.

"Tanımadığı adamlarla işləməyi xoşlamayan" Zaur müəllim demək olar ki, dərhal kütləvi ixtisarlar apararaq qurum çalışanlarını parçaladı.

Təsəvvür edin ki, Bakının Yasamal , Nərimanov, Nəsimi, Sabunçu, Binəqədi və digər rayonlarında Sukanal idarələrinin rəisləri işdən azad ediliblər. İdarələrin digər çalışanlarına isə "özünüzə iş tapın" xəbərdarlığı, daha doğrusu bildirişi göndərilib.

Görünür bu qurumda işləmək şansına nail olmaq üçün ya Zaur Mikayılovla mütləq şəkildə qohum olmaq lazımdır, ya da "Bravo" marketdə iş təcrübəsi.

Maraqlıdır, bu qədər insanların özlərinə harada iş tapmalarını tövsiyyə edirsiniz, Zaur müəllim?

Varmı bildiyiniz iş yerləri?

Hələ bu harasıdır?!

Etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə kütləvi ixtisarlar qərarı Zaur Mikayılovun "ürəyini tam soyutmayıb". O, eyni zamanda keçmiş "Azərsu" işçilərinin maaşlarının azaldılmasına və çalışma dərəcələrinə görə əmək haqlarına edilən əlavələrin ləğvinə də qərar verib.

İndi keçək işdən çıxarılanların yerinə yeni təyinatlara !

1. Nəzarət Ölçü Cihazları İdarəsinin (ən gəlirli idarə hesab olunur) rəisi Eyvaz Hüseynov vəzifəsindən azad edilib, onun yerinə Zaur Mikayılovun qudasının 1996 ci il təvəllüdlü yaxın qohumu gətirilib.

Xatırladaq ki, Eyvaz Hüseynov keçmiş "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qardaşı oğludur.

2. Su Tikinti idarəsinə 1992 - ci il il təvəllüdlü (qudanın qohumu olduğu deyilən) Orxan İmanlı
təyin olunub.

Mənbənin məlumatına görə bu şəxs hər kəslə kobud davrandığı və söyüşlə danışdığı üçün bütün işçilər ondan narazıdır.

3. Yasamal rayon Sukanal idarəsinə 1988 - ci il təvəllüdlü Orucov Sərxan təyinat alıb.

4. Nəqliyyat idarəsinə 1996-cı təvəllüdlü, "Bravo" supermarketlər şəbəkəsindən gələn Sabir Cabrayılov təyin olunub.

5. Keçmiş "Azərsu" ASC sədri Qorxmaz Hüseynovu 3 il əvəz edən Köçərli Həsənovu "İri Şəhərlarin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinin rəhbər təyin edib. Halbuki, köçərli Həsənovun adı bir zamanlar korrupsiyada hallanırdı. Belə ki, Qaradağ rayonunda milyon manatlıq dəyəri olan qalın stendli böyük borunun satışında Köçərli Həsənovun da adının keçdiyi deyilirdi. Amma, nə hikmətsə, bu məsələdə günahlandırılıb işdən çıxarılan Qaradağ rayon Sukanal idarəsinin rəisi Elnur Əliyev oldu.

Abşeron rayonunda "Qurd dərəsi" adlanan ərazidə yaşayan sakinlərin "DogruXeber.az"a kütləvi müraciətlərində sakinlər iddia edirdi ki, "Azərsu" ASC-nin məsul əməkdaşı əraziyə su borusunun çəkilməsi üçün onlardan müxtəlif məbləğlərdə pullar alıb. Lakin, ümumilikdə 40.000 (qırx min) manatdan yuxarı pul yığılmasına baxmayaraq, bugünə qədər də vətəndaşların su problemləri öz həllini tapmayıb.

Qeyd edək ki, sözügedən vətəndaşlar məsələdə Köçərli rolunun olduğunu iddia edirdilər və hətta bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etdiklərini deyirdilər.

Bundan əlavə, "DogruXeber.az" az informasiya agentliyi olaraq, həmin vətəndaşların redaksiyamıza rəsmi müraciətləri əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya, "Azərsu" ASC rəhbərliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi sorğular göndərmişik. Lakin, təəssüflər olsun ki, bugünə qədər nə sorğularımız cavablandırılıb, nə də vətəndaşların iddiasında adı çəkilən məsul şəxslər barəsində qanuni tədbir görülüb.

Köçərli Həsənovun bütün etdiklərinə rəğmən vəzifəsinin artırılması isə hansı "fəaliyyət formaları" ilə Zaur Mikayılovun "rəğbətini qazanmağın" mümkünlüyünün bariz nümunəsidir.

Daha bir real nümunə isə Londonda Milyonluq villaları və oğlunun avtomobil kolleksiyası ilə məşhur olan müavin Rafiq Aslanova, eləcə də sərvətlər ilə kolleqasından heç də geri qalmayan və müxtəlif korrupsiya hallarında adı çəkilən digər müavin Zakir Quliyevə mühüm vəzifələrin həvalə olunmasıdır.

Bu qədər qanunlara meydan oxumaq" və əks davranışlar Zaur Mikayılovun fəaliyyətini izləyən hər kəsdə haqlı şübhələr yaradır.

Yəqin, oxucularımız da bizimlə razılaşar ki, Dövlət məmurunun xalqı "qıcıqlandırma prinsipləri" xalqı dövlətə düşmən etmək məqsədi kimi görünür.

Adam sanki, dövlətdən və xalqdan nəyinsə qisasını alır.

P.S: Qeyd edək ki, Zərdab, Kürdəmir, Şəmkir, Ağdam və Balakən rayonlarının Suvarma Sistemləri İdarələrinin rəislərinin dövlət büdcəsinə vurduqları külli miqdarda ziyanlar və digər qanunsuz əməlləri barəsində dəfələrlə göndərdiyimiz bütün sorğular bugünə qədər də cavabsız qalıb









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
4 qadına məxsus lizinq şirkətinə maya qoyulur
Bu gün, 10:04
İcra başçısı onu vəzifəyə təyin etdi - FOTO
Bu gün, 10:02
28 yaşlı qadın CANINA QIYDI
Bu gün, 09:56
Qarışıq döyüş ustalarının qarmaqarışıq işi - Anastasiya nifaqının sonu
Bu gün, 09:53
AzTV-nin aparıcısı meyxanaçı ilə evləndi
Bu gün, 09:50
BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib
Bu gün, 09:39
"Qiymətlərdə böyük ölçüdə nəsə dəyişməyib, ona görə də bahalaşmanı seçkiyə qatmaq olmaz" - Siyavuş Novruzov
Bu gün, 09:37
Daha bir qalmaqallı fiqur mandata İDDİALIDIR... - Həm də Ağamalının dairəsindən...
Bu gün, 09:34
Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? - ARAŞDIRMA
Bu gün, 09:30
Anna Nikolun yaralarına BELƏ MƏLHƏM OLUR... - “İravunk”
Bu gün, 09:28
İlkin sülh sənədi belə olacaq: Əsas məsələ bu cür qeyd edilir – Detallar açıqlandı
Bu gün, 09:23
Burada gözdən əlilə rəsmən ZÜLM EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Mühüm posta YENİ TƏYİNAT - FOTO
Bu gün, 09:14
Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... - BU DA FAKT!!!
Bu gün, 09:09
Bu illər ərzində seçicisi onu ƏLİ ÇIRAQLI AXTARDI... - Malik Həsənov hansı üzlə seçici ayağına gedəcək ki?..
Bu gün, 09:07
“Avtomotoservis”in maliyyə durumu müzakirə ediləcək
Bu gün, 09:04
Hamı YAP-ın siyahısını GÖZLƏYİR... - YAP İSƏ...
Bu gün, 08:56
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
Bu gün, 08:51
Rusiyaya qarşı “Krım işi”ndə qələbə: AİHM-in qərarı nə vaxt icra olunacaq? - Görünəni odur ki...
Bu gün, 08:50
İmtahan edənləri KİM İMTAHAN EDƏCƏK? - PROBLEM...
Bu gün, 08:47
Paşinyanın açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“Bank of Baku” hər addımda problemə çevrilir... - GİLEY
Bu gün, 08:41
Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? - Parsyan
Bu gün, 08:33
Paşinyan anladı ki, Ermənistan hələ hazır deyil - GƏLİŞMƏ
Bu gün, 08:31
Müqəddəs bayrağımızı UCUZ TUTAN KİMDİR? - BELƏ OLMAZ AXI...
Bu gün, 08:29
"Qanun qəbul edəndə icra mexanizmini nəzərə almalıdırlar ki, sonra qanunda "boşluq"lar olmasın"
Bu gün, 08:27
“Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! - Şirkətin umrunda da deyil...
Bu gün, 08:25
DÖVLƏTİN BEL SÜTUNU - MİLLƏTİN GÜVƏN YERİ... - GÜNÜNÜZ MÜBARƏK!
Bu gün, 08:22
Bakcell Şuşada yeni mağazasını təqdim etdi!
Bu gün, 07:09
Diplomlu işsizlər və statistik iş yerləri - AKTUAL
Bu gün, 07:06
"Yol hərəkəti qaydalarını pozanlar cərimədən yayınmaq üçün məhəllələrə "sığınır", yaşayış yeri tıxanır"
Bu gün, 00:05
“Naxçıvan Tikinti Materialları”na yeni üzvlər seçiləcək
Bu gün, 00:02
Yüksək maaş dərsi məktəbə qaytaracaq? - “...bütün nəticələr sıfır olacaq”
Dünən, 19:02
Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Rusiya məhkəməsi Dmitri Qordona hökm oxudu
Dünən, 18:14
Partiya sədrindən SƏRT SÖZLƏR: - “Onları heç seçildiyi dairəsində tanıyan yoxdur”
Dünən, 18:11
AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı - Diqqət!
Dünən, 18:06
Azərbaycanda HOTELDƏ ÖLÜM
Dünən, 18:02
Ekspert gediş haqqının bahalaşmasını belə ŞƏRH ETDİ
Dünən, 17:58
Məşhur dondurma istehsalçısının vergi borcu var - FOTO
Dünən, 17:56
İrəvan məhkəmə iddialarından imtina etməli olacaq - NƏ BAŞ VERİR?
Dünən, 17:52
AĞ Partiya MSK-ya ilkin sənədləri təqdim etdi - AÇIQLANDI
Dünən, 17:49
"Competo MMC"yə yeni baş icraçı direktor təyin olunub - FOTO
Dünən, 17:37
Avropa standartlarına keçid: - Keyfiyyətin dəyişməsi qiymətə də təsir edir
Dünən, 17:35
"Beş qəpik də böyük puldur" - Avtobus və metrolarda qiymətlər niyə qalxdı?
Dünən, 17:30
Zakir Sultanov azadlığa BURAXILDI
Dünən, 17:28
"Nar" şirkətinə yeni departament direktoru təyin edilib - FOTO
Dünən, 17:23
Əskipara yaxınlığındakı yeni mövqeyimiz - VİDEO
Dünən, 17:22
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən çıxarılıb - ƏMR
Dünən, 17:17
Pezeşkianı təbliğ edən kanal bağlandı
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru