"Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam" .....                     “İslam terrorizmi .....                     Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır .....                     Yeni qiymətlər... Yeni tariflər... .....                     "Bizim 200 il davam edən xəyanətlərdən sonra... .....                     İmişlidə müxtəlif növ silah-sursat tapılıb .....                     Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib .....                     Həbsdə olan Rəşad Dağlının yeni mahnısı .....                     Əhali pullarını sandıqdan çıxarıb .....                     Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir? .....                     Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? .....                     "Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur..." .....                     Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... .....                     Zemfira Əbdülsəmədovanın oğlu evləndi .....                     Bir milyona yaxın insanın problemi həllini tapmalıdır .....                     Dövlət qurumu təmizlik xidməti aldı .....                     Tibbi qurum mühafizə xidməti aldı .....                     Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib .....                     Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılacaqmı? .....                     Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? .....                     Məsud Pəzəşkian qalib gələrsə... .....                     "Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib" .....                     ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında .....                     Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? .....                     Yastıq altına bankdan daha çox güvənmək... .....                     Dövlət qurumu dərman preparatları aldı .....                     Elariz Məmmədoğlu intim videosunun yayılmasından .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər .....                     Qazidən rüşvət istəyən həkim İŞDƏN QOVULDU .....                     Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb .....                     “Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi” .....                     İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu .....                     BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar .....                     Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? .....                     Şimal-şərq küləyi əsəcək .....                     Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir .....                     Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı .....                     Yerli kərə yağının qiyməti niyə bahalaşıb? .....                     Bakcell Şuşada yeni mağazasını təqdim etdi! .....                 

“Ya Əli!”, “Ya Hüseyn!” demək günahların ən böyüyüdür” - İlahiyyatçı
Tarix: 28-06-2024, 17:33 | Çap et
“Ya Əli!”, “Ya Hüseyn!” demək günahların ən böyüyüdür”
“Allah-Təala insanı yalnız özünə ibadət etmək üçün yaradıb. Bəzi insanlar Allahı yaxşı tanımadıqları üçün müxtəlif üsullara əl atırlar. Biz hamımız bir Allah bəndəsi kimi bu dünyada yaşayırıq. Vətənimizdə insanlar tez-tez halal və haram sözlərini eşidirlər. Halal nədir, niyə halaldır? Haram nədir, niyə haramdır? Bəzi insanlar bu terminlərin mahiyyətinə vara bilmirlər”.

Bu fikirləri “Yeni Sabah”a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov qeyd edib. O bildirib ki, bəzi insanlar halal və haram sözlərini düzgün dərk etmir, bunların nə olduğunu başa düşmürlər:

“Halal və haram anlayışı Allaha inanmaqdan sonra olur. Allaha inanmağın əsasını belə bilmədən halalın və haramın nə olduğunu dərk etmək bizim üçün çətin ola bilər. Buna görə əvvəlcə Allaha inanmağın halal və haram tərəflərini açıqlamaq istəyirəm. Haram toxunulmaz, qadağan mənalarına gəlir. Allaha inanmaqda belə insan harama düşə bilir. Yəni, insan Allaha inancında da sərhədləri aşa bilir. Hər bir insan bu dünyada günah işlədir və günahsız qalmaq mümkün deyildir. Ancaq günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Allah - Təala bütün günahları istəsə bağışlaya bilər. Allaha şərik qoşanların isə günahları heç vaxt bağışlanmayacaq. Allaha şərik qoşmağı tərk edib, bu böyük günahdan tövbə edib, tək Allaha tərəf döndükdə ola bilər ki, Allah həmin insanı bağışlasın. Allah - Təala buyurur ki, şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”.

İlahiyyatçı bildirib ki, Allaha şərik qoşmaq iki hissədən ibarətdir:

“Birincisi böyük hissə, böyük şirk, ikincisi kiçik hissə, kiçik şirk adlanır. İnsanların bir çoxu Allaha həm böyük, həm də kiçik şəriklər qərar verirlər.

Cəmiyyətimizdə də gördüyümüz kimi insanların bir çoxu Allaha yaxınlaşmaq üçün qəbirlərə gedirlər. Qəbirlərdən ruzi, qazanc, kömək istəyirlər. Qəbirlərə gedənlər elə inanca sahibdirlər ki, onlar qəbirdən kömək istəməyi düzgün hesab edərək yalnız Allahın gücünün çatacağı məsələləri qəbirlərdən istəyirlər. İnsanların bir çoxu qəbirlərdən kömək istəyir, dünyadan köçən qəbir sahiblərinin insanların dünya və axirətdəki ehtiyaclarını, sıxıntılarını apara biləcəyini güman edirlər, onlardan hər cür kömək istəyirlər, bununla da qəbirləri Allaha ortaq, şərik qoşurlar. Çoxlarımız bu sözləri eşidirk ki, insanların bir çoxu etiraf edirlər ki, hansısa seyidin, pirin, övliyanın qəbrinə getdikdən sonra işləri, istəkləri, etdikləri dualar eşidilir. Bu cür inancda olmaq insanin tək Allah inancına mənfi təsir göstərir.

Artıq insanlar peyğəmbərlərin demək istədikləri tək Allaha sığınma, tək Allahdan kömək istəmə, tək Allahı sevmə, tək Allaha ümid bağlama kimi inancları hansısa qəbirlərə, daşlara, ağaclara, seyidlərə, övliyalara həsr edirlər. Bununla da insanlar Allaha qarşı böyük haqsızlıq edərək özlərinə də zülm etmiş olurlar. Halbuki sevməyə layiq olan, ümid edilməyə layiq olan, qorxmağa layiq olan, kömək istənilməyə layiq olan yalnız və yalnız uca Allahdır. Allahı sevməkdə, qorxmaqda, ümid bağlamaqda, təvəkkül etməkdə heç nə ilə əvəz etmək olmaz. Bunu pirlərlə, seyidlərlə, qəbirlərlə əvəz edən insan Allaha şərik qoşan, Allaha qarşı səmimi olmayan, böyük günah sahibi olan insandır. İnsan yalnız Allaha ibadət etməli, Allah üçün yaşamalı, Allaha ümid bağlamalı, Allahı sevməli, Allaha təvəkkül etməli, Allahdan qorxmalı, Allahdan kömək istəməli, yalnız Allahın ona kömək edəcəyinə inanmalıdır.

Dünyasını dəyişmiş bir peyğəmbər, Allaha ibadət edib saleh əməl sahibi olan dünyasını dəyişən hər hansısa bir insan, imam, rəhbər, ağa, seyid, övliya artıq dünyasını dəyişdikdən sonra həyatda olan insana heç bir ruzi verə bilməz, onun duasına cavab verə bilməz, çağıranda eşitməz, eşitsə belə kömək etmək üçün yanına gələ bilməz. Ölüb gedən əməli saleh insanların həyatda qalanlara kömək etməsi inancı islam dinində batil inanc, qəbul olunmayan inanc, Allaha şərik qoşmaq hesab olunur. Bu da günahların ən böyüyüdür”.

Ə.Həsənov deyib ki, dilimizdə ancaq Allahın gözəl adlarını zikr etməliyik:

“Bilmiriksə belə, yenə də Allahın bildiyimiz Allah adını zikr etməyimiz bizə kifayətdir. Allahdan başqa digər batil, heç bir əsası olmayan ilahlarda, yəni, seyidlərdə, pirlərdə, qəbirlərdə, daşlarda, ağaclarda güc görən insanlar oturanda, duranda, hansısa çox çətin bir vəziyyətə düşəndə dərhal Allahdan başqa bu batil ilahların adlarını çəkirlər. And içəndə belə Allaha and içmək əvəzinə dünyasını dəyişən övliyalara and içirlər. Bəziləri ağızları ilə günah etməyi keçərək hətta evlərində, maşınlarında, iş yerlərində, obyektlərində “Ya Məhəmməd!”, “Ya Əli!”, “Ya Hüseyn!”, “Ya filan seyid”, “Ya filan pir”, “Ya filan dağ!”, “Ya filan daş!” və s. kimi batil müraciət formaları yazıb asırlar. Bəs harda qaldı Ya Allah müraciət forması. Uca Allah bizə kifayət deyilmi?

Bütün bunlar Allaha şərik qoşmaq sayılır və günahların ən böyüyü hesab olunur. Cəmiyyətimizin bu cəhətdən maariflənməyə və Allaha yaxınlaşmağa böyük ehtiyacı vardır. Vətəndaşlarımız Allaha yaxınlaşdıqca, Allaha tərəf addım atdıqca daha rahat, daha normal, daha sağlam mühitə sahib ola biləcəklər. Bu istiqamətdə bütün vətəndaşlarımıza uğurlar arzu edirəm”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam" - deputat
Bu gün, 00:09
“İslam terrorizmi ” – Rusiyada həyatın yeni şərtləri
Bu gün, 00:04
Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır - AZAL
Dünən, 23:02
Yeni qiymətlər... Yeni tariflər... - NƏ NEÇƏYƏ OLDU?
Dünən, 20:34
"Bizim 200 il davam edən xəyanətlərdən sonra... onlara veriləsi çörəyimiz yoxdur"
Dünən, 08:47
İmişlidə müxtəlif növ silah-sursat tapılıb
Dünən, 08:40
Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib
Dünən, 08:38
Həbsdə olan Rəşad Dağlının yeni mahnısı - VİDEO
Dünən, 08:18
Əhali pullarını sandıqdan çıxarıb - SƏBƏB
Dünən, 08:10
Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:08
Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? - AKTUAL
Dünən, 08:05
"Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur..." - BUNA GÖRƏ DƏ ..
Dünən, 08:03
Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... - GƏLİŞMƏ
Dünən, 07:59
Zemfira Əbdülsəmədovanın oğlu evləndi
Dünən, 07:56
Bir milyona yaxın insanın problemi həllini tapmalıdır – Qanunun tələbi
Dünən, 07:53
Dövlət qurumu təmizlik xidməti aldı - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Dünən, 00:05
Tibbi qurum mühafizə xidməti aldı – QALİB ŞİRKƏT
Dünən, 00:02
Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib - DİQQƏT
29-06-2024, 16:21
Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılacaqmı? - ŞƏRH
29-06-2024, 15:21
Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? - Ona layiq olduğu həddi göstərilməlidir...
29-06-2024, 15:15
Məsud Pəzəşkian qalib gələrsə... - NƏ DƏYİŞƏCƏK Kİ?
29-06-2024, 15:05
"Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib" - Mirmahmud Mirəlioğlu
29-06-2024, 15:00
ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında hansı planlar dayanır?
29-06-2024, 14:10
Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL
29-06-2024, 14:02
Yastıq altına bankdan daha çox güvənmək... – İqtisadiyyatın əmanət dərdi
29-06-2024, 14:00
Dövlət qurumu dərman preparatları aldı - TENDER NƏTİCƏSİ
29-06-2024, 13:56
Elariz Məmmədoğlu intim videosunun yayılmasından DANIŞDI
29-06-2024, 13:47
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
29-06-2024, 13:43
Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər - ÇÜNKİ...
29-06-2024, 13:25
Qazidən rüşvət istəyən həkim İŞDƏN QOVULDU - AÇIQLAMA
29-06-2024, 13:22
Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
29-06-2024, 13:19
“Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi” - deputat
29-06-2024, 13:00
İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu
29-06-2024, 12:46
BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar - FOTO
29-06-2024, 12:43
Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? - GİLEY
29-06-2024, 12:39
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
29-06-2024, 12:34
Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir
29-06-2024, 12:32
Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı - VİDEO
29-06-2024, 12:31
Yerli kərə yağının qiyməti niyə bahalaşıb? - xaricə ixrac ediriksə...
29-06-2024, 12:11
Bakcell Şuşada yeni mağazasını təqdim etdi! - FOTO
29-06-2024, 12:09
ABŞ Rusiya Federasiyasında etnik qruplar və dinlər arasında nifaq salmağa çalışır - Rusiyanın ABŞ-dakı səfiri
29-06-2024, 12:07
Erməni və türk diplomatlarının gizli görüşü: - "Azərbaycanın tələbi..."
29-06-2024, 12:05
"Mən öz repertuarımla toya lazım olan müğənni deyiləm"
29-06-2024, 11:56
İrəvanla sülhə əsas əngəlin aşılacağı gün - Bakının səbri bitir...
29-06-2024, 11:44
"Xeyr, elə pislik edər ki, ayağa qalxa bilməzsən"
29-06-2024, 11:40
“Aktyor teatrdan çıxandan sonra məhv olur, səhnədə dünyadan getməlidir” -Teatr direktoru
29-06-2024, 11:28
Vaşinqtonun səhvləri: Bakının şərtləri çox sadədir - Elçin Alıoğlu yazır...
29-06-2024, 11:20
Mirzoyan Albaniyalı həmkarı ilə Azərbaycanla sülhün vacibliyindən danışıb
29-06-2024, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
29-06-2024, 10:58
Cəlilabadda narkotik qarşılığında kuryerliyə cəlb edilən şəxs həbs edilib
29-06-2024, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru