"Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam" .....                     “İslam terrorizmi .....                     Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır .....                     Yeni qiymətlər... Yeni tariflər... .....                     "Bizim 200 il davam edən xəyanətlərdən sonra... .....                     İmişlidə müxtəlif növ silah-sursat tapılıb .....                     Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib .....                     Həbsdə olan Rəşad Dağlının yeni mahnısı .....                     Əhali pullarını sandıqdan çıxarıb .....                     Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir? .....                     Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? .....                     "Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur..." .....                     Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... .....                     Zemfira Əbdülsəmədovanın oğlu evləndi .....                     Bir milyona yaxın insanın problemi həllini tapmalıdır .....                     Dövlət qurumu təmizlik xidməti aldı .....                     Tibbi qurum mühafizə xidməti aldı .....                     Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib .....                     Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılacaqmı? .....                     Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? .....                     Məsud Pəzəşkian qalib gələrsə... .....                     "Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib" .....                     ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında .....                     Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? .....                     Yastıq altına bankdan daha çox güvənmək... .....                     Dövlət qurumu dərman preparatları aldı .....                     Elariz Məmmədoğlu intim videosunun yayılmasından .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər .....                     Qazidən rüşvət istəyən həkim İŞDƏN QOVULDU .....                     Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb .....                     “Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi” .....                     İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu .....                     BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar .....                     Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? .....                     Şimal-şərq küləyi əsəcək .....                     Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir .....                     Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı .....                     Yerli kərə yağının qiyməti niyə bahalaşıb? .....                     Bakcell Şuşada yeni mağazasını təqdim etdi! .....                 

ABŞ Ermənistana “iqtisadi apokalipsis” vəd edir: - Kreml isə İrəvana qarşı qorxunc planını tam açıqladı
Tarix: 28-06-2024, 17:24 | Çap et
ABŞ Ermənistana “iqtisadi apokalipsis” vəd edir:
Cənubi Qafqaz üzərində geopolitik qarşıdurma maksimum həddə çatıb. Hər halda, son vaxtlar ABŞ və Qərb bu regionda ciddi şəkildə fəallaşıb. İndi Qərb siyasi dairələri Cənubi Qafqazda daha intensiv manevrlər etməklə diqqəti çəkirlər. Üstəlik, bu manevrlərin regional hərbi-siyasi situasiyanı gərginləşdirdiyi də inkaredilməz reallıqdır. Və bu baxımdan, Cənubi Qafqaz ətrafında olduqca təhlükəli proseslərə start verildiyi qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Cənubi Qafqazda əsasən məhz Ermənistan üzərindən fəallaşdığı da olduqca maraqlı məqamdır. Belə ki, son vaxtlar ABŞ və Qərbin kəşiyyat və siyasət emissarları İrəvana daha intensiv səfərlər edirlər. Ona görə də, Qərbin Ermənistandan birbaşa “geopolitik alət” kimi istifadə etmək cəhdləri açıq-aşkar nəzərə çarpır. Eyni zamanda, rəsmi İrəvan da Qərbin Ermənistana “geopolitik alət” rolu ayırmasından tamamilə məmnun görünür. Və Qərbdən gələn bütün təlimatları dərhal yerinə yetirməyə çalışır.

Maraqlıdır ki, Qərb indiki mərhələdə əsasən Ermənistanın Rusiyadan qoparılması planına sadiq qalmağa çalışır. Çünki Rusiyanın Cənubi Qafqazda əsas hərbi-siyasi və maliyyə-iqtisadi təsir mexanizmləri məhz Ermənistan coğrafiyasında cəmləşib. Yəni, ABŞ və Qərb Rusiyanı Ermənistandan çıxartmaqla, Kremlin bu regionda geopolitik manevr imkanlarını minimuma qədər məhdudlaşdırmağa cəhd göstərir. Və bu, indiki situasiyada kifayət qədər qəliz hədəf təsiri bağışlayır.

Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyanın nəzarəti altındadır. Kreml vaxtilə rəsmi İrəvana verdiyi milyardlarla dollar dəyərində silahların əvəzində Ermənistan iqtisadiyyatının əsas sahələrinə aid önəmli müəssisələrin Rusiyanın mülkiyyətinə keçirilməsinə nail olub. İndi belə vəziyyətdə rəsmi İrəvanın Rusiyadan uzaqlaşıb, Qərbin orbitinə yerləşmək cəhdləri Ermənistan üçün olduqca böyük təhlükə mənbəyi hesab olunur.

Digər tərəfdən, Ermənistan iqtisadi-ticari anlamda həm Rusiyadan, həm də Kremlin patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqından qidalanır. Belə ki, Ermənistan iqtisadiyyatında ixrac resurslarının təxminən 70 faizə yaxın hissəsi məhz Rusiya bazarlarına indeksləşdirilib. Üstəlik, Avrasiya İqtisadi İttifaqı ilə olan ticari güzəştlər Ermənistan iqtisadiyyatı üçün həyati “pəncərə” rolunu oynayır. Və bu sıraya Ermənistandakı Rusiya hərbi bazalarını, eləcə də, sərhədlərin rus hərbi kontingenti tərəfindən qorunduğunu da əlavə etdikdə, rəsmi İrəvanın necə qəliz situasiya ilə üzləşdiyini təsəvvür etmək çətin deyil.

Üstəlik, Kreml bütün bu önəmli faktorları son vaxtlar daha açıq mətnlə gündəmə gətirərək, Ermənistana sərt xəbərdarlıq mesajları verməkdədir. Belə ki, Paşinyan hakimiyyəti tərəfindən, Ermənistanın Avropa Birliyinə üzvlük məsələsinin referenduma çıxarılma mövzusunun müzakirəyə çıxarılması Kremldə ciddi qıcıq doğurub. Hazırda Rusiya siyasi dairələri Ermənistan hökumətinə heç vaxt reallaşmayacaq hədəflərin girovuna çevrilmək təhlükəsindən yayınmağa çağırırlar. Və Ermənistanın Avropa Birliyinə heç vaxt üzv ola bilməyəcəyini nəzərə almağı məsləhət görürlər.

Ancaq rəsmi İrəvanın Avropa Birliyinə üzvlük müraciətinin Ermənistana sarsıntılı zərbələr vura biləcəyi isə inkaredilməz reallıqdır. Belə ki, Kreml Rusiyanın Ermənistana milyardlarla dollar investisiya yatırdığını xatırladır. Üstəlik, ABŞ və Qərbin həmin investisiyanı necə kompensasiya edəcəyi ilə bağlı hələlik cavabı olmayan sualları gündəmə gətirir. Yəni, Rusiya öz investisiya milyardlarını geri çəkərsə, bu, Ermənistan iqtisadiyyatında “apokalipsis effekti” yarada bilər. Və Qərbin Ermənistanı belə fəlakətli situasiyadan çıxarda biləcəyi, yaxud ümumiyyətlə, buna həvəsli olacağı hələlik ciddi şübhə doğurur.

Ona görə də, Kreml rəsmi İrəvana açıq mətnlə xəbərdarlıq edir ki, Rusiyanın Ermənistana yatırdığı investisiya qətiyyən “xeyriyyəçilik fəaliyyəti” məqsədi daşımır. Ermənistanın həmişə Rusiyanın hərbi-siyasi müttəfiqləri sırasında yer almasını təmin etmək niyyəti güdür. Rusiya siyasi dairələri Paşinyan hakimiyyətinə Ermənistana enerji resurslarının dünya bazarlarından qat-qat ucuz satıldığını da xatırlatmağa başlayıblar. Və bütün bunları ardıncasa, Kreml rəsmi İrəvanı sərt şəkildə təhdid edir ki, Ermənistanın Avropa Birliyi hədəfləri ilə Avrasiya İqtisadi İttifaqının güzəştləri bir-birinə heç bir halda, paralellik təşkil edə bilməz.

Belə anlaşılır ki, Kreml artıq rəsmi İrəvandan prinsipial seçimin olunmasını tələb edir. Əgər, bu seçim birmənalı şəkildə ABŞ və Avropa Birliyinin xeyrinə ediləcəksə, Rusiyanın dərhal hərəkətə keçəcəyinin açıq mesajı verilir. Yəni, Kreml Rusiyanın Qərbə satılmasının qarşılığı olaraq, Ermənistana maliyyə-iqtisadi və enerji savaşı açmaq niyyətini birmənalı şəkildə biruzə verir. Və belə qəliz situasiyada rəsmi İrəvanın necə davranacağı böyük maraq doğurur.

Məsələ ondadır ki, Kremlin təhdidlərindən sonra rəsmi İrəvanın ABŞ və Qərbə yaxınlaşma siyasətini davam etdirməsi, əslində, Paşinyan hakimiyyətinin özünün Ermənistana qarşı savaş açması anlamı daşıyacaq. Çünki Rusiyanın Ermənistana qarşı açacağı maliyyə-iqtisadi və enerji savaşı məhz Paşinyan hakimiyyəti tərəfindən stimullaşdırılmış olacaq. Və bu, həm də Ermənistanın Qərbin təlimatı ilə intihar etməsi kimi də yozula bilər.

ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuini isə deyəsən, yaxın gələcəkdə Ermənistanı gözləyən “iqtisadi apokalipsis” qətiyyən narahat etmir. Hər halda, o, bildirib ki, onun Ermənistandakı əsas fəaliyyəti rəsmi İrəvanın Rusiya ilə münasibətlərinin tamamilə kəsilməsi üzərində qurulub. Əsas hədəf Ermənistanı Rusiyadan qoparıb, Qərbə yaxınlaşdırmaqdan ibarətdir. Və bu, o deməkdir ki, ya Qərb Ermənistana keçid dövrü üçün külli miqdarda maliyyə vəsaitini artıq hazırlayıb, ya da bu ölkənin gələcək taleyini düşünmək həvəsindən çox-çox uzaqdır.

Bəzi müşahidələr onu göstərir ki, Qərb daha çox ikinci variant, yəni, Ermənistanı Rusiyadan uzaqlaşdırıb, taleyin ümidinə buraxmaq istiqaməti üzrə irəliləyir. Belə ki, ABŞ və Qərb Ermənistandan yalnız Avrasiya İqtisadi İttifaqını deyil, həm də Rusiyanın patronajlığı altında olan KTMT-nı tərk etməyi tələb edir. Üstəlik, Paşinyan hakimiyyəti KTMT-nın tərk edilməsi istiqamətində kifayət qədər məsafə də qət edib. Və bunun qarşılığında qeyri-rəsmi şəkildə müttəfiqsiz qalan Ermənistanın hara yaxınlaşdığı hələlik sadəcə, müəmmalı məsələdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam" - deputat
Bu gün, 00:09
“İslam terrorizmi ” – Rusiyada həyatın yeni şərtləri
Bu gün, 00:04
Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır - AZAL
Dünən, 23:02
Yeni qiymətlər... Yeni tariflər... - NƏ NEÇƏYƏ OLDU?
Dünən, 20:34
"Bizim 200 il davam edən xəyanətlərdən sonra... onlara veriləsi çörəyimiz yoxdur"
Dünən, 08:47
İmişlidə müxtəlif növ silah-sursat tapılıb
Dünən, 08:40
Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib
Dünən, 08:38
Həbsdə olan Rəşad Dağlının yeni mahnısı - VİDEO
Dünən, 08:18
Əhali pullarını sandıqdan çıxarıb - SƏBƏB
Dünən, 08:10
Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:08
Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? - AKTUAL
Dünən, 08:05
"Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur..." - BUNA GÖRƏ DƏ ..
Dünən, 08:03
Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... - GƏLİŞMƏ
Dünən, 07:59
Zemfira Əbdülsəmədovanın oğlu evləndi
Dünən, 07:56
Bir milyona yaxın insanın problemi həllini tapmalıdır – Qanunun tələbi
Dünən, 07:53
Dövlət qurumu təmizlik xidməti aldı - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Dünən, 00:05
Tibbi qurum mühafizə xidməti aldı – QALİB ŞİRKƏT
Dünən, 00:02
Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib - DİQQƏT
29-06-2024, 16:21
Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılacaqmı? - ŞƏRH
29-06-2024, 15:21
Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? - Ona layiq olduğu həddi göstərilməlidir...
29-06-2024, 15:15
Məsud Pəzəşkian qalib gələrsə... - NƏ DƏYİŞƏCƏK Kİ?
29-06-2024, 15:05
"Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib" - Mirmahmud Mirəlioğlu
29-06-2024, 15:00
ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında hansı planlar dayanır?
29-06-2024, 14:10
Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL
29-06-2024, 14:02
Yastıq altına bankdan daha çox güvənmək... – İqtisadiyyatın əmanət dərdi
29-06-2024, 14:00
Dövlət qurumu dərman preparatları aldı - TENDER NƏTİCƏSİ
29-06-2024, 13:56
Elariz Məmmədoğlu intim videosunun yayılmasından DANIŞDI
29-06-2024, 13:47
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
29-06-2024, 13:43
Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər - ÇÜNKİ...
29-06-2024, 13:25
Qazidən rüşvət istəyən həkim İŞDƏN QOVULDU - AÇIQLAMA
29-06-2024, 13:22
Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
29-06-2024, 13:19
“Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi” - deputat
29-06-2024, 13:00
İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu
29-06-2024, 12:46
BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar - FOTO
29-06-2024, 12:43
Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? - GİLEY
29-06-2024, 12:39
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
29-06-2024, 12:34
Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir
29-06-2024, 12:32
Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı - VİDEO
29-06-2024, 12:31
Yerli kərə yağının qiyməti niyə bahalaşıb? - xaricə ixrac ediriksə...
29-06-2024, 12:11
Bakcell Şuşada yeni mağazasını təqdim etdi! - FOTO
29-06-2024, 12:09
ABŞ Rusiya Federasiyasında etnik qruplar və dinlər arasında nifaq salmağa çalışır - Rusiyanın ABŞ-dakı səfiri
29-06-2024, 12:07
Erməni və türk diplomatlarının gizli görüşü: - "Azərbaycanın tələbi..."
29-06-2024, 12:05
"Mən öz repertuarımla toya lazım olan müğənni deyiləm"
29-06-2024, 11:56
İrəvanla sülhə əsas əngəlin aşılacağı gün - Bakının səbri bitir...
29-06-2024, 11:44
"Xeyr, elə pislik edər ki, ayağa qalxa bilməzsən"
29-06-2024, 11:40
“Aktyor teatrdan çıxandan sonra məhv olur, səhnədə dünyadan getməlidir” -Teatr direktoru
29-06-2024, 11:28
Vaşinqtonun səhvləri: Bakının şərtləri çox sadədir - Elçin Alıoğlu yazır...
29-06-2024, 11:20
Mirzoyan Albaniyalı həmkarı ilə Azərbaycanla sülhün vacibliyindən danışıb
29-06-2024, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
29-06-2024, 10:58
Cəlilabadda narkotik qarşılığında kuryerliyə cəlb edilən şəxs həbs edilib
29-06-2024, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru