![Gənclər və İdman Nazirliyi elan etdiyi tenderə Gənclər və İdman Nazirliyi elan etdiyi tenderə](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1719578291_888.png)
Gənclər və İdman Nazirliyi ““İCESCO” Beynəlxalq Forumunun Bakı və Şuşa şəhərlərində təşkili məqsədilə xidmətlərin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “D Group” MMC olub.
Qalib şirkətlə 506 534 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.