"Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam" .....                     “İslam terrorizmi .....                     Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır .....                     Yeni qiymətlər... Yeni tariflər... .....                     "Bizim 200 il davam edən xəyanətlərdən sonra... .....                     İmişlidə müxtəlif növ silah-sursat tapılıb .....                     Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib .....                     Həbsdə olan Rəşad Dağlının yeni mahnısı .....                     Əhali pullarını sandıqdan çıxarıb .....                     Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir? .....                     Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? .....                     "Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur..." .....                     Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... .....                     Zemfira Əbdülsəmədovanın oğlu evləndi .....                     Bir milyona yaxın insanın problemi həllini tapmalıdır .....                     Dövlət qurumu təmizlik xidməti aldı .....                     Tibbi qurum mühafizə xidməti aldı .....                     Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib .....                     Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılacaqmı? .....                     Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? .....                     Məsud Pəzəşkian qalib gələrsə... .....                     "Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib" .....                     ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında .....                     Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? .....                     Yastıq altına bankdan daha çox güvənmək... .....                     Dövlət qurumu dərman preparatları aldı .....                     Elariz Məmmədoğlu intim videosunun yayılmasından .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər .....                     Qazidən rüşvət istəyən həkim İŞDƏN QOVULDU .....                     Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb .....                     “Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi” .....                     İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu .....                     BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar .....                     Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? .....                     Şimal-şərq küləyi əsəcək .....                     Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir .....                     Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı .....                     Yerli kərə yağının qiyməti niyə bahalaşıb? .....                     Bakcell Şuşada yeni mağazasını təqdim etdi! .....                 

Rövşən Allahverdiyevi polis 3 dəfə tutub, məhkəmələr hər dəfə azad edib -Şüvəlandakı hadisəsinin yeni təfərrüatı
Tarix: 28-06-2024, 16:23 | Çap et
Rövşən Allahverdiyevi polis 3 dəfə tutub, məhkəmələr hər dəfə azad edib
Bakının Şüvəlan qəsəbəsində baş verən hadisənin yeni təfərrüatları üzə çıxıb. Yayılan məlumatlardan belə aydın olur ki, 3 polis və 1 mülki şəxsin həyatına son qoyan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev 2 dəfə saxlanılıb, məhkəməyə həbsi üçün müraciət olunub.

Lakin məhkəmələr hər dəfə onun barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçməklə həbsə alınmasını əngəlləyiblər. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin(DİN) yaydığı rəsmi məlumatda deyilirdi ki, dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərib, onları amansızlıqla qətlə yetirib. Bundan sonra onun özü keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.

Hadisədən sonra üzə çıxan faktlar Rövşən Allahverdiyev çoxsaylı vətəndaşı aldatmasını ortaya qoyur. Belə məlum olur ki, Rövşən Allahverdiyev vətəndaşlara məxsus torpaq sahələrinin özəlləşdirilməsinə, onların müxtəlif orqanlarda işə düzəlməsinə köməklik edəcəyi adı ilə külli miqdarda pullarını ələ keçirib. 2023-cü ilin mart ayında ölkə hüdudlarını Türkiyə istiqamətində tərk etməyə cəhd göstərərkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Rövşən Allahverdiyevin vətəndaş Z.A.-ya məxsus torpaq sahəsini özəlləşdirmək adı ilə sonuncunun 320 min manatını ələ keçirməsi faktı üzrə DİN-in istintaq qurumlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Rövşən Allahverdiyev 30 mart 2023-cü il tarixdə CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda Rövşən Allahverdiyevin torpaq sahəsini özəlləşdirmək adı ilə digər vətəndaş F.A.-nın 139 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə 25 mart 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi Rövşən Allahverdiyevin barəsində istintaq edilən digər cinayət işi ilə bir icraatda birləşdirilib.

İstintaq prosesində 29 avqust 2023-cü il tarixində Rövşən Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri müdafiə tərəfinin vəsatəti ilə Nərimanov Rayon Məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə o həbsdən azad edilib.

Bundan əlavə, Rövşən Allahverdiyevin vətəndaş K.Ə.-ni Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə aldadaraq 20 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə bağlı 28 iyun 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq zamanı onun digər vətəndaş M.E.-ni də aldadaraq torpaq sahəsini özəlləşdirmək adı ilə 1 milyon 141 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edildiyindən əməli CM-in 178.4-cü maddəsinə tövsif edilib, 9 sentyabr 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

15 sentyabr 2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Rövşən Allahverdiyevin barəsində Səbail Rayon Məhkəməsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək sonuncu təkrarən həbsdən azad olunub.

Qeyd olunan faktlarla bağlı DİN-in istintaq qurumlarında aparılan cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Rövşən Allahverdiyev istintaq orqanından gizləndiyinə görə 30 oktyabr 2023-cü il tarixdə barəsində axtarış elan edilib.

Hadisənin təfərrüatına gəlincə, məlumata görə, 8 aya yaxın istintaq orqanlarından gizlənən Rövşən Allahverdiyevin 24 iyun 2024-cü il tarixə keçən gecə yaşadığı ünvana gələcəyi barədə məlumat almış əməliyyat xidmətinin əməkdaşı dərhal bu barədə aidiyyəti üzrə məruzə edib, həmin ünvana əlavə qüvvələr, eləcə də ərazidə xidmət aparan post-patrul naryadları göndərilmiş, ilk gələn post-patrul əməkdaşı ilə əməliyyat xidmətinin əməkdaşı Rövşən Allahverdiyevi yaşadığı ünvanın qarşısında saxlayıblar.

Bundan sonra Rövşən Allahverdiyev 8 aya yaxın azyaşlı övladlarını görmədiyini bildirib sonuncu dəfə onlarla vidalaşmasına icazə verilməsini anası ilə birlikdə israrla xahiş etdiyindən polis əməkdaşları humanizm göstərərək onun qolundan qandalı açıb yaşadığı mənzilə daxil olmasına şərait yaradıblar.
Rövşən Allahverdiyev evə daxil olduqdan sonra "Kalaşnikov" döyüş avtomatının bazası üzərində hazırlanmış, bir neçə hədəfi qısa müddətə məhv etmək imkanına malik "Lancaster" markalı ov silahı ilə ailə üzvləri - anası, həyat yoldaşı, uşaqları ilə bayıra çıxaraq onların arxasından qəfil atəş açmaqla polis əməkdaşlarını qətlə yetirmiş, eləcə də yaranmış səs-küyü eşidib həmin ünvana gələn, yaxınlıqda yaşayan, Səfər Pirvəli oğlu Piriyevin də polis əməkdaşı olmasını zənn edərək onu da qətlə yetirib.
Bundan sonra, hadisə yerinə gələn əməliyyat qrupu təslim olması barədə Rövşən Allahverdiyevi dəfələrlə xəbərdar etsələr də, sonuncu buna məhəl qoymayaraq müqavimət göstərdiyindən odlu silahdan istifadə edilməklə zərərsizləşdirilib.

musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mən dünyəvi təhsilin kompromissiz tərəfdarıyam" - deputat
Bu gün, 00:09
“İslam terrorizmi ” – Rusiyada həyatın yeni şərtləri
Bu gün, 00:04
Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır - AZAL
Dünən, 23:02
Yeni qiymətlər... Yeni tariflər... - NƏ NEÇƏYƏ OLDU?
Dünən, 20:34
"Bizim 200 il davam edən xəyanətlərdən sonra... onlara veriləsi çörəyimiz yoxdur"
Dünən, 08:47
İmişlidə müxtəlif növ silah-sursat tapılıb
Dünən, 08:40
Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib
Dünən, 08:38
Həbsdə olan Rəşad Dağlının yeni mahnısı - VİDEO
Dünən, 08:18
Əhali pullarını sandıqdan çıxarıb - SƏBƏB
Dünən, 08:10
Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:08
Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? - AKTUAL
Dünən, 08:05
"Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur..." - BUNA GÖRƏ DƏ ..
Dünən, 08:03
Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... - GƏLİŞMƏ
Dünən, 07:59
Zemfira Əbdülsəmədovanın oğlu evləndi
Dünən, 07:56
Bir milyona yaxın insanın problemi həllini tapmalıdır – Qanunun tələbi
Dünən, 07:53
Dövlət qurumu təmizlik xidməti aldı - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Dünən, 00:05
Tibbi qurum mühafizə xidməti aldı – QALİB ŞİRKƏT
Dünən, 00:02
Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib - DİQQƏT
29-06-2024, 16:21
Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılacaqmı? - ŞƏRH
29-06-2024, 15:21
Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? - Ona layiq olduğu həddi göstərilməlidir...
29-06-2024, 15:15
Məsud Pəzəşkian qalib gələrsə... - NƏ DƏYİŞƏCƏK Kİ?
29-06-2024, 15:05
"Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib" - Mirmahmud Mirəlioğlu
29-06-2024, 15:00
ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında hansı planlar dayanır?
29-06-2024, 14:10
Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL
29-06-2024, 14:02
Yastıq altına bankdan daha çox güvənmək... – İqtisadiyyatın əmanət dərdi
29-06-2024, 14:00
Dövlət qurumu dərman preparatları aldı - TENDER NƏTİCƏSİ
29-06-2024, 13:56
Elariz Məmmədoğlu intim videosunun yayılmasından DANIŞDI
29-06-2024, 13:47
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
29-06-2024, 13:43
Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər - ÇÜNKİ...
29-06-2024, 13:25
Qazidən rüşvət istəyən həkim İŞDƏN QOVULDU - AÇIQLAMA
29-06-2024, 13:22
Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
29-06-2024, 13:19
“Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi” - deputat
29-06-2024, 13:00
İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu
29-06-2024, 12:46
BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar - FOTO
29-06-2024, 12:43
Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? - GİLEY
29-06-2024, 12:39
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
29-06-2024, 12:34
Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir
29-06-2024, 12:32
Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı - VİDEO
29-06-2024, 12:31
Yerli kərə yağının qiyməti niyə bahalaşıb? - xaricə ixrac ediriksə...
29-06-2024, 12:11
Bakcell Şuşada yeni mağazasını təqdim etdi! - FOTO
29-06-2024, 12:09
ABŞ Rusiya Federasiyasında etnik qruplar və dinlər arasında nifaq salmağa çalışır - Rusiyanın ABŞ-dakı səfiri
29-06-2024, 12:07
Erməni və türk diplomatlarının gizli görüşü: - "Azərbaycanın tələbi..."
29-06-2024, 12:05
"Mən öz repertuarımla toya lazım olan müğənni deyiləm"
29-06-2024, 11:56
İrəvanla sülhə əsas əngəlin aşılacağı gün - Bakının səbri bitir...
29-06-2024, 11:44
"Xeyr, elə pislik edər ki, ayağa qalxa bilməzsən"
29-06-2024, 11:40
“Aktyor teatrdan çıxandan sonra məhv olur, səhnədə dünyadan getməlidir” -Teatr direktoru
29-06-2024, 11:28
Vaşinqtonun səhvləri: Bakının şərtləri çox sadədir - Elçin Alıoğlu yazır...
29-06-2024, 11:20
Mirzoyan Albaniyalı həmkarı ilə Azərbaycanla sülhün vacibliyindən danışıb
29-06-2024, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
29-06-2024, 10:58
Cəlilabadda narkotik qarşılığında kuryerliyə cəlb edilən şəxs həbs edilib
29-06-2024, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru