Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır .....                     Yeni qiymətlər... Yeni tariflər... .....                     "Bizim 200 il davam edən xəyanətlərdən sonra... .....                     İmişlidə müxtəlif növ silah-sursat tapılıb .....                     Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib .....                     Həbsdə olan Rəşad Dağlının yeni mahnısı .....                     Əhali pullarını sandıqdan çıxarıb .....                     Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir? .....                     Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? .....                     "Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur..." .....                     Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... .....                     Zemfira Əbdülsəmədovanın oğlu evləndi .....                     Bir milyona yaxın insanın problemi həllini tapmalıdır .....                     Dövlət qurumu təmizlik xidməti aldı .....                     Tibbi qurum mühafizə xidməti aldı .....                     Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib .....                     Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılacaqmı? .....                     Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? .....                     Məsud Pəzəşkian qalib gələrsə... .....                     "Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib" .....                     ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında .....                     Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? .....                     Yastıq altına bankdan daha çox güvənmək... .....                     Dövlət qurumu dərman preparatları aldı .....                     Elariz Məmmədoğlu intim videosunun yayılmasından .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər .....                     Qazidən rüşvət istəyən həkim İŞDƏN QOVULDU .....                     Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb .....                     “Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi” .....                     İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu .....                     BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar .....                     Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? .....                     Şimal-şərq küləyi əsəcək .....                     Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir .....                     Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı .....                     Yerli kərə yağının qiyməti niyə bahalaşıb? .....                     Bakcell Şuşada yeni mağazasını təqdim etdi! .....                     ABŞ Rusiya Federasiyasında etnik qruplar və dinlər arasında nifaq salmağa çalışır .....                     Erməni və türk diplomatlarının gizli görüşü: .....                 

İrəvan sülh istəyirsə... - GƏLİŞMƏ
Tarix: 28-06-2024, 14:02 | Çap et
İrəvan sülh istəyirsə...
“Ermənistan Avropa İttifaqının bir hissəsi olmaq istəyir. Uzunmüddətli sülhün bərqərar olması üçün dəstəyə ehtiyacımız var. Qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur”.

Ermənistan parlamentinin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı belə deyib. O, sülhün əldə edilməsində həm Latviyanın, həm də digər Avropa tərəfdaşlarının köməyinə ehtiyacın olduğunu deyib:

“Biz Latviya və Avropa İttifaqı üzvlərinin dəyərlərini paylaşırıq. Ona görə də Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün bizə dəstəyə ehtiyac var”. Alen Simonyanın açıqlaması ilk növbədə, görünür Ermənistanın Avropa İttifaqı üzvlüyünə namizəd olmaq üçün quruma daxil olan dövlətlərin dəstəyini əldə etmək məqsədi daşıyır.

Qeyd edək ki, iyunun 21-də Simonyanın sədrliyi ilə parlament “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü ilə bağlı ərizə verilməsi məsələsinə dair referendumun keçirilməsi təklifi” mövzusunda dinləmələr keçirib.

Ermənistan hakimiyyəti Gürcüstan və Ukrayna kimi Avropa İttifaqı üzvlüyünə namizəd olmağa çalışır. Alen Simonyan Ermənistanın prioritetlərindən birinin Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq olduğunu deyərək bu məsələdə Latviyadan kömək istəyib. Bununla da Ermənistan Avropa İttifaqına inteqrasiya istiqamətində real addımlar atmağa və Rusiyadan uzaqlaşmağa çalışır. Eyni zamanda, rəsmi İrəvan Avropa İttifaqı üzvlüyünə namizəd statusuna Ermənistanın təhlükəsizliyinin Qərb tərəfindən təminatını vasitəsi kimi baxır.

Ancaq Ermənistanın hüquq müqaviləsi bazasında Rusiyanın hərbi müttəfiq olaraq qalması Avropa İttifaqına üzvlüyünü əngəlləyən ciddi səbəblərdən birini təşkil edir. Ona görə də Qərb Nikol Paşinyan hakimiyyətindən ilk növbədə Rusiya hərbi bazalarını ölkədən çıxartmağı və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsini istəyir. Həmçinin, Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq, Ermənistan MDB, Avrasiya İqtisadi Birliyi və KTMT-nin üzvüdür.

Bu səbəbdən, Ermənistan adıçəkilən təşkilatları tərk etmədən Avropa İttifaqına namizədlik statusu qazana bilməz. İndiki mərhələdə viza rejiminin sadələşdirilməsinə dair müqavilənin imzalanması mümkündür. Lakin Avropa İttifaqı Ermənistanın təhlükəsizliyinə təminat verməyəcək. Alen Simonyan regionda uzunmüddətli sülhün bərqərar olması baxımından Ermənistanın Avropa İttifaqı üzvlüyünə qoşulmasını vacib hesab edir. Hətta spiker “Qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur” deməklə bölgədə sülh üçün əlverişli şərait yetişdiyini və bu prosesin Avropa İttifaqının siyasi zəmanəti ilə reallaşmasında Ermənistanın maraqlı olduğuna dair mesaj verir.

Ancaq Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasına və Baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair 2022-ci il Praqa və 2023-cü il Brüssel bəyannamələrini imzalamasına rəğmən yenə də rəsmi İrəvan öz iddilarından əl çəkməyib. Söhbət Ermənistanın konstitusiyasında və digər hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiasının saxlanılmasından gedir.

Bundan başqa, Azərbaycanın dörd kəndi hələ də Ermənistanın işğalı altındadır. Bu halda Alen Simonyanın açıqlaması onun sülh mesajları ilə tamamilə ziddiyyət təşkil edir. Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirməklə Almatı, Praqa və Brüssel bəyannamələrini növbəti dəfə pozub. Azərbaycana tərəfi sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına düzəlişlər edilməsini əsas şərtlərdən biri hesab edir. Lakin Ermənistan konstitusiya və qanunvericilik bazasını saxlamaqla sülh müqaviləsi imzalamağın tərəfdarı olduğunu bildirir.

Ermənistan rəsmilərinin “Konstitusiya referendumu keçirmək bizim daxili işimizdir” deməsi Azərbaycanın və Türkiyənin tələblərindən yayınmaq məqsədi daşıyır. Rəsmi İrəvan hesab edir ki, beynəlxalq hüquqa istinadən yerli qanunvericiliyin sülh müqaviləsinin icrasına maneə yaratmayacağına dair əlavə razılaşma imzalana bilər.

Ancaq bu təklif ciddi qəbul olunmur. Çünki Ermənistanda gələcəkdə hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, Azərbaycana qarşı ərazi iddiaları yenidən baş qaldıra bilər. Ermənilər Qarabağın və digər ərazilərin qədim Ermənistan “torpaq”ları olduğuna dair iddiaların de-yure Azərbaycan tərəfindən tanındığına dair təhlükəli bəyanatların səslənməsinə səbəb olar. Qeyd edilən səbəbdən Ermənistan davamlı sülhə nail olmaq üçün ilk növbədə, konstitusiyasında və qanunvericilik bazasında Azərbaycana qarşı ərazi iddiaları təsbit olunmuş maddələrə hüquqi xitam verməlidir.

Müşfiq Abdulla
"Cebhe.info"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır - AZAL
Bu gün, 23:02
Yeni qiymətlər... Yeni tariflər... - NƏ NEÇƏYƏ OLDU?
Bu gün, 20:34
"Bizim 200 il davam edən xəyanətlərdən sonra... onlara veriləsi çörəyimiz yoxdur"
Bu gün, 08:47
İmişlidə müxtəlif növ silah-sursat tapılıb
Bu gün, 08:40
Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib
Bu gün, 08:38
Həbsdə olan Rəşad Dağlının yeni mahnısı - VİDEO
Bu gün, 08:18
Əhali pullarını sandıqdan çıxarıb - SƏBƏB
Bu gün, 08:10
Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:08
Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? - AKTUAL
Bu gün, 08:05
"Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur..." - BUNA GÖRƏ DƏ ..
Bu gün, 08:03
Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... - GƏLİŞMƏ
Bu gün, 07:59
Zemfira Əbdülsəmədovanın oğlu evləndi
Bu gün, 07:56
Bir milyona yaxın insanın problemi həllini tapmalıdır – Qanunun tələbi
Bu gün, 07:53
Dövlət qurumu təmizlik xidməti aldı - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 00:05
Tibbi qurum mühafizə xidməti aldı – QALİB ŞİRKƏT
Bu gün, 00:02
Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib - DİQQƏT
Dünən, 16:21
Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılacaqmı? - ŞƏRH
Dünən, 15:21
Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? - Ona layiq olduğu həddi göstərilməlidir...
Dünən, 15:15
Məsud Pəzəşkian qalib gələrsə... - NƏ DƏYİŞƏCƏK Kİ?
Dünən, 15:05
"Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib" - Mirmahmud Mirəlioğlu
Dünən, 15:00
ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında hansı planlar dayanır?
Dünən, 14:10
Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL
Dünən, 14:02
Yastıq altına bankdan daha çox güvənmək... – İqtisadiyyatın əmanət dərdi
Dünən, 14:00
Dövlət qurumu dərman preparatları aldı - TENDER NƏTİCƏSİ
Dünən, 13:56
Elariz Məmmədoğlu intim videosunun yayılmasından DANIŞDI
Dünən, 13:47
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Dünən, 13:43
Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər - ÇÜNKİ...
Dünən, 13:25
Qazidən rüşvət istəyən həkim İŞDƏN QOVULDU - AÇIQLAMA
Dünən, 13:22
Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
Dünən, 13:19
“Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi” - deputat
Dünən, 13:00
İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu
Dünən, 12:46
BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar - FOTO
Dünən, 12:43
Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? - GİLEY
Dünən, 12:39
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:34
Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir
Dünən, 12:32
Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı - VİDEO
Dünən, 12:31
Yerli kərə yağının qiyməti niyə bahalaşıb? - xaricə ixrac ediriksə...
Dünən, 12:11
Bakcell Şuşada yeni mağazasını təqdim etdi! - FOTO
Dünən, 12:09
ABŞ Rusiya Federasiyasında etnik qruplar və dinlər arasında nifaq salmağa çalışır - Rusiyanın ABŞ-dakı səfiri
Dünən, 12:07
Erməni və türk diplomatlarının gizli görüşü: - "Azərbaycanın tələbi..."
Dünən, 12:05
"Mən öz repertuarımla toya lazım olan müğənni deyiləm"
Dünən, 11:56
İrəvanla sülhə əsas əngəlin aşılacağı gün - Bakının səbri bitir...
Dünən, 11:44
"Xeyr, elə pislik edər ki, ayağa qalxa bilməzsən"
Dünən, 11:40
“Aktyor teatrdan çıxandan sonra məhv olur, səhnədə dünyadan getməlidir” -Teatr direktoru
Dünən, 11:28
Vaşinqtonun səhvləri: Bakının şərtləri çox sadədir - Elçin Alıoğlu yazır...
Dünən, 11:20
Mirzoyan Albaniyalı həmkarı ilə Azərbaycanla sülhün vacibliyindən danışıb
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Dünən, 10:58
Cəlilabadda narkotik qarşılığında kuryerliyə cəlb edilən şəxs həbs edilib
Dünən, 10:57
Həbsdəki icra başçıları üçün YAŞIL İŞIQ... YANDIRILIR?
Dünən, 10:56
Səid Cəlili və Məsud Pezeşkian İranda prezident seçkilərinin ikinci turunda görüşəcəklər - "Farhikhtegan"
Dünən, 10:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru