![Ramin Hacılının cəzası azaldılıb Ramin Hacılının cəzası azaldılıb](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1719565247_0001.jpg)
Dələduzluqda ittiham olunan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı barəsində hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.
Bu barədə APA-ya Ramin Hacılının vəkili Rəşad Əliyev məlumat verib.
Bu gün Ali Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və barəsində qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb.
Bundan başqa, prokurorluğun hökmdən verdiyi kassasiya prosesti təmin olunmayıb.
Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Hacılı 7 il 7 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 il 1 aya endirib.