Yeni qiymətlər... Yeni tariflər... .....                     "Bizim 200 il davam edən xəyanətlərdən sonra... .....                     İmişlidə müxtəlif növ silah-sursat tapılıb .....                     Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib .....                     Həbsdə olan Rəşad Dağlının yeni mahnısı .....                     Əhali pullarını sandıqdan çıxarıb .....                     Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir? .....                     Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? .....                     "Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur..." .....                     Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... .....                     Zemfira Əbdülsəmədovanın oğlu evləndi .....                     Bir milyona yaxın insanın problemi həllini tapmalıdır .....                     Dövlət qurumu təmizlik xidməti aldı .....                     Tibbi qurum mühafizə xidməti aldı .....                     Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib .....                     Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılacaqmı? .....                     Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? .....                     Məsud Pəzəşkian qalib gələrsə... .....                     "Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib" .....                     ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında .....                     Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? .....                     Yastıq altına bankdan daha çox güvənmək... .....                     Dövlət qurumu dərman preparatları aldı .....                     Elariz Məmmədoğlu intim videosunun yayılmasından .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər .....                     Qazidən rüşvət istəyən həkim İŞDƏN QOVULDU .....                     Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb .....                     “Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi” .....                     İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu .....                     BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar .....                     Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? .....                     Şimal-şərq küləyi əsəcək .....                     Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir .....                     Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı .....                     Yerli kərə yağının qiyməti niyə bahalaşıb? .....                     Bakcell Şuşada yeni mağazasını təqdim etdi! .....                     ABŞ Rusiya Federasiyasında etnik qruplar və dinlər arasında nifaq salmağa çalışır .....                     Erməni və türk diplomatlarının gizli görüşü: .....                     "Mən öz repertuarımla toya lazım olan müğənni deyiləm" .....                 

Onlar Nikolla bacara bilmədilər - GƏLİŞMƏ
Tarix: 28-06-2024, 12:00 | Çap et
Onlar Nikolla bacara bilmədilər
Elçin Alıoğlu - TREND


Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları səngidiyindən Nikol Paşinyanın devrilməsinə çalışan, onun hakimiyyətdən uzaqlaşdırılmasına can atanların uğursuzluğa düçar olduğunu demək olar.

İrəvanda "Paşinyan xuntası" adlandırdıqları hakimiyyətin sonunu gətirməyə çalışanlar indi "Nə baş verir?" və "Niyə belə oldu?" ritorikasına cavab arayırlar.

Erməni Həvariyun (Apostol) və ya qriorian kilsəsi; sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın başçılıq etdikləri, əslən Qarabağdan olan ermənilərdən ibarət "Qarabağlılar klanı"; Ermənistandakı çoxsaylı və kənardan maliyyələşərək idarə olunan kiçik müxalif qruplar, ən nəhayət, ABŞ, Rusiya və Fransadakı erməni icmalarının ən böyük diaspor təşkilatlarının bir araya gələrək yaratdıqları "mübarizə koalisiyası" qarşısına qoyduğu məqsədlərin heç birinə çatmayıb.

Həmin məqsədlərin siyahısı belə idi:

1. Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinin dayandırılması,

2. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqların dayandırılması,

3. Azərbaycanla Ermənistan arasında regional kommunikisiyaların bərpası və yeni loqistik marşrutların işə salınması ilə bağlı müzakirələrin dayandırılması,

4. Baş nazir Nikol Paşinyanın istefaya vadar edilməsi və hakimiyyətdən kənarlaşdırılması,

5. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi.

Erməni kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqratın (Vazgen Qalstanyanın) "lider"liyi ilə aprelin 19-da Tavuşda (Tovuzqalada) başlayan və burada 32 ildən bəri erməni işğalında olan 4 kəndin azad edilərək, Azərbaycana qaytarılması ilə bağlı başlanan aksiyalar sonradan "ölkə miqyasındakı genişmiqyaslı etirazlar" kimi təqdim edilməyə başlandı.

Keşiş Baqrat ilk əvvəl Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinə etiraz edirdisə, sonradan o, siyasi mübarizəyə başladığıını bəyan etdi, daha sonra baş nazir postuna iddialı olduğunu açıqladı.

Yekun açıqlama, əslində, olmayacaqdı, amma sabiq prezident Robert Köçəryanı hakimiyyətə gətirmək istəyən kilsənin, "qarabağlılar klanı"nın və diaspor təşkilatlarının arzuları elə aksiyalara qatılan ermənilərin nifrəti ilə üzləşəndə ssenari dəyişdi.

Ermənistanda N.Paşinyandan narazıların sayı az deyil, amma Robert Köçəryanın yenidən hakimiyyətdə olmasını ölkə və xalq üçün əsl faciə hesab edənlərin sayı dəfələrlə çoxdur.

Keşiş Baqratı marionet qismində ortaya atan qüvvələrin hesablamalarında digər yanlışlıq reytinqlərlə bağlı idi.

Apreldə Ermənistanda keçirilmiş rəy sorğularına görə, Nikol Paşinyanın və onun başçılıq etdiyi "Mülki Müqavilə" Partiyasının reytinqi 20,4 faiz təşkil edirdi. Aksiyaları hazırlayanları da bu məqam ruhlandırmışdı: onlar aşağı reytinqi hakimiyyətin dayaqlarını itirməsi sayırdılar.

Köçəryan və kilsə koalisiyası bir məqamı nəzərə almamışdılar: N.Paşinyanın reytinqi aşağı olsa da, Ermənistandakı bütün müxalifət partiyalarının və siyasətçilərin reytinqləri ondan dəfələrlə az idi.

Halbuki Ermənistan sakinləri indi hakimiyyətdə və ya müxalifətdə yer almalarından asılı olmayaraq, bütün (!) siyasətçilərə inanmırlar, siyasi proseslərə də aktiv qatılmaq istəmirlər.

Keşiş Baqratın fasiləsiz çağırışlarına və sonra da "İrəvanın mərkəzinə yüz minlərlə insan toplayacağıq" bəyanatlarına rəğmən, aksiyalarla mitinqlərin, yürüşlərlə piketlərin vəd edilən sayda iştirakçıdan xali olmasının da səbəbi budur.

Nəticə bəlli.

Artıq iki həftədən çoxdur ki, keşiş Baqrat, yəni Vazgen Qalstanyan İrəvanda etiraz aksiyaları və mitinqlər keçirmir. Şəhərin mərkəzində aksiyaçıların qurduqları çadır "şəhərciyi" də sökülüb.

Keşiş Baqrat bəyan edib ki, yaxın vaxtlarda İrəvanda hansısa aksiyaların təşkil edilməsi nəzərdə tutulmayıb: "Fəaliyyətimizi əyalətə keçiririk, hakimiyyətə qarşı mübarizəni orada davam etdirərək paytaxta qayıdacağıq".

Onun nominal olaraq rəhbərlik etdiyi etiraz aksiyalarının ən genişmiqyaslıları mayın 9-da və 26-da, habelə iyunun 12-də olmuşdu.

Həmin günlərdə Paşinyan iqtidarı gerçəkdən də, çətin saatlar yaşamalı olmuşdu. Amma vaxt keçdikcə etirazların aktivliyi və miqyası zəifləməyə başladı, iyun ayının sonlarına yaxın isə sürətlə azaldı.

İyunun 12-dən bəri isə Ermənistanda hakimiyyətə qarşı, ümumiyyətlə, ciddi etiraz aksiyası olmayıb.

Vazgen Qalstanyan iyunun 17-də "yüz minlərin qatılacağı aksiya" vəd etsə də, alınmadı. Onun "Paşinyana iyunun 16-dək istefa üçün vaxt verirəm" ultimatumunu da rəsmi İrəvan eyninə almadı.

Keşiş Baqratın nominal rəhbər olduğu aksiyaların belə uğursuzluğa düçar olmasının səbəblərindən sadəcə, ikisini göstərdik.

Digər səbəblər arasında Ermənistanın mövcud hakimiyyətinin keşiş Baqratın tərəfdarları ilə sərt davranmasıdır. Belə ki, etiraz aksiyalarında 623 nəfər saxlanılıb, 16 nəfər həbs edilib.

Keşiş Baqratı dəstəkləyən və onun aksiyalarını maliyyələşdirən iş adamlarına qarşı da təqiblər başlayıb. Milyonçu Hayk Şahnazaryan 88 milyon erməni dramı (229 min dollar) məbləğində vergidən yayınmaqda suçlanıb. İş adamı Xaçatur Qriqoryana qarşı cinayət işi qaldırılıb.

"Daşnaksutyun"un və Xankəndidəki sabiq separatçı rejimin keçmiş rəhbəri Samvel Şahramanyanın ofislərində axtarışlar aparılıb, daşnaklarla sabiq qarabağlı separatçıların 4 avtomobili müsadirə olunub.

Digər səbəb ABŞ, Fransa və Avropa İttifaqının operativ olaraq Nikol Paşinyanı dəstəkləməsidir. Fransa prezidenti Emmanuel Makron əslində Paşinyanın devrilməsi və onun postunu Parisin təlimatlarını tam, qeyd-şərtsiz icra edəcək marionetin tutmasını istəyir. Fəqət ABŞ-nin planları fərqli idi və bu səbəbdən mayın 26-da İrəvana ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen, iyunun 12-də isə dövlət katibi Entoni Blinkenin müavini Ceyms O-Brayen yollandılar.

Onlar Nikol Paşinyanla görüşərək Qərbin dəstəyini və aksiya iştirakçılarına qarşı güc tətbiq edilərsə, "göz yumacaqları"nı dedilər.

Əsas səbəbsə Ermənistan hakimiyyətini təşkil edən komandanın parçalanmaması, düşərgələrə bölünməməsi və sabiq məmurlardan ibarət nomenklatur müxalifətin formalaşmasına təkan verəcək proseslərin yaşanmaması idi.

Erməni kilsəsi və Robert Köçəryanın əsas məqsədləri ölkə parlamentində Nikol Paşinyana qarşı impiçment prosedurunu reallaşdırmaq idi. Keşiş Baqrat da İrəvan küçələrində bunu deyir, tələblər irəli sürürdü. Amma parlamentdə Robert Köçəryanın "Ermənistan" və Serj Sarqsyanın "Şərəfim var" fraksiyalarının toplam olaraq 35 mandatları var. İmpiçment proseduru üçünsə 36 mandat gərəkdir və kilsə ilə Köçəryan çatışmayan 1 mandatı əldə edə bilmədilər. Nəticədə Ermənistan parlamentinin iyunun 17-də keçirilən növbədənkənar iclası zəruri kvorum olmadığına görə nəticəsiz başa çatdı.

Ən nəhayət, keşiş Baqratın rəhbərlik etdiyi koalisiyanın ideologiyası, daha doğrusu, ideya toplusu çox zəifdir. Erməni kilsəsi və Robert Köçəryanın alyansının əsas tələbi Nikol Paşinyanın baş nazir postundan istefa verməsidir. Amma yeni baş nazirin kim olacağı bəlli deyil. Siyaqsi təlxək təsiri bağışlayan keşiş Baqrat, yəni Vazgen Qalstanyan bu posta uyğun deyil. Robert Köçəryana isə ermənilərin əksəriyyəti nifrət edir.

Bundan başqa, keşiş Baqrat bəyan edir ki, şərti dövlət sərhədinin delimitasiya və demarkasiyasını yalnız sülh müqaviləsi imzalanandan sonra həyata keçirmək gərəkdir. Tələb mənasız və gülüncdür, çünki heç nə dəyişmir.

Keşiş Baqrat onu da vurğulayır ki, “Qarabağı ermənilərə qaytarmaq gərəkdir”, amma o, “sülh istəyir”. Azərbaycana qarşı müharibə elanını xatırladaq bu tələb hərbi əməliyyatlarsız necə olacaq - arxiyepiskop bilmir.

Nikol Paşinyana qarşı etiraz aksiyalarının uğursuzluğunun təməl səbəbi isə budur: ermənilər yeni müharibə istəmirlər. Onlar yeni müharibədən qorxurlar, normal və dinc yaşam istəyirlər, Azərbaycan və Türkiyə ilə sərt qarşıdurma niyyətində deyillər.

Azərbaycan səbrlidir.

Ancaq hər səbrin də bir həddi var...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni qiymətlər... Yeni tariflər... - NƏ NEÇƏYƏ OLDU?
Bu gün, 20:34
"Bizim 200 il davam edən xəyanətlərdən sonra... onlara veriləsi çörəyimiz yoxdur"
Bu gün, 08:47
İmişlidə müxtəlif növ silah-sursat tapılıb
Bu gün, 08:40
Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik aşkar edilib
Bu gün, 08:38
Həbsdə olan Rəşad Dağlının yeni mahnısı - VİDEO
Bu gün, 08:18
Əhali pullarını sandıqdan çıxarıb - SƏBƏB
Bu gün, 08:10
Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:08
Rusiya ATƏT PA-da fəaliyyətini dayandıracaq? - AKTUAL
Bu gün, 08:05
"Azərbaycan hakimiyyəti tərəfindən ideoloji siyasət istiqamətində boşluqlar yoxdur..." - BUNA GÖRƏ DƏ ..
Bu gün, 08:03
Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... - GƏLİŞMƏ
Bu gün, 07:59
Zemfira Əbdülsəmədovanın oğlu evləndi
Bu gün, 07:56
Bir milyona yaxın insanın problemi həllini tapmalıdır – Qanunun tələbi
Bu gün, 07:53
Dövlət qurumu təmizlik xidməti aldı - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 00:05
Tibbi qurum mühafizə xidməti aldı – QALİB ŞİRKƏT
Bu gün, 00:02
Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib - DİQQƏT
Dünən, 16:21
Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılacaqmı? - ŞƏRH
Dünən, 15:21
Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? - Ona layiq olduğu həddi göstərilməlidir...
Dünən, 15:15
Məsud Pəzəşkian qalib gələrsə... - NƏ DƏYİŞƏCƏK Kİ?
Dünən, 15:05
"Artıq 30 rayon üzrə namizədlərimiz müəyyənləşib" - Mirmahmud Mirəlioğlu
Dünən, 15:00
ABŞ-ın sülhü sürətləndirmək istəyinin arxasında hansı planlar dayanır?
Dünən, 14:10
Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL
Dünən, 14:02
Yastıq altına bankdan daha çox güvənmək... – İqtisadiyyatın əmanət dərdi
Dünən, 14:00
Dövlət qurumu dərman preparatları aldı - TENDER NƏTİCƏSİ
Dünən, 13:56
Elariz Məmmədoğlu intim videosunun yayılmasından DANIŞDI
Dünən, 13:47
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Dünən, 13:43
Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər - ÇÜNKİ...
Dünən, 13:25
Qazidən rüşvət istəyən həkim İŞDƏN QOVULDU - AÇIQLAMA
Dünən, 13:22
Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
Dünən, 13:19
“Məsud bəyin seçilməsi İrana nəfəslik ola bilərdi” - deputat
Dünən, 13:00
İranda səslər tam sayıldı: Pezeşkian liderliyini qorudu
Dünən, 12:46
BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar - FOTO
Dünən, 12:43
Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? - GİLEY
Dünən, 12:39
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Dünən, 12:34
Qalağayın kəndinin su problemi, əhali quraqlığa son qoyulmasını gözləyir
Dünən, 12:32
Bakıda fermadan “Makarov” oğurlandı, oğrunu da, ferma sahibini də polis saxladı - VİDEO
Dünən, 12:31
Yerli kərə yağının qiyməti niyə bahalaşıb? - xaricə ixrac ediriksə...
Dünən, 12:11
Bakcell Şuşada yeni mağazasını təqdim etdi! - FOTO
Dünən, 12:09
ABŞ Rusiya Federasiyasında etnik qruplar və dinlər arasında nifaq salmağa çalışır - Rusiyanın ABŞ-dakı səfiri
Dünən, 12:07
Erməni və türk diplomatlarının gizli görüşü: - "Azərbaycanın tələbi..."
Dünən, 12:05
"Mən öz repertuarımla toya lazım olan müğənni deyiləm"
Dünən, 11:56
İrəvanla sülhə əsas əngəlin aşılacağı gün - Bakının səbri bitir...
Dünən, 11:44
"Xeyr, elə pislik edər ki, ayağa qalxa bilməzsən"
Dünən, 11:40
“Aktyor teatrdan çıxandan sonra məhv olur, səhnədə dünyadan getməlidir” -Teatr direktoru
Dünən, 11:28
Vaşinqtonun səhvləri: Bakının şərtləri çox sadədir - Elçin Alıoğlu yazır...
Dünən, 11:20
Mirzoyan Albaniyalı həmkarı ilə Azərbaycanla sülhün vacibliyindən danışıb
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Dünən, 10:58
Cəlilabadda narkotik qarşılığında kuryerliyə cəlb edilən şəxs həbs edilib
Dünən, 10:57
Həbsdəki icra başçıları üçün YAŞIL İŞIQ... YANDIRILIR?
Dünən, 10:56
Səid Cəlili və Məsud Pezeşkian İranda prezident seçkilərinin ikinci turunda görüşəcəklər - "Farhikhtegan"
Dünən, 10:48
Xalis mənfəəti 3,2 faiz azalan VTB dondurulmuş aktivlərinin bir hissəsini satıb - TƏFƏRRÜAT
Dünən, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru