![Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1719554252_0001.jpg)
İyunun 27-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Dia-az.İnfo-ya DİN Mətbuat xidmətindən xəbər verilib.
Axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.