![“BOA Agency” səhmdarlarına dividend ödəyəcək “BOA Agency” səhmdarlarına dividend ödəyəcək](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1719474454_0001.jpg)
“BOA AGENCY” Açıq Səhmdar Cəmiyyəti, 27.07.2024-cü il tarixində saat 11:00-da Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Dia-az.İnfo xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin maliyyə göstəricilərinin müzakirəsi və dividend məsələsinə baxılma.
2. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla bağlı Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək müraciət etmək olar.