Aİ92 benzinin və dizelin qiyməti bahalaşsa, manat ucuzlaşacaq .....                     Portaldan yayınmış 1,3 milyonluq tenderi .....                     MSK sabah növbədənkənar parlament seçkilərinə rəsmən start verəcək .....                     Akademikin oğlu ilə gömrük komitəsi arasında pensiya mübahisəsi .....                     ABŞ Güney Qafqaza yenidən .....                     Tanışlıq, korrupsiya ilə məktəblərə ayaq açmışdılar, sertifikasiya ilə... .....                     Azərbaycana qarşı çıxan deputatlar: Yenə tanış simalar .....                     Rabitəbankda yeni təyinat .....                     Vaşinqton Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirməyə hazırdır .....                     “PASHA Real Estate Group”da yeni təyinat .....                     Azərbaycanda benzin nə qədər bahalaşacaq? .....                     Azərbaycan NATO sammitinə dəvət olunub .....                     “Ya Əli!”, “Ya Hüseyn!” demək günahların ən böyüyüdür” .....                     Azərbaycanda hamama gedənlərin sayı azalıb? .....                     "Ermənilər bölgəyə bu şərtlə qayıda bilər” .....                     ABŞ Ermənistana “iqtisadi apokalipsis” vəd edir: .....                     Le Penin müşaviri Rusiya casusudur? .....                     Bakı Fransız Liseyi fəaliyyətinə son "verildi": Şagirdlərin aqibəti necə olacaq? .....                     Nadir Qafarzadə deputat olmaq istəyir? .....                     "Yüksək vəzifəlilər özlərinə saxta mükafatlar alırlar" .....                     85 nömrəli avtobusdan ŞİKAYƏT .....                     1 milyonluq dövriyyəsi olan “Daş bazarı”nın rəhbərliyi səhmdarlara 16 min manat gəlir əldə olunduğunu deyir... .....                     Ağalar Vəliyev MİLLƏTİN QƏSDİNƏ DURUB? .....                     “Kapital Bank” sahibkarı zərərə salıb .....                     Ermənistanda 44 günlük müharibəyə dair hesabat HAZIRLANDI .....                     Seçki hansı oliqarx-məmurların `KƏLLƏSİN APARACAQ`?.. .....                     Milli iqtisadi anomaliya: İnflyasiya ilə iqtisadi artım arasında niyə əlaqə yoxdur? .....                     Bakıdan İrəvana göndərilən paket: .....                     Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib .....                     Gənclər və İdman Nazirliyi elan etdiyi tenderə .....                     YAP-ı saymırdılar, YAP-da onları saymadı... .....                     10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb .....                     3 qoyuna diplom alan müəllimlər... .....                     Rövşən Allahverdiyevi polis 3 dəfə tutub, məhkəmələr hər dəfə azad edib .....                     ABŞ-ın Zəngəzur planının PƏRDƏARXASI .....                     Aİ rəhbərliyində dəyişiklik: İttifaqın siyasi xətti dəyişəcək .....                     “İstisna deyil ki, demokratlar Barak Obamanın özünün də namizədliyini verə bilərlər...” .....                     Rəsmən buraxılan Milli Məclis: .....                     Azərbaycanda ən çox nələri reklam edirlər? .....                     Rusiyanı durduran olacaqmı? .....                 

Azərbaycan “Yavuz” haubitsası ilə maraqlanır - “Caesar”ın rəqibi
Tarix: 25-06-2024, 15:57 | Çap et
 Azərbaycan “Yavuz” haubitsası ilə maraqlanır
Döyüşdə motoatıcı birləşmələri və digər bölmələri atəş dəstəyilə təmin edən əsas elementlərdən biri də özüyeriyən artilleriya qurğularıdır. Azərbaycan Ordusunun artilleriya və raket qoşunlarının bölmələri istər Vətən müharibəsində, istərsə də sonrakı əməliyyatlarda, o cümlədən, antiterror tədbirlərində tapşırıqları layiqincə yerinə yetirdilər. Torpaqlarımızın işğalçılardan təmizlənməsində bir sıra ölkələrin istehsal etdiyi özüyeriyən artilleriya sistemlərindən də istifadə olundu.
Bu artilleriya vasitələri həm quru qoşunlarımızın, həm də xüsusi təyinatlı qüvvələrimizin səmərəli əks-hücum və xüsusi əməliyyatlarının təmin edilməsində, dəqiq koordinatlar əsasında düşmənin istehkam qurğularının, sığınacaqların, eləcə də digər strateji hərbi obyektlərin məhv olunmasında müstəsna xidmətlər göstərdilər.

184 nəfər hərbi qulluqçusu şəhid olan Raket və Artilleriya Qoşunlarımız Vətən Müharibəsində İsrail, Türkiyə, Belarus, Rusiya, Bolqarıstan, Çexiya, Bosniya və Herseqovina istehsalı olan silah sistemlərindən istifadə ediblər. Onların arasında LORA və “Toçka-U” OTRK, T-122 “Sakarya”, T-300 “Qasırğa”, “Polonez”, LYNX, LAR-160, “Extra”, RM-70 “Vampir” BM-30 “Smerç”, BM-21 “Qrad” YARS, TOS-1 odsaçanlari, T-155 “Fırtına”, ATMOS 2000, 2S19 “Msta-S”, DANA, 2S7 “Pion”, 2S3 “Akasiya”, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğuları, D-20, D-30, 2A36 “Giasint B”, M-46, D-44 haubitsaları, yerli 20N6MT “Komando” və “Aşırım-5” ilə bərabər 2S31 “Vena”, 2S9 “Nona-S”, RM-38 minaatanları yer alırdı. Qəhrəman topçularımız müharibədə və sonrakı əməliyyatlarda bu silahların çoxundan uğurla istifadə etdilər.

Vətən Müharibəsində yeni silahlı mübarizə metodlarının tətbiqi ilə tanış olduq. Müşahidə və kəşfiyyat ilə bərabər artilleriya atəşinin nizamlanmasında və düşmənə vurulan ziyanın qiymətləndirilməsində PUA-lar geniş tətbiq edildi. Artıq dünyada hər bir sahədə olduğu kimi, artilleriya silahları da inkişaf edir və imkanları genişlənir. Ali Baş Komandan İlham Əliyev təhlükəsizlik məsələlərini, xüsusən də Silahlı Qüvvələrimizin müasir silah sistemləri ilə təchizatını daim diqqət mərkəzində saxlayır. Vətən Müharibəsi başa çatandan sonra da Dövlət başçısının göstərişinə əsasən Artilleriya Qoşunlarının müasir silahlar ilə təchiz edilməsi üçün işlər görülür. Son aylar ərzində yerli və xarici mətbuatda Azərbaycanın həm Serbiya istehsalı “Nora B-52”, həm də Türkiyənin “Yavuz” özüyeriyən haubitsalar ilə yaxından maraqlanması və hətta əldə etməsi barədə məlumatlar yayılıb.

Bu dəfə oxuculara Türkiyənin “Yavuz” haubitsası barədə açıq mənbələrdən əldə etdiyim məlumatları çatdıracağam.

“Yavuz” haubitsası

Türkiyənin Mexanika və Kimya İnstitutu (MKE) tərəfindən 2016-cı ildən istehsal edilən “Yavuz” özüyeriyən haubitsası qardaş ölkənin Silahlı Qüvvələrinin keçirdiyi döyüş əməliyyatlarında, xüsusilə “Fərat Qalxanı” hərəkatı çərçivəsində effektivliyini təsdiqləyib. Türkiyənin milli haubitsa ailəsinin yeni üzvü olan bu silahlar dostlara inam, düşmənlərə qorxu aşılamaqla mühüm uğur qazanıb.

Təqdimatı

2016-cı ilin aprelində istifadəyə verilən layihənin ilk modeli ilk dəfə həmin ilin fevral ayında Əbu-Dabidə keçirilən müdafiə sənayesi sərgisində nümayiş etdirilib. 2017-ci ilin may ayında isə İstanbulda keçirilən 13-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF'17) ictimaiyyətə təqdim edilib. Artilleriya qurgusunun döyüş sursatları ilə ilk atış sınaqları sərgidən əvvəl, aprelin 18-də Konya-Karapınarda uğurla həyata keçirilib.

Daşındığı platforma

“Yavuz”un istehsalına qədər Türkiyə Silahlı Qüvvələrində “Panter” adlı haubitsanın 6×6 şassili avtomobil ilə yedəkdə daşınan versiyasından istifadə edilirdi. Mütəhərrikliyi daha üstün səviyyədə təmin etmək üçün “Yavuz” yuk avtomobilinin üzərində yerləşdirilib. O, “Fırtına” haubitsalarının istifadə etdiyi 155 millimetrlik sursatlarla atəş aça bilir. Zirehli maşın həm də döyüş sursatını daşımaq üçün nəzərdə tutulub.

Maşının kabinəsi piyada əleyhinə minalardan, mərmi qəlpələrindən, 7,62 x 51 millimetrlik (M80) sursatlardan və nüvə, bioloji, kimyəvi (NBC) silahların təsirlərindən qorunmaq qabiliyyətinə malikdir. Çəkisi 20 ton, uzunluğu 10,8 metr, eni 2,6 metr olan nəqliyyat vasitəsi 5 nəfərlik ekipajı daşıya bilən iki kabinəyə malikdir. Avtomobilin tam yüklənmiş halda maksimum sürəti saatda 90 kilometrə çatır.
Haubitsa uzağı 1 dəqiqə ərzində atəş açmağa hazır vəziyyətə gətirilir. Atışı tamamlamaq və mövqeyi dəyişmək isə ən çoxu 2 dəqiqə çəkir.

Üstün xüsusiyyətləri

Bütün innovativ elementlərə sahib olan “Yavuz” haubitsası elektron nəzarət sisteminə malik yarıavtomatik mərmiyükləmə mexanizmi ilə təchiz edilib. O, fərqli yüksəlmə bucaqları ilə eyni anda 3 fərqli sursatla eyni hədəfə atəş aça bilir.


18 sursat tutumuna malik olan avtomobil MKE-nin istehsal etdiyi 155 mm MOD 274 döyüş sursatı ilə sürətli atəş rejimində ilk 15 saniyədə 3 dəfə, normal atəş rejimində isə 1 dəqiqədə 4-6 mərmi ilə 40 kilometrə qədər məsafədə yerləşən hədəflərə dəqiq zərbə endirə bilir.

Atəş məsafəsinin böyük olması haubitsanın ərazidə yerləşən digər artilleriya bölmələrindən və qarşı tərəfin hədəflərindən uzaqda yerləşməsinə imkan verir. Bu isə düşmənin “Yavuz”a əks-hücum risklərini minimuma endirir.

İxrac imkanları

Tamamilə Türkiyənin yerli və milli imkanları ilə istehsal olunan "Yavuz" özüyeriyən artilleriya qurğuları Yaxın Şərq, Asiya və Afrika bazarları nəzərə alınmaqla layihələndirilib. Buna uyğun coğrafi şərait, hərbi tələblər nəzərə alınaraq müxtəlif avadanlıqlarla təchiz edilib. Azərbaycan ilə bərabər bir neçə ərəb ölkəsi də bu haubitsalarla yaxından maraqlanır.

Rəqibləri

“Yavuz” haubitsası göstəricilərinə və texniki imkanlarına görə rəqibləri hesab edilən Fransanın “Caesar”, İsveçin “Archer” və İsrailin “Atmos 2000” sistemlərindən geri qalmır, bəzi xüsusiyyətlərinə görə isə onları üstələyir.

 Azərbaycan “Yavuz” haubitsası ilə maraqlanır

Taktiki-texniki xüsusiyyətləri

Çapı: 155 mm
Atəş məsafəsi:
M107 (HE) sursatı ilə 18 km
M549A1 (HE) sursatı ilə 30 km
MOD274 sursatı ilə 40 km.
Sursat dəsti: 18 ədəd
Atəş tempi: dəqiqədə 6 mərmi
İkinci silahı: 12.7 mm pulemyot
Heyəti: 5 nəfər
Uzunluğu: 10.8 m
Eni: 2 m
Hündürlüyü: 4.1 m
Kütləsi: 20 ton
Lülə uzunlugu: 52 kalibr
Maksimum sürəti: 90 km/saat
Məsafəsi: 600 km

Nəticə

Son illərin döyüş təcrübəsi göstərdi ki, dağlıq ərazilərdə, xüsusən HHM vasitələrinin sıx yerləşdiyi əməliyyat teatrlarında PUA-ların tətbiqinin artmasına baxmayaraq, özüyeriyən uzaqmənzilli artilleriya əhəmiyyətini itirməyib. Vətən Müharibəsində reaktiv artilleriya Ordumuzun atəş gücünün əsas komponenti kimi dəyərləndirildi. Bir dərədən və ya yüksəklikdən digərinə dəqiq atəş dəstəyi yalnız artilleriya vasitəsilə mümkün olur.

Nəzərə alsaq ki, İrəvan son aylarda məntiqsiz addımlar atır, fərari ordusunu Fransadan və başqa ölkələrdən aldığı uzaqmənzilli hücum silahları ilə təchiz etməklə müharibəyə hazırlaşır, deməli, yaxın illərdə Azərbaycan-Ermənistan münasibətlərində tam sülhün əldə olunması hələ gözlənilmir. Belə olan halda Azərbaycan qalib ordusunu daim daha üstün silahlarla təmin etməlidir. Bu baxımdan qardaş Türkiyə və onun istehsal etdiyi silahlar bizim üçün prioritet olaraq qalacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ92 benzinin və dizelin qiyməti bahalaşsa, manat ucuzlaşacaq - İqtisadçıdan şok anons
Bu gün, 19:00
Portaldan yayınmış 1,3 milyonluq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 18:56
MSK sabah növbədənkənar parlament seçkilərinə rəsmən start verəcək - Diqqət!
Bu gün, 18:23
Akademikin oğlu ilə gömrük komitəsi arasında pensiya mübahisəsi - TƏFƏRRÜAT
Bu gün, 18:15
ABŞ Güney Qafqaza yenidən DÖNÜR?
Bu gün, 18:07
Tanışlıq, korrupsiya ilə məktəblərə ayaq açmışdılar, sertifikasiya ilə... - Ekspert
Bu gün, 17:58
Azərbaycana qarşı çıxan deputatlar: Yenə tanış simalar - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:52
Rabitəbankda yeni təyinat - FOTO
Bu gün, 17:50
Vaşinqton Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirməyə hazırdır
Bu gün, 17:49
“PASHA Real Estate Group”da yeni təyinat - FOTO
Bu gün, 17:47
Azərbaycanda benzin nə qədər bahalaşacaq? - MƏBLƏĞ
Bu gün, 17:44
Azərbaycan NATO sammitinə dəvət olunub - Ceyms O’Brayn
Bu gün, 17:42
“Ya Əli!”, “Ya Hüseyn!” demək günahların ən böyüyüdür” - İlahiyyatçı
Bu gün, 17:33
Azərbaycanda hamama gedənlərin sayı azalıb? – Rəsmi statsitika
Bu gün, 17:29
"Ermənilər bölgəyə bu şərtlə qayıda bilər” - Zərdüşt Əlizadə DEYİR Kİ...
Bu gün, 17:25
ABŞ Ermənistana “iqtisadi apokalipsis” vəd edir: - Kreml isə İrəvana qarşı qorxunc planını tam açıqladı
Bu gün, 17:24
Le Penin müşaviri Rusiya casusudur? - Fransada qalmaqal qopdu
Bu gün, 17:11
Bakı Fransız Liseyi fəaliyyətinə son "verildi": Şagirdlərin aqibəti necə olacaq? - AKTUAL
Bu gün, 17:09
Nadir Qafarzadə deputat olmaq istəyir? - Özü açıqladı
Bu gün, 17:06
"Yüksək vəzifəlilər özlərinə saxta mükafatlar alırlar" - Zahid Məmmədovdan sərt açıqlamalar
Bu gün, 17:05
85 nömrəli avtobusdan ŞİKAYƏT – Sürücülər sərnişinləri niyə İNCİDİR?
Bu gün, 17:03
1 milyonluq dövriyyəsi olan “Daş bazarı”nın rəhbərliyi səhmdarlara 16 min manat gəlir əldə olunduğunu deyir... – “ALATAVA-2 AVTONƏQLİYYAT”LA BAĞLI QALMAQAL BÖYÜYÜR
Bu gün, 17:02
Ağalar Vəliyev MİLLƏTİN QƏSDİNƏ DURUB? - ETİRAZ
Bu gün, 16:57
“Kapital Bank” sahibkarı zərərə salıb - NARAZILIQ VAR...
Bu gün, 16:54
Ermənistanda 44 günlük müharibəyə dair hesabat HAZIRLANDI - Ermənistan KİV
Bu gün, 16:51
Seçki hansı oliqarx-məmurların `KƏLLƏSİN APARACAQ`?.. - "Çoxları gedəcək..."
Bu gün, 16:49
Milli iqtisadi anomaliya: İnflyasiya ilə iqtisadi artım arasında niyə əlaqə yoxdur? - İNCƏLƏMƏ
Bu gün, 16:43
Bakıdan İrəvana göndərilən paket: - “Əliyevin bu tələbi qəbul edildi”
Bu gün, 16:40
Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib
Bu gün, 16:38
Gənclər və İdman Nazirliyi elan etdiyi tenderə - YEKUN VURDU
Bu gün, 16:37
YAP-ı saymırdılar, YAP-da onları saymadı... - İLGİNC
Bu gün, 16:34
10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
Bu gün, 16:32
3 qoyuna diplom alan müəllimlər... - təbii ki QOYUN YETİŞDİRƏCƏK...
Bu gün, 16:25
Rövşən Allahverdiyevi polis 3 dəfə tutub, məhkəmələr hər dəfə azad edib -Şüvəlandakı hadisəsinin yeni təfərrüatı
Bu gün, 16:23
ABŞ-ın Zəngəzur planının PƏRDƏARXASI – Zərdüşt Əlizadənin ŞƏRHİ
Bu gün, 16:18
Aİ rəhbərliyində dəyişiklik: İttifaqın siyasi xətti dəyişəcək - İNCƏLƏMƏ
Bu gün, 16:16
“İstisna deyil ki, demokratlar Barak Obamanın özünün də namizədliyini verə bilərlər...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:15
Rəsmən buraxılan Milli Məclis: - onlar hələ deputatdırlar, yoxsa səlahiyyətləri bitdi?
Bu gün, 16:12
Azərbaycanda ən çox nələri reklam edirlər?
Bu gün, 15:55
Rusiyanı durduran olacaqmı? - VƏ YA...
Bu gün, 15:53
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi barəsində olan hökmdən şikayət verib
Bu gün, 15:44
İmtahandan şikayət edən müəllimlərə sərt cavab: - "9-cu sinif səviyyəsində belə bilmirlər"
Bu gün, 15:43
Dövlət qurumundan “İnterkabel” şirkətinə 5 milyonluq – SİFARİŞ
Bu gün, 15:41
Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Bu gün, 15:38
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:07
İrəvan sülh istəyirsə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Mənfi tendensiyalar var, amma: manat amandadır - Ekspertlər DEYİR Kİ...
Bu gün, 14:00
ABŞ-nin hazırkı səyləri Azərbaycanın tranzit rolunu artırmaq və... -ŞƏRH
Bu gün, 13:56
“Uşaqpulu”, 800 manat maaş, 60 yaşda pensiya TƏKLİF EDİLİR
Bu gün, 13:22
Bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru