İlahiyyatçı Hacı Salman bu maddə ilə ittiham olunur - NETLƏŞDİ...
Tarix: 25-06-2024, 15:53 |
Çap et
İlahiyyatçı Hacı Salmanın ittiham olunduğu maddə məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, İbadullayev Salman Kamil oğlu barəsində Abşeron Rayon Polis idarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin 150.3.2-ci (Seksual xarakterli zorakılıq hərəkətləri-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immun çatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və Salman İbadullayev şübhəli şəxs qismində saxlanılıb.