![“PAŞA Development” şirkətində yeni təyinat olub “PAŞA Development” şirkətində yeni təyinat olub](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1719232050_900.png)
“PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “PAŞA Development” şirkətində yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, İbrahim Məmmədzadə “PAŞA Development”in İnvestisiya direktoru təyin edilib.
![“PAŞA Development” şirkətində yeni təyinat olub “PAŞA Development” şirkətində yeni təyinat olub](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1719232074_888.png)
O, 2021-ci ilin sentyabr ayından 2024-cü ilin may ayına qədər “PAŞA Development”in investisiya meneceri olub.
Qeyd edək ki, “PAŞA Development” MMC 12 iyun 2012-ci il tarixində Məhdud Məsuliyyətli Cəmiyyət kimi yaradılıb. Şirkət, onun tabeçiliyində olan və birgə fəaliyyət göstərdiyi müəssisələrlə daşınmaz əmlakın əldə edilməsi, idarə olunması və inkişafı sahəsində fəaliyyət göstərir.