![Aİ aqressiv təbliğat və saxta xəbərlərə görə Aram Qabrelyanova sanksiyalar tətbiq edib Aİ aqressiv təbliğat və saxta xəbərlərə görə Aram Qabrelyanova sanksiyalar tətbiq edib](https://dia-az.info/uploads/posts/2024-06/thumbs/1719226840_0001.jpg)
Avropa İttifaqı (Aİ) “Life” layihəsinin yaradıcısı, “News Media”nın baş direktoru Aram Qabrelyanovu “qara siyahı”ya salıb.
"Report" xəbər verir ki, bu barədə "Aİ-nin rəsmi jurnalı"nda dərc olunan qərarda bildirilib.
Qeyd olunub ki, A.Qabrelyanov media qrupunun köməyi ilə aqressiv təbliğat, saxta xəbərlər və dezinformasiyalar yayıb: “A.Qabrelyanov Ukraynanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini pozan və təhdid edən addımları dəstəkləyir və həyata keçirir”.