Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi barəsində olan .....                     İmtahandan şikayət edən müəllimlərə sərt cavab: .....                     Dövlət qurumundan “İnterkabel” şirkətinə 5 milyonluq .....                     Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirib .....                     Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib .....                     İrəvan sülh istəyirsə... .....                     Mənfi tendensiyalar var, amma: manat amandadır .....                     ABŞ-nin hazırkı səyləri Azərbaycanın tranzit rolunu artırmaq və... .....                     “Uşaqpulu”, 800 manat maaş, 60 yaşda pensiya .....                     Bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var .....                     Ramin Hacılının cəzası azaldılıb .....                     İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır .....                     Ermənistanı qarışdıran keşiş Zəngəzura yola düşdü .....                     “17 yaşı var, uşağın biri qucağında, biri qarnında, biri də…” .....                     ABŞ Bakıdan nə istəyir? .....                     Milli Məclisin növbədənkənar sessiyası .....                     “Xəyanətə dözməyən qadınlar ayrıldıqdan sonra kiminsə məşuqəsinə çevrilir” .....                     Hüseyn Həsənovun biznesi .....                     İranda hakimiyyət keçidi baş verəcəkmi? .....                     Qarslılar Receb İvediyi məhkəməyə verdilər .....                     İranda prezident seçkisi .....                     Onlar Nikolla bacara bilmədilər .....                     Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib .....                     10 manatdan ötrü ZİBİLLİKLƏR ÖLKƏSİNDƏ yaşayırıq... .....                     Qərbin nüfuzu ərəb dünyasında azalıb .....                     COP29 ərəfəsi ETSN üçün EV TAPŞIRIĞI... .....                     Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır .....                     Yenə həddini aşdı .....                     İrandan Zəngəzur açıqlaması: .....                     Arvadı onu atıb gedən kişi intihar etdi .....                     Biləsuvarın sabiq icra başçısının cəzası azaldılıb .....                     "Mən özümə, sənətimə arxayınam, bilirəm ki, sarayın səhnəsini tamaşaçı ilə doldura bilərəm" .....                     Qosqoca rayonun təhsil sistemi İFLİC DURUMDA .....                     Rövşən Rüstəmov orda maşın paylayır, amma deputatlarımız... .....                     VI çağırış Milli Məclisin sonuncu plenar iclası başlayıb, .....                     Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı açıqlandı .....                     İran 7 gündən sonra “dilləndi”, o da səfir səviyyəsində .....                     `Azəriqaz`da TOTAL İŞDƏNÇIXARMA prosesi davam edir... .....                     “Yüksək vəzifələrə çəkilmiş elə gənclər var ki, heç JEK-də texnik də işləməyə qadir deyil” .....                     “Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz” .....                 

"Rusiyadakı son teraktlar daha çox “FSB” daxilindəki mövqe mübarizəsinin nəticəsidir..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Tarix: 24-06-2024, 14:17 | Çap et
"Rusiyadakı son teraktlar daha çox “FSB” daxilindəki mövqe mübarizəsinin nəticəsidir..."
“Dünən Dağıstanda baş vermiş terror aktı ilə yanaşı, belə bir məlumat da sızdı ki, guya Rusiya-“Abxaziya” sərhədində də posta silahlı hücu olub. Əlbəttə, əslində söhbət Rusiya-Gürcüstan sərhədindən gedir. Çünki Rusiya mənbələrində “Abxaziya” Moskva tərəfindən tanınmış “müstəqil dövlət” kimi göstərilir. Təbii ki, əsas diqqət çəkən Dağıstanın iki əsas şəhərində: Mahaçqala və Dərbənddə baş vermiş terror aktlarıdır. Rusiya rəsmi mənbələrində göstərilir ki, həmin hücumları həyata keçirənlər sələfilərə aid silahlı terrorçu dəstələrdir. Bəs bu son terror aktları nədən xəbər verir? Həmin teraktlarla bağlı bir neçə versiya ola bilər. Birinci versiya ondan ibarət ola bilər ki, bunlar sadəcə terrorçular tərəfindən həyata keçirilmiş terror aktlarıdır. Son 3 ayda Rusiyada müxtəlif reaksiyalar doğuran 3 terakt baş verib. Bu, üçüncü idi. Birinci terakt Moskvada “Krokus Siti”dəki məlum terakt idi, ikincisi Rostov vilayətində həbsxanada terror aktı kimi dəyərləndirilmiş qaçış cəhdi oldu”.

Bunu Moderator.az-a açıqlamasında dünən – iyunun 23-də Dağıstanda baş vermiş son terror aktlarına şərh verən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.

“Diqqətçəkən məqamlardan biri də odur ki, terror aktivliyinin bu qədər yüksəlməsi Rusiyada hakimiyyətdaxili yerdəyişmələrlə paralel gedir. Deməli, Putin öz prezidentlik müddətini uzatdıqdan sonra uzun illər güc strukturlarında kök atmış kadrlardan, tərəfdaşlarından məsafələşməyə başlayıb. O cümlədən Rusiya Müdafiə Nazirliyində aparılan əməliyyatlar, ilk növbədə Sergey Şoyqunun nazir vəzifəsindən kənarlaşdırılaraq simvolik bir posta gətirilməsi, onun bir neçə müavininin həbsə atılması, digər tərəfdən, Şoyqünun gətirildiyi postu tutmuş təhlükəsizlik şurasının keçmiş katibinin formal, daha formal prezidentin köməkçisi vəzifəsinə keçirilməsi... Və son günlər Rusiya mediasında və telegram-kanallarında belə bir məlumat səsləndirildi ki, “FSB”-də, yəni Federal Təhlükəsizlik Xidmətində əsaslı dəyişikliklər olacaq. Bildiyimiz kimi, bu gün Rusiyanı idarə edən komanda Putinin özü başda olmaqla “KQB”-“FSB” mənşəli komandadır”, - davamında bunları dilə gətirən analitik hesab edir ki, şimal qonşumuzun ərazisindəki son teraktlar daha çox“FSB” daxilində gedən qarşıdurmalarla əlaqədardır.

“Heç kəsdən də sirr deyil ki, Rusiyanın idarə olunmasında və ümumiiyyətlə, ölkədəki daxili vəziyyətə, proseslərə nəzarət edilməsində ən mühüm dövlət qurumu “FSB”-dir. Və dediyimiz məlumatın ardınca- iyunun 22-də rəsmi bir məlumat da yayıldı ki, “FSB”-nin 5-ci xidmətinin rəhbəri general-polkovnik Sergey Beseda vəzifəsindən azad edilib. Formal baxımdan onun vəzifədən azad edilməsinin səbəbi kimi 70 yaşının tamam olması göstərilsə də, bir çox mənbələr iddia edir ki, əslində bu, onun müharibədən öncə Ukrayna ilə bağlı topladığı və dövlət rəhbərliyinə təqdim etdiyi məlumatların yanlış çıxması və Rusiyanın Ukraynada ağır itkilərlə müşayət olunan savaşa cəlb edilməsi olub. Xatırladım ki, “FSB”-nin 5-ci xidmətinin vəzifəsi həm Rusiya daxilində, həm də MDB məkanında məlumatlar toplamaqdan ibarətdir. Buradan isə belə qənaətə gəlmək olur ki, həmin 5-ci xidmət həm də MDB ölkələrində Rusiyaya loyal xüsusi xidmət orqanlarını nəzarətdə saxlayan bir qurumdur. Bu öz fəaliyyət sahəsinə və dairəsinə görə “FSB”-də bəlkə də ən güclü qurumlardna biridir. Digəri isə “K” xidmətidir ki, bu da ölkənin konstitusiya quruluşunun mühafizəsi və daxili təhlükəsizliyinə cavabdehdir. Bundan əlavə, son günlər yayılan məlumatlarda bildirilirdi ki, hətta “FSB”-də əsaslı yerdəyişmələrdən biri də qurumun direktoru 72 yaşlı Aleksandr Bortnikovun istefası olacaq. Bortnikov isə Putinin “KQB”-“FSB” komandasında kök atmış şəxslərdən biridir. Və həmin komandadan sonuncu da xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkindir. İstisna etmirəm ki, son terror aktı “FSB”-dəki deyilən və qarşıdan gələn yerdəyişmələrlə əlaqədardır. Ona görə ki, “FSB”-yə kim nəzarət edəcəksə, o da faktiki Rusiyaya nəzarət edəcək, ölkənin siyasətini yönəldəcək və idarə edəcək. Sadaladığımız rəsmi və qeyri-rəsmi və ya yarımrəsmi informasliyalardan da bəlli olur ki, hazırda “FSB” daxilində mövqelər uğrunda çox ciddi mübarizə gedir. Və onu da istisna etmirəm ki, Dağıstandakı son terror aktının səbəblərindən biri də məhz həmin daxili mübarizədir. Əgər bu, belədirsə, Rusiyada digər diqqətçəkən hadisələr də olacaqdır. Maraqlı bir də orasıdır ki, Rusiyada sadaladığımız təhlükəsizliyi təhdid edən üç qanlı olay haqda məlumat eyni zamanda yayıldı. Yəni söhbət həmin qeyd etdiyimiz guya “Abxaziya” ilə sərhəddə olan hücum, və bir-birindən xeyli məsafədə yerləşən Mahaçqala ilə Dərbənddəki eyni vaxtda baş vermiş teraktlardan gedir. Bu bir mesaj xarakteri də daşıya bilər. Bununla müəyyən güclər göstərmək istəyirlər ki, Putinin yerdəyişmə planlarına müəyyən müqavimət ola bilər və bu müqavimətin Rusiya daxilində sistemli şəkildə terror olaylarıyla özünü büruzə verməsi mümkündür. Diqqət çəkən məqamlardan biri də odur ki, Dağıstandakı terrorda iştirak edənlərdən üç nəfərin respublikanın rayonlarından birinin başçısının oğulları və bacısı oğlu olması da ortalığa çıxdı. Bax, bu da çox maraqlı faktdır. Əslində bu məlumat Rusiya informasiya mənbələri tərəfindən yayılıb və təkzib də olunmayıb. Düşünürəm ki, bu mənada son terror aktlarının törədilməsində daxili çəkişmələrin rolu kifayət qədər önəmlidir. Və istisna deyil ki, bu ya yeni təyinatlara təsir göstərəcək, beləliklə də yeni teraktların qarşısı alınacaq. Və yaxud Putin o reallıqla hesablaşamayacaqsa, terror aktları davam edə bilər. Bu özündə təxminən 1999-cu ildə Rusiyanın müxtəlif şəhərlərində yaşayış binalarının partladılması əmıəliyyatlarının əlamətlərini daşıyır. Və mümkündür ki, bu, davam etsin”, -deyə şərhçi diqqətə çatdırıb.

“Rusiyadakı son terror aktlarının tərədilməsində xarici amillərin rolu nə dərəcədədir?” sualını isə ekspert belə cavablandırıb:

“Son terror aktlarında xarici amillərin roluna gəlincə, təbii ki, Rusiya təbliğatı bunların arxasında Ukrayna və NATO-nun dayandığını iddia edir. Amma bu, absurddur. Yəni iki ay öncə “Krokus Siti”də törədilmiş terror aktı haqda da belə iddialar səsləndirilirdi. Özü də ən yüksək səviyyələrdə... Həmin keçmiş təhlükəsizlik şurası katibi Patruşev də, Narışkin də, Bortnikov da bunu təkidlə iddia edirdilər. Ancaq hələ ki ortalığa ciddi bir sübut-dəlil qoyulmayıbdır. Bu dəfə də, dediyim kimi, son olaylar Ukrayna ilə əlaqələndirilir. Lakin bu da absurddur. Ukraynanın belə bir terror törətməyə ehtiyacı yoxdur. Və düşünmürəm ki, heç həmin ölkənin bunun üçün gücü və imkanları var. Bu daha çox Rusiyanın daxili məsələsidir. Yeri gəlmişkən, Dağıstanda terror hədəfinə alınanların digər etiqadlara məxsus ibadətgahların olması, yəni rus pravoslav kilsəsi və onun qətlə yetirilən keşişi, digər tərəfdən isə sinaqoqun yandırılması göstərir ki, hadisələr planlaşdırılan və törədilərkən onların beynəlxalq effekt doğurması da nəzərə alınıb. Və bu da hansısa vəhabi qruplarının ağlının məhsulu deyil, ola da bilməz...
Sonda təhlillərdən belə nəticəyə gəlmək olur ki, Rusiyadakı son terror aktları çox böyük ehtimalla ölkənin siyasi elitasındakı daxili davanın nəticəsidir. Bu artıq açıq-aydın görünür. Bilirsiz, bu Ukrayna mövzusunu o qədər istismar etdilər ki, artıq Rusiyanın özündə də insanlar bunlara inanmır. Öncə dediyim kimi, “Krokus”dakı terrordan sonra da həmin teraktı ən yüksək səviyyələrdə Ukrayna ilə bağlamağa çalışsalar da, heç bir effekti olmadı. Çünki hamısı yalandır, ağ yalandır... Bir sözlə, Rusiyada daxilıi dava gedir, özü də çox ciddi dava gedir. Hətta bu qarşıdurma sui-qəsdlərlə, çevrilişlərlə davam etsə, təəccüblənmərəm...”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi barəsində olan hökmdən şikayət verib
Bu gün, 15:44
İmtahandan şikayət edən müəllimlərə sərt cavab: - "9-cu sinif səviyyəsində belə bilmirlər"
Bu gün, 15:43
Dövlət qurumundan “İnterkabel” şirkətinə 5 milyonluq – SİFARİŞ
Bu gün, 15:41
Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Bu gün, 15:38
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:07
İrəvan sülh istəyirsə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Mənfi tendensiyalar var, amma: manat amandadır - Ekspertlər DEYİR Kİ...
Bu gün, 14:00
ABŞ-nin hazırkı səyləri Azərbaycanın tranzit rolunu artırmaq və... -ŞƏRH
Bu gün, 13:56
“Uşaqpulu”, 800 manat maaş, 60 yaşda pensiya TƏKLİF EDİLİR
Bu gün, 13:22
Bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 13:02
Ramin Hacılının cəzası azaldılıb - QƏRAR
Bu gün, 13:00
İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır - BU NƏDİ BELƏ?!
Bu gün, 12:58
Ermənistanı qarışdıran keşiş Zəngəzura yola düşdü
Bu gün, 12:55
“17 yaşı var, uşağın biri qucağında, biri qarnında, biri də…”
Bu gün, 12:51
ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış
Bu gün, 12:47
Milli Məclisin növbədənkənar sessiyası BAŞA ÇATIB
Bu gün, 12:41
“Xəyanətə dözməyən qadınlar ayrıldıqdan sonra kiminsə məşuqəsinə çevrilir” - Samirə Bağırova
Bu gün, 12:40
Hüseyn Həsənovun biznesi ÇÖKDÜ
Bu gün, 12:30
İranda hakimiyyət keçidi baş verəcəkmi? - “Nezavisimaya qazeta”
Bu gün, 12:17
Qarslılar Receb İvediyi məhkəməyə verdilər
Bu gün, 12:08
İranda prezident seçkisi - azərbaycanlı Pezeşkiyan irəlidədir
Bu gün, 12:04
Onlar Nikolla bacara bilmədilər - GƏLİŞMƏ
Bu gün, 12:00
Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib
Bu gün, 11:58
10 manatdan ötrü ZİBİLLİKLƏR ÖLKƏSİNDƏ yaşayırıq... - BU FAKTDIR!
Bu gün, 11:49
Qərbin nüfuzu ərəb dünyasında azalıb - İNCƏLƏMƏ
Bu gün, 11:45
COP29 ərəfəsi ETSN üçün EV TAPŞIRIĞI... - Restoranlardan ƏRŞƏ QALXAN TÜSTÜ VƏ...
Bu gün, 11:42
Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:37
Yenə həddini aşdı - Xameneyidən sitat gətirib Azərbaycanı hədəfə aldı
Bu gün, 11:34
İrandan Zəngəzur açıqlaması: - Ermənistan istəsə...
Bu gün, 11:29
Arvadı onu atıb gedən kişi intihar etdi - Oğuzda FACİƏ
Bu gün, 11:23
Biləsuvarın sabiq icra başçısının cəzası azaldılıb - QƏRAR
Bu gün, 11:19
"Mən özümə, sənətimə arxayınam, bilirəm ki, sarayın səhnəsini tamaşaçı ilə doldura bilərəm" - Orxan Lökbatanlı
Bu gün, 11:14
Qosqoca rayonun təhsil sistemi İFLİC DURUMDA - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Rövşən Rüstəmov orda maşın paylayır, amma deputatlarımız... - REAKSİYA
Bu gün, 11:05
VI çağırış Milli Məclisin sonuncu plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Bu gün, 11:03
Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı açıqlandı
Bu gün, 10:57
İran 7 gündən sonra “dilləndi”, o da səfir səviyyəsində
Bu gün, 10:55
`Azəriqaz`da TOTAL İŞDƏNÇIXARMA prosesi davam edir... - Yeni sədr XƏBƏRSİZDİR?
Bu gün, 10:52
“Yüksək vəzifələrə çəkilmiş elə gənclər var ki, heç JEK-də texnik də işləməyə qadir deyil” - Partiya sədri
Bu gün, 10:41
“Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz” - Rövşən Tağıyev
Bu gün, 10:29
Şahramanyanla Xankəndindən köçdən sonra 6 ay orada qalmış erməni üzləşdirildi... - “Hraparak”
Bu gün, 10:25
Rafil Hüseynovun birinci müavini olmaq üçün 111 min manat verdi - MƏHKƏMƏ
Bu gün, 10:24
"Polkovnik üçün 50 inək saxlamadığıma görə həbs olundum" deyən fermerə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 10:22
“Azərbaycan Ordusu Gəncə və Qarabağdan çıxmalıdır” - Erməni ekspertdən SARSAQLAMA
Bu gün, 10:20
Tanınmış hüquqşünas yenidən deputat seçilmək İSTƏYİR
Bu gün, 10:18
"İpək Yolu Sığorta" şirkəti ENİŞDƏ
Bu gün, 10:12
“Bakı Neft Mədən Avadanlıqları”nın xalis mənfəəti - KƏSKİN AŞAĞI DÜŞÜB
Bu gün, 10:10
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bu gün, 09:57
Azərbaycan və Serbiyanın hərbi ekspertləri arasında görüş keçirilib
Bu gün, 09:53
Qısa müddətdə Zəngəzur dəhlizi açıla bilər - RƏY
Bu gün, 09:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru