BELƏ HARA GEDİRİK? .....                     Təhsil sistemində DƏYİŞİKLİK ZƏRURƏTİ... .....                     Gələn ilin büdcə layihəsi: narahatlıq... Maaş və pensiya "yerində sayır" .....                     “3+3” formatı yenidən gündəmdə: Nələr müzakirə olunacaq? .....                     Bu gün parlamentin sədri və onun müavinləri seçiləcək .....                     "Faytonçu" Nazim Paşinyanın sifariş verdiyi mahnı haqqında .....                     "Dövlət xəstəxanalarına yaxın düşmək olmur..." .....                     “Putinin Ermənistana nifrəti və onu cəzalandırmaq istəyi göz önündədir” .....                     Vardanyanın Bakıda tutulması Paşinyanın da işinə yarayır... .....                     Polşa Aİ-də sədrliyindən Ukraynaya təzyiq göstərmək üçün istifadə etmək niyyətindədir .....                     Naxçıvanda bu vəzifəli şəxslər İŞLƏRİNİ İTİRƏCƏK .....                     Naməlum şəxs Aleksandr Maslyakovun məzarını dağıdıb .....                     "Sifarişlə 1-2 mahnıdan əlavə mahnı yazmamışam" .....                     Rusiya Azərbaycan dərsliklərini təftiş etdi və... havalandı .....                     Həm kəşfiyyat, həm texniki imkanların birləşdiyi əməliyyat .....                     Fransanın yeni hökumətində erməni nazirlər də yer alıb .....                     İran niyə bu qədər narahatdır? .....                     Azərbaycana qarşı "qara piar" kampaniyasının arxasında kimlər dayanır? .....                     Putin Paşinyanı təbrik etdi .....                     Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək .....                     SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? .....                     Aqressorla eyni havanı udmaq utancı .....                     Azərbaycan pomidor ixracından nə qədər qazanıb? .....                     Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? .....                     İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik" .....                     Ermənistanda müstəqillik günü mesajlari .....                     "Qərbin köməyi olmasa, Ukraynanın sonu gələcək" .....                     Ermənistana hər şey mübahdır .....                     İrəvanda çevrilişə cəhd: .....                     Xankəndidən dünyaya mesaj: .....                     Azərbaycanda dəmiryolu vağzalında intihara CƏHD: .....                     BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı .....                     Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib edib .....                     Şimal-şərq küləyi əsəcək .....                     "Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı .....                     SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkib .....                     "Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" .....                     “Bakıkart” tətbiqi nə zaman işləyəcək? .....                     51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur .....                     "Moskva həmişə İrəvanın yanında olacaq" .....                 

Bakcell şirkətinin dəstəyilə Bakıda M.A.P. beynəlxalq teatr festivalı keçiriləcək
Tarix: 5-09-2019, 15:13 | Çap et
Bakcell şirkətinin dəstəyilə Bakıda M.A.P. beynəlxalq teatr festivalı keçiriləcək
DİA.AZ: - YARAT Müasir İncəsənət Məkanı Bakcell şirkətinin tərəfdaşlığı ilə 10 – 20 oktyabr tarixlərində Bakı şəhərində 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının keçiriləcəyini böyük məmnuniyyətlə elan edir.

DİA.AZ xəbər verir ki, M.A.P. Festivalı (Music, Art, Performance – terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır.

Əvvəlki iki buraxılışda olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa daxildir.
Bu il festivalda Y. Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), dünyaca məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək.
Festival rəsmi olaraq rejissor Kamran Şahmərdanın “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Rejissor Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyət üçün aktual mövzuları vurğulayan yeni ifadə, musiqi və enerji ilə daha da zənginləşdirib. Lakin festivalın ilk qaranquşları hələ sentyabrın əvvəlindən qanad açacaq və Bakı tamaşaçılarına əfsanəvi Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının 3 tamaşasını izləmək imkanı verəcək. Rimas Tuminasın “Yevgeni Onegin” tamaşası artıq bütün dünyada tənqidçi və tamaşaçıların rəğbətini qazanıb. Bakı auditoriyası tamaşanı Dövlət Musiqili Teatrının səhnəsində izləyəcək. Vaxtanqovçılar daha iki tamaşanı – “Medeya” (baş rolda Yuliya Rutberq) və “Lanqustun harayı” Rus Dram teatrında göstərəcəklər.

Məşhur Lev Dodinin quruluşunda, füsunkar Kseniya Rappoportun Yelena Andreyevna rolunu ifa etdiyi “Vanya dayı” tamaşası da teatrsevərlərə Rus Dram Teatrının səhnəsində təqdim ediləcək.
Sankt-Peterburqun “Priyut komedianta” Teatrı həyatın mənasını axtarmaqdan və həyatdan sevinc duya bilməməkdən bəhs edən “Podolskdan olan adam” pyesini Azərbaycana gətirəcək. Dmitri Danilovun bu əsəri bir neçə dəfə səhnələşdirilib və 2018-ci ildə “dramaturqun işinə görə” “Qızıl Maska” mükafatına layiq görülüb.
Yeni Riqa Teatrı proqrama tamaşaçıların sevgi ilə qarşıladığı yazıcı Tatyana Tolstayanın “Sonya” pyesi ilə daxil olur. Tamaşanı “Yeni teatr reallığı” nominasiyasında Avropanın Ali Teatr mükafatının laureatı, məşhur latviyalı rejissor Alvis Hermanis səhnələşdirib.

M.A.P. Festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır. Festival proqramında onun qonaqlarının təqdimatı ilə çox sayda mühazirə və ustad sinifləri yer alacaq. Bu haqda daha ətraflı məlumat tezliklə festivalın saytından əldə etmək olar.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil İnternet provayderi olan Bakcell, artıq üçüncü ildir ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdaşıdır. Bakcell Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir.

M.A.P. Festivalının açılışı festivalın keçirildiyi 3 il ərzində səhnələşdirilmiş bütün tamaşaların afişalarının sərgisi ilə müşayiət olunacaq. Beləliklə, YARAT Mərkəzinin qonaqları hələ tamaşaçı zalına daxil olmazdan öncə festivalın tarixinin ən parlaq anları ilə tanış olmaq imkanı əldə edəcək.

“Mənim üçün teatr həmişə öyrənməyə çalışdığım ecazkar bir məkan olub. Bura aktyor və tamaşaçının birlikdə yaşadığı, bir-birini dərindən hiss etdiyi və hər birinin öz yolunu seçdiyi yerdir. Bəzən mənim teatrım səhnədəki aktyorların sehrli qüvvələrini oyatmaq üçün ziddiyyətli və mübaliğəli ola bilər. Mənim üçün ideal teatr Yeji Qrotovski və Antonen Arto ənənələrində olan teatrdır. Mixail Çexovun və Yeji Qrotovskinin aktyor işinin psixofiziki prosesinin və onların daxili enerjiləri ilə işləmək qabiliyyətinin inkişaf etdirilməsinə yönəlmiş teatr sistemləri də mənə çox yaxındır.
Sərhədsiz teatr – mən M.A.P. Festivalının konsepsiyasına bununla töhfə vermək istəyirəm. Bu, teatr körpüsünün köməyi ilə sərhədləri aradan qaldıran, mədəniyyətləri birləşdirən və bir-birini qarşılıqlı hiss edən insanları bir araya gətirən bir festivaldır.

Biz teatr istiqamətləri arasındakı sərhədləri silərək klounadadan və fiziki teatrdan opera, balet və audiovizual ifalara qədər ifa sənətinin bütün növlərini əhatə edən, fərqli parlaq rənglərdən ibarət festival palitrasını nümayiş etdirmək istəyirik. Bununla biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq. Festivalımızın əsas məqsədi – sizə sevimli teatr janrınızı seçmək imkanı verməkdir.

Məhz Bakı şəhəri öz gözəl infrastrukturu, çoxsaylı teatr və muzeyləri, park və bulvarları ilə festivalımızın baş qəhrəmanıdır.
Mən əminəm ki, teatr cəmiyyətin ruhu və güzgüsüdür. Mən “teatral millət” anlayışı ilə qəti şəkildə razı deyiləm. Teatr ümumbəşər hadisədir, sintetik dilə malikdir və hər xalqa xitab edir. Bizim teatr irsimizə gəldikdə isə, bu, əsrlərin dərinliyinə uzanan köklərə malik ənənəvi meydan teatrıdır. Bu ənənələri hələ də Novruz bayramında yada salırıq.

Biz dünyaya opera sənətinin xüsusi istiqamətini – muğamı bəxş etmişik və bununla teatr aləminə öz töhfəmizi verib onu zənginləşdirmişik. Biz teatrı sevirik, onu anlayırıq. Teatra getməyimizlə və teatr həyatında iştirak etməyimizlə ona dəstək olmaq vaxtı gəlib çatıb. Siz teatrı sevə bilərsiniz, ona nifrət də edə bilərsiniz, lakin heç vaxt ona qarşı laqeyd qalmayın.
Mən bilik və təcrübəmi Azərbaycan tamaşaçı auditoriyası ilə paylaşmaq imkanını mənə qazandırdıqları üçün YARAT Müasir İncəsənət Məkanına və şəxsən Aida Mahmudovaya ürəkdən minnətdaram.
М.А.Р sizin teatr bayramınızdır. Xoş gəlmisiniz!” (Kamran Şahmərdan, М.А.Р. Festivalının bədii rəhbəri).



YARAT haqqında


YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT (“yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir. Mərkəz üzərinə Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda incəsənət və təhsil-araşdırma fəaliyyəti sahəsində mərkəzin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.
YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Sovet dönəmində hərbi donanma qərargahı olmuş 2000m²-lik ərazidə yerləşən YARAT Mərkəzi müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, Azərbaycanın müxtəlif regionlarından olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.
2015-ci ilin oktyabrında YARAT Bakıda, qədim İçərişəhərdə, açıq və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM (“tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. İl ərzində ARTIM Layihə Məkanında bir çox fərqli miqyaslı layihələr və “ARTIM LAB” proqramı keçirilir. Bu proqram gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.
Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı üç ay ərzində iştirakçılara regionla bağlı əsərlərini hazırlamağa və çoxsaylı yerli rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir.
Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.
***
Bakcell haqqında


Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7500-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

***
Dəvət edilmiş 14 teatr:


Y.L.Vaxtanqov adına Dövlət Akademik Teatr (Rusiya); “AXE” Mühəndis Teatrı (Rusiya); “Priyut komedianta” teatrı (Rusiya); “Kukla evi” teatrı (Rusiya); Yeni Riqa Teatrı (Latviya); Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya); Devid Espinoza Kukla Teatrı (İspaniya); “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya); “WHS” Teatrı (Finlandiya); “Kibbutz” Müasir Rəqs Şirkəti (İsrail); “Sardegna” Teatrı (İtaliya); “Atelye” Teatrı (Rusiya); “Puppet Cinema” kollektivi (İsrail); “Recirquel” Şirkəti (Macarıstan)
***

7 teatr səhnəsi:

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı; Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı; ÜNS Yaradıcılıq Səhnəsi; YARAT Müasir İncəsənət Mərkəzi; Azərbaycan Dövlət Kukla teatrı; Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı; Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyası

***
Festivalın təşkilatçısı: YARAT Müasir İncəsənət Məkanı
Festivalın Sponsoru: Bakcell şirkəti
Festivala media dəstəyi: LIDER TV
Onlayn bilet satışı: iTICKETS.az
Biletləri şəhərin bütün kassalarından və Asan xidmət mərkəzlərindən əldə etmək olar

***
Festival haqqında məlumat:
+99455 205 0545, [email protected]
WWW.MAPFESTIVAL.AZ
#mapfestivalbaku

***
Redaktorlar üçün məlumat:
M.A.P. Beynəlxalq Teatr Festivalı
10-20 oktyabr 2019-cu il, Azərbaycan, Bakı

***
Media və təsvir sorğuları üçün: Hökümə Kərimova
Telefon: +99450 274 6744
E-mail: [email protected]









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BELƏ HARA GEDİRİK? - AKTUAL
Bu gün, 07:16
Təhsil sistemində DƏYİŞİKLİK ZƏRURƏTİ... - Bunları edəriksə...
Bu gün, 07:12
Gələn ilin büdcə layihəsi: narahatlıq... Maaş və pensiya "yerində sayır" - NƏ ETMƏLİ?
Bu gün, 01:03
“3+3” formatı yenidən gündəmdə: Nələr müzakirə olunacaq? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Bu gün parlamentin sədri və onun müavinləri seçiləcək - DİQQƏT
Bu gün, 00:46
"Faytonçu" Nazim Paşinyanın sifariş verdiyi mahnı haqqında görün nələr dedi
Bu gün, 00:39
"Dövlət xəstəxanalarına yaxın düşmək olmur..." - NARAZILIQ VAR
Bu gün, 00:35
“Putinin Ermənistana nifrəti və onu cəzalandırmaq istəyi göz önündədir” - GƏLİŞMƏ
Bu gün, 00:25
Vardanyanın Bakıda tutulması Paşinyanın da işinə yarayır... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:20
Polşa Aİ-də sədrliyindən Ukraynaya təzyiq göstərmək üçün istifadə etmək niyyətindədir - KİV
Bu gün, 00:15
Naxçıvanda bu vəzifəli şəxslər İŞLƏRİNİ İTİRƏCƏK - SİYAHI
Bu gün, 00:11
Naməlum şəxs Aleksandr Maslyakovun məzarını dağıdıb
Bu gün, 00:00
"Sifarişlə 1-2 mahnıdan əlavə mahnı yazmamışam"
Dünən, 23:58
Rusiya Azərbaycan dərsliklərini təftiş etdi və... havalandı - İLGİNC
Dünən, 23:54
Həm kəşfiyyat, həm texniki imkanların birləşdiyi əməliyyat - "Peycer əməliyyatı"
Dünən, 03:08
Fransanın yeni hökumətində erməni nazirlər də yer alıb
Dünən, 03:04
İran niyə bu qədər narahatdır? - Politoloq açıqladı
Dünən, 00:02
Azərbaycana qarşı "qara piar" kampaniyasının arxasında kimlər dayanır? - İNCƏLƏMƏ
21-09-2024, 19:00
Putin Paşinyanı təbrik etdi
21-09-2024, 17:22
Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
21-09-2024, 17:20
SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? - NƏ BAŞ VERİR?
21-09-2024, 15:02
Aqressorla eyni havanı udmaq utancı - Rusiya çıxarılsın, ya Karfagen dağıdılsın?
21-09-2024, 15:00
Azərbaycan pomidor ixracından nə qədər qazanıb? - Əsasən Rusiyaya satırıq
21-09-2024, 14:56
Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur? - Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”
21-09-2024, 14:00
İlham Mirzəyev: "Reytinqə görə meymunluq edə bilmərik" - "Space"dən getməsinin səbəblərini açıqladı
21-09-2024, 13:49
Ermənistanda müstəqillik günü mesajlari – Paşinyan birliyə çağırır, Qaragen nifrət püskürür
21-09-2024, 13:47
"Qərbin köməyi olmasa, Ukraynanın sonu gələcək" - Berbok
21-09-2024, 13:35
Ermənistana hər şey mübahdır - ABŞ ikiüzlü siyasətini etiraf etdi
21-09-2024, 13:28
İrəvanda çevrilişə cəhd: - Rusiya xüsusi xidmət orqanları...
21-09-2024, 13:26
Xankəndidən dünyaya mesaj: - “Gənclərin vətənpərvərlik tərbiyəsi...”
21-09-2024, 13:14
Azərbaycanda dəmiryolu vağzalında intihara CƏHD: - polis qarşısını aldı
21-09-2024, 13:11
BP Azərbaycanın qaz kəmərindəki öz payını satdı - niyə indi?
21-09-2024, 13:07
Zelenski 80 min Ukrayna əsgərinin ölümü ilə bağlı məlumatları təkzib edib - “Unian“
21-09-2024, 13:05
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
21-09-2024, 13:04
"Crocus"da törədilən terror ilə bağlı işdə iştirak edən yeni fiqurantların adları açıqlandı
21-09-2024, 12:43
SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkib - VİDEO
21-09-2024, 12:36
"Petek Dinçöz Bakıda 8 nəfərə konsert verib, 70 min aldı" - ETİRAZ
21-09-2024, 12:30
“Bakıkart” tətbiqi nə zaman işləyəcək?
21-09-2024, 12:17
51 il iş stajlı müəllimin pensiyasının “monitorinqlə” azaldılması qanunsuzdur - BU FAKTDIR!
21-09-2024, 12:16
"Moskva həmişə İrəvanın yanında olacaq" - Səfirlik
21-09-2024, 12:07
Döyüldüyünü deyən uşaq evinin sakini sosial psixoloji reabilitasiyaya cəlb olunub
21-09-2024, 11:54
Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib - VİDEO
21-09-2024, 11:50
“İrəvan bütün bunlardan sonra yeni xülyalara düşəcək - deputat
21-09-2024, 11:32
Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi - QƏRAR
21-09-2024, 11:24
“Zəngəzur dəhlizini öz nəzarəti altına almaq istəyir” - Rusiyadan ikibaşlı OYUN
21-09-2024, 11:21
Qarabağ Universitetinin açılışı mühüm əhəmiyyət daşıyan tədbir oldu - İsrafil Kərimovun yazısı
21-09-2024, 11:11
Konqresdə erməni isteriyası: Yalanların sayı yox - NƏ BAŞ VERİR?
21-09-2024, 11:04
Dillər Universitetinin də öz qanunları var... - BU DA FAKT!!!
21-09-2024, 11:01
Şəbnəm Vəfanı hədələdi: - "Ağıllı ol, ad çəkəndə də düşün"
21-09-2024, 10:51
"İstedad qıtlığı var, bu saat duzsuz aktyorlar doludur" - ETİRAZ
21-09-2024, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru