Əsas Səhifə > Cəmiyyət, Manşet > “Azəriqaz”dan DOST-a XƏYANƏT...

“Azəriqaz”dan DOST-a XƏYANƏT...


2-07-2024, 11:31
“Azəriqaz”dan DOST-a XƏYANƏT...
Neçə müddətdir ki, "Azəriqaz" İstehsalat Birliyində total işdənçıxarmalar və bu səbəbdən də narazılıqlar müşahidə olunmaqdadır. Dia-az.İnfo olaraq bu məsələni gündəmdə tutmaqla yanaşı, apardığımız araşdırmalar zamanımüəyyən etmişik ki, bu vaxta qədər "Azəriqaz" tərəfindən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) xətti ilə işə götürülmüş işçilərin böyük hissəsi artıq işdən qovulublar.

Maraqlı orasıdır ki, "Azəriqaz" rəhbərliyi məhz DOST xətti ilə işə götürülənləri uzaqlaşdırır. Halbuki bu gün elə "Azəriqaz"da əksər "qara işləri" də məhz həmin işçilər icra edirdilər. Hər haldaŞ bu müəmmalı duruma bir aydınlıq gətirilməli, bir izahat verilməlidir. Çünki burada əsas məsələ "Azəriqaz" rəhbərliyinin dövlətimizin SOSİAL SİYASƏTİNİ açıq-aşkar sabotaj etməsindən gedir.

Dövlətimiz vətəndaşlara diqqət göstərərək onları "Azəriqaz"dakı boş iş yerlərinə yönləndirirsə, "Azəriqaz" bu iş yerlərini dövlət xətti ilə gələn işçilərdən "azad edir".

Bəzi dairələrdə gəzən söhbətlərdən belə aydın olur ki, boşalan iş yerlərinin "satışı" planlaşdırılır. Bu nə dərəcədə həqiqətdir? Bilmirik... Bildiyimiz isə odur ki, "Azəriqaz" rəhbərliyi izahat verməli, duruma aydınlıq gətirməlidir...

Orxan TUNCƏR - Dia-az.İnfo

Geri qayıt