"MİDA"nın 2,3 milyon manatlıq tenderinin qalibi .....                     Agentlik 11 texnika üçün bu şirkətə .....                     Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi .....                     Mərkəzi Bank 4 şirkətə ödəniş sistemləri ilə bağlı lisenziya verdi .....                     İcbari Sığorta Bürosunun rəhbərliyinə .....                     Keçmiş vəkil məhkəmə zalında həbs olunub .....                     "Quska"nın keçmiş vəkili məhkəmə zalında həbs edildi .....                     Naxçıvan mədəniyyət nazirinin müavinlərinin sayı artırılıb .....                     Alyans kvant texnologiyasına üstünlük verib .....                     Rayon rəhbəri Həcc ziyarətindən qayıdan şəhid anasını ziyarət etdi .....                     “Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? .....                     “Dedi ki, xahiş edəcəm sənə qrant versinlər” .....                     2 ildə 2 milyondan çox pul mənimsəyib .....                     Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub .....                     İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır .....                     Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb .....                     Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir .....                     Qərb normallaşma prosesinə xələl gətirməyə çalışır .....                     Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat .....                     İcra başçısı işdən çıxarılandan sonra ona yüksək vəzifə verildi .....                     Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir .....                     İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb .....                     Dövlət qurumu 3,6 milyonluq tikinti tenderinin qalibini açıqladı .....                     Meksika Prezidenti Ukraynaya səfərdən imtina etdi .....                     "Tehran Qərbin tapşırıqlarını icra edir" .....                     "1-ci sinfə gedənlərin sayı xeyli azalıb, gələcəkdə..." .....                     “Telegram” böyük siyasətin alətinə necə çevrildi? .....                     Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? .....                     “KTMT əleyhinə bəyanat siyasi oyunbazlıqdan başqa bir şey deyil” .....                     Novella Cəfəroğlu bu partiyanın fəxri üzvü seçildi .....                     Şəhid qardaşı işdən çıxarıldı: “Mənə möhlət vermirlər” .....                     Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib .....                     “Qızlarımızın ailə qurması çətinləşir, cinsi azlıqların sayı durmadan artır...” .....                     Dövlət Vergi xidmətinin həbsdə olan sabiq vəzifəli şəxslərinin şikayətləri .....                     Ermənistan İstisuda ordumuza hücum edəcək? .....                     "Vurmasaydım, məni öldürəcəkdilər" .....                     İrəvanda qızğın hazırlıq: .....                     Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib .....                     Qərb it kimi Azərbaycana dartınır .....                     Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir .....                 

YENİ DÖVLƏT MAXİNASİYASI - ARAŞDIRMA
Tarix: 13-10-2011, 15:30 | Çap et
YENİ DÖVLƏT MAXİNASİYASI - ARAŞDIRMA

MİQRANTLARLA BAĞLI BAŞ VERƏNLƏR DİA.AZ-DA

DİA.AZ: - Azərbaycana xaricdən gələn miqrantların sayı artdıqca bu sahədə boşluqlar da özünü göstərməyə başlayıb. Hazırda ölkədə nə qədər miqrantın olduğunu dəqiq deyən yoxdur. Bu sahənin mütəxəssisləri bildirirlər ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi açıqlamaları reallığı əks etdirmir.

Çünki əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin böyük əksəriyyəti rəsmi qeydiyyata düşmürlər. Daha çox Gürcüstan, İran, Türkiyə, Çin və Əfqanıstandan olan bu şəxslər qeydiyyatsız fəailiyyət göstərirlər. Çünki onlar əməkçi miqrant kimi ölkəmizdə işləmək üçün lazım olan sənədləri yığsalar da, qeydiyyat üçün Miqrasiya Xidmətindən dövlət rüsumu adı altında külli miqdarda rüşvət tələb olunduğunu iddia edirlər. Özü də nə az, nə çox - hərəsinə 2-3 min manat.

Bəs, əslində əməkçi miqrant kimi Azərbaycana gələn əcnəbilər hansı sənədləri toplamalı və nə qədər rüsum ödəməlidirlər. Araşdırmamıza görə, xarici vətəndaşlar fərdi qaydada əməkçi miqrant kimi Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Bunun üçün miqrant əvvəlcə nazirliyin miqrasiya şöbəsindən vahid ərizə formasını almalı və orada niyə Azərbaycanda işləmək istədiyini əsaslandırmalıdır. Bundan başqa, xarici əmək miqrantlarından pasport (viza müddətinin başa çatmasına ən azı 3 ay qalmaqla), ali təhsil haqqında diplomu (və ya sertifikat), işləyəcəyi müəssisənin təsis sənədlərini, Azərbaycanda qeydiyyatda olduğunu təsdiq edən vəsiqənin (bu sənəd Daxili İşlər Nazirliyi tərəfindən verilir) surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq komissiyaya təqdim etməlidir. Komissiya isə bu sənədləri Dövlət Miqrasiya Xidməti ilə müzakirə etdikdən sonra xarici vətəndaşın miqrant kimi Azərbaycanda işləməsinə icazə verilir. Bundan sonra miqrant 45 manat məbləğində dövlət rüsumu ödəməklə əmək fəaliyyətinə başlaya bilər.

Ancaq söhbət elədiyimiz əcnəbilər sənədləri toplayıb, dövlət rüsumu ödədikdən sonra da qeydiyyata düşməyin mümkün olmadığını bildirirlər. Onların dediyinə görə, hal-hazırda qeydiyyata düşməyin ən asan yolu miqrant dəllallarına müraciət etməkdir. Həmin dəllallar müxtəlif adda şirkətlər yaradaraq, guya əcnəbilərin Azərbaycana gəlib işləməsini təmin edirlər. Və bu şirkətlərin vasitəsilə 2-3 min manat pulun miqdarında kimi istəsən Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçirə bilərsən. Özü də bunun üçün yuxarıda sadalanan sənədlərin hamısı tələb olunmur. Yalnız əcnəbi vətəndaşın pasportu və pulu kifayətdir.

Əcnəbilərin ölkəmizdə üzləşdiyi problemlərdən biri də Dövlət Miqrasiya Xidmətinin digər bir dövlət qurumu - Daxili İşlər Nazirliyinin miqrantların ölkədə yaşaması üçün verdiyi sənədi yetərli hesab etməməsidir. Bu da inamsızlığı göstərir. Dövlət qurumlarının bir-biri ilə çəkişməsindən isə vətəndaşlar əziyyət çəkir. Hər bir əcnəbi yalnız 5 il burada yaşadıqdan sonra vətəndaşlığı qəbul edə bilər. DİN-in verdiyi sənəd yetərsiz hesab edildikdə isə həmin şəxs məcburdur ki, daha 5 il burada vətəndaşlığı olmadan yaşasın. Bundan başqa, 1999-cu ildə vətəndaşlığa qəbul olunanlara və vətəndaşlığı olmayanlara vəsiqələrin verilməsi ilə bağlı tender keçirildi, milyonlarla vəsait xərcləndi. "Miqrantlar haqqında" qanuna əlavə və dəyişikliklər edildikdən sonra isə həmin sənəd etibarsız hesab olundu. Qanunda göstərildi ki, qeydiyyatı olmayanlarla əcnəbilərə eyni vəsiqə verilsin. Hələ heç vəsiqələrin nümunələri hazırlanmayıb. Üstəlik, yenidən tender keçirilməli, vəsiqələr çap olunmalıdır ki, bu da külli miqdarda vəsait tələb edir. Vəsiqələrin olmaması isə o deməkdir ki, 5 ildən sonra vətəndaşlığa iddia edən də olmayacaq.

Qanuna edilən əlavə və dəyişikliklərdən sonra vəziyyət çətinləşib. Əvvəllər ölkəyə gələn əcnəbi bütün prosedurlardan öz ölkəsində keçirdi və hazır sənəd gətirirdi. İndi isə Azərbaycana gələndən sonra məmurlarla tək-tək "görüşməlidir". Bu isə korrupsiyaya yol açır. Bundan başqa, Azərbaycan vətəndaşı olmayan şəxsi işə götürən qurum 30 min manat civarında cərimə ödəməlidir. Miqrasiya Xidmətində və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində miqrantları məlumatlandırma büroları fəaliyyət göstərsə də, bu barədə çoxu xəbərsizdir. Digər tərəfdən, 20-dək qanun olsa da, hələ də Miqrasiya Məcəlləsi qəbul olunmayıb. Bütün bunlar isə Azərbaycanda vətəndaşsızlıq probleminin böyüməsinə səbəb olur. Ölkə qanunları ikili vətəndaşlığa qarşı çıxmır. Elə bir norma, nə də hansısa ölkə ilə buna dair müqavilə yoxdur. Amma dövlət məmurları vətəndaşların əlindən digər ölkənin pasportunu alır. Bu da ondan irəli gəlir ki, məmurlar vətəndaşların öz hüquqlarını bilməsini istəmirlər və bu məlumatsızlıqdan öz xeyirləri üçün istifadə edirlər.

24 iyun 2008-ci ildə 658-IIIQD nömrəli qanun qəbul edilib, 5 avqust 2008-ci il tarixdə isə miqrasiya idarəetmə sisteminin inkişafı və bu qanunun tətbiq edilməsi haqqında Azərbaycan prezidenti 805 nömrəli fərman imzalamışdı. "İmmiqrasiya haqqında" əvvəlki qanunvericiliyə əsasən, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər immiqrant statusu almaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyasına müraciət etməli idi. Onlar ölkəyə gəlmədən immiqrant statusu və ya imtina cavabı ala bilərdilər. İndi isə onlar əvvəlcə iş icazəsi, sonra müvəqqəti yaşama icazəsi, bundan sonra immiqrant statusu almaq üçün Azərbaycana gəlməli və yerində məmurlarla görüşməlidirlər. Xarici vətəndaşlar bilavasitə Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrasiya idarəsinin məmurları ilə iş görməlidirlər. Bu isə onu göstərir ki, qanunvericiliyə dəyişikliklər Dövlət Miqrasiya Xidmətinin və digər maraqlı idarələrin sifarişi ilə qəbul edilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"MİDA"nın 2,3 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 00:05
Agentlik 11 texnika üçün bu şirkətə - 2,4 MİLYON MANAT ÖDƏYƏCƏK
Bu gün, 00:02
Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi
Dünən, 18:13
Mərkəzi Bank 4 şirkətə ödəniş sistemləri ilə bağlı lisenziya verdi
Dünən, 18:09
İcbari Sığorta Bürosunun rəhbərliyinə TƏYİNAT OLUB
Dünən, 18:03
Keçmiş vəkil məhkəmə zalında həbs olunub
Dünən, 17:58
"Quska"nın keçmiş vəkili məhkəmə zalında həbs edildi
Dünən, 17:56
Naxçıvan mədəniyyət nazirinin müavinlərinin sayı artırılıb
Dünən, 17:52
Alyans kvant texnologiyasına üstünlük verib - GƏLİŞMƏ
Dünən, 16:51
Rayon rəhbəri Həcc ziyarətindən qayıdan şəhid anasını ziyarət etdi - FOTO
Dünən, 16:49
“Zapravka”ları bağlanan məşhur şirkət müflis olub? - milyonlarla manat geri götürüldü
Dünən, 16:47
“Dedi ki, xahiş edəcəm sənə qrant versinlər” - modeli döyən biznesmenin MƏHKƏMƏSİ
Dünən, 16:43
2 ildə 2 milyondan çox pul mənimsəyib - İlqar Mustafayevin həbsinin detalları
Dünən, 16:39
Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə olub
Dünən, 16:35
İcra başçısı vətəndaşların torpaqlarını təkrar onlara satır - BU NƏDİ BELƏ?!
Dünən, 16:33
Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb - VİDEO
Dünən, 16:30
Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir
Dünən, 16:25
Qərb normallaşma prosesinə xələl gətirməyə çalışır - FAKT BUDUR!
Dünən, 16:01
Dövlət Əmək Müfəttişliyi Xidmətində yeni təyinat - ƏMR
Dünən, 16:00
İcra başçısı işdən çıxarılandan sonra ona yüksək vəzifə verildi - FOTO
Dünən, 15:58
Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir – Ekspertdən açıqlama
Dünən, 15:56
İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
Dünən, 15:54
Dövlət qurumu 3,6 milyonluq tikinti tenderinin qalibini açıqladı
Dünən, 15:44
Meksika Prezidenti Ukraynaya səfərdən imtina etdi
Dünən, 15:42
"Tehran Qərbin tapşırıqlarını icra edir" - Cümşüd Nuriyev
Dünən, 15:37
"1-ci sinfə gedənlərin sayı xeyli azalıb, gələcəkdə..."
Dünən, 15:36
“Telegram” böyük siyasətin alətinə necə çevrildi? - “Anarxist cənnəti”
Dünən, 14:00
Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH
Dünən, 13:56
“KTMT əleyhinə bəyanat siyasi oyunbazlıqdan başqa bir şey deyil”
Dünən, 13:53
Novella Cəfəroğlu bu partiyanın fəxri üzvü seçildi
Dünən, 13:37
Şəhid qardaşı işdən çıxarıldı: “Mənə möhlət vermirlər” - MÜRACİƏT
Dünən, 13:34
Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib
Dünən, 13:29
“Qızlarımızın ailə qurması çətinləşir, cinsi azlıqların sayı durmadan artır...” - Tahir Kərimli
Dünən, 13:27
Dövlət Vergi xidmətinin həbsdə olan sabiq vəzifəli şəxslərinin şikayətləri qismən təmin edilib
Dünən, 13:24
Ermənistan İstisuda ordumuza hücum edəcək? - Paşinyandan sensasiyalı açıqlama
Dünən, 13:11
"Vurmasaydım, məni öldürəcəkdilər" - Borc üstündə düşən mübahisə qanla bitdi
Dünən, 13:06
İrəvanda qızğın hazırlıq: - “Naxçıvana yol açılarkən, Paşinyan...”
Dünən, 13:04
Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib - KİV
Dünən, 13:01
Qərb it kimi Azərbaycana dartınır - Markov
Dünən, 13:00
Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir - İLGİNC FAKTLAR
Dünən, 12:49
Bakıda məşhur avtosalonun sahibi həbs edildi - TƏFƏRRÜAT
Dünən, 12:41
Bakıdakı "Formula 1"də qəzaya düşən sürücünün atası infarkt keçirtdi
Dünən, 12:39
KTMT Baş katibi: - Ermənistanla dialoqa hazırıq
Dünən, 12:38
Elton Məmmədovun məhkuma çevirdiyi keçmiş şərikinin şikayəti təmin olunmadı – 30 milyonluq məsələ araşdırılacaqmı?
Dünən, 12:35
"Bütün toyu Nadir dayanmadan mənə qulluq edirdi" - Faiq
Dünən, 12:33
I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilib - Diqqət!
Dünən, 12:31
Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Dünən, 12:25
Qərbin Azərbaycanda itirdiyi “5-ci kolon” - Bakıya qəzəbin səbəbi
Dünən, 12:21
Paşinyan BRICS-in Kazan sammitində iştirak edəcək
Dünən, 12:16
Baş nazir qərar verdi: - İş və istirahət günlərinin yerləri dəyişdirildi
Dünən, 12:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru