Əsas Səhifə > Partiya, Güney Press > Bu gün parlamentin sədri və onun müavinləri seçiləcək

Bu gün parlamentin sədri və onun müavinləri seçiləcək


Bu gün, 00:46
Bu gün parlamentin sədri və onun müavinləri seçiləcək
Bu gün Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçiriləcək.
Dia-az.İnfo xəbər verir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri və sədrin I müavini postuna namizədləri müəyyənləşəcək.
Qeyd edək ki, sabah VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Sentyabrın 23-də Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Geri qayıt