Əsas Səhifə > Partiya, Güney Press > "Bu adamlar yaramazlıqları ilə dövlətin siyasətinə xələl gətirir"
"Bu adamlar yaramazlıqları ilə dövlətin siyasətinə xələl gətirir"25-07-2024, 09:46 |
“Namizədliyimin ləğv olunması barədə xəbəri indi saytlardan oxudum. Mən nə əmlaklarıma aid , nə də başqa bir sənədlərimdə heç bir saxtalaşdırma etməmişəm.Ən böyük saxtakar Məzahir Pənahovdur”. Bunu deputatlığa namizədliyi MSK tərəfindən ləğv olunan sabiq deputat Elton Məmmədov Gununsesi.info-ya açıqlamasında deyib. Onun sözlərinə görə, deputatlığa namizədliyinin qeydə alınmasından sonra Məzahir Pənahov tərəfindən təhdidlə üzləşib:”Gedib, mənə imza verən həmyerlilərimin qapısını döyüblər. Soruşurlar ki, doğrudanmı Elton Məmmədova imza vermisiz? Onlar da “hə” deyib. Mən cənab prezidenti, dövləti sevən adamam. Əgər YAP-dan olan rəqibim qələbə qazansa, əlini ilk sıxan mən olacaqdım. Bu adamlar yaramazlıqları ilə dövlətin siyasətinə xələl gətirir. Bu işlərin başında Məzahir Pənahov və icra başçısı Mənsur Məmmədov durur. Bu adamlar özü saxtakardır. Məndən tələb olunurdu ki, namizədlik vəsiqəmi geri verim. Vermədim, ona görə də belə saxtakarlıq etdilər. Mən müxalifət deyiləm, mən cənab prezidentin əsgəriyəm. Niyə belə edirlər? Bugün bu cür saxtakar adamlara görə insanlar əziyyət çəkir”. Elton Məmmədov deyib ki, MSK-nın onu iclasa dəvət etməməsi də bir başqa qanunsuzluqdur: “Mənə orada sübutlar təqdim etməli idilər.Mən də öz arqumentlərimi, izahatımı verməliydim. Məni də dəvət etmədilər. Çünki, saxtakar özləridir”. MSK-nın Mətbuat Xidmətinin rəhbəri Şahin Əsədli isə Gununsesi.info-ya Elton Məmmədovun iclasa dəvət edilməməsi barədə dediklərinə mübasibət bildirib:”Mərkəzi Seçki Komissiyasının iclasına şikayətçilər dəvət olunur. Onların şikayətləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli və obyektiv araşdırıldıqdan sonra Komissiyanın iclasında qərar qəbul edilir. Şikayətçilər əlavə sübut və faktları olduqda, onları da öz müraciətlərinə əlavə edirlər. Şikayətçilərin iclasda iştirakı təmin olunur”. Geri qayıt |