Əsas Səhifə > Partiya, Güney Press > "Müxalifət seçkilərdə iştirak edəcək"

"Müxalifət seçkilərdə iştirak edəcək"


4-07-2024, 10:07
"Müxalifət seçkilərdə iştirak edəcək"
“Biz seçkilərlə bağlı ilkin addımları atırıq. Tezliklə səlahiyyətli nümayəndələrimizin sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Namizədlərimizin sayının dəqiqləşdirilməsini isə yəqin ki, bir həftəyə yekunlaşdıracağıq. Biz məsələlərə daha ciddi, daha praqmatik yanaşırıq”.

Bunu Bakupost.az -a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
O, bu dəfə formalaşacaq parlamentdə rəngarəngliyin olacağını istisna etməyib:
“İnanmıram ki, indiki tərkibi olduğu kimi seçilsin. Bu bir az inandırıcı görünmür. Yeni namizədlərin seçilməsi tamamilə gözləniləndir”.
F.Ağamalı müxalifətin seçkidə uğur qazanmasının onların özündən asılı olduğunu bildirib:
“Müxalifət seçkilərdə iştirak edəcək. Mətbuatı izləyəndə onların mütləq əksəriyyətinin seçkidə iştirak edəcəyi qənaətinə gəlmək olar. Ancaq seçkilərdə iştirak edərək nə qədər mandat qazana biləcəkləri haqda son sözü seçkilər deyə bilər”.

Geri qayıt